Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə72/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

Mədəniyyəti  müxtəlif  əsaslara  görə  tərkib  hissələrə  ayırırlar.  Lakin  araşdırmalar  göstərir  ki,  təklif  edilən 
variantlar çox zaman bütün mədəniyyətin tərkibini deyil, yalnız onun ayn-ayn məkanlarını və ya altsistemlərini əks 
etdirir. 
Mədəniyyətin quruluşunun ən sadə modeli onun maddi və mənəvi mədəniyyətə ayrılmasıdır. Belə təsnifatdan 
həm  gündəlik  praktikada,  həm  də  elmdə  geniş  istifadə  olunur.  Maddi  mədəniyyət  dedikdə,  mədəniyyətin  bütün 
predmetləri və maddi obyektləri, əlaqə kanalları (yollar, informasiya şəbəkələri), habelə mədəni praktikaya qoşulmuş 
təbii  -  landşaft  hadisələri  başa  düşülür.  Mənəvi  mədəniyyət  dedikdə  isə  [316  -  317]  mənəvi  sərvətlərin  (obrazlar, 
biliklər, təsəvvürlər, dəyərlər, simvollar və s.) geniş məkanı başa düşülür. 
Mədəniyyətdə müxtəlif məzmun - tarixi qatlan və tərkib hissələri ayırd etmək baxımından onun bölgüsü də 
təklif  edilmişdir.  Bu  halda  qeyd  edilir  ki,  qədim  dünyanın  mədəniyyətlərindən  başlayaraq,  sosial  diferensiasiyama 
dərinləşməsi zəminində xalq mədəniyyəti fenomeni formalaşmışdır. Müasir şəraitdə bu mədəniyyətin dəqiq cızılmış 
hüdudlan  yoxdur.  Bu anlayış  daha  çox  bəzi  etnik  və  ya  ümummilli invarianta, ənənələrdə təsbit  olunan  və  inkişaf 
etdirilən  dəyər-normativ  və  məna  məzmunlannın  məcmusuna  müncər  edilir.  Xalq  mədəniyyətinin  yaradıcdan  həm 
aşağı təbəqələr, həm də müxtəlif təbəqələrin nümayəndələridir. İnsanın öz mədəniyyətinə mənsubluq şüuru, öz xalqına 
mənəvi yaxmiığı, müasir sosial kontekstdə xalq ənənələrinə adaptasiyası indiki şəraitdə xalq mədəniyyətinin mühüm 
xarakteristikalandır. 
Kütləvi mədəniyyət yeni dövrün fenomenidir. Bu fenomen obyektiv surətdə industrializasiya prosesləri ilə 
təşəkkül  tapır  və  hazırda  postindustrial,  informasion  mədəniyyətə  keçidin  təsiri  altında  inkişaf  edir.  Kütləvi 
mədəniyyət son əsrlərdə Qərbi Avropa xalqlannm obyektiv inkişaf qanunauyğunluğunu əks etdirir. Bu prosesdə adi 
ənənəvi mədəniyyət geniş miqyaslı birliklərin, habelə konkret subyektlərin tələbatlarım ödəyə bilmədi. Ona görə də 
müxtəlif  fəaliyyət  sahələrində  kütləvi  mədəniyyətin  rəngarəng  təzahürləri  meydana  gəlirdi.  Kütləvi  ümumtəhsil 
məktəblərinin  formalaşması,  kütləvi  kommunikasiya  vasitələrinin  inkişaft,  siyasi  həyatda  kütləvi  hərəkatların  və 
partiyaların meydana gəlməsi, kütləvi istehlakçı tələbatlannm, standarüarmın qərarlaşması və s. - bütün bunlar kütləvi 
mədəniyyətə ehtiyacı şərtləndirirdi. Kütləvi mədəniyyət məhsullan peşəkarlar - kütləvi tələbat, təhsil, siyasət, kütləvi 
incəsənət, reklam sahəsində çalışan mütəxəssislər tərəftndən yaradılır. Bu məhsullar bütün dünyaya yayılır; onlann bir 
çoxunda etnik-milli [317 - 318] əlamət axtarmaq mənasızdır. Həmin məhsulların hazırlanması daha çox kommersiya 
məqsədlərinə tabe edilmişdir. 
Əksmədəniyyət  özündə  elə  ustanovkalar  cəmləşdirir  ki,  onlar  hakim  mədəniyyətə  qarşı  durur,  inkişafın 
alternativ prinsiplərini, yəni mənəvi yönümləri irəli sürür. Əksmədəniyyət hadisəsi xalqların inkişafını dinamikləşdirən 
amillərdən biri kimi XX əsrin ikinci yarısında tədqiqatçıların diqqətini cəlb etmişdir. Əvvəlki fəaliyyət normalarının, 
mənəvi yönümlərin zəifləməsi və yenilərinin doğulması çox zaman ictimai təbəqələşməyə, müəyyən sosial qüvvələrin 
fəallaşmasma  səbəb  olur.  Bu  dəyişikliklər  ideyalarda,  bütöv  təbəqələrin  fəaliyyətində  aydın  ifadə  olunduqda 
cəmiyyətdə  yeniləşmə  meylləri  güclənir.  Nəticədə  əksmədəniyyətin  formalaşması  üçün  zəmin  yaranır.  Yeni 
təsəvvürlər müəyyən dövr ərzində əsas nümunələrə münasibətdə innovativ xarakterini saxla5ur, lakin zaman keçdikcə 
onlann xeyli hissəsi hakim mədəniyyətə inteqrasiya oluna bilər. 
Mədəniyyətin  quruluşunu  onda  müxtəlif  submədəniyyətlərin  olması  baxımından  nəzərdən  keçirmək  olar. 
Submədəniyyətlər hakim mədəniyyətin tərkib hissələri olub, öz normativ quruluşu, dəyərləri, ənənələri ilə bütövlükdə 
mövcud mədəniyyətdən fərqlənirlər. Onlar sosial birliklərlə - mədəniyyətin daşıyıcılan ilə sıx bağlıdır. Bu halda şəhər 
və  kənd  submədəniyyətini,  habelə  silklərin,  təbəqə  və  siniflərin  submədəniyyətini  ayırd  edirlər  (məsələn,  mühüm 
əlamətlərə görə Qərbi Avropada cəngavər mədəniyyəti, sonra zadəgan mədəniyyəti, daha sonra isə burjua mədəniyyəti 
ayırd edilmişdir). Keçmişdə əkinçi xalqların kəndli mədəniyyəti üçün spesifik həyat tərzi, xüsusi təsərrüfat formaları 
və əmək ritmi, habelə bədii praktikanın folklor növləri (miflər, nağıllar, atalar sözləri, incəsənətin tətbiqi növləri və s.) 
səciyyəvi  olmuşdur.  Hazırda  Asiyanın,  Cənubi  Amerikanın,  Afrikanın  bir  sıra  ölkələrində  həmin  mədəniyyət 
qalmaqdadır. 
Müasir şəraitdə həyat fəaliyyətinin stratifıkasiya formaları əsasında submədəniyyətlərin formalaşması prosesi 
[318-319] nəzərə çarpmır. Məsələn, orta sinfin müxtəlif təbəqələri arasında mədəni fərqlər həyat tərzinin mədəni üslub 
xüsusiyyətlərinin  fərqliliyinə  müncər  edilir.  Lakin  müasir  cəmiyyətdə  sosial  meyarlara  görə  ayırd  edilən  bir  sıra 
submədəniyyətlər  inkişaf  etməkdədir.  Məsələn,  tədqiqatçılar  elitar  mədəniyyəti  -  cəmiyyətin  imtiyazlı  qruplannm 
submədəniyyətini,  yoxsulluq  mədəniyyətini  -  ən  yoxsul  qrupların  elitar  mədəniyyətə  əks  qütbdə  inkişaf  edən 
mədəniyyətini, gənclər submədəniyyətini - müasir şəhər mühitində formalaşan və gəncləri əhatə edən mədəniyyəti, 
etnik-milli  submədəniyyətləri  (xüsusən  milli-etnik  tərkibi  rəngarəng  olan  ölkələrdə),  habelə  ərazi  (regional) 
submədəniyyətlərini ayırd edirlər. 
Tədqiqatçılar  mədəniyyətin  quruluşunun  bütöv  modellərini  də  işləyib  hazırlamışlar.  Bu  halda  həmin 
modellərin tərkib hissələri vahid meyarlara görə ayırd edilir. Belə olduqda ayn-ayn hissələr arasında qarşılıqlı surətdə 
əlaqəli olan münasibətləri görmək mümkündür. Mədəniyyətin morfoloji modeli bu baxımdan diqqəti cəlb edir. Həmin 
modeldə təsnif üçün tarixi formalaşma və funksional-məzmun müstəqilliyi kimi meyarlar götürülmüşdür. 
125 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə