Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə242/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   237   238   239   240   241   242   243   244   245

750

–   Nəriman bəy, bilsəydim ki, belə “zor” və “hədə” təklifi keçə-

cək, mən elə 1877-ci ildə qəzetimi bağlayanda “mənim qəzetimin 

nəşrini dərhal bərpa edin” deyərək tələb edərdim. Keçməz, oğul! 

Bu sayaq yanaşmalar keçməz indi. Mənim bu üsul-idarəyə işim 

səndən çox düşüb. Təxmini olaraq bilirəm, nəyi harada və necə 

ifadə etsəm, cavabında nə olacaq. 

Qurultay  nümayəndələrinin  çoxu  Həsən  bəyin  təklifini  dəs-

tək  ləsə də, N.Nərimanov və onun “Nicat” cəmiyyətindən

177


 olan 

silahdaşları  öz  fikirlərində  təkid  edirdilər.  Onlardan  Mahmud-

bəyov

178


, Hacıbababəyova

179


 çıxış edərək bildirdilər:

– Həsən bəy, biz nə zamana kimi onun-bunun dediyi ilə oturub 

duracağıq?! Bu Levitskinin öhdəsindən gəlmək, ola bilsin ki, sizin 

üçün çətindir, amma bizim üçün bu çox da ağır iş deyil, – dedilər. 

 Qurultay nümayəndələrindən də bəziləri Həsən bəyin, bəzisi 

isə Nəriman Nərimanovun təklifinin əleyhinə getdilər. 

Həsən bəy yenə kürsüyə çıxdı:

– Əziz müəllimlər, mənə qulaq asın, yadınızda saxlayın, bu 

gün xoşluqla qəbul edilə biləcək bir təklifi biz zorla həyata keçirə 

bilmirik.  Hələ  təzə-təzə  bizim  ayağımız  yer  tutur,  indi-indi  söz 

deməyə beş-altı ziyalımız formalaşır. Nə düşünürsünüz, biz hansı 

hökm və güclə Rus imperiyasından nəyisə tələb edirik? Biz bu cür 

hərəkət etməklə olub-qalan ziyalılarımızı və aydınlarımızı güdaza 

verib,  məhv  edə  bilərik.  Mən  doktor  Nərimanovdan  soruşuram: 

Sən və dostların hansı güclə imperiyadan nəyisə tələb edirsiniz?! 

Bizim hansı gücümüz var? Baxın, biz addım-addım məqsədlərimizə 

doğru irəliləməliyik.

 Bir də bu qurultayın keçirilməsinə maddi dəstək verən və çoxu 

da bizimlə hazırda bu salonda əyləşmiş imkanlı şəxslərin taleyini 

177


 Nicat Cəmiyyəti – Bakı qubernatorunun 1906-cı il avqustun 22-də təsdiq 

etdiyi nizamnamə əsasında fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti. Təşkilatın 

özü isə mart ayının 9-u yaradılmışdı.

178


 Mahmud bəy Mahmudbəyov (1863-1923) – müəllim, Zaqafqaziya (Qori) 

Müəllimlər Seminariyasının məzunu

179

 Rəhilə xanım Hacıbababəyova – Bakıda ali-ibtidai qız məktəbinin yara dıl-

masının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq




751

düşünürsünüzmü?! Biz bu düşüncə, belə tələblərlə on la rı imperiya 

qarşısında  hansı  çətin  vəziyyətə  salacağımızın  fər qin dəyikmi?! 

Sonda tam əmin olduğum bir şeyi diqqətinizə çatdırmaq istəyirəm: 

əgər biz Qafqaz canişinliyinə Nərimanovun dediyi mət  ni göndərsək, 

yəqin  bilin,  onlar  Levitskini  bizim  ayağımıza  verməyəcəklər. 

Teleqramı ya cırıb atacaqlar, ya da yalandan deyə cəklər ki. əllərinə 

gəlib çatmayıb. Sual edirəm, o zaman biz nəyə nail olacağıq?! 

Həsən bəy qeyd etdi ki, o, 1872-ci ildə qubernator Staroselskilə 

dostluq münasibətlərindən istifadə edərək həm xeyriyyə cəmiyyəti 

yaradıb,  həm  teatr  tamaşasının  qoyulmasına  nail  olub,  həm  də 

“Əkinçi”ni  açıb.  Sonra  da  opponentlərinə  işarə  edərək:  “Doktor 

Nəri man,  mən  çox  belə  tələblər  irəli  sürmüşəm,  nəticələrini  də 

görmüşəm. Siz Bakıda yaşayan ermənilərə baxın, onlar yuxarılarla 

necə  dostluq  edərək  məsələlərini  həll  edirlər,  bütün  işlərini  hə-

yata  keçirirlər  Mən  sizə  tövsiyə  edirəm,  bu  dürlü  davranışların 

peşmanlığını çəkmədən təklifinizdən imtina edin, biz də teleqramı 

göndərək  getsin.  İnanın,  mən  təcrübəmə  söykənərək  sizi  əmin 

edirəm. Siz bu gün səhv yoldasınız. Nəzakətli davranışın cavabı 

müvəffəqiyyətdir. Mən buna inanıram, özü də çox inanıram”. 

Nərimanov çox israrlı şəkildə hər iki təklifin səsə qoyulmasını 

tələb etdi. Mətndəki ifadənin “xahiş”, yaxud “tələb” kimi yazılması 

səsə qoyuldu, Nərimanovun “tələb edirik” ifadəsi səs çoxluğu qazandı. 

Nərimanov:

–  Həsən  bəy,  biz  çox  xahiş  etmişik,  indi  də  tələb  edirik!  – 

söylədi. 

Həsən bəy:

– Nəriman, heyif səndən, sənin bugünkü ötkəmliyin həmişə 

başına bəla açacaq. Çox heyif səndən!

– Siz narahat olmayın, bəzən bəlaların sonunda uğurlar gəlir. 

Sabahı gün bəzi qurultay nümayəndələri Hacı Zeynalabdinin 

iqamətgahına yollanaraq, onunla görüşdülər. 

Hacı  Zeynalabdin  baş  vermiş  vəziyyəti  onlarla  təzədən  və 

təm kinlə təhlil edib araşdırdı. O, mövcud vəziyyətdə Azərbaycan 

müəllimlərinin, ziyalılarının, bütövlükdə xalqın maraqlarını əsas 

gətirərək,  qurultay  qərarının  dəyişdirilərək  mətnin  “xahiş”  kimi 

yazılmasını tövsiyə etdi. 



752

Hacı  nümayəndələrin  diqqətinə  çatdırdı  ki,  mən  sərvətimin 

böyük bir qismini xalq üçün faydalı işlərə xərcləyirəm, bəzi dövlət 

layihələrinin  həyata  keçirilməsinə  sərf  edirəm.  Bəyəm  mənim 

hey fim  gəlmir  bunlara?!  Əlbəttə,  gəlir.  Amma  dövlət  dövlətdir, 

onunla münasibətləri qoruyub yaxşılaşdırmalısan ki, lazım olanda 

istifadə edəsən. Yoxsa, “vurdum, dağıtdım, tökdüm, budur gəldim” 

deməklə bir şeyə nail olmaq olmaz, cənab doktor Nəriman. Sən hələ 

cavansan, dövlətlə üz-üzə gəlib çətinliklərə düşməmisən. Bu gün 

azad fikir, azad insan, nə bilim, bərabərlik istəmək kimi fikirləriniz 

onlara milçək vızıltısı kimi gələ bilər. Sözü qısa və təsirli demək 

lazımdır. Belə bir mövqe tutmaq heç sizə yaraşmaz. 

Mən  bütün  məsələlərdə  Həsən  bəyin  tövsiyələrini  dinləmi-

şəm, onun həyat təcrübəsindən yararlanmışam, savadından bəhrə-

lən mişəm, nəticədə də xeyir tapmışam. Sən bu gün özünü hakim 

elan edib bizim hökumət yanında qazandığımız hörmətə də xələl 

gətirirsən.  Sən  tələbəsən,  otur  yerində,  özün  də  unutma  ki,  səni 

mən oxuduram. 

Nərimanov yerindən qalxaraq:

– Hacı, mən tələbə kimi sizdən təqaüd alırdım, burada hamı-

nın qarşısında ondan imtina edirəm. Bəyəm siz tələbələrə ona görə 

təqaüd verirsiniz ki, sizin dediklərinizi təsdiq etsinlər? Başqalarının, 

nəinki açıq danışığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz 

qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar vermərəm 

ki, mənfur qızılın gücü ilə məni susdursun. Sizin təqaüddən imtina 

etdim,  – söylədi. 

Hacı Zeynalabdin:

– Çox təəssüf, sənə ümidlərim çox idi. Təmkinlə davranaraq 

gələcəyi aydın görmək lazımdır. Çox heyif ki, sənin müdrikliyin 

yoxdur. Onu da bil, sənin qəbul etdiyin bu qərar tək cavanlığından 

deyil, elə dəli-doluluğunuzdan irəli gəlir. 

Sonralar Həsən bəylə Hacı Zeynalabdin Nərimanovdan danı-

şarkən  təəssüflə  qeyd  edirdilər  ki,  onun  başını  siyasi  təşkilatlar 

pozub. Yoxsa millətin dərdinə yanmağın əsas yolları qalıb bir yana, 

acıqla, kinlə, əmrlə hər şeyi özümüzə qarşı çevirir. 

– Bir də nə deyim, ötkəm xarakter bəzən də çox işlər görə 

bilir. Qoy Allah yardımçısı olsun, – Hacı Zeynalabdin bildirdi. 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə