Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə71/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

3.
 
Normativ  -  etalon  ünsürü.  Bu,  insan  fəaliyyətini  onun  normalaşdıniması  baxımından  səciyyələndirir. 
Mədəni  norma  davranışın,  mənəvi  fəallığm  müəyyən  standartıdır.  Konkret  mədəniyyəti  təmsil  edən  adamlar  öz 
fəaliyyətində  bu  normalara  istinad  edirlər.  Normalar  fəaliyyətin  müəyyən  mədəniyyətə  xas  olan  çox  mühüm 
prinsiplərini təsbit edirlər. Cəmiyyətdə mədəni normalann daimi yeniləşməsi prosesi gedir. Lakin ictimai praktikanın 
müxtəlif  sahələrində  yeniləşmənin  [313  -  314]  sürəti  fərqlidir.  Mədəni  irmovasiyalann  bir  qismi  zaman  keçdikcə 
normaya çevrilə bilər. Bunun üçün həmin innovasiya əhalinin əsas hissəsi tərəfindən bəyənilməli, qəbul edilməli, bir 
neçə nəslin həyat prosesində təkrar istehsal olunmalıdır. 
Mədəni  praktikada  mədəni  nümunələrin  özünəməxsus  yeri  vardır.  Onlann  məzmunu  dünya  haqqında 
informasiyanı, onu qiymətləndirmə məqammı, burada insanın fəaliyyət üsulunu və s. əks etdirir. Mədəni nümunələrin 
təşəkkülü  müxtəlif  cür  baş  verir.  Bədii  yaradıeılıqda,  dini  praktikada  onlann  çoxluğu  daha  çox  hiss  olunur.  Geniş 
diapazona  malik  müxtəlif  mədəni  hadisələr  (məsələn,  maddi  predmetlər,  insanlann  davranış  maneralan,  zahiri 
xarakteristikalan,  incəsənətin  janr  və  üslub  xüsusiyyətləri,  iqtisadi  münasibətlərin  formalan,  siyasi  mədəniyyət 
təzahürləri və s.) mədəni nümunələr ola bilər. Etnomilli mədəniyyət nümunələri xüsusilə davamlıdır. 
Konkret mədəniyyət nümayəndələrinin fəaliyyətindəki mədəni nümunələrin, normalann bütöv komplekslərini 
mədəni özək adlandırmaq qəbul olunmuşdur. Bu, əsrlər ərzində qorunub saxlanılan fenomendir, xalqın fərdi mahiyyəti 
ilə  sıx  bağlıdır.  Mədəniyyətin  özəyi  onun  ayn-ayn  komponentlərinin  münasibətlərini  nizamlayan  özünəməxsus 
katalizatordur;  o,  məlum  mədəniyyətin  digər  mədəniyyətlərlə  qarşılıqlı  təsirində  onun  identikliyini  mühafizə  edib 
saxlamağa imkan verir. 
Mədəni normalarla və nümunələrlə müqayisədə adətlər daha bütöv xarakterə malikdir. Mədəni tənzimləmənin 
bir  forması  olan  adətlər  adamlann  konkret  davranışını  sosial  eəhətdən  əhəmiyyətli  vəziyyətlərdə  ifadə  edir.  Ənənə 
anlayışı adətlərlə müqayisədə daha geniş məna kəsb edir. O, təkeə davranış stereotiplərini deyil, həm də nəsildən - nəslə 
ötürülən  sosial-mədəni  irsin  bütün  həemini  əhatə  edir.  Ənənələr  zamanın  tələblərinə  uyğun  olaraq,  dəyişikliklərə 
uyğunlaşa bilər. Onlarda sabitləşdiriei və dinamik ünsürlər sıx [314 - 315] çulğalaşmışdır. Onlar yeni ünsürləri özündə 
birləşdirə bilər, formaca və məzmunca dəyişə, yeniləşə bilər. Ənənələrdə xalqın təcrübəsini nəsildən-nəslə ötürmək, 
başqa xalqlann praktikasmdakı faydalı ünsürləri seçmə qaydasında əks etmək xüsusiyyəti vardır. 
Rituallar,  mərasimlər  mühüm  nizamlayıeı  əhəmiyyətə  malikdir.  Ritual-mərasim  davranışı  xeyli  dərəeədə 
formallaşmışdır. Böyük simvolik mənası olan belə davranış sosial əlaqələrin möhkəmlənməsində, mədəni varisliyin 
qomnub saxlanılmasında müəyyən rol oynayır. 
Normativ-etalon ünsürün müxtəlif vahidlərini müqayisə etsək, onlann müəyyən fərqlərini görmək olar. Belə ki, 
konkret insanın yerinə yetirdiyi mədəni normalar və nümunələr bir çox eəhətdən avtomatik xarakter alır. Onlar insan 
fəaliyyətinin bütün tərəflərinə dərindən nüfiız etmişlər. Adətlər, ənənələr, rituallar, mərasimlər isə mədəni norma və 
nümunələr komplekslərindən ibarət olub, daha çox demonstrativ xarakterə malikdir. 
4.
 
tnformasion ünsür.  Bu ünsür ətraf aləm haqqında məlumatları ifadə edir. Həmin məlumatlar gerçəkliyin 
başa düşülməsində qeyri-müəyyənliyi azaldır. Mədəni normalar, işarələr və simvollarla yanaşı biliklər, təsəvvürlər və 
s.  mühüm  informasiya  imkanlann  malikdir.  Hər  bir  xalqın  miflərdə,  ineəsənətdə,  gündəlik  təsəvvürlərdə  və  s.-də 
formalaşdırdığı, təsbit etdiyi dünya mənzərəsi informasion ünsürün ayrılmaz tərkib hissəsidir. O, müxtəlif amillərdən 
(xalqın tarixi praktikası, təbii landşaft, beynəlxalq əlaqələr və s.) ibarətdir. Elmi fikir bu mənzərənin formalaşmasına öz 
töhfəsini verir. 
Keçmiş  və  indiki  mədəniyyətlərin  çox  geniş  rəngarəngliyindən  danışmaq  olar.  XIX  əsrdən  başlayaraq, 
tədqiqatçılar  müxtəlif  xalqlann  müxtəlif  tarixi  dövrlərə  aid  olan  mədəniyyətlərini  müqayisəli  şəkildə  öyrənməyə, 
onlarda təkrar olunan ünsürləri, ən mürəkkəb kompleksləri ayırd etməyə eəhd göstərmişlər. Bu əsasda mədəniyyətin 
universal  modelini  [315  -  316]  yaratmaq  kimi  mürəkkəb  vəzifəni  reallaşdırmağa  çalışmışlar.  Lakin  nəticədə 
mədəniyyətin  fundamental  xarakteristikalanm  sadalamaq  və  nəzərdən  keçirmək  yolu  ilə  getmişlər.  Belə 
xarakteristikalar  müxtəlif  müəlliflərdə  müxtəlifdir  (4-dən  təxminən  50-yə  qədər).  Tədqiqatçılann  universal  hesab 
etdikləri ünsürlər və xüsusiyyətlər sırasına bunlar aiddir: dil, nitq, sosial təşkil, qohumluq sistemləri, birgə əmək və 
əmək bölgüsü, böyüməkdə olan nəslin təlimi və təhsili, müəyyən qadağanlar sistemi, dəfn mərasimləri, dini kultlar, 
adətlər və s. 
Tədqiqatçılar mədəniyyət universalilərini də ayırd edirlər. Mədəniyyət universaliləri dünya mənzərəsinin hər 
bir xalqın mədəniyyətinə xas olan fundamental kateqoriyalan kimi nəzərdən keçirilir. 
Araşdırmalar  göstərir  ki,  istər  universal  modelin,  istərsə  də  mədəni  universalilərin  əsası  insanın  davamlı 
antropoloji xarakteristikalarına, habelə onun mövcudluq şəraitinə söykənir. Lakin bu ümumiliklə yanaşı çoxsaylı fərqli 
əlamətlər  də  vardır.  İnsan  birlikləri  müxtəlif  təbii  və  sosial  həyat  şəraitində  yaşadıqlarına  və  ona  uyğunlaşmalı 
olduqlarına  görə  onlann  mədəni  inkişafı  bir-birindən  fərqli  xüsusiyyətlər  kəsb  etmişdir.  Müxtəlif  mədəniyyətlərin 
ümumbəşəri əsası rəngarəng etnik-milli və mədəni-sivilizasion xarakteristikalarla, xüsusiyyətlərlə tamamlanır. 
124 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə