Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
1
Fənn: Yüksək molekullu birləşmələr kimyası
Müəllim: Yavər Cəfər qızı Qasımova
Fakültə:
Kimya
İxtisas: Kimya müəllimliyi
Kafedra:
Üzvi kimya və kimya texnologiyası
Təhsil pilləsi:
Bakalavr
Mühazirə
13: Pol
imer makromalekulunun çevikliyi
Plan
1.
Etan molekulunda daxili fırlanma
2.
Fırlanmanın potensial çəpəri
3.
Polimer makromolekulunda daxili fırlanma
4. Makromolekulun
çevikliyinə təsir edən amillər
13.1.
Etan molekulunda daxili fırlanma
XX əsrin 3
-cu i
llərinə kimi polimer makromolekulları cod, sərt hissəciklər kimi təsəvvür olunurdu
ki, bu da polimerlər üçün xarakter olan bir çox xassələri izah etməyə imkan vermirdi.
Makromolekulun formaları haqqında düzgün təsəvvür, yalnız molekulda xüsusi hərəkət növünün
daxili fırlanmanın mövcud olduğu kəşf edildikdən sonra yarandı. Polimerlərin əksər fiziki
-mexaniki
xassələrinin izahı üçün əsas götürülən makromolekulun çevikliyi haqqında anlayış məhz molekulda
daxili fırlanma hərəkəti ilə əlaqədar olaraq formalaşmışdır. Makromolekullarda daxili fırlanmanın
xarakterini başa düşmək üçün əvvəlcə daha sadə olan etan molekulunda hərəkətin bu növü ilə tanış
olaq. Etan molekulunda karbon atomları hidrogen atomları ilə δ rabitə vasitəsilə birləşmişlər və
molekulda valent buca
qları 109°28
-dir. Vant-
Hoff belə bir mülahizə söyləmişdir ki, metil qrupları
onları birləşdirən rabitə ətrafında sərbəst fırlana bilər.
Molekulun bir hissəsinin digər hissəsinə nisbətən bu cür fırlanmasına daxili fırlanma deyilir.
Əgər daxili fırlanma molekulun enerjisinin dəyişməsilə müşayət olun
m
ursa, belə fırlanma sərbəst
fırlanma adlanır. Etanda bütün hidrogen atomları eyni xarakterli olduğundan güman etmək olar ki,
molekulda daxili fırlanma sərbəstdir. Lakin bir
-
birilə kimyəvi rabitədə olmayan atomların qarşılıqlı
təsiri nəticəsində belə fırlanma sərbəst deyildir. Metil qrupları bir
-
birinə nisbətən fırlanarkən bu
qruplarda olan hidrogen atomları, proyeksiyaları şəkildə göstərilmiş iki vəziyyətdə ola bilərlər.
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
2
Sərbəst birləşdirilmiş
zəncir istənilən
konformasiya ala bilər.
H
H
H
H
H
H
H
H
H
H
H
H
C
C
C
C
H
H
H
H
H
H
H
H
H
H
H
H
a)
b)
13.2.
Fırlanmanın potensial çəpəri
Yuxarıdakı proyeksiyada
a- v
əziyyətində ayrı
-
ayrı metil qruplarında C
-
H rabitələri bir
-
birilə 60°
bucaq təşkil etdiyi halda
, b- v
əziyyətində bu bucaq sıfırdır, yəni hidrogen atomları fəzada bir
-birinin
üzərində yerləşmişlər.
Əgər birinci halda molekulun daxili enerjisi U
1
, ikinci halda U
2
isə, onda aydındır ki, U
2
- U
1
> 0
olacaq, çünki, hidrogen atomları bir
-
birinin üzərində dayandıqda onlar arasındakı məsafə minimum
olur və qarşılıqlı dəf qüvvələrinin yaranması hesabına molekulun daxili enerjisi artır. Əgər molekulun
a
halın
da potensial enerjisi minimumdursa, b
halında onun qiyməti maksimum olur. Deməli
, daxili
fırlanma nəticəsində molekulun potensial enerjisi özünün minimum qiymətindən maksimum qiymətinə
qədər dəyişir və belə fırlanmanın baş verməsi üçün molekulaya xaricdən əlavə enerji vermək lazım
gəlir. Molekulun minimum enerjisi olduğu haldan onun maksimum enerjisi olduğu hala keçməsi üçün
lazım olan enerjiyə fırlanmanın potensial çəpəri
deyilir. Molekulun ehtiyat enerjisi
(yaxud ona verilən
əlavə enerji) potensial çəpərin qiymətindən kiçik olduqda, molekul potensial enerjinin minimum
qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş verməyərək, molekulun hissələri yalnız
rəqsi hərəkət edirlər. Belə fırlanma tormozlanmış daxili fırlanma adlanır. Potensial çəpərin olması
nəticəsində etanda və eləcə də daha mürəkkəb molekullarda daxili fırlanma tormozlanmış xarakter
daşıyır.
Polimer makromolekullarında daxili fırlanmanın mümkün olması ilk dəfə Kun, Mark və Qut
tərəfindən göstərilmişdir. Karbon atomlarının yalnız δ
-
rabitələrlə
birləşdiyi təcrid olunmuş polimer zəncirinə baxaq. Belə zəncirdə
elementar zvenolar istilik hərəkətinə malikdirlər və bir zveno qonşu
zvenoya nisbətən fırlana bilər.
Fərz edək ki, bu zəncirdə valent bucaqları fiksə olunmuş halda
deyildirlər və δ
-
rabitə ətrafında fırlanma sərbəstdir. Belə model zəncir
sərbəst birləşdirilmiş zəncir adlanır. Deməli,
sərbəst birləşdirilmiş
zəncirin zvenoları fəzada qonşu zvenoların vəziyyətindən asılı
olmayaraq ixtiyari vəziyyət ala bilər. Bu cür zəncir son dərəcə ç
evik
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
3
zəncirdir.
Molekulun kimyəvi rabitələ
r
qırılmadan istilik hərəkəti nə
ti
cəsində aldığı fəza vəziyyətlərinə
konformasiyalar və ya fırlanma izomerləri deyilir. Deməli, son dərəcə çevikliyə malik olan
sərbəst
birləşdirilmiş zəncir
istənilən konformasiya ala bilər.
13.3. Polimer makromolekulunda daxili fırlanma
Real makromolekul zəncirlərində valent bucaqları müəyyən qiymətə malikdirlər və zvenoların
fırlanması zamanı
çox az dəyişə bilərlər. Ona görə də zəncirdə olan hər bir
zvenonun vəziyyəti
ondan
əvvəlk
i
zvenonun vəziyyətindən asılı olur. Bunun nəticəsidir ki, sərbəst birləşdirilmiş zəncirlərə
nisbətən real polimer zəncirlərində konformasiyaların sayı az, çeviklik isə kiçik olur. S.Y.Bresler və
Y.İ.Frenkel göstərmişlər ki, polimer makromolekulunda daxili
fırlanmanın tormozlanması kimyəvi
rabitədə olmayan atomların qarşılıqlı təsiri ilə əlaqədardır. Belə qarşılıqlı təsir eyni zəncirin
(molekuldaxili) və müxtəlif zəncirlərin (molekullararası) atomları arasında baş verə bilər. Ayrı
-
ayrı
makromolekulların atomları, qrupları və zvenoları arasında meydana çıxan molekullararası qarşılıqlı
təsir qüvvələrini miqdarı cəhətdən xarakterizə etmək olduqca mürəkkəbdir. Ona görə də miqdari
hesablamalarda yalnız bir zəncirdəki kimyəvi rabitədə olmayan atom və atom qruplarının qarşılıqlı
təsiri ilə əlaqədar meydana çıxan molekuldaxili təsiri nəzərə alırlar. Molekuldaxili qarşılıqlı təsirin iki
növünü fərqləndirmək lazımdır
:
1. Yaxın tərtibli qarşılıqlı təsir.
2. Uzaq tərtibli qarşılıqlı təsir.
Yaxın tərtibli təsir, aralarındakı məsafə az olan (məsələn, qonşu zvenolarda) atomlar və qruplar
arasında meydana çıxır. Uzaq tərtibli təsir isə zəncir boyunca bir
-
birindən nisbətən uzaqda yerləşmiş
atom və qruplar arasında baş verir (məsələn, yumaq şəklində olan uzun zəncirlərdə). Sərbəst
fırlanmanın tormozlanması yaxın tərtibli qarşılıqlı təsirin mövcud olması ilə əlaqədardır.
Təcrid olunmuş çevik zəncir zvenoların istilik hərəkəti nəticəsində qıvrılmış forma alır
.
Nizamsız
qıvrılmış makromolekulaya molekulyar statistik yumaq deyilir.
Satatistik yumaq
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
4
Yumağın ucları arasındakı məsafə
nin (
) e
yni qiymətinə müxtəlif konformasiyalar
u
yğun ola bilər
(şəkildə iki konformasiya
verilmişdir). Məsafənin eyni qiyməti ilə xarakterizə olunan konformasiyaların
sayı
və ya zəncirin termodinamik ehtimalı
2
2
2
3
2
3
2
4
2
3
)
(
Nb
r
e
Nb
dr
r
W
Qauss düsturu ilə sərbəst birləşdirilmiş zəncir üçün hesablanır.
r-
qıvrılmış zəncirin ucları
arasındakı məsafə,
N-
zəncirdə olan zvenoların sayı,
b- zveno
nun uzunluğudur.
Yuxarıda dedik ki, valent bucaqlarının müəyyən qiyməti ilə xarakterizə olunan real zəncirlərdə
zvenoların vəziyyəti bir
-
birindən asılıdır. Lakin uzun zəncirlərdə bir
-
birindən kifayət qədər uzaqda
yerləşmiş zvenolar arasındakı bu asılılıq çox zəifdir, əgər bu zvenoları düz xətlərlə birləşdirsək, onda
bu xətlərin istiqamətləri də bir
-
birindən asılı olmayacaqlar.
Bu o deməkdir ki,
N- sayda b-
uzunluqda zvenodan ibarət zənciri,
l uzunluqda z
sayda müstəqil
statistik elementə ayırmaq olar. Bu halda
z > N, b < l.
Fəzadakı vəziyyəti qonşu zvenoların
vəziyyətindən asılı olmayan statistik elementə və ya zəncir hissəsinə seqment deyilir. Deməli,
seqmentin qiyməti polimer zəncirinin qıvrılmaq qabiliyyətinin yəni çevikliyinin ölçüsü kimi qəbul edilə
bilər.
Zəncirin müstəqil seqmentlərə ayrılması
Son dərəcə çevik (sərbəst birləşdirilmiş zəncir) makromolekulda seqmentə bir zveno daxildir.
Seqmentin qiyməti böyük olduqca makromolekulun çevikliyi az olur.
Makromolekulun çevikliyindən asılı olaraq polimerlər müxtəlif konformasiya formaları alırlar.
Yüksək dərəcədə çevikliyə malik olan makromolekullar qııvrılaraq yumaq şəklini alırlar, çünki bu
hal səthin və deməli, sərbəst enerjinin azalması ilə xarakterizə olunur. Lakin tormozlanma nəticəsində
çevikliyin məhdud olması, makromolekul zəncirinin kürə şəklini almasına imkan vermir. Buna
baxmayaraq, molekuldaxili qarşılıqlı təsir qüvvələrinin daha güclü olduğu hallarda kürə şəki
lli
konformasiyanın yaxud qlobulların yaranmasl mümkündür (polivinilxlorid, fenol
-formaldehid
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
5
qətranları, bəzi zülallar və. s)
Molekuldaxili qarşılıqlı təsir qüvvələrinin mövcud olması bir çox hallarda xüsusi konformasiya
növünün spiralvari formanın yaranmasına səbəb olur. Məsələn, polipeptidlərdə spiralvari formanın
meydana çıxması davamlı hidrogen rabitələrinin mövcud olmasından irəli gəlir. Spiralvari
konformasiya bəzi vinil monomerlərinin polimerlərində də müşahidə olunur (izotaktik polipropilen),
lakin
bu halda konformasiya hidrogen rabitələri ilə stabilləşmə
di
yindən davamlı olmur.
Polimer makromolekullarının termodinamik və kinetik çevikliyini fərqləndirmək lazımdır. Əgər
zəncir zvenosunun bir vəziyyəti U
1
, istilik hərəkəti nəticəsində aldığı digər vəziyyəti U
2
potensial enerji
ilə xarakterizə olunursa, bir haldan o biri hala keçidin enerjisi ∆ U = U
2
- U
1
ilə müəyyən olunur.
Zəncirin ∆U enerjilər fərqi ilə müəyyən olunan çevikliyi termodinamik çeviklik adlanır.
Termodinamik çeviklik zəncirin konformasiya çevrilmələrinə meyllik qabiliyyəti haqqında təsəvvür
verir. Lakin zəncirin bir konformasiya halından digərinə keçmək imkanından başqa, bu keçidin sürəti
də nəzərə alınmalıdır. Konformasiya çevrilmələrinin sürəti fırlanmanın potensial çəpəri U
0
ilə xaric
i
təsir enerjisinin nisbətindən asılıdır.
U
0
–
böyük olduqca zvenoların fırlanması daha yavaş gedir və
çeviklik az olur.
U
0
ilə müəyyən olunan belə çeviklik kinetik çeviklik adlanır. Termodinamik və kinetik
çeviklik bir
-
birindən fərqlənə bilər. Yüksək termodinamiki çevikliyi olan zəncirdə zvenoların fırlanma
sürəti az ola bilər və makromolekul özünü sərt zəncir kimi aparar.
13.4. Makromolekulun çevikliyinə təsir edən amillər
Polimer makromolekulunun çevikliyi fırlanmanın potensial çəpərinin qiymətindən,
polimerin orta
molekul kütləsindən, əvəzedicilərin təbiətindən və ölçülərindən, temperaturdan, fəzaquruluşlu
polimerlərdə isə eninə istiqamətdə rabitələrin sıxlığından asılıdır.
Fırlanmanın potensial çəpərinin qiyməti molekuldaxili və molekullarası qarşılıqlı təsirlə müəyyən
olunur. Yuxarıda qeyd edildiyi kimi, molekullararası qarşılıqlı təsir qüvvələrinin təbiəti çox mürəkkəb
olduğundan, təcrübədə ayrıca götürülmüş makromolekulda atomlar və atom qrupları arasında
yaranan qarşılıqlı təsirlə müəyyən olunan potensial çəpərin qiyməti nəzərə alınır.
Bu tip qarşılıqlı təsir qüvvələri isə makromolekulun tərkibi və quruluşundan çox asılıdır.
Doymuş yüksəkmolekullu karbohidrogenlərdə ∆ U və U
0
çox da böyük deyildir və buna görə də
onların termodinamik və kinetik çevikliyi yüksəkdir. Makromolekulda bir qat rabitə yanında ikiqat
rabitə olduqda potensial çəpərin qiyməti aşağı düşür və çeviklik artır. Məsələn, poliizopren,
polibutadien çox çevik polimerlər qrupuna aiddirlər.
Polimer makromolekulunda polyar qrupların (
-CN, NO
2
OH və. s) olması potensial çəpərin
qiymətini artırır və çeviklik azalır. Belə polimerlərə poliakrilnitril, polivinil spirti, polivinilxlorid və.s misal
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
6
göstərilə bilər. Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə onda molekuldaxili qarşılıqlı təsir
zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik yüksəlir. Heterozəncirli polimelərdə daxili fırlanma
müxtəlif atomlar arasındakı rabitələr ətrafında olduğundan onun potensial çəpəri kiçik, çevikliyi isə
yüksək olmalıdır. Lakin bu tip əksər
polimerlərdə (poliefirlər, poliamidlər və.s) qonşu zvenolar
arasında hidrogen rabitələri yarandığından onların çevikliyi gözlənildiyindən az olur.
Fırlanmanın potensial çəpərinin qiyməti zəncir boyunca bir
-
birinə yaxın yerləşmiş zvenolardakı
qrupların arasında olan qarşılıqlı təsirlə əlaqədar olduğundan zəncirin uzunluğu, yəni polimerin
molekul kütləsi çevikliyə təsir göstərməməlidir. Lakin makromolekulda zvenoların sayı artdıqca
zəncirin ala bildiyi konformasiyaların miqdarı artmalıdır.
Böyük ölçülü əvəzedicilər daxili fırlanmanı çətinləşdirdiklərindən belə əvəzediciləri olan
makromolekulların çevikliyi az olur (polist
irol).
Eyni karbon atomunda iki əvəzedici olduqda da çeviklik kiçik olur (poli
-
α
-metilstirol, polimetil
metakrilat).
Fəza quruluşlu polimerlərdə eninə istiqamətdə rabitələrin sıxlığı çevikliyə böyük təsir göstərir
.
X
ətti makromolekulları bir
-
birilə bağlayan eninə istiqamətdə kimyəvi rabitələr zvenoların
mütəhərrikliyini kəskin surətdə azaldır və bunun nəticəsində daxili fırlanma çətinləşir. Əgər eninə
istiqamətdə rabitələrin sıxlığı azdırsa onda zəncirin bu rabitələr arasındakı hissələri özlərini xətti
makromolekul kimi aparırlar. Məsələn, zəif vulkanlaşdırılmış (2
-
3% kükürdlə) təbii kauçukun çevikliyi
vulkanlaşmamış kauçukun çevikliyindən az fərqlənir. Eninə istiqamətdə rabitələrin sıxlığı artdıqca
çeviklik də azalır.
Temperaturun yüksəlməsilə molekulun kinetik enerjisi artır, zvenoların fırlanması daha sərbəst
olur. Bu zaman konformasiya çevrilmələrinin sürəti artdığından bütün polimerlər üçü
n temperaturun
yüksəlməsi makromolekulun kinetik çevikliyini yüksəldir.
Praktikum /
Sərbəst araşdırma
Makromolekulun çevikliyi, ona təsir edən amillər barədə ətraflı məlumat
Testlər
1.
XX əsrin 30
-
cu illərinə kimi polimer makromolekulları nə cür təsəvvür olunurdu?
A) Cod, sərt
B) Cod, yumşaq
C) Yumşaq, parlaq
D) Heç bir təsəvvür yox idi
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
7
E) Sərt, parlaq
2.
Makromolekulun formaları haqqında düzgün təsəvvür kim tərəfindən və hansı kəşfdən sonra
yarandı?
A) Vant-
Hoff; molekulda xüsusi hərəkət növünün –
daxili fırlanmanın mövcud olduğunu kəşf
etdikdən sonra
B) Ştaudinger; molekullararası fırlanmanın kəşfindən sonra
C) Vant-
Hoff; molekuldaxili irəliləmə hərəkətinin kəşfindən sonra
D) Qauss; molekulda xarici fırlanmanın kəşfindən sonra
E) Y.İ.Frankel; molekulda daxili fırlanmanın olmaması sübut olunduqdan sonra
3. Vant-
Hoffa görə, etanda metil qrupları onları birləşdirən rabitə ətrafında sərbəst fırlana bilər.
Mole
kulun bir hissəsinin digər hissəsinə nisbətən bu cür fırlanmasına nə deyilir?
A)
Daxili fırlanma
B)
Sərbəst fırlanma
C) Xarici fırlanma
D) Fırlanmanın tormozlanması
E) Məcburi fırlanma
4.
Metil qrupları bir
-bi
rinə nisbətən fırlanarkən rabitədə olmayan
hidrogen atomlarının
proyeksiyaları neçə və hansı formalarda
ola bilər?
A)
2; örtülmüş və tormozlanmış
B)
1; örtülmüş
C) 3; örtülmüş, qıvrılmış və tormozlanmış
D) 2; tormozlanmış və statistik yumaq
E) elə vəziyyət mümkün deyil
5.
Tormozlanmış daxili fırlanma nədir?
A) Molekulun ehtiyat enerjisi (yaxud ona verilən əlavə enerji) potensial çəpərin qiymətindən kiçik
olduqda, molekul potensial enerjinin minimum qiymətinə uyğun halından çıxa bilmir və daxili
fırlanma baş verməyəcək.
Buna tormozlanmış daxili fırlanma deyilir.(yəni yalnız rəqs edəcək
)
B) Molekulun ehtiyat enerjisi potensial çəpərin qiymətindən böyük olduqda, molekul potensial
enerjinin minimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş v
ermir. Buna
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
8
tormo
zlanmış daxili fırlanma deyilir
C) Molekulun ehtiyat enerjisi potensial çəpərin qiymətindən kiçik olduqda, molekul potensial
enerjinin maksimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş vermir. Buna
tormozlanmış daxili fırlanma deyilir
D) Molekulun ehtiyat enerjisi potensial çəpərin qiymətindən böyük olduqda, molekul potensial
enerjinin maksimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş vermir. Buna
tormozlan
mış daxili fırlanma deyilir
E) Molekulun eht
iyat enerjisi potensial çəpərin qiymətinə bərabər olub, potensial enerjinin
maksimum qiymətinə uyğun halından çıxaraq daxili fırlanma baş vermir. Buna tormozlanmış
daxili fırlanma deyilir
6.
Molekuldaxili qarşılıqlı təsirin neçə növü var və hansılardır?
A) 2; Yaxın və uzaq tərtibli qarşılıqlı təsir
B) 3; Yaxın, orta və uzaq tərtibli qarşılıqlı təsir
C) 2; kinetik və termodinamik
D) heç bir növü yoxdur
E) 2; tormozlanmış və statistik yumaq
7.
Uzaq tərtibli təsir hansı atomlar arasında yaranır?
A) Zəncir b
oyunca bir-
birindən nisbətən uzaqda yerləşmiş atom və qruplar arasında
B) Aralarındakı məsafə çox kiçik olan atom və qruplar arasında
C) Zəncir boyunca bir
-
birinə yaxın yerləşmiş atom və qruplar arasında
D) Molekul kütlələri fərqli olan atomlar arasında
E)
Zəncir boyunca eyni məsafədə yerləşmiş atomlar arasında
8.
Seqmentin qiyməti ...(A) olduqca makromolekulun çevikliyi ...(B) olur:
A
B
A) Böyük,
azalır
B) Kiçik,
azalır
C) Kiçik,
çoxalır
D) Böyük,
çoxalır
E) Böyük,
dəyişməz
Fayl
http://adpu.edu.az
portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap
zamanı i
stinad vacibdir.
9
9.
Fırlanmanın potensial çəpərinin qiyməti hansı qarşılıqlı təsirlə müəyyən olunur?
A) M
olekuldaxili və molekullararası
B) Kinetik
C) Qarşılıqlı cəzbetmə qüvvəsinin təsiri ilə
D) Fiziki
E) Termodinamik
10.
Aşağıdakı variantlardan düzgün olanı seçin:
A) Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir
zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik yüksəlir
B) Əgər polyar qruplar zəncir boyunca sıx yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir zəifləyir,
potensial çəpərin qiyməti artır və çeviklik yüksəlir
C) Əgər qeyri
-
polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir
zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik azalır
D) Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekuldaxili qarşılıqlı təsir artır,
potensial çəpərin qiyməti azalır və çeviklik azalır
E) Əgər polyar qruplar zəncir boyunca seyrək yerləşirsə, onda molekulxarici itələmə güclənir,
potensial çəpərin qiyməti və çeviklik azalır
Ədəbiyyat
1.
Əkbərov O.H., Əzizov A.Ə., Əkbərov E.O. Yüksək molekullu birləşmələr kimyası. Bakı,
Universitet nəşr., 2004
2.
Əkbərov O.H., Əzizov A.Ə. Yüksək molekullu birləşmələr kimyası, Bakı, Universitet nəşr.,
2007
Dostları ilə paylaş: |