Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə65/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

«ailə  qrupları»  adlandırılması  daha  dəqiq  olacaq  formaya  həsr  etmişlər,  hərçənd  ki,  bu  fəsillər  faktik  olaraq  ər- 
arvadlığa və ya daha çox portnyorluğa və birgəyaşayışa aiddir. 
Ailənin formalaşması bir sıra mərhələlərdən keçir. Onların içərisində ən mühümləri aşağıdakılardır: 1. nikahın 
bağlanması  -  ailənin  yaranması;  2.  uşaq  doğumunun  başlanması  -  ilk  uşağın  doğulması;  3.  uşaq  doğumunun  sona 
çatması - sonuncu uşağın doğulması; 4. «boş yuva» - sonuncu uşağın ailəni tərk etməsi; 5. ailənin mövcudluğunun sona 
çatması - ərin və ya arvadın vəfat etməsi. Hər bir mərhələdə ailə ancaq özünə xas olan sosial və iqtisadi xüsusiyyətlərə 
malik olur. 
Ailə sosial institut kimi cəmiyyətin formalaşması ilə eyni vaxtda meydana gəlmişdir. Həmin dövrdə ailənin 
fəaliyyəti [283 - 2841 normativ dəyərlərlə tənzimlənirdi. Dövlətin yaranması ilə ailə münasibətlərinin nizamlanması 
hüquqi xarakter daşımağa başladı. Nikahın hüquqi qeydiyyatı yalnız ər-arvadın yox, həm də onların birgə həyatını 
sanksiyalaşdıran  dövlətin  üzərində  müəyyən  öhdəliklər  qoyur.  Bundan  sonra  sosial  nəzarət  və  sanksiyalar  yalnız 
ictimai rəylə deyil, həm də dövlət orqanlan tərəfindən həyata keçirilir. Yeri gəlmişkən qeyd edək ki, bu, cəmiyyətdə 
ailənin dağılmasının qarşısının alınmasında və onun sabitliyinin güclənməsində mühüm amillərdən biridir. 
2.
 
Ailənin funksiyaları 
Ailənin  funksiyalanndan  danışarkən  yadda  saxlamaq  lazımdır  ki,  söhbət  cəmiyyət  səviyyəsində  meydana 
çıxan, ümumi əhəmiyyətli nəticələrə malik olan və cəmiyyətin digər institutları sırasında ailənin rolunu sosial institut 
kimi müəyyənləşdirən milyonlarla ailənin həyat fəaliyyətinin sosietal nəticələrindən gedir.' Vurğulamaq zəruridir ki, 
bu,  onların  həyata  keçirilməsi  üzrə  ixtisaslaşmış  institutlara  sanki  təhkim  olunmuş  cəmiyyət  funksiyalarıdır.  Bu 
səbəbdən  də  hər  bir  institutun  öz  təkrarsızlığını,  profilini  müəyyənləşdirən  əsas  funksiyaları  vardır.  Ailənin 
funksiyalanm  əsas  və  ikinci  dərəcəlilərə  bölmək  olmaz,  onların  hamısı  əsasdır,  lakin  ailəni  digər  institutlardan 
fərqləndirən funksiyalan seçmək zərurəti ailənin spesifik və qeyri-spesifık funksiyalarını vurğulamağa gətirib çıxanr. 
A.  Q.  Xarçevə  görə,  ailənin  spesifik  funksiyalan  onun  mahiyyətindən  irəli  gəlir  və  sosial  hadisə  kimi  onun 
xüsusiyyətlərini  əks  etdirir,  qeyri-spesifık  funksiyalar  isə  müəyyən  tarixi  şəraitdə  ailənin  onlan  həyata  keçirməyə 
məcbur olduğu, yaxud uyğunlaşdığı funksiyalardır. 
Ailənin  doğum  (reproduktiv  funksiya),  uşaqların  himayəsi  (ekzistensial  funksiya),  onların  tərbiyəsi 
(sosiallaşdırma  funksiyası)  [284  -  285]  kimi  spesifik  funksiyalan  cəmiyyətin  bütün  inkişaf  mərhələrində  qalır, 
hərçənd tarixin gedişində ailə və cəmiyyət arasındakı əlaqənin xarakteri dəyişikliklərə uğraya bilər. İnsan cəmiyyəti 
daim  əhali  artımına  ehtiyac  duyduğundan,  uşaqlann  doğumu  və  sosiallaşdınimasmm  təşkilinin  sosial  forması  kimi 
ailəyə  sosial  tələbat  həmişə  aktualdır.  Bu  həm  də  elə  özünəməxsus  formadadır  ki,  bu  zaman  həmin  sosietal 
funksiyalann həyata keçirilməsi ailəvi həyat tərzinə fərdlərin şəxsi motivasiyası şərtilə, hər hansı xarici məcburiyyət və 
təzyiqsiz baş verir. 
Ailə və uşaqlara şəxsi tələbat, nikah və ailəyə dair şəxsi arzu və meyl çox mühüm şərtdir. Bu o deməkdir ki, ailə 
və cəmiyyətin mövcudluğu yalnız milyonlarla insanın ailəvi həyat tərzi və uşaqlara tələbatı ilə şərtlənir, həm də yalnız 
bu  səbəbdən  əhalinin  artımı  baş  verir.  Əhali  artımının  sosial  təşkilini  insanların  şəxsi  motivlərinə  deyil,  təhrikə 
əsaslanan digər formalarını ağıla gətirmək, təsəvvür etmək mümkün olsa da, bu formalar artıq ənənəvi sosial-mədəni 
mənada tarixdən məlum olan bütün ailə tiplərinə alternativ ailə sayıla bilməz. 
Yuxanda deyilənlər ictimai həyaün dəyişməsinin elə potensial imkanlarını səciyyələndirir ki, bu zaman əhali 
artımına olan sosial ehtiyac şəxsiyyətin sosial davranışını istənilən formalannı seçmək azadlığı ilə ziddiyyətə girir. 
Belə  təzadlı  perspektivin  nə  qədər  real  olduğunu  məhz  ailə  sosiologiyası  cavablandırmalıdır,  axı,  onun-ailənin 
«mütərəqqi» inkişafı nəzəriyyələrindən əlavə, həm də ailə «böhranı» nəzəriyyələri vardır. 
Ailənin «cəmiyyətin bütün inkişaf şəraitində» öz spesifik funksiyalarını «həmişə» saxlaması haqqında tezis 
nisbidir. Təəssüf, amma sosiumun prinsipcə elə dəyişməsi mümkündür ki, bu zaman insanların fərdi istəkləri əleyhinə 
olan sosial davranış növlərinə məcbur edilməsi tədbirləri sosial baxımdan məqbul sayıla bilər. 
Belə nəticənin mümkünlü5di gələcəyin bədbin və ya [285 - 286] nikbin qiymətləndirilməsindən deyil, ailənin 
uşaqlara ehtiyacınm tarixən azalmasmdan və cəmiyyətin sadəcə əhali artımına ehtiyacı olmasından asılıdır. 
Ər-arvadın  uşaqlara  olan  şəxsi  tələbatı  ilə  sosiumun  işçilərə  olan  şəxssizləşdirilmiş  tələbatı  arasındakı 
ziddiyyəti (razılıq olmamasınm, uyğunsuzluğun, depopulyasiyanın kökləri məhz buradadır) aradan qaldıran təkamül 
nəticəsində meydana çıxan institut kimi ailənin gələcəyi sosial sistemin ailəni, ər-arvadı onun səciyyəvi funksiyalarının 
gerçəkləşdirilməsinə şəxsən cəlb edilməsi ilə birlikdə qoru5oıb saxlaya bilməsindən asılıdır. 
Ailənin  mülkiyyətin  toplanması  və  ötürülməsi, statusu,  istehsal  və  istehlakm,  ev  təsərrüfatının, istirahət  və 
asudə  vaxtın  təşkili,  ailə  üzvlərinin  sağlamlığı  və  rifahı,  gərginliyin  aradan  qaldırılması  və  hər  kəsin  Mənlinin 
özünümühafızəsi ilə bağlı mikroiqlimin yaradılması və s. haqqında qayğı ilə əlaqədar qeyri-səciyyəvi funksiyalan 
‘ MoHCOH 
П. Современная западная социология. M., 1992, с. 16. 
113 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə