Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə70/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

nisbəti necədir; dindarlığın xarakteri isə bu və ya digər dini konfessiyanın, sosial qruplann dindarlığının spesifikasını, 
fərqini üzə çıxanr. 
Apanlmış sosioloji tədqiqatların nəticələrinə əsasən qeyd etmək olar ki, dinin xalqın mədəniyyətinə, adət və 
ənənələrinə nüfuzu insanlann daha geniş dairəsinin dini fəaliyyətdə iştirakına səbəb olur. Onlar bu fəaliyyəti öz milli 
mədəniyyətinin, adət və ənənələrinin müəyyən hissəsi kimi qİ5mıətləndirirlər. Dərin tarixi kökləri olan din insanlann 
həyat  tərzinə  nüfuz  edərək,  onlann  milli  xüsusiyyətlərinin  formalaşmasında  bö5dik  rol  05mamış,  digər  sosial 
institutlara fəal təsir göstərmişdir. 
Din müxtəlif funksiyalar yerinə yetirir. Bunlar müxtəlif mənbələrdə bir-birindən fərqli göstərilir. Aşağıdakı 
funksiyalardan bəhs etmək olar: 
a)
 
Dünyagörüşü funksiyası. Din gerçəkliyi spesifik şəkildə əks etdirir, fövqəltəbii qüvvələrin və varlıqlann 
real surətdə mövcudluğunu etiraf edir. 
b)
 
Tənzimedici  funksiya.  Din  müəyyən  dəyərlər  və  normalar  sistemi  işləyib  hazırlamışdır;  həmin  sistem 
insanlann davranışmı motivləşdirir və tənzimləyir. 
c)
 
Kommunikativ funksiya. Bu funksiya kult və kultdankənar fəaliyyət prosesində ünsiyyətdə təzahür edir. 
ç) İnteqrasiyaedici, mühafizəedici funksiya. Din müxtəlif birliklər səviyyəsində inteqrasiyanı təmin edə 
bilər, bu [308 - 309] və ya digər ictimai amilin sabitliyini qoruya bilər. 
d)
 
Kompensasiyaedici funksiya.  İnsanın təbii və ictimai qüvvələr qarşısında real acizliyi, imkansızlığı tam 
aşkara çıxdıqda din onu xeyli dərəcədə yumşalda bilən, kompensasiya edən vasitə kimi çıxış edir. 
Dinin  cəmiyyətdəki  rolu,  yerinə  yetirdiyi  funksiyalar  ictimai  inkişaf  gedişində  dəyişir.  Bu  mənada 
sakralizasiya  və  sekulyarizasiya  proseslərindən  bəhs  etmək  olar.  Sakralizasiya  müxtəlif  sosial  institutlarm, 
münasibətlərin, ictimai və fərdi şüur formalarının dini təsir və sanksiyalaşdırma sferasına geniş surətdə cəlb olunması 
deməkdir. SSRİ-nin ifiasmdan sonra bu prosesdə müəyyən canlanma hiss edilir. 
Dinin  sosiologiyasında  sekulyarizasiya  fəal  müzakirə  olunan  mühüm  problemlərdən  biridir.  Hazırda  bu 
anlayışı insanın dini təsirdən azad olması kimi başa düşürlər. Bu prosesdə qlobal sosial dəyişikliklər, elmi-texniki və 
mədəni tərəqqi mühüm rol o}mayır. Sekulyarizasiya probleminə eynimənah münasibət yoxdur. Başlıca səbəb dinin 
necə  başa  düşülməsidir.  Dinin  geniş  izahına  tərəfdar  çıxan  sosioloqlar  (M.  Zinqer,  R.  Bella,  T.  Lukman  və  s.) 
sekulyarizasiya anlayışmı əsassız sayırlar. Dinin mövcudluğunu fövqəltəbii olana inamla əlaqələndirən sosioloqlar isə 
(B. Uilson, Ç. Qlok və başqalan) sekulyarizasiyanı çox mühüm sosial proses hesab edirlər; elə proses ki, dinin müasir 
cəmiyyətdə vəziyyətini kökündən dəyişdirir. 
Yeri gəlmişkən qeyd edək ki, sekulyarizasiyanm özünün izahı cəhdləri də bir-birindən fərqlidir. Məsələn, B. 
Uilson  onu  insanlann  əvvəlki,  kapitalizməqədərki  birliklərinin  yox  olması,  şəxsiyyətlərarası  münasibətlərin 
fərdsizləşməsi və formallaşdmlması ilə izah edir. Sekulyarizasiyanm əleyhdarlan (R. Bella, E. Qrili və başqalan) isə T. 
Parsonsun  belə  bir  ideyasından  istifadə  edirlər  ki,  cəmiyyətdə  sekulyarizasiya  yox,  yalnız  institutlarm  struktur  və 
funksional diferensiasiyası baş verir. 
Dinin sosiologiyasında diqqəti cəlb edən mühüm məqamlardan [309- 310] biri Qərb sosioloqlan tərəfindən 
dindarlığın  empirik  tədqiqatlannm  metodologiya  və  metodikasının  işlənib  hazırlanmasıdır.  Bu  problemin  həllinə 
Amerika  sosioloqu  Ç.  Qlok  daha  çox  töhfə  vermişdir.  O,  dindarlığın  «çoxölçülü»  modelləri  adlandınlan  modelləri 
işləyib hazırlamışdır. 
Dinin  sosiologiyasında  qarşıda  duran  vəzifələrdən  biri  qeyri-ənənəvi  dinlərin,  mistik  təlimlərin  yayılması 
miqyaslarım, hüdudlarını, habelə inkişafı imkanlarını öyrənməkdən ibarətdir. 
Müstəqil  inkişaf  şəraitində  respublikamızda  dövlətlə  dinin  qarşılıqlı  münasibətləri  demokratik  əsaslarda 
qurulmuşdur.  Mövcud  qanunvericilik  aktlan  zəminində  dinlərin,  konfessiyaların  azad,  sərbəst  fəaliyyəti  təmin 
edilmişdir. 
4.
 
Mədəniyyətin sosiologiyası 
Mədəniyyət  anlayışı  elmi ədəbiyyatda birmənalı şərh  edilmir.  Onun  gündəlik  -  adi şüur  səviyyəsində başa 
düşülməsində bu, xüsusilə aydın hiss olunur. 
Elmi  şərhdə  mədəniyyət  insan  fəallığmm  genişmiqyaslı  və  çoxşaxəli  sistemi  kimi  nəzərdən  keçirilir. 
Mədəniyyətin yığcam tərifini adətən insanlann fəaliyyətinin müxtəlif nəticələrinə, öz sosial varlığını mühafizə edib 
saxlamaq  və  yeniləşdirmək  sahəsində  fəallığın  rəngarəng  formalanna  müncər  edirlər.  Sosial  varlıq  isə  maddi 
obyektləri, insanlann fəaliyyət və qarşılıqlı təsir normalanm, təsəvvürlərini, qİ5mıətlərini əhatə edir. Bir sıra hallarda 
mədəniyyətə  elmi  yanaşma  onu  qİ5mıətləndirmə  rakursunda  nəzərdən  keçirilməsini  nəzərdə  tutur.  Başqa  sözlə, 
mədəniyyət sosial subyektə, fəaliyyət normalanna və standartlanna, sosial praktikanm bu və ya digər sahəsində təsbit 
olunmuş mənəvi fəallığın növlərinə yiyələnməyin 5diksək səviyyəsi kimi izah edilir. Bu halda nitq. 
122 


ünsiyyət, asudə vaxt, peşə mədəniyyətindən və s. bəhs [310-311] edirlər'. Deməli, mədəniyyət hər hansı etnosun, yaxud 
ölkə  vətəndaşlannm  həyat  fəaliyyətinin  bütöv,  davamlı  üsuludur;  elə  üsulu  ki,  o,  tarixən  təşəkkül  tapır,  tədrieən 
yeniləşir,  lakin  eyni  zamanda  yüz  illər,  bəzən  min  illər  ərzində  öz-özünə  identikliyini  qoru>ııb  saxlayır.  Əslində 
təşəkkül tapan və yeniləşən mədəniyyətin hüdudlarında xüsusi dünya formalaşır; bu dünya təbii aləmi tamamlayır, bir 
çox insan nəsillərinin əməyini, fəaliyyətini təcəssüm etdirir. 
İstənilən  mədəniyyət  bioloji-təbii  əsasa  söykənir;  insanın  özü  də  sosial-mədəni,  habelə  bioloji-cismani 
əsaslarm  vəhdətidir. Mədəni  landşaft,  yaşayış  məskənləri,  mürəkkəb  mexanizmlər, rəngarəng  əşyalar  və  s.  -  bütün 
bunlar təbii materiallara möhtacdır. 
Mədəniyyət ictimai həyaün fundamental ünsürüdür. O, cəmiyyətə, sosial qmplara, fərdə davranışın təşkilini, 
düşüncələrini,  emosiyalanm,  qiymətlərini  formalaşdırmağın  normalaşmış  üsullarını  bəxş  edir.  Mədəniyyətin 
uzunmüddətli fəaliyyət göstərən mexanizmləri sosial praktikanı dinamikləşdirməyə, ənənələri, davranış və fəaliyyət 
normalanm yeniləşdirməyə, vaxtı keçmiş normalardan, ənənələrdən imtina etməyə imkan verir. İnsanın doğulduğu, 
yaşadığı, həyatmm cərəyan etdiyi mədəni kontekst onun üçün doğmadır, əzizdir. 
Elmi ədəbiyyatda qeyd olunur ki, mədəniyyətin elmi təhlilinin başlanğıcı XIX əsrə təsadüf edir. Filosoflar, 
etnoqraflar  və  antropoloqlar  mədəniyyəti  təhlil  etməyin  analitik  prinsiplərini  işləyib  hazırlayırlar.  Filosoflar 
mədəniyyəti öyrənmək üçün nəzəri zəmin yaradır, etnoqraflar, antropoloqlar isə arxaik birliklərin, xalqlann mədəni 
praktikasını təhlil edirlər. Beləliklə, sosial (mədəni) antropologiyanın bünövrəsi qoyulur; o, inkişaf edərək, XX əsrin 
ortalarında mədəniyyətşünaslıq (kulturologiya) kimi formalaşır. 
Sosiologiya  ilə  antropologiya  arasında  sıx  əlaqələr  yaranır  və  inkişaf  edir.  Onlann  spesifikası  qalmaqla 
mədəniyyətə [311 - 312] dair ciddi tədqiqatlar aparılır. Lakin uzun müddət mədəniyyətin elə nəzəri anlamı formalaşmır 
ki, elmi birliyi qane etsin. Antropoloji və sosioloji fikrin qarşılıqlı əlaqəsi və təsiri tələb edirdi ki, bu fənlərdən hər 
birinin  təhlil  predmeti  daha  dəqiq  müəyyənləşdirilsin.  Bu,  mədəniyyət  haqqında  təsəvvürlərin  dəqiqləşdirilməsinə 
kömək edirdi. Tədricən mədəniyyətin başa düşülməsində özünü göstərən əvvəlki ixtilaflar arxada qalır. İndi ümumən 
etiraf  olunur  ki,  mədəniyyət  öz  qumluşuna  görə  son  dərəcə  mürəkkəb  fenomendir,  inkişaf  amilləri  baxımından 
çoxplanh  tarixi  hadisədir;  o,  xalqlann,  qmplann,  konkret  insanlann  həyat  fəaliyyətini  nizamlamaqda  misilsiz  rol 
oynayır. 
Sosioloji  və  kulturoloji  biliyin  qovuşağmda  elmi  təhlilin  fənlərarası  sahəsi  -  mədəniyyətin  sosiologiyası 
meydana  gəlmişdir.  Mədəniyyətin  sosiologiyası  sosiomədəni  dəyişikliklərin  qannnanyğnnlnqlannı,  sosial 
münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir. 
Mədəniyyət sosiologiyasını nəzərdən keçirərkən bu sahəyə öz töhfələrini vermiş G. Zimmelin, P. Sorokinin, 
M.  Veberin  adlannı  xüsusi  qeyd  etməliyik.  Onlann  ənənələrini  davam  etdirən  tədqiqatçılar  maraqlı  konseptual 
ümumiləşdirmələr aparmış, mədəniyyətin məna konstmksiyalan ilə müxtəlif sosial qruplarm fəaliyyət sistemlərinin, 
müxtəlif xalqlann ictimai həyat şəraitinin qarşılıqlı nisbəti, uyğunluğu məsələlərini hərtərəfli təhlil etmişlər. 
Bəs mədəni fəaliyyətin struktur ünsürləri hansılardır? 
1.
 
Kommunikativ ünsür. Bu ünsür mədəniyyət dillərinin müxtəlifliyini nəzərdə tutur. Bu dillər müxtəlif işarə 
vahidlərinin çoxsəviyyəli sistemidir. İnsanlar kommunikativ fəaliyyət prosesində bu dillərdən istifadə edirlər. Buraya 
verbal (linqvistik) dil, jest, predmet - məkan, qrafik, obrazlı (o cümlədən bədii), formallaşdınimış dil, emosiyalann dili, 
peşə fəaliyyətinin dili (lüğət ehtiyatı, əmək texnologiyaları, alətləri və s.) aiddir. Mədəniyyət dillərinin formalaşması 
[312 - 313] mənbələri həm təbii ilkin şərtlərə, həm də insanlann qarşılıqlı fəaliyyətinin müəyyən sosial-kommunikativ, 
qi}mıət-məna  xüsusiyyətlərinə  malikdir.  Mədəniyyət  dilləri  insanlann  kommunikasiya  prosesində,  onlann  birgə 
fəaliyyətində təşəkkül tapır və inkişaf edir. Mədəni kommunikasiyanın əsas kanallan şifahi kommunikasiya və yazılı 
nitqdir. 
2.
 
Semantik  ünsür.  Buraya  mənəvi  dəyərlər,  mədəni  fəallığın  məna,  işarə  və  simvollan  daxildir.  Mənəvi 
dəyərlər  sosial  əlaqələri  nizamlamağın  çevik  sistemidir,  şüurun  fəal  yönümləridir.  Məna  insan  təcrübəsinin  sosial- 
mədəni kommunikasiyaya qoşulması üsuludur, insanı əhatə edən obyektlərlə, onun öz vəziyyəti və fəaliyyəti ilə sıx 
bağlıdır.  O,  tarixi  təcrübə  zəminində  təşəkkül  tapır,  məlum  birliyin  bu  və  ya  digər  hadisəyə  maraqlı  münasibətini 
ümumiləşdirir. Mənanın mədəniyyətdə formalaşması uzun vaxt tələb edir. Mədəni işarələr və simvollar müəyyən dəyər 
-  məna  xüsusiyyətinə  malikdir.  Onlar  gerçəklik  haqqında  bəzi  məlumatları  əks  etdirir.  Əslində  sosial  mühit  işarə 
sistemləri ilə doludur. Onlar mədəniyyətin spesifik mətnləridir. İnsan həmin işarələrin mənasını nəzərə alır, müvafiq 
davranış nümayiş etdirir, öz hərəkətlərini başqalarmm hərəkətləri ilə uyğunlaşdırır. Mədəni işarə öz məzmunundan 
«ayrılırsa», yeni məna kəsb edirsə, simvola çevrilir. Bu, tədrici prosesdir, öz informasiya və məna yükü baxımından 
olduqca səmərəlidir. Məsələn, palma budağı ilə göyərçin təsviri sülhün simvoludur. Gerb, bayraq, himn hər bir dövlətin 
ümummilli xarakteristikasıdır. Simvollar rituallann, təntənəli aktlann mühüm ünsürüdür. 
‘ Социология. Основы общей теории. M., 2002, с. 136. 
123 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə