Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə67/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

Əksinə,  təkrar  nikahlara  yol  verilməyən  mədəniyyətlərdə,  ənənəvi,  sərt  monoqamiya  mədəniyyətlərində 
(məsələn, islamda) mümkün seçim imkanı özündə artıq nikahda olanları və hətta əvvəllər nikahda olmayanları ehtiva 
etmir. İnsan bu mərhələyə qanunla müəyyən edilən kamilliyə çatdıqda daxil olur. 
Boşanmanın səbəbləri barədə məsələ hələ də kifayət qədər [291 - 292] dolğun öyrənilməmişdir. Boşanmanı 
sosial fenomen kimi ailə sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi öyrənir. Bu elmin predmeti 
boşanma hərəkətləridir. Bu mövzu çərçivəsində boşanma hərəkətləri və boşanma amilləri barədə məsələni qısa şəkildə 
nəzərdən keçirməklə kifayətlənəcəyik. 
Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri ailə-nikah qanunvericiliyidir. 
Belə ki, XX əsrin əvvəllərində Azərbaycanda boşanmalar, məlum olduğu kimi, çox nadir hadisə idi. Məsələ 
heç də onda deyil ki, boşanma o zamankı əxlaq və sosial normalara zidd idi. O zaman qüvvədə olan qanunvericilik 
boşanmanın mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı. Boşanmaya ər-arvaddan birinin xahişi üzrə yalmz bir 
neçə müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın zinakarlıq etdiyi və ya ərin (və ya arvadın) «nikahda 
cinsi əlaqəyə» qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan birinin cinayət məsuliyyətinə cəlb olunaraq ən azı 
üç il müddətinə azadlıqdan məhrum edilməsi halında; ər-arvaddan birinin xəbərsiz itkin düşmüş hesab edilməsi halında 
və s.^ 
Məlumdur  ki,  1990-cı  illərdə  Dağlıq  Qarabağda  erməni  separatçılarmın  fəaliyyəti  və  Ermənistanın 
respublikamıza təcavüzü ilə əlaqədar olaraq boşanmanın kəskin sıçrayışı müşahidə olunmuşdu. 1965-ci ildə 39077, 
1990-cı  ilə  isə  73119  nikah  bağlanmış,  boşanmaların  sayı  isə  müvafiq  olaraq  3537,  14040  olmuş,  başqa  sözlə,  bu 
müddətdə boşanmaların sayı bağlanan nikahlara nisbətdə 2,1 dəfə artmışdır.^ Adətən, normal şəraitdə belə proseslər 
baş  vermir.  Doğrudan  da,  belə  kəskin  sıçrayışın  səbəbi  sözügedən  təcavüzlə  yanaşı,  boşanma  haqqında 
qanunvericilikdə boşanma prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirən dəyişikliklərin edilməsidir. Belə ki, 1960-cı 
illərdə bu sahədə qanunvericilikdə edilmiş müəyyən dəyişikliklərdən sonra çoxdan bəri [292 - 293] bir yerdə yaşayan 
və ola bilsin ki, hətta yeni, lakin rəsmi surətdə qeydiyyatdan keçməmiş ailəsi olan 
yüz
 minlərlə insan özlərinin faktiki 
boşanmalarını rəsmiləşdirdilər. 
Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafik və sosial-iqtisadi determinantlar tutur. Belə ki, 
ər-arvadın yaşı mühüm rol oynayır. Bu, demoqrafik dəyişən üç müxtəlif modifikasiyada irəli çıxır: nikah bağlama yaşı, 
boşanma anındakı yaş, arvadlar və ərlərin yaşlan arasındakı fərq. 
Birinciyə, yəni nikah bağlama yaşma gəlincə, tədqiqatlar göstərir ki, bu dəyişəndən asılı olaraq boşanmanın 
ehtimalı aşağıdakı kimi dəyişir: əvvəlcə o, çox cavan yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı 
düşür,  sonra  isə  yenidən  ahıl  yaşda  bağlanan  nikahlar  üçün  artır.  Boşanmanın  ən  az  ehtimalı  maksimum  nikah 
yaşlarında bağlanan nikahlarda müşahidə olunur. 
Boşanma anında yaş haqqında onu demək olar ki, boşanma Azərbaycanda 35-39 yaş intervalında maksimum 
həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailələrin 1870-i və ya 21%-i 35-39 yaş hüdudundadır.'^ Daha sonra isə 
tədricən 50-55 yaşdan yuxan yaşlarda ən aşağı səviyyələrə qədər enir. Bu zaman maksimum boşanma ehtimalı yaşlı 
qadınlarda kişilərə nisbətən daha aşağıdır. 
Ərlə arvadın yaşlan arasındakı böyük fərq boşanmanın ehtimalını artınr, bu zaman arvad ərdən yaşca bö5Üik 
olduqda bu ehtimal daha yüksək olur. 
Boşanma tezliyinin müəyyənləşdirilməsində nikahın sıra nömrəsi də müəyyən rol oynayır. Bu məsələ üzrə 
məlumatlar az olsa da, apanlan tədqiqatlar təkrar nikahlar üçün daha yüksək boşanma tezliyini göstərir. Bu meyl həm 
ölkəmizə aiddir, həm də xarici ölkələrə dair materiallarda aşkar edilmişdir. 
Boşanmanın  mühüm  amillərindən  biri  də  boşanan  ər-arvadın  uşaqlarının  sayıdır.  Demoqrafik  statistikanın 
məlumatları göstərir ki, uşaq olmayan ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə müqayisədə 
daha çoxdur. Beş il ərzində 2000-ci ildən 2005-ci ilədək bütün tip ailələrdə bu artmışdırsa da, boşanma ən çox məhz 
uşaqsız ailələrdə üstün meylə malik olmuşdur: müvafiq olaraq 63%; 18%; 19% və yaxud uşaqsız ailələrdə boşanmanın 
sayı 1 uşaqlıya nisbətən 3,5 dəfə, 2 uşaqlıya nisbətən isə 3,3 dəfə çoxdur.^ 
Statistik məlumatlann təhlili göstərir ki, boşanmanın mühüm cəhətlərindən biri də qeydiyyatdan keçməmiş 
nikahlarla, yəni birgə yaşamaqla bağlıdır. Daha dəqiq desək, onların «sınaq nikah» adlanan növü ilə bağlıdır. Hərçənd 
belə birgə yaşamalann üzvləri deyirlər ki, biz ona görə öz müasibətlərimizi qanun çərçivəsinə salmırıq ki, özümüzü 
yoxlayaq və beləliklə də, nikahı daha da möhkəmlədək. Amma reallıqda hər şey başqa cürdür. Bu cür birgə sınaq 
yaşamalarından sonra bağlanan nikahlar daha az möhkəm olur və normal dediyimiz nikahlara nisbətən daha sürətlə və 
tez-tez dağılır. 
^ Hüquq ensiklopedik lüğəti. B., 1991, s. 336-337. 
^ Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 55. 
Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 57. ^ 
Azərbaycanda ailələr (statistik məcmuə). B., 2006, s. 58. 
116 


Nikaha  qədər  birgə  yaşamanın  nikahın  möhkəmliyinə  mənfi  təsirini izah  edən səbəblər  nikaha  zəif  meyllə 
yanaşı,  həm  də  «qeyri-qanuni»  ər-arvadda  özünün  və  öz  tərəfdaşının  düzgün  olmayan  obrazının  mövcudluğu  ilə 
bağlıdır.  Hətta  «sərbəst»  birgə  yaşama  dövründə  tərəfdaşların  hər  biri  öz  portnyoru  qarşısında  bilərəkdən  və  ya 
bilməyərəkdən özünün ən yaxşı Mənini seçimli şəkildə nümayiş etdirə bilir. Nikah bağlandıqdan sonra isə onların 
«əsl»  Məni  üzə  çıxa  və  tərəfdaşında  əsl  şok  yarada  bilər.  Bu  isə,  öz  növbəsində,  əvvəlki  münasibətləri  dağıda  və 
nəticədə boşanmaya gətirib çıxara bilər. 
İsveçdə 4966 qadın arasında aparılan sorğu göstərmişdir ki, nikahların dağılması əmsalı özünün gələcək həyat 
yoldaşı ilə nikah bağlamamışdan qabaq birgə yaşayanların içərisində bunu etməyənlərlə müqayisədə təqribən 80% 
yüksəkdir. Nikahın bağlanmasından əvvəl birgə yaşayan, yaxud nikahın möhkəmliyinə inanmayan və ya nikaha bir 
institut  kimi  [294  -  295]  prinsipial  şəkildə  qarşı  çıxan  şəxslər,  görünür,  çox  güclü  xarici  təsirin  altında  nikah 
bağlayıblarmış. 
Bundan başqa, qanuni nikahın bağlanması labüd surətdə rolların dəyişməsi və müvafiq surətdə tərəfdaşların 
qarşılıqlı  münasibətlərinin  dəyişməsi  ilə  bağlıdır.  Bunlar  isə,  çox  ehtimal  ki,  onların  mənfi  reaksiyasına  səbəb 
olacaqdır.  Məsələn,  tərəfdaşların  bərabərliyi  təsəvvürlərinə  əsaslanan  münasibətlər  nikah  bağlandıqdan  sonra  daha 
ənənəvi stereotiplərə üz  tuta  bilər.  Yaxud  ər  və  arvad  bu  mövqedə  ola bilərlər  ki,  onların birgə  yaşadıqları  zaman 
məqbul  olan  münasibətləri  və  davranış  nümunələri  nikahın  ərlə  arvad  üzərinə  qoyduğu  sosial  və  qanuni 
məhdudiyyətlər kontekstinə heç bir vəchlə uyğun gəlmir. 
Nəhayət,  hamı  tərəfindən qəbul  edilmiş  sosial  normaların  birgə  yaşayış  zamanı  labüd  olaraq  pozulmasının 
subyektiv qavrayışı da öz rolunu oynaya bilər. Bu normalar isə, hələ ki, «pasportda ştampm» olmasını tələb edir. Birgə 
yaşayan şəxslər o insanlardır ki, onlar bir yerdə yaşamağa başlayaraq, könüllü surətdə sosial normaları pozurlar. Nikah 
bağladıqda,  nikahın  uğursuz  olması  halında  onlar  nikahın  saxlanması  üçün  heç  bir  qeyri-ənənəvi  nikah  təcrübəsi 
olmayan şəxslərə nisbətən daha az məsuliyyət hiss edə bilirlər. 
Ölkəmizdə bu məsələ üzrə belə zəngin empirik material yoxdur. Lakin xarici tədqiqatçıların çıxardığı nəticələr 
qismən bizə də tətbiq oluna bilər. O cümlədən getdikcə daha çox yayılan «sınaq nikahlan», mülki nikahlar ehtimal ki, 
nikahların  qeyri-stabilliyi  və  boşanmanın  artması  amili  kimi  öz  rolunu  artıracaqdır.  Madam  ki,  ölkəmiz,  bir  çox 
demoqraflann  rəyinə  görə,  müəyyən  sürətlə  ailəvi,  demoqrafik  və  iqtisadi  dəyişikliklər  üzrə  Qərbin  keçdiyi 
mərhələlərdən keçir, onda yəqin ki, biz istisna təşkil etməyəcəyik. 
Belə görünür ki, ictimai rəy  müasir dövrdə boşanmanı şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. 
Xüsusi sosioloji tədqiqatlann nəticələri göstərir ki, nəinki cəmiyyətin boşanmaya qarşı dözümlülüyü artır, həmçinin 
boşanmanın yolverilən olmasını əsaslandıran səbəb və motivlərin [295 - 296] strukturu da dəyişir. Yalnız tamamilə 
konkret üzürlü səbəb olduqda boşanmanın yol verilən olmasının qəbul edilməsi ilə yanaşı (ər-arvaddan birinin sonsuz 
olması, subuta yetirilmiş xəyanət və s.), bəzi hallarda ər-arvad arasında məhəbbətin, ünsiyyətin, qarşılıqlı anlaşmanın 
olmaması  hahn-da  da  boşanma  ehtimal  artır.  Tədqiqatlar  göstərir  ki,  gənclərin  60-65%-i  kəbin  kəsdirənə  qədər 
bir-birini  sevərək  evləndiklərini  etiraf  etmişlər.  Digərləri  isə  təsadüfən,  sevmədən,  müəyyən  məqsəd  güdərək 
evləndiklərini bildirmişlər. Məhz buna görə də bəzi nikahlann müddəti 4-7 aya və yaxud 1 ilə qədər davam edir. Yeri 
gəlmişkən qeyd etmək lazımdır ki, yuxanda göstərilən səbəblərlə yanaşı, apanlan araşdırmalara görə iqtisadi, sosial 
vəziyyətin, mənzil şəraitinin qənaətbəxş olmaması, narkomanlıq, sərxoşluq, cinayətkarlıq və deviant davranışın digər 
növləri müasir Azərbaycan cəmiyyətində nikahm pozulmasını şərtləndirən əsas səbəblər kimi çıxış edir. 
Boşanma  ilə  bağlı  statistik  materiallann  təhlili  göstərir  ki,  bu  və  ya  digər  səbəbdən  nikah  yaşma  çatmış 
gənclərin ölkəmizi tərk etməsi bu sahədəki problemləri artırır. Belə ki, ilk növbədə bu proseslər nikahm qocalmasma, 
bir sıra hallarda isə bəzi bölgələrdə qızlann ailə qura bilməməsinə səbəb olur. Yaşayış səviyyəsinin aşağı olması bəzi 
gənclərin vaxtında ailə qurmamasma, müəyyən bir qisminin isə boşanmasına səbəb olur. 
Lakin  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dövlətinin  apardığı  uğurlu  siyasi,  iqtisadi,  sosial  islahatlar, 
insanlann  sosial  vəziyyətinin  yaxşılaşdırılması  üçün  görülən  tədbirlər,  ünvanlı  sosial  yardım  proqramının  icra 
olunması, nəhayət, gənclərin mənzil və sosial şəraitinin yaxşılaşdırılması üçün güzəştli şərtlərlə «İpoteka» proqramının 
həyata keçirilməsi, fikrimizcə, sözügedən problemlərin aradan qaldırılmasına köməklik göstərəcəkdir.' 
«Respublika» qəzeti, 23 yanvar, 2007-ci il. 
117 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə