Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə239/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   235   236   237   238   239   240   241   242   ...   245

739

edəcəklər və bir tərəfdən də dövlət açdığı məktəblər ki, oralarda 

elm təhsil edən dil və məzhəbdən gərək əl çəkəydi. Belədə, biz 

müsəlmanlar iki dəryanın arasında duran gəmiydik ki, hər tərəfə 

meyl etsək, yıxılıb qərq olası idik. 

İndi Allaha şükür olsun ki, keçən ildən bizim rəhmli padşahımız 

hökm  edibdir  ki,  Rusiyaya  tabe  olan  tayfalar  öz  uşaqlarını  öz 

məktəbxanalarında, öz dillərində oxuda bilərlər və onlar padşahlıq 

məktəblərində oxuyanda onların öz dillərini və ədəbi-məzhəblərini 

də onlara oxutsunlar”.

Hamı hər tərəfdən qulaq asaraq, heyrətlə Həsən bəyin xəstə 

olmasına  baxmayaraq,  yenə  də  millətin  dərdləri  ilə  yaşamasını 

xüsusi qeyd edirdilər.

– Kaş bu kişidə millətə olan ürək yanğısının mində biri bizim 

hər birimizdə olaydı…

– Bu adam özü üçün yaşamır. Bu insanı Allah göndərib, vallah, 

bu  adam  müqəddəsdir,  –  deyərək,  Həsən  bəyi  çox  istədiklərini 

nümayiş etdirməyə çalışırdılar. 

– Bu adam el atasıdır, – deyə digərləri qeyd edirdilər. 

Peterburq  doktorunun  müalicəsindən  sonra  Həsən  bəy  fəal 

həyata qayıtmışdı.

–  Əlimərdan,  sən  nə  zaman  Tiflisə  gedirsən?  –  Həsən  bəy 

axşam ondan səfərinin vaxtını soruşdu.

–  Sabah  yox,  o  biri  gün.  Ayın  10-da  Vorontsov-Daşkovla 

görüş təyin olunub. 

– Amma  sən  bir  şeyi  yadında  saxla,  ermənilərin  Bakıda  tö-

rət dikləri  qırğınlarla  bağlı  qəzetlərdə  yazılanları Vorontsova  gös-

tərməyin  heç  nəyi  dəyişməyəcək.  Müsəlmanların  kütləvi  qır ğı-

nı onun heç vecinə deyil, heç bir ciddi tədbir görməyəcək. Ça  lış 

ki,  daha  təsirli  dəlillər  göstərsən,  onu  başqa  yollarla  ermə ni -

lərin  rus  imperiyasına,  çarın  bütün  Qafqazdakı  nüfuzuna  təh lü kə 

törətdiklərinə inandırasan. Vorontsov bu işdə Rusiyanın ma raq larına 

təhlükə yaranması qənaətinə gəlməsə, heç bir tədbir görməyəcəkdir.

Vorontsovla  görüşdə,  doğrudan  da,  onun  Bakıdakı  erməni 

vəh şiliklərinə  etinasız  münasibəti  Əlimərdan  bəyi  düşünməyə 

məcbur etdi.




740

– Cənab Vorontsov-Daşkov, siz İrəvan, Naxçıvan hadisəsinə, 

quyulara tökülüb üstü doldurulan günahsız insanlara necə etinasız 

qala bilərsiniz?

– İndi mən neyləyim, ermənilər də sənin kimi sübut etməyə 

çalışırlar ki, siz onları qırırsınız.

  Vorontsovun  müsəlmanlara  belə  “qeyri-adi  məhəbbəti”, 

erməni quldur dəstələrinin fəaliyyətinə biganəliyi Əlimərdan bəyi 

əməlli-başlı təəccübləndirmişdi.

– Cənab Vorontsov, ermənilər gəlib istənilən yalanı uydurub 

əlahəzrət  imperatorun  məmurlarını  çaşdırmağa  cəhd  göstərə 

bilərlər.  Qoy  nə  istəyirlər  söyləsinlər,  amma  sizin  Bakıdakı  və 

bölgələrdəki nümayəndələr hər şeyin necə baş verdiyini bilirlər axı. 

Bir də keçənləri unudun deyirsiniz, yaxşı, biz də qəbul edirik ki, olan 

olub, keçən də keçib. İndi əsas məsələ bundan sonra ermənilərin 

belə quldurluq hadisələri törətməsinin qarşısını almaqdan və dinc 

əhaliyə qarşı divan tutulmasına yol verməməkdən ibarətdir.

Vorontsov-Daşkov  yeni  komissiya  yaradıb,  araşdırmalara 

başlayacağına söz verdi. 

Əlimərdan bəy Tiflisə gəlmişkən yolüstü Müsəlman Xeyriyyə 

Cəmiyyətinin  izin  məktubunu  da  Qafqaz  Canişinliyinə  təqdim 

edib müsbət cavab aldı. 




741

1906-cı il, Bakı

Həsən  bəy  Peterburqdan  olan  həkimin  ona  gərgin  işləməyi 

qadağan etməsinə baxmayaraq, bütün günü “Kaspi”də və “Həyat”da 

olurdu. Xüsusən, “Kaspi”də Əlimərdan bəy Duma və digər ictimai 

işlərdən xilas olub qəzetə ciddi vaxt sərf edə bilmədiyindən dolayı 

Həsən bəyin məsuliyyət hissi daha da artmışdı. Bəzən Əlimərdan 

bəy günlərlə Rusiyaya gedir, ayrı-ayrı işlərlə bağlı müxtəlif yer-

lər də  olurdu.  Elə  növbəti  ilin  yanvar  ayının  5-dən  11-nə  qədər 

yenə Rusiyaya gedib Müsəlmanların II qurultayında iştirak etdi. 

O olmayanda Həsən bəydən başqa “Kaspi” qəzeti üçün etibarlı və 

təcrübəli kim ola bilərdi ki?! 

Həsən  bəylə  Hacı  Zeynalabdin  Tağıyev  birlikdə  həm  də 

ermənilərin rəhbərləri ilə tək-tək görüşərək bu ədavətin mənbəyini 

araşdırır, bu qarşıdurmaların və düşmənliyin hər iki tərəfə faciədən 

başqa heç nə verməyəcəyini izah edirdilər. 

Həsən bəy Hacının nüfuzundan istifadə edərək İrəvana, Tiflisə, 

Naxçıvan və Şuşaya teleqram vurdurub oralarda ermənilərin törət-

diyi qırğınlar haqqında “Kaspi”də məlumat verirdi. Əksər yazılarda 

hər  iki  tərəfi  qan  tökülməsindən  çəkinməyə  çağırır,  qırğınların 

dayandırılmasını məsləhət görürdü. 

Həsən bəy bundan başqa, Hacı Zeynalabdinin və Şeyxülislamın 

bütün  ermənilərin  katalikosuna,  İrəvan  ruhanilərinə  müraciətini 

“Kaspi”də  çap  etdi.  Müraciətdə  hər  iki  tərəfin  başbilənlərindən 

müdriklik,  humanistlik  nümayiş  etdirmələri  tələb  olunur,  dinc 

yanaşı yaşamağın üstünlükləri izah edilir, xalqları sülhə çağırırdılar. 

Hadisələrin belə qızğın çağında Həsən bəyin səhhətində yenə 

ciddi problemlər yarandı. “Nəşri-maarif”in gənc ziyalıları – Üzeyir 

bəy  Hacıbəyov,  Mirzəağa  bəy  Hüseynqulu,  Sidqi  Ruhulla  kimi 

qələm əhli tez-tez “Kaspi”yə gələr, həm yazılarını gətirər, həm də 

Həsən bəyə kömək edərək işini yüngülləşdirməyə çalışardılar. 




742

1906-cı il, Rus-Müsəlman  

Qız Məktəbinin ilk məzunları

Bir neçə gündən sonra Bakı Müsəlman Qız Məktəbinin bura-

xılışı  olacaqdı.  Bütün  cəmiyyətlər,  mətbuat  səbirsizliklə  o  günü 

gözləyirdilər. Həsən bəy Zərdabi, Zeynalabdin Tağıyev, Sona xa-

nım Tağıyeva məktəbin məsul şəxsləri kimi o gün çox həyəcanlı 

idilər. 


Bütün  mətbuat  İmperatriçə  Aleksandra  Fyodorovna  adına 

Bakı Rus-Müsəlman Qız Məktəbinin məzunları haqqında yazırdı. 

Hacı  Zeynalabdin  evində  Sona  xanımla  çay  içə-içə  vaxtın 

necə tez gəlib yetişdiyindən danışırdı. 

– Bax, ay Sona, zaman elə bil quşdur, bircə anda uçaraq gəlib 

mənzil başına çatdırdı bizi. Elə bil dünən idi bu məktəbin açılışı. 

Onda da mən həyəcandan bütün gecəni yatmamışdım. Şükür, min 

əzabla qurduğumuz məktəbin ilk buraxılışını da gördük. 

–  Hacı,  mən  də  çox  həyəcanlıyam.  Bu  qızların  bəzilərini 

bayram  günlərində  mən  evimizdəki  məclislərə  dəvət  edirdim. 

Bilirsən, nə qədər səviyyəli və kübar qızlardır. Məclisdə hər kəs 

onların  özlərini  aparmasına,  davranışına,  əxlaqlarına  və  müasir 

dünyagörüşlərinə heyran qalırdı. Hər biri bir evin dirəyidir…

– Ev nədir, ay Sona? Onlar gələcəyin ilk qaranquşları ki mi 

millətin ümididir. Onların hərəsi bir sahədə – elm, təhsil, mə də-

niyyət, iqtisadiyyat, dövlət qulluğu və s. yerlərdə işləyəcək, özləri 

kimi yüzlərlə savadlı qızların yetişməsində iştirak edəcəklər. Bu 

qızlar gələcəkdə bütün Azərbaycana dayaq olacaqlar.

 Bu qızlar elə bil övladlarımdır mənim. Bunlardan ayrılmaq 

mənə asan olmayacaq. 

Sona xanım:

– Zaman vardı bizi də, Mirzə Əbutalıb, Hacı Kərim və Molla 

Ruhullanı da təhsilə önəm verdiyinə görə ölümlə hədələyib qor xu-

durdular. Bu gün artıq insanlar elmin, təhsilin xeyrini anlayırlar. 

Şəmsi  bəyin,  Hacıağanın,  Ağamusanın  xanımı  keçən  həftə  biz-



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə