Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə243/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   237   238   239   240   241   242   243   244   245

753

Bakı, 1907-ci il

Müəllimlərin  qurutlayındakı  qanqaraçılıqdan  sonra  səhhəti 

bir qədər də pozulmuş Həsən bəy qurultaydan bir neçə ay sonra 

ilk  dəfə  idi,  iş  masasına  yaxınlaşırdı.  O,  masada  yenicə  nəşrini 

dayandırmış  “Füyuzat”ın  son  nömrəsini  görüncə  qeyri-ixtiyari 

məcmuədən baş mühərririn yardımçısı Məhəmməd Hadinin şerini 

dodaqaltı söyləməyə başladı:

Varmı bundan yuxarı uçmağa istedadım,

Qabiliyyət pərimə zəxm vurub ustadım.

Oxumaqçün nə qədər dadü-fəğan etdimsə,

Olmadı zərrə əsərbəxş şu istibdadım,

Dağa dersən eşidir, sonra verir əksi-səda,

Daşa dönmüşlərə kar eyləmədi fəryadım.

Olmadan naili didar əməl qəbrə girər,

Eşqi-şirini-ümid ilə yazıq Fərhadın.

Acizəm tərcümeyi-halimi təhrirə, səbəb

Doludur təlxi-həqiqətlə dili-naşadım.

“Heyif “Füyuzat”dan, çox heyif,” – söyləyə-söyləyə otaqda 

gəzişən Həsən bəy arzusuna çatmayan uşaq kimi ağlamağa bəhanə 

axtarırdı sanki... Onun anadilli mətbuat arzularının ümid yeri idi 

“Füyuzat”. Füyuzatçı şair Məhəmməd Hadini də həddən artıq çox 

istəyirdi Həsən bəy.

Bu an Hənifə xanım yataqdan qalxmış Həsən bəyin ardınca 

onun iş otağına daxil olaraq dedi:

– Həsən, sən yenə iş otağına girdin, indi nə etmək istəyirsən? 

Deyəsən, bu dəfə gəmilərin Xəzərdə batıb, malla-qızılla bir yerdə, – 

Hənifə xanım zarafata salaraq onuv iş otağından uzaqlaşdırmaq istədi.

– Yox, Hənifə, kaş elə gəmim bataydı, bu dəfə batan mənim 




754

son ümidimdir. “Füyuzat”ı deyirəm, o da bağlandı. Mən yataqda 

olduğum  müddətdə  Əli  bəyin  burada  dərc  olunan  məqaləsini 

oxuyurdum. Sən bilirsən də, Əli bəy nə qədər dəyərli ziyalıdır. O, 

bizim bəzi təhsilli gənclərdən fərqli olaraq ciddi, hay-küydən uzaq, 

dərin savada, istedada malik, özü də irfan düşüncəli bir adamdır. 

Gənc  türklərin  imperiya  düşüncələrini  aydınlatdığına  və  onlar 

arasında  cümhuriyyətçilik  ideyaları  təbliğ  etdiyinə,  insanlara  öz 

milli-vətəndaş haqlarını anlatdığına görə Əbdülhamid

180


 rejimi Əli 

bəyi təqib etmişdi. Amma zaman keçəcək, türk insanı Əli bəyin 

türklük üçün etdiklərini layiqincə qiymətləndirəcək. Onu “Rəsulu-

həqq”


181

 adlandıranlar ona layiq olduğu dəyəri verdilər.

Əli bəy indi də nə müddət idi, ideoloji baxışlarını, azərbay can-

lıların  gələcəyi  ilə  bağlı  düşüncələrini  sistemli  şəkildə  “Füyuzat”da 

dərc  etdirirdi.  Məncə,  bütün  vətənpərvər  insanlar,  milli  düşüncəli 

gənclərimiz  Əli  bəyin  istedadından  bəhrələnməli,  ondan  öyrən mə-

lidir.  Onun  gələcək  Azərbaycan  haqqındakı  düşüncələri  əsl  milli 

ideologiyadır, özü də təkcə bizim üçün yox, həm də bütün türklər üçün. 

O ki qaldı “Füyuzat”a, o bütün müsəlman-türk dünyası üçün 

önəmli bir tribun idi. Xüsusən də, türkçülük üçün. 

İndi  sən  də  mənə  deyirsən,  gəmin  batıbmı?  Bəli,  batıb.  Gör 

bu “Füyuzat” bağlanmasaydı, gələcəkdə nələr edəcəkdi. Milli mət-

buatımıza yeni bir üslub – romantizm üslubunu gətirmişdi, öz ətrafına 

bu ruhda olan istedadlı gəncləri toplayaraq inamla irəliləyirdi. 

Hənifə xanım:

– “Füyuzat”da tez-tez məqalələrlə çıxış edən bir neçə imzanı 

tanıyıram, onlar “Səadət” cəmiyyətinin açdığı məktəbdə müəllim 

işləyirlər. Çox da savadlı, dünyagörüşlü gənclərdirlər.

–  Hə,  sən  yəqin  ki,  Fərhad  Ağazadəni,

182


  Terequlov                              

180


 Sultan II Abdulhəmid 

 1876-1908-ci illər Osmanlı imperatoru



181

 Əli bəy Hüseynzadəni Abdulla Cövdət bu cür adlandırmışdır. Ona istinadən 

başqaları da zaman-zaman Əli bəy haqqında bu ifadəni işlətmişdir. (

Abdulla 

Cövdət (1869-1932) – Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, 

Qahirədə və İstanbulda “İctihad” (“Cəhd”) adlı jurnal nəşr etdirmişdir

)

182


 Ağazadə  Fərhad  Məşədi  Rəhim  oğlu  (təxəllüsü  Şərqli)  (1880-1931)  — 

Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu 

(1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist



755

qardaş larını,

183

  Üzeyir  və  Ceyhun  Hacıbəyovları,  Mirzə  Qədir 



İsma yıl zadəni nəzərdə tutursan. Bəli, onlar mütərəqqi düşüncəli, 

təhsilli  insanlardırlar  və  həmin  məktəb  də  elə  onlara  görə  qısa 

müddətdə inkişaf edərək fərqləndi. 

Hənifə xanım:

– Yaxşı, Həsən, bəsdir bu düşüncələrlə özünü yordun. Sənə 

nə çox danışmaq, nə də ki düşünmək olar. Bayaqdan az qala mənə 

bir dastan danışmısan. Özün də deyirsən yaddaşım korlanıb, bəs 

bunları necə yadında saxlamısan?

Həsən bəy zarafatından qalmadı:

–  Bunları  başımın  yox,  könlümün  yaddaşına  yazmışam, 

Hənifə.  İndi  də  istəyirəm  bir  az  başımı  dincə  qoyub  ürəyimlə 

işləyim. Səncə, necə olar?

– Vallah, yenə eyni şey alınacaq. Səni anan dünyaya millətin 

dərdini  çəkmək  və  hamının  əvəzindən  işləmək  üçün  gətirib. 

İstəyirsən başınla, istəyirsən də ürəyinlə olsun, heç bir fərq etməz. 

–  Onda  gərək  dincəlmək,  yaddaşı  bərpa  etmək  üçün  bəzi 

şeyləri də sən düşünəsən.

Hər ikisi bu zarafata ürəkdən güldülər. 

* * *

1907-ci ilin mart ayının ikinci çərşənbəsində Əlimərdan bəy 



Həsən bəyə baş çəkməyə gəlmişdi. 

– Axşamınız xeyir, çərşənbəniz mübarək!

–  Səninlə bahəm! – Həsən bəy yerindən dikələrək cavab verdi.

–  Bəs uşaqlar hanı?

– Babası, onlar gəlib səs-küy salırlar, sizi narahat etmək istə-

mədim. 


  –  Sən  də  söz  tapdın  deməyə.  Mənim  dərmanım  elə  bu 

uşaqlardır, onları da gətirməmisən. 

–  Peterburqa  gedəcəyəm,  bir  neçə  gün  sonra  orada  Duma 

Şurasının toplantısı olacaq. Bizim Bakı Dumasının bir neçə üzvünü 

dəvət ediblər. Getməmişdən gəldim yolüstü sizə də baş çəkim, – 

183 



Hənəfi Terequlov və Əli Terequlov nəzərdə tutulur.


Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə