Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə73/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

Morfoloji modeldə mədəniyyətin iki səviyyəsi qeyd olunur: adi (gündəlik) mədəniyyət və ixtisaslaşdırılmış 
mədəniyyət. İnsanların təşkili üsulları, mədəni təcrübənin qorunub saxlanılması və istifadə edilməsi bu səviyyələrdə bir 
-birindən fərqlənir. 
Adi mədəniyyət insanların gündəlik həyat dünyasını mühafizə etməklə bağlıdır. İnsan həyatının ilk günündən 
son  gününə  qədər  onun  hüdudlarında  (ailədə,  yaxın  dostlarının  əhatəsində,  qeyri-formal  qarşılıqlı  təsir  prosesində) 
inkişaf edir. Burada fəaliyyətin sərt təlimati formalan yoxdur, insamn fəallığı dəyişkən xarakter daşıyır, öz mənafe və 
tələbatlarının reallaşmasına yönüm əsas cəhətdir. 
İxtisaslaşdırılmış mədəniyyət ictimai əmək bölgüsü ilə əlaqədardır, fəaliyyətin sistemli - təsisatlı sferalannm 
(əmək, idarəetmə, təhsil, xidmət, peşəkar incəsənət və s.) olmasını [319 - 320] nəzərdə tutur. Burada fəaliyyət daha 
rasional xarakter daşıyır; insana hər şeydən əvvəl işçi, vəzifəli şəxs kimi yanaşılır. 
Mədəniyyətin hər iki səviyyəsi şaquli bölgü üzrə funksional baxımdan müstəqil sferalarm ayırd edilməsi ilə 
tamamlanır: təsərrüfat mədəniyyəti; siyasi mədəniyyət; hüquqi mədəniyyət; dini mədəniyyət; fəlsəfi mədəniyyət; bədii 
mədəniyyət  (incəsənət);  elmi  mədəniyyət;  rekreasiya  sferası  (sağlamlığın  qorunmasına  yönəlmiş  mədəni  fəaliyyət 
sahəsi). 
Qeyd edilən vahidlərlə yanaşı mədəni praktikanın elə sahələri də ayırd edilir ki, onlann vəzifəsi mədəniyyətin 
bütün səviyyə və sferaları arasında əlaqəni təmin etməkdir. Buraya təhsil sferası, kütləvi informasiya vasitələri, habelə 
mədəniyyət müəssisələri (arxivlər, kitabxanalar, muzeylər, konsert zallan və s.) aiddir. 
Mədəni praktikanın səviyyələri və sferaları müəyyən funksiyaların həyata keçirilməsi ilə əlaqədardır. Sosial 
praktikada  onlann  hamısı  çoxsaylı  əlaqə  və  münasibətlərlə  bir-birini  tamamlayır.  Deməli,  onlar  arasmda  keçilməz 
hüdudlar yoxdur. 
Mədəniyyət  statik  sistem  deyildir;  o,  daim  dəyişir,  yeniləşir,  müxtəlif  hadisə  və  proseslərlə  zənginləşir. 
Mədəniyyətin  özünəməxsus  dinamikası  dedikdə  elə  dəyişikliklər  başa  düşülür  ki,  onlar  nizamlı  xarakter  daşısın, 
məzmun baxımından müəyyənliyə malik olsun, əsas ictimai meyllərin istiqamətinə uyğun gəlsin. 
Bəşəriyyətin mədəni təkamülünün tarixi mərhələləri belə dövrləşdirilir: ibtidai cəmiyyətin mədəniyyəti; qədim 
dünya mədəniyyəti; orta əsrlər mədəniyyəti; yeni dövr mədəniyyəti. Buna uyğun olaraq, müxtəlif xalqlann mədəni 
praktikasının  bir  neçə  mərhələsi  və  modifıkasiyası  ayırd  edilir:  arxaik  tipli  mədəniyyət  (adətən  yazısı  olmayan 
mədəniyyətdir); ənənəvi tipli mədəniyyət; müasir tipli mədəniyyət. 
Ənənəvi və müasir mədəniyyətlər təsərrüfat məşğuliyyətinin apancı formalarmdan və iqtisadiyyatın inkişaf 
dərəcəsindən  asılı  olaraq,  aşağıdakı  kimi  təsnif  edilə  bilər:  ənənəvi  [320  -  321]  tipli  mədəniyyət  -  torpaqbecərmə 
mədəniyyəti;  köçəri  (yaxud  yanköçəri)  heyvandarlıq  mədəniyyəti;  oturaq  heyvandarlıq  mədəniyyəti;  müasir  tipli 
mədəniyyət - industrial cəmiyyət mədəniyyəti; postindustrial cəmiyyət mədəniyyəti. Mədəniyyətin tarixi tipləri insanın 
ictimai təkamülünün xüsusiyyətlərini başa düşməyə kömək edir. 
Mədəni  dəyişikliklərin  bir  sıra  amilləri  mövcuddur.  Mədəni  dəyişikliklərin  amilləri  dedikdə,  məlum 
dəyişikliklərin əsasını təşkil edən, onlan reallaşdıran hərəkətverici qüvvələr, mənbələr və şərait başa düşülür. Aydın 
məsələdir ki, bu və ya digər amilin fəaliyyəti müəyyən tarixi şəraitdə ön plana keçə bilər. 
Mədəni dəyişikliklərin əsasını təşkil edən başlıca amillər aşağıdakılardır: 
a)
 
təbii-ehtiyat amilləri. Bu amillər mədəniyyətin bir çox sahələrinə (təsərrüfat məşğələləri, əmək alətlərinin 
təkmilləşməsi, əhalinin həyat tərzi) ciddi təsir göstərir. 
b)
 
mədəniyyət  formalarının  məkan  yerləşməsi.  Onlann  tam  yerləşməsi  ərazinin  mədəni  baxımdan 
mənimsənilməsini sürətləndirir. 
c)
 
müxtəlif  mədəniyyətlərin  qarşılıqlı  təsiri.  Bu,  bir  mədəni  birliyin  digərinə  nüfuz  etməsinə  və  qarşılıqlı 
zənginləşməyə imkan verir. 
ç) sosial institutlar və münasibətlər. Amillərin bu qrupu bəzi mədəni dəyişiklikləri dinamikləşdirir. 
d)
 
mənəvi-ideya amilləri. Bu, mədəni fəaliyyətin ideyalarını, dəyərlərini, bütöv proqramlanm əhatə edir. 
e)
 
rasional tədqiqatlar və idarəetmə. Müasir şəraitdə real vəziyyəti aşkara çıxarmaq və  mədəni yeniləşməyə 
kömək etmək üçün rasional tədqiqatlar aparmağın, idarəetməni optimallaşdırmağm əhəmiyyəti getdikcə arhr. 
Mədəni  dinamika  müxtəlif  formalarda  həyata  keçirilir.  Bu  formalar  mədəni  dəyişikliklərin  istiqamətinə, 
məzmununa, intensivliyinə, nəticələrinə görə bir-birindən fərqlənir. Dəyişikliklərin aşağıdakı formalarını qeyd etmək 
olar: [321 - 322] 
1)
 
tsiklik,  yaxud  dalğavari  dəyişikliklər.  Bu  halda  mədəni  praktika  öz  inkişafında  müxtəlif  mərhələlərdən, 
fazalardan, tsikllərdən keçir. 
2)
 
mütərəqqi (proqressiv) dəyişikliklər. Bu halda dəyişikliklər yüksələn xətlə sosial baxımdan məqsədəuyğun 
mədəni keyfiyyətlərin toplanması şəraitində baş verir. 
3)
 
qeyri-mütərəqqi  (reqressiv)  dəyişikliklər.  Bunlar  mütərəqqi  dəyişikliklərə  əksdir;  belə  dəyişikliklər 
mədəniyyətin məqsədəuyğun keyfiyyətlərinin azalmasını, böhranlı əlamətlərin artmasını, xaosun yaranmasını sübut 
edir. 
126 


4)
 
mədəni  partlayış.  Bu,  durğunluğa  əks  olan,  nəticələri  çətin  proqnozlaşdırılan  rəngarəng  və  sürətli 
dəyişikliklərlə, qeyri-sabit sosial-mədəni proseslərlə xarakterizə olunur. 
5)
 
mədəni  durğunluq.  Bu,  uzunmüddətli  dəyişməzlik,  süstlük  vəziyyəti  ilə  səciyyələnir.  Bəzən  mədəni 
dinamikanın  xarakterini  və  istiqamətini  müəyyənləşdirmək  çox  çətin  olur.  Baş  verən  dəyişikliklərin  mənasını 
aydınlaşdırmaq üçün müəyyən vaxt tələb olunur. Nəzərə almaq lazımdır ki, mədəniyyətin zənginləşməsi kimi ümumi 
proses çərçivəsində onun ayn-ayrı hissələrinin tənəzzülü, yaxud deqradasiyası baş verə bilər. Məsələn, universal şəhər 
mədəniyyəti normalarının geniş yayılması əslində əyalət mədəniyyətinin tənəzzülünə səbəb olur. 
6)
 
mədəni böhran. Bu vəziyyət üçün xaotik meyllərin artması, ziddiyyətlərin çoxalması, sosial praktikanın bu 
və ya digər sahəsində ənənələrlə innovasiyalar arasında ayrılığın olması səciyyəvidir. 
7)
 
mədəni  fəlakət.  Böhran  dərinləşərək,  mədəni  fəlakətə  keçə  bilər.  Bu  halda  praktikanın  bu  və  ya  digər 
sahəsinin, bəzən bütün mədəniyyətin əvvəlki qaydada fəaliyyəti mümkün olmur, mədəni varislik itir. Tarixən ərazilərin 
hərbi işğalı nəticəsində bütöv mədəniyyətlərin yoxa çıxmasına dair faktlar məlumdur. 
Mədəni  dəyişikliklərin  rəngarəng  formaları  sübut  edir  ki,  mədəni  dinamika  ən  müxtəlif,  ziddiyyətli 
proseslərin, [322 - 323] meyllərin qarşılıqlı əlaqə və təsiri şəraitində baş verir. Çox mühüm dinamik meyllərin aşkar və 
gizli keyfiyyətləri, təzahürləri dəqiq müəyyənləşdirilməli, əsaslı keyfiyyət təhlili aparılmalıdır. 
Azərbaycan mədəniyyəti çoxəsrlik ənənələri olan, keyfiyyət spesifikliyini qoruyub saxlayan, dinamik inkişaf 
edən  mədəniyyətdir.  Müstəqillik  şəraitində  öz  tərəqqisi  üçün  yeni  imkanlar  əldə  edən  bu  mədəniyyət  dünya 
mədəniyyətinin nailiyyətlərindən yaradıcılıqla istifadə etməklə daha da yeniləşir, zənginləşir. [323-324] 
127 


Ədəbiyyat siyahısı 
Azərbaycan 
dilində 
İ. B. 
1.
 
Abdullayev E. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004. 
2.
 
Abdullayev Ə. . Dil, siyasət, sosial tərəqqi. B., 1985. 
3.
 
Abbasova Q. Y. Elmin və təhsilin sosiologiyası. B., 2002. 
4.
 
Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. B., 2001. 
5.
 
Ağayev T. B. Sosiologiyaya dair sxemlər. B., 2002. 
6.
 
Azərbaycan Respublikasının Konstitusiyası. B., 1995. 
7.
 
Azərbaycan Respublikasının ailə məcəlləsi. B., 2006. 
8.
 
Azərbaycanın statistik göstəriciləri. B., 2006. 
9.
 
Cavadova H. Q. G. Zimelin sosioloji konsepsiyası. B., 2007. 
10.
 
Cozef E. Stiqlitz. Qloballaşma və onun doğurduğu narazılıqlar. B., 2004. 
11.
 
Demokratiya: gediləsi uzun bir yol. B., 2002. 
12.
 
Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi. B., 2002. 
13.
 
Əfəndiyev M., Şirinov A. Sosiologiyanın nəzəri problemləri. B., 2001. 
14.
 
Əmirov M. İlham Əliyev. Bizim siyasətimiz bizim işimizdi. B., 2007. 
15.
 
Əliyev H. Ə. Müstəqilliyimiz əbədidir. B., 1997, 2004. 
16.
 
Əzimov K. A., Həsənov R. M. Sosiologiya. B., 2003. 
17.
 
Fəlsəfə ensiklopedik lüğəti. B., 1997. 
18.
 
Xəlilov S. S. Lider. Dövlət. Cəmiyyət. B., 2001. 
19.
 
Xəlilov S. S. Təhsil, təlim, tərbiyə. B., 2005. 
20.
 
Hüquq ensiklopedik lüğəti. B., 1991. 
21.
 
İmanov H. R. Fəlsəfənin əsaslan. B., 2007. 
22.
 
Quliyev R. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası. B., 1995. 
23.
 
Quliyev T. Ə. Əməyin iqtisadiyyatı. B., 2003. 
24.
 
Quliyev T. Ə. İdarəetmənin əsaslan. Bakı, 1993. [324 - 325] 
25.
 
Qurbanov F. Elmə sinergetik yanaşma. B., 2005. 
26.
 
Mehdiyev R. Azərbaycan: tarixi müstəqillik fəlsəfəsi. B., 2001. 
27.
 
Məmmədova A. N. Sosial ekologiya. B., 2007. 
28.
 
Məmmədov Ə. Elmi idrak və onun inkişaf dialektikası. B., 1998. 
29.
 
Mərdanov M., Quliyev Ə. Azərbaycan Respublikasmm dövlət rəmzləri. B., 2001. 
30.
 
Ümumi sosiologiya. Professor Z. T. Qalenkovanm redaktorluğu ilə. Tərcüməçi fəl.e.d., prof. Rüstəmov 
2007. 
31.
 
Rüstəmov İ. Azərbaycanda təbii-elmi biliyin inkişafinm fəlsəfi problemləri. B., 2001. 
32.
 
Şəfiyev Ü. Konfliktologiya: siyasi - sosioloji təhlil. B., 2002. 
33.
 
Şirəliyev H., Əhmədov Ə. Politologiya. B., 1997. 
34.
 
Şirəliyev H., Vahidov F. Ahəngdar inkişaf etmiş şəxsiyyətin formalaşması. B., 1987. 
35.
 
Sosiologiya. B., 1994. 
36.
 
Vahidov F. Ağayev T. Sosiologiya. B., 2005. 
Rus dilində 
37.
 
Аббасова К. Я. Философия в современной системе культуры. Б., 2007. 
38.
 
Абдулатипов П. Г. Природа и парадоксы национального «Я»., М., 1991. 
39.
 
Антонов А. И. , Медков В. М. Социология семьи. М., 1996. 
40.
 
Антонов А. И. Микросоциология семьи. М., 1998. 
41.
 
Андреев Ю. П., Коржевская Н. М. и др. Социальные институты: Содержание, функции, контроль. 
Свердловск., 1989. 
42.
 
Амелин В. Н. Социология политики. М.,1992. 
43.
 
Аристотель. Политика. М., 1995. [325 - 326] 
44.
 
Арон Р. Этапы развития социологической мысли. М., 1993. 
45.
 
Асмолов А. Г. Психология личности. М., 1990. 
46.
 
Ахмедли Дж. Т., Рагимов А. А. Измерение и анализ данных в социологии. Б., 2002. 
47.
 
Бабаков В. Г. Кризисные этносы. М., 1993. 
48.
 
Бжезинский 3. Великая шахматная доска. М., 1999. 
128 


49.
 
Беляева Л. А. В поисках «среднего класса» // Соц. ис-след. 1999. №7. 
50.
 
Бердяев Н. О человеке, его свободе и духовности: Избр. труды. М., 1999. 
51.
 
Бромлей Ю. В. Очерки теории этноса. М.,1983. 
52.
 
Буданцев Ю. П. Социология средств массовой информации. М., 1997. 
53.
 
Бурдье П. Социология политики. М.,1993. 
54.
 
Валентей Д. И., 1Сваша А. Я. Основы демографии. М., 1989. 
55.
 
Вебер М. Основные понятия стратификации // Соц. исслед. 1994. № 5. 
56.
 
Виханский О. С. Стратегическое управление. М.,1999. 
57.
 
Волков Ю. Г. Социология. М, 2004. 
58.
 
Галкин А. А. Тенденции изменения социальной структуры. //Соц.исслед. 1998. № 10. 
59.
 
Гараджа В. И. Социология религии. М., 1996. 
60.
 
Гелнер Э. Нации и национализм. М., 1991. 
61.
 
Гидденс Э. Социология. М., 1999. 
62.
 
Гревцов Ю. И. Очерки теории и социологии права: Учебное пособие. СПб; 1996. 
63.
 
Ерасов Б. С. Социальная культурология. М., 1996. 
64.
 
Зеленов Л. А. Социология города: для вузов. М., 2000. 
65.
 
Земски М. Семья и личность. М., 1999. 
66.
 
Зиммел Г. К. Социология религии //Избранное: В 2 т. М., 1996. 
67.
 
Иванов В. Н., Сергеев В. К. Человек, культура, город. М., 2002. [326 - 327] 
68.
 
Иманов Г. Социально - классовая структура развитого социализма. Б., 1985. 
69.
 
Ионин Л. Г. Социология культуры. М., 1996. 
70.
 
Карбонье Ж. Юридическая социология /Пер. с франц /. М., 1986. 
71.
 
Клямкин И. М. Политическая социология переходного общества (Политические исследования, 
1993. №4.) 
72.
 
Козлов В. А., Суслов Ю. А. Конкретно-социологические исследования в области права: 
Учеб.пособие. Л., 1981. 
73.
 
Конфликтная этничность и этнические конфликты. М., 1994. 
74.
 
Кравченко А. И. История менеджмента. М., 2000. 
75.
 
Кравченко А. И. Социология. М., 2006. 
76.
 
Кравченко А. И. Социология. Общий курс. М., 2002. 
77.
 
Кудрявцев В. Н., Казитирчук В. П. Современная социология права: Учебник. М., 1995. 
78.
 
Малиновский Б. Магия, наука и религия. М., 1998. 
79.
 
Маскаленко В. В. Социализация личности. Киев, 1996. 
80.
 
Медков В. М. Демография. М., 2004. 
81.
 
Мертон Р. Социальная теория и социальная структура //Соц.исслед. 1992. № 2,3,4. 
82.
 
Межэтнические отношения и конфликты в постсоветских государствах. М., 1999. 
83.
 
Менеджмент организации. М., 1995. 
84.
 
Михайлова Л. И. Социология культуры. М., 1999. 
85.
 
Национальные процессы в СССР. М., 1991. 
86.
 
Парсонс Т. О структуре социального действия. М., 2000. 
87.
 
Пригожий А. И Организация: система и люди. М., 1983. 
88.
 
Пригожий А. И. Социология организации. М. , 1980. 
89.
 
Радугин А. А. , Радугин К. А. Социология: Курс лекций. М.,2001. 
90.
 
Россия и ее соседи. Соотношение национальных интересов внутри СНГ. М., 1999. [327 - 328] 
91.
 
Руткевич М. Н. Макросоциология. М., 1995. 
92.
 
Рысь Ю. И. , Степанов В. Е. Социология. М., 2005. 
93.
 
Современная западная социология. Словарь. М., 1990. 
94.
 
Сорокин П. А. Система социологии. М., 1993. 
95.
 
Сорокин П. А. Социальная стратификация и мобильность//Человек. Цивилизация. Общество. М., 
1992. 
96.
 
Социальное расслоение и социальная мобильность. М., 1999. 
97.
 
Социальные структуры и социальные субъекты. М., 1992. 
98.
 
Социология. М., 2002. 
99.
 
Социология. Основы общей теории. М., 2002. 
100.
 
Социология. Учебник. М., 2002. 
101.
 
Социология семьи: Учебник / Под ред. проф. А. И. Антонова. М., 2005. 
129 


102.
 
Тихонова Н. Е. Динамика социальной стратификации в постсоветском обществе //Общественные 
науки и современность. 1997. № 5. 
103.
 
Томилин В. Ф. Сельская среда обитания: социология, экология, экономика. Акмола, 1992. 
104.
 
Тощенко Ж. Т. Социология. Общий курс. М, 2001. 
105.
 
Трансформация социальной структуры и стратификация российского общества. Изд. 3-е. М., 
2000
.
 
Киев. 
106.
 
Удальцова М. В. Социология управления: учебное пособие. Москва-Новосибирск, 1999. 
107.
 
Уткин Э. А. Конфликтология. Теория и практика. М.,1998. 
108.
 
Филиппов Ф. Р. Социология образования. М., 1989. 
109.
 
Фомичев П. Н. Социологические теории национализма. М., 1991. 
ПО. Фрейд 3. . «Я» и «Оно»: Труды разных лет. Тбилиси, 1991. 
111.
 
Фролов С. С. Социология. М., 2002. 
112.
 
Харчев А. Г., Марковский М. С. Современная семья и ее проблемы. М., 1999. [328 - 329] 
113.
 
Черкасов В. В., Третьяк В. И. Управленческая деятельность менеджера. Основы менеджмента. 
1998. 
114.
 
Широкова И. Г. Конспект лекции. М., 2001. 
115.
 
Юдин Ю. Политические партии и право в современном государстве. М., 1998. 
116.
 
Ядов В. А. Стратегия социологического исследования. М., 1998.[329 - 330] 
130 


 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
F. Q. Vahidov, T. B. Ağayev 
SOSİOLOGİYA 
(Ali m
ə
kt
ə
bl
ə
r üçün d
ə
rs v
ə
saiti) 
Texniki redaktor: fəlsəfə elmləri nəmizədi,dosent 
Aygün Məmmədova 
Kompüter tərtibatçısı: 
Azadə İmanova 
Yığılmağa verilmişdir 01.02.2008 
Çapa imzananmışdır 12.03.2008 
Kağız formatı 60x84 116 
Hh həcmi 21 
Tiraj 1000 
Təknur MMC-nin mətbəəsində çap edilmişdir 
Ünvan: H. .Cavid 31 
131 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə