Hərbi vəzifə və hərbi xidmət haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu
Qanun
Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 18-
ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və
Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə
həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və
hərbi
xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.
1-
ci fəsil. Ümumi müddəalar
Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik
1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik
Azərbaycan Respublikası
Konstitusiyasından
, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri «
Azərbaycan
Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında
» Azərbaycan
Respublikasının Qanunu və «
Hərbi xidmətkeçmə haqqında
» Əsasnamə ilə tənzimlənir.
Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. hərbi vəzifə — qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan
Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi
xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması,
toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə
yetirilməsidir;
2.0.2. hərbi xidmət — dövlət qulluğunun xüsusi növü
olmaqla Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
həyata keçirdikləri xidməti fəaliyyətdir;
2.0.3. ehtiyatda xidmət — toplanışlar keçmək və müharibə zamanı
səfərbərlik
üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;
2.0.4. hərbi uçot — Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və
hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş
qaydada siyahıya alınmasıdır;
2.0.5. hərbi qeydiyyat — həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədilə
bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında
müəyyən olunmuş qaydada qeydiyyata alınmasıdır;
2.0.6. hərbi uçot ixtisası — Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və
ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul
edilməsi
mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün
müəyyənləşdirilmiş qeydiyyatıdır;
2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar — ilkin hərbi qeydiyyata
alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları;
2.0.8. çağırışçılar — ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı
olan müddətli
həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan
Respublikasının kişi cinsli vətəndaşları;
2.0.9. hərbi qulluqçular — həqiqi hərbi xidmətdə olan şəxslər;
2.0.10. hərbi vəzifəlilər — ehtiyata keçirilmiş Azərbaycan Respublikasının
vətəndaşları;
2.0.11. hərbi vəzifəli olmayanlar — hərbi qeydiyyata götürülməli olmayan və ya
hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış Azərbaycan
Respublikasının vətəndaşları.