Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə66/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

ailə ilə cəmiyyət arasında əlaqənin tarixi xarakterini əks etdirir, ailədə uşaqlann doğulması, saxlanması və tərbiyəsinin 
məhz necə baş verdiyinin tarixən keçici görüntüsünü açıqlayır. Odur ki, ailə dəyişiklikləri müxtəlif qeyri-səciyyəvi 
funksiyalann tarixi mərhələlərin müqayisəsində ən nəzərə çarpan şəkildə aşkarlanır: yeni şəraitdə onlar modifıkasiya 
olur, məhdudlaşır və ya genişlənir, tam və ya qismən yerinə yetirilir, hətta tamamilə yox olur. 
Ailə münasibətlərinin, ailəvi rollann təhlili onun funksiyalarmı dərk etmək üçün mühüm əhəmiyyət kəsb edir. 
Ailəvi rol insanın  cəmiyyətdəki sosial  rollarından  biridir.  O, ər  ilə arvadın  ailədə  yeri  və  funksiyaları  ilə müəyyən 
olunur və izdivac (ər, arvad), valideyn (ata, ana), uşaq (oğul, qız, qardaş, bacı), nəsildaxili (baba, nənə) və s. rollara 
bölünür. Ailəvi rolun icrası bir sıra şərtlərdən asılıdır. Ailənin hər bir üzvü özü üçün dəqiq müəyyən etməlidir ki, bu və 
ya digər davranış ona hansı qaydaları, normalan diktə edir. Ailədə yaşma görə, eləcə də, rol statusuna görə hamıdan 
böyük, [286 - 2871 məsələn, ailə başçısı - ər olmasına baxmayaraq, əgər o, zəif iradəlidirsə, müasir şəraitdə bu rolda 
müvəffəqiyyət  qazana  bilməyəcəkdir.  Ailəni  uğurla  idarə  etmək  üçün  rolun  şəraitin  tələblərinə  müvafiq  surətdə 
dəyişkən  olması  və  bununla  bağlı  rolda  davramşm  çevikliyi  mühüm  əhəmiyyət  kəsb  edir.  Ailədə  sözügedən 
funksiyalann yerinə yetirilməsi zamanı rol münaqişələrinin yaranması da müşahidə oluna bilər. 
XX  əsrin  əvvəlləri  üçün  sosial  institutlar  ailə  ilə  daha  çox  qovuşaraq,  təhsil  və  tərbiyə  (məktəb  və  uşaq 
bağçalan), müdafiə və mühafizə (polis və ordu), qidalanma, geyimlə təchizat, asudə vaxt (xidmət sferası), rifah və 
sosial statusun ötürülməsi (industrial muzdlu əmək) funksiyalannı öz üzərinə götürürlər. 
3.
 
Ailə strukturlarının tipologiyası 
Ailə strukturlarının tipləri rəngarəngdir və izdivacın, qohumluğun və valideyn olmağın xarakterindən asılıdır. 
Monoqam izdivac - bu, bir kişinin bir qadınla nikahıdır. Bəşər tarixində monoqamiyaya poliqamiyadan - bir 
nəfərin bir neçə nəfərlə nikahından 5 dəfə az rast gəlinir. Həm də poliqamiya iki cür olur: poliginiya - bir kişinin bir 
neçə qadınla nikahı və poliandriya - bir qadının bir neçə kişi ilə nikahı. 
Ailə qruplanmn strukturlaşdıniması zamanı həm izdivac, həm də qohumluq sistemləri nəzərə alınırsa, nikahın 
(poliqamiyanm) ekzotik formaları meydana çıxır: fratemal poliandriya (bir neçə qardaşın bir qadınla nikahı) və sororal 
poliginiya (bir neçə bacının bir ərlə nikahı). 
Ekzoqam nikahlar qrup nikahlarına aiddir ki, bu zaman ər və ya arvadı həmin qrupdan kənarda, başqa nəslin 
üzvləri  arasında  axtanrlar.  Endoqam  nikahlar  iki  ekzoqam  nəsildən  ibarət  olan  tayfa  daxilində  bağlanır.  Nikah 
nəsillərinin  üzvləri  arasında  cinsi  əlaqələrə  qadağa  tam  aqamiya  doğurur,  qismən  aqamiya  isə  müəyyən  dövrdə 
müəyyən  vaxt  [287  -  288]  ərzində  (məsələn,  mövsümi  işlər  zamanı  cinsi  tabu  əsasında)  seksual  münasibətlərdən 
çəkinmə ilə səciyyələnir. Bu terminologiyadan, adətən, ailə və nikahın mənşəyi məsələlərinin, həmçinin bəzi davranış 
problemlərinin müzakirəsi zamanı istifadə edilir və onlar qrup halında nikahı fərdi nikahdan fərqləndirməkdə yardımçı 
olur. 
Ailə stmkturlannm valideynlik-izdivac-qohumluq meyarlan ilə müəyyənləşdirilən tipləri rəngarəngdir və ata, 
yaxud  ana  xətlərindən  biri  ilə  bağlı  hansısa  xüsusiyyətləri  ön  plana  çəkir.  Bununla  əlaqədar  ailə  və  qohumluq 
etnososiologiyasmda  və  ailə  sosiologiyasında  sosial  və  fizioloji  atalıq,  yaxud  analıq  fərqləndirilir.  Buradan  da  ailə 
qruplarının patri - və ya matrilokalizasiyası əsasında patrilineal və matrilineal ailələr fərqləndirilir ki, bunlarda soyad, 
əmlak, sosial vəziyyətə vərəsəlik ya ata, ya da ana xətti üzrə olur.' 
Hakimiyyət meyarına əsasən ailə «dövlətinin» başçısının ata olduğu patriarxal və ən yüksək nüfuz və təsirə 
ananın malik olduğu matriarxal ailələr fərqləndirilir. Dəqiq fərqlənən ailə başçısınm olmadığı, hakimiyyətin ata ilə ana 
arasında durumdan asılı olduğu hallarda eqalitar ailələrdən danışmaq olar. 
Lakin  ailədə  hakimiyyət  və  nüfuzdan,  qərarların  birgə,  yaxud  avtoritar  qəbulundan  asılı  olaraq,  ailə 
strukturlanmn daha çox saymı fərqləndirmək mümkündür. Belə ki, amerikalı sosioloq Morris Zeldiç ailənin bir nüfuz 
strukturunun və ərlə arvaddan birinin qərar qəbul etdiyi yuxanda göstərilən tiplərindən başqa, ailə qərarlannm birgə 
müzakirə olunduğu partnyorluq ailəsini də fərqləndirir ki, ər daha üstün nüfuza malik olduğu halda, bu, ərin, arvad 
üstün olduğu halda isə qadının dominantlıq etdiyi ailə olacaqdır. Partnyorluğun sinkratik tipi ər-arvad bərabər nüfuza 
malik olduğu halda meydana çıxacaqdır. Bundan başqa, birdən çox nüfuz strukturuna malik ailələr də fərqləndirilir, 
həm də qərarların birgə müzakirəsi zamanı kollegial ailə yaranır, qərann ər-arvaddan biri tərəfindən qəbul olunması isə 
avtonom ailə adlandırılır. 
Daha sonra ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının sosial durumuna görə ailələr homogen 
(ər-arvad təxminən eyni sosial stratdan olur), yaxud heterogen (ərlə arvad müxtəlif sosial qrup, kasta və ya sinifdən 
olur) ola bilər. Ailə və nikahların sosial və demoqrafik əlamətlərə görə daha geniş səciyyələndirilməsi üçün 
' Социология семьи/Под ред. проф. А. И. Антонова/ М., 2005, с. 49. 
114 


milliyyət, yaş, peşə, təhsil və s. baxımından eynicinsli homoqam ailələr fərqləndirilir ki, bunlarda sosial- demoqrafık 
indikatorlar üzrə fərqlər müşahidə edilir. 
Məkan-ərazi lokallaşmasına görə ailələr patrilokal (təzə evlənənlər yaşamaq üçün ərin atasının evinə köçürlər) 
və matrilokal (təzə evlənənlər arvadın valideynlərinin evində yaşayırlar) olur. Müasir şəhər ailələrində, əksər hallarda, 
ailələrin unilokallığmdan danışmaq lazım gəlir, çünki mənzilin olması gənc ailənin lokallaşmasım müəyyənləşdirir. 
Müasir urbanizə olunmuş aqlomerasiyalarda ən geniş yayılan nuklear - valideynlər və övladlardan, yəni iki 
nəsildən ibarət ailələrdir. Nuklear ailədə üçdən artıq olmayan mövqe (ata-ər, ana-arvad, oğul-qardaş və ya qız-bacı) var. 
Mürəkkəb  ailə  ümumi  təsərrüfatı  olan  iki  və  daha  artıq  ailəni  birləşdirən,  üç  və  daha  artıq  nəsildən  (baba-nənə, 
valideynlər və övladlardan, nəvələrdən) ibarət olur. 
Təkrar ailələrdə (təkrar, birinci olmayan nikaha əsaslanan) ər-arvadla birlikdə həmin nikahdan olan övladlarla 
yanaşı,  ər  və  ya  arvadın  yeni  ailəyə  özü  ilə  gətirdiyi  övladlar  da  ola  bilir.  Boşanmalarm  sayının  artması  əvvəllər, 
praktiki olaraq, ər və ya arvaddan hər hansı birinin vəfatı nəticəsində meydana çıxan belə ailələrin sayının artmasına 
səbəb olmuşdur. Keçmişdə təkrar ailələrdə uşaqlar bir ana və iki ataya (bir ata və iki anaya) indikindən xeyli az hallarda 
malik olurdu. Müvafiq olaraq, yalnız doğma valideynləri olan övladlarla, onlardan başqa, həm də ögey ata və ya anaları 
olan övladlar arasında qohumluq münasibətləri də mürəkkəbləşmişdir. [289 - 290] 
4. Nikah anlayışı və boşanma 
Nikah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların 
uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır. 
Hüquqi  baxımdan  nikah  -  kişi  ilə  qadının  ailə  qurmaq  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanında 
qeydiyyata  alınan  könüllü,  bərabərhüquqlu  ittifaqıdır.  Ölkəmizdə  yalnız  vətəndaşlıq  aktlarının  dövlət  qeydiyyatı 
(VADQ) orqanlarında bağlanmış nikah etibarlı hesab olunur.' Əgər nikah ailənin əsası olmasaydı, o da dostluq kimi, 
qanunvericiliyin predmeti olmazdı.^ Hal-hazırda nikahın bağlanması Azərbaycan Respublikasının Ailə məcəlləsi ilə 
tənzimlənir. 
Sosioloji  baxımdan,  nikah  münasibətlərinin  rəsmi  qeydiyyatının,  onlann  hüquqi  rəsmiləşdirilməsinin  olub- 
olmaması ailənin sosial institut kimi vəziyyətinin çox mühüm göstəricisidir. Son onilliklər ərzində müşahidə olunan 
nikahın rəsmi qeydiyyatından imtina edilməsi, birgə yaşamanın yayılması ailənin dərinləşməkdə olan böhranına, ailə 
dəyərlərinin  tənəzzülünə  şəhadət  edir.  Bütün  bunlann  nəticəsi  kimi  cəmiyyətdə  uğursuzluq  kəskinləşir,  sosial 
davranışın  deviant  formalan  artır.  Məsələ  heç  də  yalnız  onda  deyil  ki,  dünyanm  bir  sıra  ölkələrində  (o  cümlədən 
Azərbaycanda da) nikahdankənar doğulmalann sayı və payı artır, hərçənd bu, öz-özlü5dində, ilk növbədə «ana» ailələri 
adlanan  ailələrdən  olan  uşaqlann  natamam  sosiallaşması  ilə  bağlı  çoxsaylı  sosial  problemlər  yaradır.  Nikah 
münasibətlərini qanuniləşdirmədən birgə yaşamaq imkanının özü bir çox insanlann şüurunda qanuni nikahın və ailənin 
sosial təsisatlar kimi, birgə yaşamamn yeganə normativ forması kimi dəyərini kiçildir. 
Nikahın  bağlanması  nikah  davranışının,  yəni  məqsədi  nikaha  ehtiyacın  ödənməsi  olan  davranışın,  nikah 
tərəfdaşının seçilməsi ilə bağlı davranışın son mərhələsidir. [290 - 291] 
Nikah seçimi dedikdə, nəticə etibarilə mümkün mülki nikah tərəfdaşlannm məcmusundan (onu bəzən nikah 
dairəsi də adlandırırlar) bu və ya digər yolla hər bir konkret şəraitdə yeganə olan tərəfdaşın seçilməsi nəzərdə tutulur ki, 
o da ər (arvad) və ya birgə yaşanılacaq şəxs olur. 
Nikah  seçimi  prosesi  tarixən  konkret  prosesdir.  O,  cəmiyyətdə  mövcud  olan  iqtisadi,  sosial,  sosial-mədəni 
şəraitdən  və  digər  şərtlərdən  asılıdır.  Nikah  seçimi  prosesinin  əsas  xüsusiyyətləri  onunla  bağlıdır  ki,  müxtəlif 
mədəniyyətlərdə  və  tarixi  inkişafın  müxtəlif  mərhələlərində  istər  mümkün  seçim  imkanı,  istərsə  də  fərdi  seçim 
azadlığının dərəcəsi müxtəlifdir. 
Birinci münasibətdə, yəni nikah tərəfdaşının seçimlərinin mümkün imkanının müəyyənləşdirilməsində bütün 
mədəniyyətlər  bir-birindən  təkrar  nikahlara  yol  verilib-verilməməsi  ilə  fərqlənir.  Əgər  təkrar  nikahlara,  seriyalı 
monoqamiyaya yol verilirsə, onda nikah tərəfdaşının seçimi zamanı apanlan məcmu çox geniş olur və özündə həm 
nikahda olanları, həm də nikahda olmayanları ehtiva edir. 
Burada mahiyyət ondan ibarətdir ki, bəzi mədəniyyətlərdə kişi və qadının nikahda olub-olmamasından asılı 
olmayaraq, nikah onlar üçün daim mümkün olur. Amerika sosioloqu B. Farberin yazdığı kimi, hər bir insan, ən azı 
nəzəri cəhətdən həmişə əks cinsdən olan şəxs üçün potensial ər və ya arvaddır. Burada mühüm cəhət odur ki, nikahda 
olmaq insanın daha sonrakı nikahlan bağlamaq imkanını qətiyyən məhdudlaşdırmır.' 
’ Azərbaycan Respublikasının ailə məcəlləsi. B., 2006, s. 12. 
^ Marks K., Engels F. Seçilmiş əsərləri. I c, s. 161. 
’ Волков A. B. Семья - Объект демографии. M., 1986, с. 48. 
115 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə