Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə241/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   237   238   239   240   241   242   243   244   245

746

Zeynalabdinə belə gözəl bir məktəb açdığı və oxumaq üçün onlara 

bütün lazımi şəraiti yaratdıqlarına görə təşəkkür etdi. Sonra xüsusi 

qeyd etdi ki, bizim üzümüzə elmin, təhsilin qapılarını açdıqları, 

bütün sahələr üzrə yüksək təhsil verdikləri üçün müəllimlərimizə 

təşəkkür edirəm. Bu məktəb sayəsində biz bütün dünyəvi elm lə-

rə  yiyələndik,  yerin-göyün  sirlərinə  vaqif  olduq,  dünyada  nə lər 

baş  verdiyini  öyrəndik,  insan  necə  yaşamalıdır,  hüquq  və  hə yat 

qanunlarını mənimsədik. Vətən anlayışı nədir, onu inkişaf etdi rən-

lər, quranlar kimlərdir, bunları bildik! 

Biz bayram vaxtlarında Sona xanımın hər birimiz üçün gön-

dərilən  hədiyyələrini  aldıq.  Əzizlənməyi,  sevilməyi,  valideyn 

qay ğısını  ondan  gördüm.  Sizi  hər  zaman  xatırlayacaq,  ən  gözəl 

örnəklərlə həyatımızı zənginləşdirdiyinizə görə sizsiz darıxacağıq. 

Bizi  öz  isti  və  qayğıkeş  qucağına  almış  bu  məktəbi  heç  zaman 

unutmayacağıq.

Mən tez-tez bura gələcəyəm. Məgər qızlar ata evini tərk edən-

də  birdəfəlikmi  gedirlər?  Bizim  ruhumuz,  canımız  olan  mənəvi 

atamız Hacı Zeynalabdin bəyi, Sona xanımı – əziz anamızı, əziz 

müəllimlərimizi heç zaman, heç zaman unutmayacağıq. Haqqınızı 

bizə halal edin! 

Hamı kövrəlmişdi. 

Həsən bəy:

–  Hə,  dostlar,  biz  qızlarımızın  məhz  belə  yetişməsini  istə-

mişdik, şükürlər olsun, istədiyimiz kimi oldu, – dedi.

Sonra  hər  bir  qıza  məktəb  və  təsisçi  adından  Zeynalabdin 

Tağıyevin hədiyyəsi – Qurani-Kərim, Lermontovun, Puşkinin və 

başqa yazarların əsərləri hədiyyə edildi. 

Sonda  Axund  Mir  Məhəmməd  Kərim  tədrisi  başa  vuran 

şagirdlərə  xeyr-dua  verdi.  Məktəbin  buraxılış  müsamirəsinə  aid  

materiallar “Kaspi”nin 13 may nömrəsində dərc olundu.



747

1906-cı il, avqust 

Həsən bəyin oğlu Midhət Fransada oxuduğu Ali Mühəndislik 

kursundan  Bakıya  yay  tətilinə  gəlmişdi.  Atasının  səhhətindəki 

problemlər  onu  ciddi  narahat  edirdi.  Bakıda  olduğu  müddətdə 

ayağını  bir  addım  da  şəhərdən  kənara  qoymamışdı.  Midhət  çox 

gözəl  bir  fotoaparatla  qayıtmışdı,  şəhərdə  gördüyü  mənzərələri, 

tarixi binaları, milyonçuların mülklərini, xeyriyyə cəmiyyətlərinin 

binasını, əntiq əşyalar satılan dükan və mağazaları, şəhərin diqqət-

çəkən yerlərinin fotosunu çəkirdi. 

 Bundan başqa, Midhət atasının tövsiyəsi ilə həm də fotosunu 

çəkdiyi  Bakı  binalarının,  məktəblərin,  maarif  və  xeyriyyə  cə-

miy yətlərinin  tarixini  qələmə  almağa  başladı.  Qələmə  aldığı  bu 

materiallar əsasında, hətta Paris mətbuatında Azərbaycan haqqında 

geniş bir məqalə dərc etdirməyi düşünürdü. 

Atasının 1872-ci ildə yaratdığı ilk Müsəlman Xeyriyyə Cə miy-

yətindən başlayaraq 1905-ci ildə Zeynalabdin Tağıyevin xey  riyyə 

cəmiyyətinin yaranması haqqında, onun üzvləri – Hacı Zeynalabdin 

Tağıyevin, Həsən bəy Zərdabinin, Əlimərdan bəy Top çubaşovun, 

Əhməd  bəy  Ağayevin,  Əli  bəy  Hüseynzadənin  və  başqalarının 

həyat və fəaliyyəti haqqında tarixi əhəmiyyətli yazılar yazdı. 

Midhət yeni yaranan “Nəşr və maarif”, “Nicat” cəmiyyətləri 

haqqında da atasından məlumat toplayaraq, xronika hazırladı. 

Həsən bəy bu cəmiyyətlərdən olan “Nəşr və maarif”in müsəl-

man xeyriyyə cəmiyyətləri ilə birlikdə indiyə qədər Azərbaycanın 

on yeddi kənd və üç şəhərində yeni məktəbin açılmasında iştirak 

etdiyini oğlunun diqqətinə çatdırdı... 

 O, oğlu Midhəti üzvü olduğu “Nicat” xeyriyyə cəmiyyətinin 

növbəti yığıncağına da apardı, cəmiyyətin gənc üzvləri – Üzeyir 

Hacıbəyov,  Məhəmmədəmin  Rəsulzadə,  Cahangir  Zeynalov, 

Hüseyn Sarabski və başqaları ilə tanış etdi. 

Nəriman  Nərimanov  iclasa  xeyli  öncə  gəlmişdi,  Həsən 

bəyin oğlu ilə tanış oldu və xeyli söhbət elədi. Sonra Həsən bəy 




748

və  Nəriman  Nərimanov  müəllimlərin  bu  yaxınlarda  keçiriləcək 

qurultayının  hazırlıq  işlərinin  gedişini  müzakirə  etdilər.  Məlum 

oldu ki, cəmiyyət üzvlərinin təşəbbüsü ilə “Azərbaycandakı bütün 

ibtidai və orta məktəbləri bundan sonra rus-tatar məktəbləri deyil, 

rus-Azərbaycan məktəbləri adlandırmaq, həmin məktəblərdə məc-

buri qaydada Azərbaycan dilini tədris etmək” təklifini qurultayın 

müzakirəsinə çıxarmaq istəyirlər. 

Həsən bəy:

–  Nəriman,  hər  şeyi  yaxşı-yaxşı  düşünün,  hər  yeni  təklif 

imperiya dairələri tərəfindən üstünə millətçilik damğası vurularaq 

pis  qarşılana  bilər.  Bu  tipli  təklifləri  birdən-birə  ortaya  atmaqla 

ciddi nəticə əldə etmək olmaz, onu yavaş-yavaş, qəbul olunması 

üçün  müəyyən  zəmin  hazırladıqdan  sonra  irəli  sürmək  olar. 

Unutmayın, bizim təhsil üzrə inspektorumuz Levitski çox millətçi, 

şovinist adamdır. Ehtiyatlı olun! 




749

Müəllimlər qurultayı

1906-cı il avqustun 15-də qurultay öz işinə başladı. Nəriman 

Nərimanov qurultayı açıq elan edib təşkilat məsələlərini səsə qoydu. 

Həsən  bəy  Zərdabi  birinci  iclaslın  sədri,  Nəriman  Nərimanov 

müavini, Fərhad Ağayevsə katibi seçildi. 

Səhhətinin o qədər də yaxşı olmamasına baxmayaraq, Həsən 

bəy bütün qüvvəsini səfərbər edərək qurultayı idarə etməyə baş-

la dı.  Rus-Azərbaycan  məktəblərində  Azərbaycan  dilinin  tədrisi, 

bu  məktəblərin  gələcəkdə  rus-Azərbaycan  məktəbləri  kimi  ad-

lan dırılması  məsələsi,  bütün  məktəblər  üçün  vahid  tədris  me to-

dikasının  işlənməsi,  müəllimlərin  həyat  və  əmək  şəraitinin  yax-

şılaşdırılması, Qori Müəllimlər Seminariyasının Azərbaycan dilli 

filialının bölgələrdən birində açılması və s. kimi mühüm məsələlər 

elə birinci iclasda müzakirəyə çıxarıldı. 

Həsən bəy sədr olaraq birinci məsələ ilə bağlı bildirdi:

– Qardaşlar, burada, məncə, ən vacib məsələ məmləkəti miz-

dəki Rus-Azərbaycan məktəblərində ana dilinin tədrisi mə  sələsidir. 

Qu rultay  nümayəndələrindən  heç  kim  də  bunun  əleyhinə  çıxış 

etmədi. Yalnız cənab Levitski – bizim təhsil üzrə inspektorumuz 

ibtidai  siniflərdə  azərbaycanca  danışmağı  məsləhət  görmür, 

qadağan edir. Odur ki, təklif edirəm, qurultayın adından bu təklif 

Qafqaz  canişinliyi  qarşısında  qaldırılsın.  Düşünürəm,  cənab 

Levitski də bu məsələni düzgün araşdıraraq, ana dilində təhsilin 

bugünkü aktuallığını nəzərə alaraq bunun əleyhinə getməyəcək. 

Həsən bəy təklifi səsə qoydu, hamı lehinə səs verdi. Qurultay 

adından  Qafqaz  canişinliyinə  müvafiq  teleqramın  göndərilməsi 

qurultayın sədri Həsən bəyə həvalə olundu. 

Həsən bəy qurultay gedə-gedə teleqramın mətnini hazırlayıb, 

qurultayın  diqqətinə  çatdırdı.  Nəriman  Nərimanov  teleqramın 

məzmunundakı “Qurultay sizin ədalətli sərəncam vermənizi xahiş 

edir” fikrinə etiraz edərək təklif etdi ki, “qurultay xahiş edir” ifa-

dəsi, “qurultay tələb edir” ifadəsi ilə əvəz edilsin. Həsən bəy bu 

təklifə etiraz edərək dedi: 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə