Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə1/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
  1   2   3   4   5   6   7   8   9   ...   245


Sona Vəliyeva

İŞIĞA 


GEDƏN YOL

roman

Bakı – 2016


Redaktor: Fərid Hüseyn

Sona Vəliyeva “İşığa gedən yol”  

Bakı, “Zərdabi LTD” MMC, 2016, 768 səh.

Görkəmli  ziyalı, Azərbaycan  mətbuatının  banisi  Həsən  bəy  Zərdabinin 

keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edən 

“İşığa gedən yol” romanı bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, 

bir sözlə, ziyalılıq tarixinə işıq salır. Roman bəlli bir dövr ərzində Azərbaycan 

ziyalılığının tarixi hesab oluna bilər.

XIX-XX əsrlərdə cərəyan edən hadisələr təkcə dövrünün reallıqlarını de-

yil, həm də sonrakı onilliklərdə ziyalılıq tariximizin bizi müstəqillik tariximizə 

qovuşdurduğunu ifadə edir. Azərbaycan tarixinin olduqca ziddiyyətli dövrünün, 

Rus imperiyasının tərkibindəki illərin əks olunduğu əsərdə xalqımız üçün bu-

günkü müstəqilliyin nə qədər önəmli olduğu bütün aydınlığı ilə görünür. 

Tarixi faktlar, müstəsna hadisələr, ağrılı məqamlar müəllifin qələminə xas 

ustalıqla  verilir. Tarixə  ekskurs,  iç  dialoqların  dərinliyi,  üslubun  kamilliyi  və 

müəllifin  mənzərə  yaratmaq  ustalığı  baxımından  da  roman  oxucuların  ma ra-

ğına səbəb olacaq. Romanda işıqlandırılan hadisələr ilk dəfə Azərbaycan oxu-

cusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim edilir. XIX əsr və 

XX əsrin ilk onilliyinin reallığının dərki baxımından “İşığa gedən yol” romanı 

ədəbiyyatımızda mühüm yeri olan əsərdir.

ISBN 978 9952 504 34 7

© Sona Vəliyeva, 2016




I hissə


4

İyul, 1848-ci il, Kür çayının sahilləri

 

Bu  isti  yay  səhəri  ömrünün  ən  gözəl  günü  kimi  altı  yaşlı 



Həsənin yaddaşına əbədi həkk olunacaqdı. Həsən ailənin yeni yet-

mə gəncləri – özündən dörd-beş yaş böyük əmisi uşaqları ilə Kürün 

qırağında çox sevdiyi söyüd ağacının altında oynayırdı. Yazağzı 

Kür çayı daşdığından ağacın altı lil və narın qumla örtülmüşdü. 

Kürün  həzin  səsi  altında  Həsən  bir  qırağa  çəkilərək  heç  kimin 

eşitməyəcəyi və anlamayacağı avazla hansısa nəğməni dodaqaltı 

zümzümə  edirdi.  Qum  üzərində  çəkdiyi  şəkillər,  saldığı  yollar, 

körpülər isə uşaq təxəyyülünün yaratdığı “ilk əsərlər” idi.

Bu  gün  sanki  Həsənin  günü  idi.  Narın  qum  topalarını  əlilə 

bir  yerə  yığarkən  qəfil  böyük  bir  balıqqulağı  gözünə  sataşdı. 

Götürüb qulağına tutdu. Balıqqulağından Kürün səsini xatırladan 

xəfif uğultu gəlirdi. Həm balıqqulağı, həm də onun içindən gələn 

uğultulu  səs  Həsəni  çox  təəccübləndirdi.  O  bu  vaxta  qədər  belə 

böyük balıqqulağı görməmişdi. Bu “qəribə möcüzəni” bərk-bərk 

qulağına sıxan Həsən qışqıraraq uşaqları səslədi:

– Uşaqlar, bura baxın! Görün nə tapmışam.

– Ver baxım! Ver görüm, ver, mən də qulaq asım!

– Bunu neyləyəcəksən?

Uşaqların  hərəsi  bir  sual  verirdi  və  cavab  gözləmədən  də 

balıqqulağını Həsənin əlindən almağa çalışırdılar.

– Ver, mən də qulaq asım!

– İçindən Kürün səsi gəlir! Amma balıqqulağına necə ke çib, 

bilmirəm. 

Uşaqlardan inandırıcı cavab ala bilmədiyindən Həsən Kürün 

bu “əziz ərməğan”ını ovcunda bərk-bərk sıxaraq birbaşa evlərinə 

– babasının yanına qaçdı. 

Rəhim bəy və oğlu Səlim nəhəng tut ağacının altındakı tax-

tın  üstündə  oturmuşdular.  Mirzə  Əhmədin  üzünü  köçürdüyü  ki-

tabı gözdən keçirirdilər. Alaqapıdan səs-küylə içəri girən uşaqlar 

Rəhim bəyi söhbətdən ayırdı. Ən öndə gələn və babasının hamıdan 

çox istədiyi Həsən təngnəfəs deyirdi:



5

–  Baba,  ay  baba,  bax  gör  mən  nə  tapdım…  Kürün  səsini 

bu  balıqqulağı  içinə  yığıb.  Qulağına  yaxınlaşdır,  çayın  səsini 

eşidəcəksən!

Rəhim  bəy  Həsənə  elə  vurğunluqla  qulaq  asırdı,  elə  bil  bu 

dəqiqə onun gözləri önündə dünyanın ən izaholunmaz möcüzəsi 

baş  verirdi.  Nəvəsinin  ağlına,  tərbiyəsinə  və  çevik  düşüncəsinə 

heyranlığı babanın gülümsəməsindən duyulurdu. 

– Gəl görüm, gəl, – Rəhim bəy Həsəni yanına çağırdı. – Sən 

demə, Kürün belə-belə sirləri də varmış.

Balıqqulağını  ehmalca  nəvəsinin  əlindən  alaraq  diqqət 

kəsilmişdi.  Küləyə  bənzər  uğultu  eşidincə,  ciddi  görkəm  alaraq 

Həsənin atasına – oğlu Səlimə sarı döndü:

– Bax, atası, Həsən “Dəli Kür”ü evimizə gətirib.

Atası  da  astaca  balıqqulağını  dinləyərək  Həsəni  yanına 

çağırdı, bir də onun qulağına dayadı.

– Eşidirəm, ata, Kürün səsini eşidirəm.

Rəhim bəy Həsəni yanına çağırıb qucağına aldı:

–  Həsən,  sənə  bunu  izah  edəcəm,  amma  bir  şərtlə,  ömrün 

boyu sözlərimi unutmayasan. Bu balıqqulağı sənin damarlarında 

axan  qanın,  alıb-verdiyin  nəfəsin  səsini  sənə  çatdırır.  Deməli, 

dinlədiyin səs Kürün yox, sənin içinin səsidir, – deyib Rəhim bəy 

nəvəsini  qucaqladı:  –  İndi  çox  balacasan,  amma  deyəcəklərimi 

yadında möhkəm saxla! Həyatın boyu səni əhatə edən insanları, 

yaxınlı-uzaqlı,  doğmalı-yadlı  hər  kəsi  dinləməklə  və  insanlara 

kömək  əli  uzatmaqla  bərabər,  qərar  qəbul  edəndə  hər  zaman 

içindən gələn xeyirxah səsi dinlə və onun ardınca get!

–  Sən  bağışladığın  qılıncla  birgə  bu  balıqqulağını  həmişə 

qoruyacağam, baba, – Həsən cavab verdi.

Babası  keçən  il  Həsənə  kiçik  qılıncını  bağışlayanda  söylə-

mişdi ki, bu qılınc mənə babamdan yadigardır, mən də onu sənə 

hədiyyə edirəm. Əlbəttə, kəsib-doğramaq üçün yox. Qoy bu qılınc 

haqq-ədalət yolunda gücünə, qüvvətinə çevrilsin, duala rımla birgə 

həmişə səni qorusun! – demişdi. Çox qəribə idi, Rəhim bəy Həsənə 

həmişə  yeniyetmə  oğlan  kimi  müraciət  edirdi.  Nəqqaşa  qılıncın 

üstündə bu sözləri yazdırmışdı: “Tanrıdan sənə ağlının və dilinin 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə