Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə244/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   237   238   239   240   241   242   243   244   245

756

Əlimərdan bəy tək gəlməsinin səbəbini belə izah etməyə çalışdı. 

Həsən bəy:

– Nə zaman gedirsən?

– Sabah.

–  Əlimərdan,  baxıram  Dövlət  Dumasının  Azərbaycandan 

seçilən  üzvləri,  maşallah,  çox  fəaldırlar.  Xüsusilə,  sənin  dostun 

İsmayıl Ziyadxanov. Onun o günkü çıxışı aləm idi. Rusların köçürmə 

siyasətini  necə  gözəl  izah  etdi.  Çox  cəsarətli  çıxış  idi.  Onun  bu 

çıxışı ermənilərin açıq-aşkar kimlər tərəfindən qızışdırılmasını ifşa 

etdi. Həm də aqrar məsələləri qaldırdı, azərbaycanlıların hüquq-

larının  qeyri-müsəlman  millətlərlə  eyniləşdirilməsini  tələb  etdi. 

Çox cəsarətli addım idi.

 Bir də siz heç vaxt arxayın olmayın ki, bu kadetlər partiyası 

“bütün  xalqların  eyni  hüquqlu  olması”nı  dəstəkləyir,  onlar  öz 

mənafelərini təmin etmək üçün belə deyirlər. Əvvəlində-sonunda 

onlar da ruslar və ermənilərlə eyni bulaqdan su içirlər. 

Yaxşı, Hacı Zeynalabdinin oğlu niyə iclaslara qatılmır? Axı o 

da Dumaya üzv seçilib. 

– Bilirəm indi niyə gəlmir, amma sonrakı iclaslara gələcək, 

ya  yox,  onu  bilmirəm.  Dünən  o  hətta  Əhməd  bəy  Ağayevdən 

Məhəmməd  Şahtaxtılı  ilə  İsmayıl  Tağıyevin

184

  Dumada  iştirak 



edib-etməyəcəyini öyrənməyi xahiş etmişdi. Sonradan məlum oldu 

ki, İsmayıl Tağıyev kadetlərin sağ qanadına mənsub olduğundan 

“bütün millətlərin hüquq bərabərliyi”ni müdafiə edərək, ayrıca bir 

müsəlman partiyasının işində iştirak etməyəcəyini bəyan edib. 

–  Bilirsən,  oğlum,  sənə  bir  şey  söyləyim,  bunu  heç  zaman 

unutmayın, siyasət elə bir sahədir ki, əvvəlində-sonunda mübarizənin 

amalında təmsil etdiyin xalqın, millətin mənafeyi durmursa, onun 

azad,  firəvan  olması  üçün  çalışılmırsa,  həmin  siyasətin  heç  bir 

mə nası  da olmayacaq. Tutalım ki, sən  və dostların, digər Duma 

üzvləri  millətin  azad  olması  üçün  apardığınız  mübarizədə  qalib 

gəldiniz.  Digər  xalqlar  da,  əlbəttə  ki,  sizdən  örnək  alaraq  eyni 

işi görməyə çalışacaqlar. Bax, o zaman sizin fəaliyyətinizdə zid -

184

  İsmayıl  Tağıyev  (1865-1921)  –  sahibkar,  Rusiya  imperiyası  II  Dövlət 

Duması üzvü (Hacı Zeynalabdin Tağıyevin oğlu)




757

diyyətlər  meydana  gələ  bilər.  Bu  məsələdə  bəşəri  hisslərlə  mil-

lət çilik arasındakı ortaq həddi tapa bilsəniz, konkret bir millətin 

hüquqlarını təmin etməklə yanaşı, ümumən, insan hüquqlarına da 

söykənsəniz, yaxşı bir nümunə yarada bilərsiniz. 

– Həsən bəy, kaş siz də bizimlə Dumada olaydınız. II Dövlət 

Dumasının iclası tarixi hadisələrlə zəngin olacaq, – Əlimərdan bəy 

bildirdi. 

–  Mən  də  yaxşılaşan  kimi  burdakı  işlərlə  məşğul  olacam. 

“Kaspi”ni də başlı-başına qoymaq olmaz. Həm də Ələkbər böyü-

yüb, gözümüz üstündə olmalıdır. Sən uşaqlardan, “Kaspi”dən ar xa-

yın ol, get siyasi fəaliyyətində ol. Əlimərdan, sənə bir sözüm də var. 

– Buyurun!

– Sənin səfərlərin uzun çəkir. Dünyanın işini bilmək olmaz. 

Nə deyim? Necə deyim? Mən bütün ailəmi sənə tapşırıram, yalnız 

sənə ümid edə bilərəm. Midhət hələ gəncdir, özü də çox ötkəm və 

çılğındır, odur ki, içimdəkiləri sənə deyirəm. 

Bax, bu qəhvəyi qovluqda mənim vəsiyyətnaməm var, orada 

hər şeyi yazmışam. 

–  Həsən  bəy,  məni  kövrəldirsən,  amma  olsun,  vəsiyyət 

yüngüllük gətirir, deyərlər. 

– Bilirsən, məndən sonra torpağımın və evimin satılmamasını, 

bərabər olaraq uşaqlarımın, xanımımın arasında bölünməsini istə-

yirəm.


Hər halda, sənin bilməyin vacibdir. Məndən sonra sən bu evin 

böyüyüsən. Bax, budur, – Həsən bəy qovluğu açaraq vəsiy yət na-

məni göstərib ucadan oxumağa başladı:

“Vəsiyyətnamə.  Aşağıda  imza  edən  mən  –  Bakı  şəhərində 

ya şa yan,  Göyçay  qəzasının  Zərdab  kəndində  torpaq  sahibi,  sa-

ray  müşaviri  Həsən  bəy  Məlikov  1907-ci  il  sentyabrın  20-də, 

sağlam  düşüncə  və  möhkəm  yaddaşla,  öləcəyim  ehtimalı  ilə  bu 

vəsiyyətnaməni tərtib etdim:

1. Mənim öz əməyimlə qazandığım daşınmaz əmlakımı: yəni: 

a) Göyçay qəzasının Qarabörk kəndi yanında praporşik Ağa-

bəy Əbdürəhman Sultanovdan aldığım torpaq sahəsini: şimaldan 

Kaspar arxı-köhnə su kəməri qanovu, cənubdan Qazyan kəndinin 

sakini Molla Əlinin bağ qanovu sərhədində; şimaldan cənuba min 



758

yüz  on  sajen  uzunluğunda  və  qərbdən  şərqə  Qazyan  arxından 

başlayaraq şimalda Kaspar arxı üzrə və cənubda Molla Əlinin bağ 

qanovu üzrə üç yüz on sajen enində, şərqdə sahənin enini göstərən 

bu iki xəttin uclarını birləşdirən min yüz on sajen uzunluğunda düz 

xətt sərhədində iki yüz desyatinə bərabər şumluq torpaq sahəsini

b)  Göyçay  qəzasının  Çərəkə  kəndi  yanında  təqribən  yüz 

desyatinə bərabər şumluq torpaq sahəsini, yəni şərqdən Lək arxı, 

qərbdən Xan arxı, şimaldan Xan arxından qanov ayrıldığı yerdən 

başlanan  düz  xətt  sərhədində  sahənin  yarısını,  şərqdən  Lək  arxı 

ilə  birləşənədək,  Əli  bəy  Çərəkənskinin,  Məmməd  bəyin  və 

başqalarının vərəsələrindən satın alınmış sahəni, 

v)  Zərdab  və  Kür  bağlarının  bütün  torpaqlarının  altıda 

bir  hissəsini  (həmin  hissə  bu  torpaqlar  barəsində  mərzçəkmə 

işinin tətbiqinə görə mükafat olaraq mənə verilməlidir) mən, öz 

uşaqlarımdan – qanuni vərəsələrimdən və başqa qohum-əqrə bam-

dan  başqa,  arvadım  Hənifə  xanım  Məlikovaya  vəsiyyət  edirəm; 

o, əməyimlə qazandığım yuxarıda sadalanan əmlaka ölümümdən 

sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun 

barəsində sərəncam vermək ixtiyarına malikdir.

2. Adını  çəkdiyim  arvadım  uşaqlarımı  –  oğlum  Səffət  bəy  və 

qızım  Qəribsoltan  Məlikovları  yaxşı  saxlamağa  və  tərbiyə  et məyə, 

ha belə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə, öz mü la -

hizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur.

3. Arvadım  Hənifə  xanım  əmlakı  heç  kəsə  tamamilə  və  ya 

qismən  vəsiyyət  etmək,  bağışlamaq  və  satmaq  ixtiyarına  malik 

deyil, bu əmlak, onun ölümündən sonra bərabər hissələrdə uşaq-

lara  –  Midhət  bəyə,  Səffət  bəyə,  Pəri  xanım  Topçubaşovaya, 

Qəribsoltana keçməlidir. 

1907-ci il 20 sentyabr”.

 Əlimərdan bəy Həsən bəyi, nə qədər ağır olsa da, səsi titrəyə-

titrəyə öz əlilə yazdığı vəsiyyətnaməni son nöqtəsinə qədər oxuyan 

qayınatasını axıra qədər dinlədi. Kövrəlsə də, özünü ələ alıb dedi:

–  Həsən  bəy,  siz  hələ  yüz  il  yaşayacaqsınız.  Nə  ölüm,  nə 

vəsiyyət?! Biz sizsiz kapitansız gəmi kimi başsız qalarıq. 

Əlimərdan bəy sonda əl verib xudahafizləşərkən Həsən bəyi 

bağrına basdı. Onun isti sifəti üzünü qarsaladı, o, qızdırmadan od 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə