Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə2/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   2   3   4   5   6   7   8   9   ...   245

6

qılıncdan iti olmasını diləyirəm”. 

Rəhim  bəy  nədənsə  soykökünün,  əsil-nəcabətinin  davamını 

nəvəsi Həsənlə bağlayırdı:

–  Oğlum,  sən  Həsəni  günü  sabah  Hacı  Məhəmmədin 

mədrəsəsinə apar, qoy yavaş-yavaş müəyyən dərsləri öyrənməyə 

başlasın. Əgər vaxtın olmasa, özüm də apara bilərəm. Gün boyu 

hesablamışam, tək mənə verdiyi sualların sayı yüzü keçib. Molla 

Hacı Məhəmməd həm savadlı, həm də imanlı adamdır.

– Atacan, sən deyirsən apar, aparım, amma inanmıram Həsən 

orada tab tuta, dərs öyrənə.

– Yox, oğlum, sənin işlə bağlı səfərlərin olmasaydı, deyər dim 

özün onun təhsiliylə evdə məşğul ol, amma indi onu evdə saxlamaq 

gələcək inkişafdan məhrum etmək deməkdir.

– Oldu, ata. Amma ilk dəfə Həsəni mədrəsəyə sən apar. Biz 

də mollanı, mədrəsəni ona izah edək, yoxsa “molla” sözü eşi dəndə 

elə bilir, çatan kimi ayaqlarını falaqqaya salacaqlar.

Rəhim  bəy  nəvəsinin  verdiyi  suallara  hər  zaman  təmkinlə, 

məhəbbətlə cavab verir, onun gələcəyinə böyük ümid bəsləyirdi. 

Həsən digər altı yaşlı uşaqlar kimi daha çox anasının və nənəsinin 

deyil,  hər  zaman,  hətta  yatanda  da  babasının  yanında  uzanıb 

keçmişdə  baş  verən  hadisələri  dinləməkdən  doymazdı.  Taxta 

məhəccərli  çardaqlı  həyətlər  Zərdabda  o  vaxtlar  ancaq  bəylərə 

məxsus  idi.  Cunadan  tikilmiş  miçətkənli  çardaqlarda  evin  kişi 

xeylaqları  və  yeniyetmə  uşaqlar  yatardı.  Çardaqlar  həyətdə 

olduğundan qadınlar orada yatmağa üstünlük verməz, isti olsa da, 

otaqlarda gecələyərdilər. İsti yay gecəsinin dözülməz bürküsündə 

balaca  Həsən  babasının  yanında,  məhəccərli  çardaqda  uzanaraq 

onun  söhbətlərini  dinləyə-dinləyə  yuxuya  gedərdi.  Mədrəsəyə 

gedəcəyini eşidəndə çox məyus oldu:

– Bu molla, mədrəsə məsələsi haradan çıxdı? Baba, ay baba, 

Nəbi əminin oğlu Musanın ayaqlarının altına mədrəsədə çubuqla 

elə çırpmışdılar, ayağını yerə basa bilmirdi. Mənim də… 

Həsən cümləsini tamamlamağa macal tapmamış babası onun 

sözünü kəsdi:

–  Mən  bilirəm,  səninlə  belə  rəftar  heç  vaxt  olmayacaq.  Bu 




7

hafizə, yaddaşın sahibi də belə şeylər düşünərmi? Yat, səhər tez 

duracağıq. 

Oğlunun  ilk  dəfə  mədrəsəyə  məhz  babası  ilə  getməsini 

istəməsi Rəhim bəyə indi aydın oldu. Həsən babasını ata-anasından 

qat-qat artıq sevir, heç vaxt onun sözündən çıxmırdı. Həm də bu 

dünyada ən çox inandığı babası idi. Elə içinin səsinə qulaq asıb 

qərar verəndə də ona elə gəlirdi, nə vaxtsa babası, Səlim bəyin də 

qəlbinə, yaddaşına bu nəsihəti hopdurub. 

Göy  üzü  elə  aydın  idi,  bu  gecə  həmişəkindən  parlaq  və  iri 

ulduzlar  sanki  sirlərini  bir-birinə  pıçıldayırdı.  Balaca  Həsənin 

yuxusu  qaçmışdı.  Göylərə  baxa-baxa  fikrində  saysız  sualların 

cavabını axtarırdı.

Görəsən,  göyü  dirəksiz  saxlayan  nədir?  Dirəksizdirsə,  niyə 

uçub  yerə  tökülmür?  Yaxşı,  bəs  atam  göyün  sonsuz  boşluq  ol-

duğunu deyirsə, bu qədər ulduzlar boşluqdan necə asılı qala bilir?

Göylə  yerin  yeri  dəyişilsə,  nə  baş  verər?  Bəs  buludlar 

evlərin  üstünə  tökülməzmi?  Göylərin  sirrini  öyrənmək,  görəsən, 

mümkünmü? Günəş batdığı yerdən yenidən çıxa bilərmi?

Həsən  istədi  babasını  oyadıb,  bilmədiklərini  ondan  soruş-

sun, amma qıymadı. “Sabah hamısını öyrənərəm”. Lakin o, ürə-

yində bir şeyə əmin idi: dünyanın heç bir yerində göy üzü onların 

kəndindəki kimi parlaq ulduzlarla dolu ola bilməz. Dünyanın heç 

bir yerində onun babası qədər sevimli, müdrik, zəkalı baba, atası 

kimi güclü, ağıllı ata ola bilməz!

Bu  an  içini  bürüyən  bir  qorxu  qəfil  Həsənin  bədənini  tikan 

batmış  kimi  incitdi.  Bu  qorxu  sevdiklərini  itirmək,  onlarsız 

qalmağın vahiməsi idi. Nədənsə ona elə gəldi, nə uşaqlar, nə də 

cavanlar ölə bilərlər. Ölənlər yalnız həyatını kifayət qədər yaşamış 

ağ saçlı nənələr və ağ saqqallı babalar ola bilər. Ona görə də Həsən 

həyatda ən çox sevdiyi babasını itirəcəyindən qorxurdu. Babasına 

tərəf  döndü,  özündən  asılı  olmayaraq  onun  ağappaq  saqqalını 

nəvazişlə  tumarlamağa  başladı:  “Baba,  nə  olar,  ölmə! Axı  mən 

sənsiz neylərəm?!” – düşünərək özündən asılı olma yaraq hıçqırtı 

ilə ağladı. 

Rəhim bəy başını qaldırdı, ayın çardağa düşən işığında nəvə-




8

sinin islanmış üzünü görcək hövlnak yerində dikəldi: 

– Nə olub, dərdin alım, niyə yatmırsan? Mədrəsəyə getmək 

istəmirsən, getmərik.

– Baba, heç vaxt sözündən çıxmaram. Nənəmi, anamı, atamı 

incitmərəm. Amma sən heç zaman ölmə, mən sənsiz neylərəm?

Gecə yarıdan keçmişdi. Rəhim bəy yerində donub qalmışdı. 

Nəvəsinin  axşamdan  uyumadığına,  balaca  ürəyini  üzən  böyük 

ağrılara mat-məəttəl qalmışdı. 

Yaxınlarına,  doğmalarına  aşıb-daşan  ilahi  sevginin  hərarəti 

Rəhim bəyin içinə elə bir işıq gətirmişdi, o bu işığın aydınlığında 

Həsənin böyüklüyünü diqqətlə izləməkdə idi.

“Şükür  sənə,  İlahi,  mən  balam  haqqında  düşündüklərimdə 

yanılmamışam”. Baba nəvəsinin saçını sevgilə sığalladı: 

– Balam, sən həm mənim, həm də atanın gözünün işığısan. Sən 

bir şeyi bilməlisən, Yaradan da var, yaranan da. Bir gün yaranan bir 

gün  də  öz  yaradanına  dönməlidir.  Biz  bu  dünyaya  göndəriləndə 

hərəmiz bir tapşırığı yerinə yetirməyə gəlirik. Gedəndə isə həya-

tımız, yaşadıqlarımız haqqında çiyinlərimizdəki mələklərin əməl 

dəftərinə yazdıqlarıyla Tanrı qarşısında imtahan veririk. Hər kəsin 

elədiyi  yaxşılıqların,  pisliklərin  mükafatı  və  cəzası  üçün  ayrıca 

məhkəmə qurulur. 

Tanrıya,  onun  yaratdıqlarına  içində  böyük  sevgi  daşıyanlar 

dünyadan köçəndə də ölmürlər. Yaxınlarının, doğmalarının ən dar 

günündə  düşüncələrinə işıq  tuta bilirlər.  Ona  görə  də  mənim bu 

dünyadan köçüb Tanrı hüzuruna getməyim sənə hər an daha yaxın 

olmağım  deməkdir.  Bunu  özünə  dərd  eləmə.  İndisə  yat.  Sabah 

dərsə gedəcəyik. Yuxun şirin olsun!

Həsən babasının böyrünə sığınanda həmişə əsrarəngiz yuxular 

gətirərdi. Bu dəfə də belə oldu. O, yuxusunda gördü ki, həyətlərində 

şam  ağacından  düzəldilmiş  nərdivanı  səmaya  söykəyərək  göy 

üzündəki ən parlaq ulduzları dərib nənəsinin tik diyi güllü torbaya 

yığır. Ulduzlar yığıldıqca torba şişir, ağır la şırdı. Həsən kürəyində 

getdikcə  artan  ağırlığın  altında  müva zi nə tini  güclə  saxlayırdı. 

Nərdivanla enmək istərkən özü ilə yer arasındakı məsafə birdən-

birə ucsuz-bucaqsız dənizə dönürdü. Demək olar, hər yer: uzaqdan 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə