Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə238/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   234   235   236   237   238   239   240   241   ...   245

736

yov bizim qəzetə dövlət senzoru təyin olundu. 

–   Nə xoş xəbər, sağ ol, ay Hacı! Məni əməlli-başlı sevindirdin! 

Biz ziyalılar sənin borcunu necə ödəyəcəyik?

–   Canım, nə borc, nə filan. Sadəcə, həyatsevər ruslara rast 

gəldiyinə  görə  bizim  “Həyat”ın  işləri  düzəldi.  Görünür,  bəx ti-

ayaq üstəymiş, – Hacı müəmmalı-müəmmalı gülümsədi, çar mə-

murlarının rüşvətsevərliyinə örtülü işarə vurdu.

 Bir neçə gün sonra Həsən bəy “Həyat”ın ilk nömrəsini əlinə 

alanda  sevincdən  gözləri  yaşardı.  Qəzetin  əsas  devizi  belə  idi: 

“Biz Rusiyanın təbəəsində yaşayan müsəlmanlar olaraq, dövlətin 

iqtisadi,  siyasi  dəstəyi  ilə,  dinc  şəraitdə,  bütün  xalqlar  və  dini 

cərəyanlarla birlikdə bərabər şəkildə tərəqqi etmək istəyirik”. 

Qəzetin  baş  yazısında  bu  mövzunu  bir  qədər  də  inkişaf  et-

di rərək, müəllif göstərirdi ki, biz müsəlmanıq, bununla fəxr edi-

rik.  Müsəlmanlar  ölkə  ərazisində  yaşayan  bütün  digər  din  qar-

daş larımızın  tərəqqisini  arzu  edir,  onlarla  bir  arada,  mehriban 

qon şuluq şəraitində yaşamağa hazırıq. Dünyanın hansı guşəsində 

yaşamasından  asılı  olmayaraq  bütün  xalqlar,  din  əhli  bir-birinə 

dost, qardaş olmalıdır, bir-birinin inkişafını, tərəqqisini, yüksəlişini 

arzu etməlidir. 

Məqalədə  dini  təfsirdən  sonra  müəllif  milli  mənsubiyyət 

məsələsinə toxunaraq yazırdı: “Biz azərbaycanlılar həm də türkük, 

buna görə də hər yerdə bütün xalqlara və bütün türklərə inkişaf, 

tərəqqi, xoşbəxtlik arzu edirik”.

Bu fikirlərlə tanış olan Həsən bəy qəlbində yeni fikirli redaksiya 

heyətinə  dönə-dönə  əhsən  söyləyərək,  qəzetin  gələcəyinə  ümidi 

artdı.


Həsən  bəy  doktorun  dediklərini  etmək  şərtilə,  səhhəti  yol 

verdikcə “Həyat” qəzetilə yaxından əməkdaşlıq edirdi. O, qəzetin 

vacib bir təbliğat vasitəsi olduğunu, şüurlarda böyük dəyişikliklər 

yarada biləcəyini, insanların gündəlik həyatına ciddi təsir göstər-

mə sini  nəzərə  alaraq  onun  səhifələrində  ara-sıra  məqalələrlə 

çıxış edir, öz müdrik və yaddaqalan tövsiyələrini verirdi. Həmin 

yazılardan birində o yazırdı:

“Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. 




737

Bizim  sabiq  cəmiyyəti-xeyriyyə  bina  tapmadığından, 

teatr  oynanan  otaq  boş  qaldığından  aşkar  oldu  ki,  müsəlman 

qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar 

açdırıb,  küçə  və  bazarlarda  qalan  uşaqları  oxutmaq  olmayacaq. 

Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim 

yerlərdəki qonşularımız elmi təhsil edib günü-gündən irəli gedir, 

bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vaxtdan 

sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü 

kirəkeşlik edəcəyik. 

Belədə, nə qayırmalı? Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, 

görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb 

çağırmaqdan,  onlara  deməkdən  başqa  qeyri-əlac  yoxdur.  Olmaz 

ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, 

bir  bulağın  suyunun  altına  nə  qədər  bərk  daş  qoysan,  bir  neçə 

ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, 

habelə  söz  də,  ələlxüsus  doğru  söz,  mirur  ilə  qanmazın  başını 

deşib onun beyninə əsər edər. Mən onları necə görüm və görmək 

mümkündürmü? Hər kəs öz qara sandığının üstündə oturub onun 

içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma 

ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına 

düşüb yox olduğunu görməyir və görmək də istəməyir. 

Belədə,  qəzet  çıxarmaqdan  savayı  bir  qeyri-əlac  yoxdur  ki, 

kağızın  üstə  yazılmış  doğru  sözlər  qapı-pəncərələrdən  o  iman 

mənzillərinə  çata  bilsin.  Heç  olmaz  ki,  doğru  söz  yerdə  qalsın. 

Hər ildə on qəzet oxuyandan biri oxuduğunu qansa, onların qədəri 

ilbəil  artar. Axırda  o  bənd  ki,  suyun  qabağını  kəsmişdi  və  suyu 

axmağa qoymurdu rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar. 

Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost görən doğru 

yolun doğru olmağı aşkar olar”.

Həsən  bəyin  həmin  dövrdə  “Həyat”  qəzetində  “Cəmiyyəti-

xeyriyyə binası”, “Bakıda müsəlman teatrının binası”, “Dil və din”, 

“Bizim  nəğmələrimiz”,  “Açıq  məktub”  kimi  yazı  və  məqalələri 

dərc olundu. 

“Həyat”  qəzeti  və  Həsən  bəyin  orada  dərc  olunan  yazıları 

tez-tez  çayçılarda,  yeməkxanalarda  ucadan  oxunurdu  ki,  bu  da 




738

çoxlarının, xüsusilə, dövlət məmurlarının xoşuna gəlmirdi.

Həsən bəyin altı yanvarda, beşinci nömrədə çıxan “Dil və din” 

məqaləsini bir gənc “Çanaqqala” restoranında ucadan oxuyurdu:

“Zəmanəmiz elm zamanıdır və elm təhsil etmək hər tayfaya 

vacibdir  ki,  zindəganlıq  davasında,  heç  olmasa,  özünü  saxlaya 

bilsin və belə elm təhsil etmək ilə tərəqqi edib irəli gedən hər tayfa 

gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab 

olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin birisi 

dil və birisi din və məzhəbdir. Elə ki bunların birisi əldən getdi, 

tayfanın beli sınan kimidir. İkisi də gedəndə tayfa qeyri tayfalara 

qarışır,  yox  olur.  Çünki  dil  və  məzhəb  tayfanın  ruhu  kimidir. 

Necə ki, ruh çıxanda bədəndən bircə nəş, yəni cəmdək qalır və bu 

cəmdək mürur ilə cürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz 

tayfa da gərək mürur ilə yox olsun. Pəs, hər tayfa elm təhsil edən 

vaxtda gərək öz dilində və öz din və məzhəbində tərəqqi eləsin ki, 

dünyada qala bilsin. Onlarsız tayfa olmaz.

Bu  axır  zamanacan  biz  Rusiyaya  tabe  olan  müsəlmanların 

işi çox yaman idi. Bir tərəfdən zindəganlıq davası ilbəil ki, şiddət 

edirdi  və  bir  tərəfdən  də  elm  təhsil  etmək  yolu  bağlanmış  idi. 

Çünki  bizim  öz  milləti  məktəbxanalarımız  yox  idi  ki,  orada  öz 

dilimizdə,  öz  məzhəbimizdə  elm  təhsil  etmək  olaydı  və  dövlət 

tərəfindən  açılan  məktəblərdə  rus  keşişlərindən  missionerlik 

edənlərin məsləhəti ilə bizim dilimizi və adabi-şəriəti

174

 oxutmağı 



qadağan etmişdilər. Odur ki, bu məktəblərə gedən müsəlman çox 

az idi və olmayan kimi idi, həqiqət, o zaman biz müsəlmanlar üçün 

çox yaman keçirdi. 

Bir tərəfdən zindəganlıq davası və bir tərəfdən dövlət tərə fin-

dən açılan məktəbxanalara gedib dil və məzhəbdən əl çəkməklə 

zindəganlıq davasından qaçıb qurtarmaq olmaz. Ondan xilas olmaq 

istəyən gərək dünyadan əl çəkib çəkilib bir guşədə otursun, bu da 

ki, olmaz və olmayanda onun var-yoxu mürur ilə əldən çıxacaq. 

Elm  təhsil  etmək  ilə  ondan  ağıllı  olanlar  onları  cürbəcür  hiylə, 

fəndlər ilə onun əlindən alıb, onu tez və ya gec müflis və ya möhtac 

174

 Şəriət ədəbləri (qaydaları)




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə