Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə69/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

-
 
niyyətsizlik - bu, elmdən şəxsi mənafelər üçün istifadənin qadağan olunmasını nəzərdə tutur; 
-
 
mütəşəkkil skeptisizm - bu, alimin öz həmkarlannm işlərini qiymətləndirməkdə məsuliyyətini ifadə edir. 
Lakin alim rəqabət mübarizəsi şəraitində, ziddiyyətli vəziyyətdə fəaliyyət göstərir. Onun davranışına 
normalar və dəyərlər sisteminin təsiri də eyni cür olmur. Ona görə də elmin fəaliyyəti və inkişafı ziddiyyətlidir; o, 
müxtəlif, hətta əks qütblər, prinsiplər arasında tərəddüd edir. 
Mertonun konsepsiyası «xalis» elm modelinə istinad etsə də, elmin sosiologiyasında empirik tədqiqatlara və 
nəzəri araşdırmalara ciddi təsir göstərmişdir. Nəticədə daha praktik, daha konkret planda tədqiqatlar apanimışdır. Elmi 
biliyin  strukturu,  «görünməz  kolleclər»,  sosial  əlaqələr  və  [302  -  303]  kommunikasiyalar  şəbəkəsi,  elmdə  sosial 
stratifıkasiya və s. bu qəbildəndir. 
Lakin  70-ci  illərin  əvvəlində  vəziyyət  xeyli  dəyişir:  elmin  sosiologiyasında  Merton  paradiqmasmm  tənqidi 
genişlənir. Bu tənqid elmin postpozitivist metodologiyasının, ən əvvəl T. Kunun «Elmi inqilablarm strukturu» əsərinin 
təsiri altında formalaşan mövqelərdən aparılırdı. Elm həmin əsərdə elmi birlik tərəfindən qəbul edilmiş paradiqma kimi 
nəzərdən  keçirilir.  Bu  fəlsəfi  əsasda  elmin  normativ  xarakterə  malik  sosiologiyasından  fərqli  olan  və  koqnitiv 
adlandırılan sosiologiyası formalaşmağa başlamışdır. Burada elmin koqnitiv (idraki) tərəfinin sosial tərəfdən birbaşa 
asılı olduğu əsas götürülür. Elmin sosiologiyasının bu istiqaməti İngiltərədə meydana gəlmiş, burada onun konseptual 
əsaslan  və  tədqiqat  proqramlan  işlənib  hazırlanmışdır.  Bunlarda  ümumi  cəhət  sosioloji  metodlann  tətbiqi  sahəsini 
genişləndirmək, elmi biliyi də həmin metodlann fəaliyyət sferasına daxil etmək səyidir. Bu halda elm sosial şəraitin, 
münasibətlərin,  mənafelərin  məhsulu  kimi  başa  düşülür.  Lakin  elmi  bilik  sosial  şəraitlə  əlaqələndirilsə  də,  onun 
obyektiv reallığa münasibəti nəzərdən qaçınlırdı. 
Koqnitiv  adlandınlan  istiqamətin  inkişafi  alimlərin  idrak  fəaliyyəti  prosesində  meydana  gələn  konkret 
vəziyyətlərin  mikrososioloji  tədqiqatlanna  təkan  verdi.  Bu  tədqiqatlarda  elmin  koqnitiv  və  sosial  aspektlərinin 
qarşılıqlı əlaqəsi haqqında qiymətli empirik materiallar öz əksini tapmışdır. 
Ötən əsrin 80-ci illərinə doğru elmin sosial tədqiqinin rəngarəng, lakin öz  metodoloji əsaslarına görə bir - 
birinə  yaxın  olan  konseptual  sxemləri  meydana  gəldi.  Məsələn,  «konstruktivist  proqram»  (K.  Knorr-Tsetina)  elmi 
sosial konstruksiya kimi nəzərdən keçirir. 
Yeni  konsepsiyalar  üçün  elmdə  koqnitiv  və  sosial  kimi  «ənənəvi»  fərqləndirmələrdən  imtina  edilməsi 
xarakterikdir. Yəni elmin idraki əsası az və ya çox dərəcədə sosial fəaliyyətlə, müzakirələrlə, alimlərin münasibətləri 
ilə əvəz [303 - 304] olunur. 
Göründüyü kimi, elmin sosiologiyasında konsepsiyalar kifayət qədər müxtəlifdir. Bu müxtəliflik elmi bilik 
istehsalı proseslərində baş verən dəyişikliklərlə, müasir şəraitdə elmlə cəmiyyət arasında qarşılıqlı əlaqə və təsirlərin 
mürəkkəbləşməsi, elmin sosiologiyasmda etibarlı və adekvat metodoloji ustanovkalann olmaması ilə şərtlənir. Lakin 
bu prosesləri nəzəri cəhətdən dərk etmək obyektiv zərurətdir. 
Elm təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqatçılıq fəaliyyəti 
sferasıdır. Bu, müxtəlif şəraiti və məqamlan əhatə edir: müəyyən biliklərin, qabiliyyətlərin, ixtisasın  və təcrübənin 
daşıyıcısı  olan  alimlər  -  onların  fəaliyyəti  elmi  əməyin  bölgüsünə  və  kooperasiyasına  əsaslanır;  elmi  idarələr, 
eksperiment və laboratoriya avadanlığı; elmi-tədqiqat işinin metodlan, anlayış və kateqorial aparatı, elmi informasiya 
sistemi; elmi istehsalın, fəaliyyətin müqəddəm şərti, vasitəsi və yaxud nəticəsi kimi çıxış edən mövcud biliklərin bütün 
məcmusu. 
Elm  ictimai  əmək  bölgüsünün  zəruri  nəticəsidir;  o,  zehni  əməyin  fiziki  əməkdən  ayrılması,  bu  fəaliyyətin 
adamlann xüsusi qrupunun spesifik məşğələ növünə çevrilməsi sayəsində təşəkkül tapmış, uzunmüddətli təkamül yolu 
keçmiş, çoxşaxəli mürəkkəb sistemə çevrilmişdir. 
Respublikamızda elmi fəaliyyətin səmərəli təşkilinə, optimallaşdınimasma diqqət getdikcə artır. Bunu ondan 
görmək olar ki, 2007-ci ildə elmi tədqiqat və işləmələri yerinə yetirən işçilərin sayı 33.520 nəfər olmuşdur. Onlann 
1696 nəfəri elmlər doktoru, 8644 nəfəri isə elmlər namizədidir. Həmin işçilərin əsas kütləsi elmi təşkilatlarda və ali 
məktəblərdə,  çox  az  hissəsi  isə  sahibkarlıq  sahəsində  çalışır  (Azərbaycanın  statistik  göstəriciləri,  Bakı,  2007,  s. 
210-211). [304 - 305] 
3. Dinin sosiologiyası 
Dinin sosiologiyası sosial institut olan dini, onun genezisini, cəmiyyətdə yerini və rolunu öyrənir, onun 
meydana gəlməsinin, fəaliyyətinin, tarixi təkamülünün sosial qanunauyğunluqlarını, digər sosial institutlarla 
qarşılıqlı əlaqə və təsirini üzə çıxarır. 
Dinin sosial mahiyyəti və təbiəti barəsində təlim dinin sosioloji nəzəriyyəsinin əsasını təşkil edir. Din xüsusi 
təsəvvürlərin, etiqadların sistemidir. Bu təsəvvürlər, etiqadlar həmişə emosional yaşantılarla, hisslərlə və xüsusi dini - 
kult fəaliyyəti ilə, habelə dini təşkilatla (məbədlər, kultu icra edənlər - ruhanilər, dindarlar) müşayiət olunur. Bundan 
əlavə, adətən dində mənəvi-etik normalann və tapşırıqların müəyyən toplusu da öz əksini tapır. Göründüyü 
120 


kimi, din müxtəlif ünsürlərin mürəkkəb kompleksi kimi çıxış edir. Bu kompleksdə etiqadlar və emosional yaşantılar 
mərkəzi yer tutur. 
Qərbdə dinin sosiologiyasının baniləri E. Dürkheym və M. Veber hesab olunur. Dinin «kollektiv təsəvvür» 
kimi  funksional  baxımdan  öyrənilməsi  ənənəsi  Dürkheymiə  bağlıdır.  Dürkheymə  görə,  din  cəmiyyətin  sıx 
birləşməsinin, fərdlə sosial bütöv arasında əlaqələrin qərarlaşmasmm əsas vasitəsidir. M. Veberlə bağlı olan ənənə isə 
dini hər şeydən əvvəl sosial fəaliyyətin motivi kimi şərh edir, bu və ya digər ictimai dəyişiklik prosesində onun rolunu 
aşkara çıxarır. 
Qərbin din sosiologiyasında dini fenomenlərin öyrənilməsində iki səviyyəni ayırd etmək olar: 
a)
 
nəzəri səviyyə - dini bütöv altsistem kimi nəzərdən keçirir və onun digər sosial strukturlarla qarşılıqlı təsirini 
üzə çıxarır; 
b)
 
empirik səviyyə - sosial-demoqrafık qrupların, ayrıca şəxsiyyətlərin dindarlığını öyrənməyi təklif edir. 
Nəzəri səviyyədə bir neçə cərəyan mövcuddur. Bunlann içərisində XX əsrin 70-ci illərinə qədər funksional 
məktəb [305 - 306] üstün olmuşdur. Bu cərəyanın nümayəndələri (T. Dia, L. Şnayder, M. Zinqer və s.) funksionalizmin 
ümumi nəzəri prinsiplərinə istinad edərək, onlan dinin öyrənilməsinə tətbiq etməyə səy göstərmişlər. Onların fikrincə, 
din etiqadlar, normalar və dəyərlər sistemi yaradır ki, bunlar da cəmiyyət üzvlərini sıx birləşdirir, onun bütövlüyünü, 
birliyini təmin edir. Dürkheymin ardınca funksionistlər dini cəmiyyəti inteqrasiya edən çox mühüm amil hesab edirlər. 
Onlar dinin funksiyalanna xüsusi yer ayırırdılar. 
60-cı illərin sonu - 70-ci illərin əvvəlində Qərbin din sosiologiyasında fenomenoloji istiqamətin nümayəndələri 
(xüsusən Amerika sosioloqu P. Berger və Almaniya sosioloqu T. Lukman) daha əhəmiyyətli mövqelər qazandılar. 
Onlar E. Husserlin bəzi fəlsəfi müddəalanna istinad edərək, cəmiyyəti və sosial institutlan insanların intersubyektiv 
şüurunun məhsulu kimi nəzərdən keçirirlər. Onlar «sosial reallıqların» plyuralizmini ön plana çəkir, «gündəlik həyat 
reallığını» başlıca reallıq elan edirlər; bu reallığın üzərində elm, incəsənət, din və fəlsəfədən ibarət olan «simvolik 
universumlar» sistemi yüksəlir. 
Din  dini  ideyaları,  təsisatları,  təşkilatları,  insanların  dini  fəaliyyətində  meydana  gələn  münasibətləri 
əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar: dini 
şüur, dini fəaliyyət, dini təşkilatlar. 
Dini şüur ictimai şüurun spesifik formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi 
vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir. 
Dini ideologiya ən əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan haqqında 
dini  müddəalann  məcmusu  kimi  çıxış  edir.  Dini  ideologiya  din  fəlsəfəsi  ilə  yanaşı  teologiyanı  və  dini  istiqamətli 
müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini nümunələrin, ideyalarm, 
təsəvvürlərin, emosiyalarm, əhval-ruhiyyələrin və s. spesifik sintezidir. Dini [306 - 307] psixologiyanın varisliyində 
adət  və  ənənələrin  rolu  bö5dikdür.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  dini  şüurun  hər  iki  səviyyəsi  (ideologiya  və 
psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində dini psixologiyanm apancı, 
müəyyənedici rolunu qeyd edirlər. 
Dini şüur dini fəaliyyətdə təzahür edir. Bu fəaliyyətin isə kult və kultdankənar formaları mövcuddur. Dini kult 
dini  inamlann  reallaşdıniması  səyidir.  Kult  xüsusi  hərəkətlər  sistemidir;  həmin  hərəkətlərin  köməyi  ilə  insanlar 
fövqəltəbii varlığa, onlarm inamının predmeti olan münasibətlərə təsir göstərməyə çalışırlar. 
Adətən  kultun  iki  növünü  ayırd  edirlər:  magiya  və  rəhm  dilənən  kult.  Magiya  real  surətdə  mövcud  olan, 
müəyyən xassə və əlaqələrə malik olması güman edilən predmetlərə təsiri nəzərdə tutur. Rəhm dilənən kultda yüksək 
varlığın, yəni allahın obrazı əsasdır. Bu kultun müxtəlif formaları mövcuddur: dini mərasimlər, qurban kəsmə, dua, 
dini  bayramlar  və  s.  Kultdankənar  fəaliyyət  mənəvi  və  praktik  sferalarda  həyata  keçirilir.  Dini  ideyaların  işlənib 
hazırlanması,  teologiya  müddəalarının  sistemləşdirilməsi  və  şərhi,  ilahiyyat  əsərlərinin  yaradılması  -  bütün  bunlar, 
kultdankənar mənəvi dini fəaliyyəti təşkil edir. Praktik dini fəaliyyətə isə missionerlik fəaliyyəti, ilahiyyat fənlərinin 
tədrisi, dini təşkilatlarda və institutlarda idarəetmə fəaliyyəti, dini təbliğat və s. aiddir. 
Dinin spesifikası dini münasibətlərdə də özünü göstərir. Dini münasibətlər sosial münasibətlərin tərkib hissəsi 
olub, insanlann dini fəaliyyəti prosesində onlann dini şüuruna uyğun olaraq təşəkkül tapır. Dini fəaliyyətin növündən 
asılı olaraq, bu münasibətləri kult və kultdankənar münasibətlər kimi  nəzərdən keçirmək olar. İctimai münasibətlər 
sistemində həmin münasibətlərin vəziyyəti və yayılması dinin cəmiyyətdəki digər institutlar içərisində tutduğu yerlə, 
onun ictimai həyat sferalarına təsiri ilə bilavasitə bağlıdır. 
Əhalinin  dindarlıq  səviyyəsi  dini  münasibətlərin  vəziyyətinin  [307  -  308]  çox  mühüm  xarakteristikasıdır. 
Adətən  dindarlıq  anlayışı  insana  xas  olan  və  onun  fövqəltəbii  varlığa  inamında,  itaətində  təzahür  edən  müəyyən 
əlamətlərin məcmusunu ifadə edir. Dindarlığın dərəcəsini, səviyyəsini, xarakterini müəyyən etmək üçün dini şüurun, 
dini davranışm  müxtəlif göstəricilərindən istifadə olunur, fərdin və ya qrupun dini əsasda daxil olduğu, qoşulduğu 
münasibətlər təhlil edilir. Bu halda dindarlığın dərəcəsi onu göstərir ki, dinin aynca şəxsə, sosial qrupa təsiri necədir; 
dindarlığın səviyyəsi onu göstərir ki, məlum regionda, sosial - qrupda dindar və qeyri-dindar əhalinin 
121 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə