Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə237/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   233   234   235   236   237   238   239   240   ...   245

733

zülm edib ki, ayağımın altında nə qədər əzsəm ürəyim soyumaz.

Qonaqlar gülüşdülər.

Həsən bəy:

– Mənə nə qədər zülm etsələr də, sizin hər biriniz oxuyub Vətə nə 

qayıtdıqca canımdan o əzabları çıxardınız. İndi onu de mək istəyirəm 

ki, hər hansı yolla maneçilik etsələr də, qurultayı keçirməlisiniz.

Səhəri  gün  Əlimərdan  bəy,  Şəmsi  Əsədullayev,  Əhməd 

Ağayev,  Fərrux  Vəzirov  və  başqa  azərbaycanlı  ziyalılar  Rusiya 

müsəlmanlarının  ümumi  qurultayında  iştirak  etmək  üçün  Nijni 

Novqoroda yola düşdülər. 

Axşam  İsmayıl  bəy  Qaspıralı,  Yusif  Akcura,  Rəşid  bəy 

İbrahimov,  Musa  Bigeyev

171


,  Fateh  Kərimi,  Səid  Girey  Alkin, 

Abdulla Apanay,  Molla  Əli Yanşevin  “Germaniya”  restoranında 

qurultayın izin və təşkilat məsələsini müzakirə etdilər. Bəlli oldu 

ki,  imperator  dəftərxanası  müsəlmanların  ümumi  qurultayının 

keçirilməsi iznini ləğv edib.

– Bir şey düşünmək lazımdır, – İsmayıl bəy Qaspıralı qayğılı 

halda dilləndi.

Əlimərdan bəy:

–  İsmayıl bəy, sizə bir şey desəm, inanarsınızmı? Həsən bəy 

uzaqgörənliklə belə ola biləcəyini də nəzərə almağımızı demişdi. 

Hər halda, sabah bir də müraciət edək, görək nə olur. 

İsmayıl bəy:

–  O Həsən bəydir, ustaddır. O, hər şeyi bilər.

Rusiya hökuməti izin verməməkdə israrlı idi. 

Əlimərdan bəy:

–  İsmayıl  bəy,  dostum,  heç  kədərlənmə,  mənim  ehtiyat  bir 

planım var. Bir gəmi kirayələyək, gəzinti adıyla çay boyu üzə-üzə 

həm qurultayımızı keçirərik, həm səyahət edərik. 

Sözləşdikləri  kimi  qurultay  nümayəndələri 15  avqust  1905-

ci ildə Makarya limanından “Gustav Struve” gəmisilə Oka çayı

172

 

171



 Musa Bigeyev – Ümumrusiya Mərkəzi bürosunun, müsəlmanların mərkəzi 

icra komitəsinin üzvü, dövrünün tanınmış ziyalısı

172

  

Oka 



 Rusiyanın Avropa hissəsində çay, Volqa çayının ən iri qolu




734

boyu  üzərək  çox  işgüzar  bir  şəraitdə  on  üç  saat  ərzində  Rusiya 

Müsəlmanlarının I Qurultayını keçirməyə başladılar. 

Quran oxunduqdan sonra İsmayıl bəy Qaspıralı qurultayı açıq 

elan  etdi:  “Tarix  yazmaq,  ümmətə  və  millətə  öz  qəhrəmanlığını 

sübut  etmək  həmişə  böyük  cəsarət  tələb  edib.  Bugünkü  tarixi 

yaradanlar dövrümüzün ən cəsarətli adamlarıdır, min illər keçəcək, 

tarixçilər bu haqda yazaraq bizləri yeni nəsillərə tanıdacaqdır”.

Çıxış edənlər dini həmrəyliyin olmadığı yerdə müsəlmanların 

həmişə bəlalarla üzləşəcəklərini, haqlarının pozulacağını söylədilər. 

Sonralar Əlimərdan bəy bu qurultay haqqında: “Nə qurultay 

canım, biz sular padşahına qonaq getmişdik,” – deyə zarafat edərdi. 

Bütün Bakı ziyalıları, o cümlədən Həsən bəy l Rusiya Ümum-

mü səlman qurultayının nümayəndələrini səbirsizliklə gözləyirdi. 

Əlimərdan  bəy  həmişə  üç-beş  günlüyünə  bir  yerə  gedəndə 

Pərisoltan uşaqları – Ələkbəri, Saranı və Rəşidi də götürərək ata sı-

gi lə gələrdi. Həsən bəy belə günləri nəvələrilə keçirərək əsl bayram 

edərdi.


Hənifə  xanım  da  hiss  edirdi  ki,  Həsən  bəy  nəvələrilə  özünü 

çox xoşbəxt və rahat hiss edir. O, öz uşaqlarına göstərdiyi ciddiliyi 

Ələkbərə, Saraya, Rəşidə qarşı göstərə bilmirdi. Həsən bəy onlarla 

uşaq kimi oynayırdı. Bir gün Sara onun “Kaspi” üçün yazdığı mə-

qa lənin üzərində at, it şəkli çəkmişdi. Hiss olunurdu ki, Həsən bəy 

hirs lənib, amma Saraya bir söz deməyə ürəyi gəlmir. Deyir ki, Sara, 

qızım söz ver ki, bir də belə etməyəcəksən... Sara da ona cavab verir 

ki,  baba  sən  söz  ver  ki,  bir  də  belə  etməyəcəksən.  “Yazıq  Həsən, 

gəl indi bu balaca şeytanla bacar görüm, necə bacarırsan,” – deyib 

gülərdi. 

Əlimərdan bəy və dostları Bakıya avqustun iyirmisi gecəyarısı 

gəlib  çıxdılar.  Səhər  tezdən  bütün  nümayəndələr  yenə  Həsən 

bəy gilə  yığışdılar.  Olub-keçənləri  bütün  təfsilatı  ilə  Həsən  bəyə 

danışdılar.

Həsən bəy:

  –  Sizə  çox  ümid  bəsləyirdim,  şükürlər  olsun!  Bilirdim  ki, 

oradasınızsa,  deməli,  hər  şey  qaydasında  olacaq.  Dünən  Hacı 

Zey  nalabdinlə  bu  qurultay  haqqında  söhbət  edirdik.  Hacı  deyir, 




735

mənfur  ermənilərlə  olan  məsələdə  Vorontsov-Daşkovun  Bakıya 

gəlişinə ilk növbədə Əlimərdan bəyin Tiflisə səfəri və onunla orada 

apardığı söhbət təsir göstərib. Onun fikrinə görə, Bakı kəndlərinin 

köçürülməsi ilə bağlı erməni sənayeçilərinin müraciətlərinin ləğv 

edilməsi də birbaşa Əlimərdan bəyin xidməti hesab olunmalıdır. 

Əlimərdan bəy:

–  Bilirsiniz  də,  Bakı  kəndlilərindən  ibarət  “Zemstvo”nun

173

 

yaranmasından sonra ermənilərin köpü xeyli alınıb. Elə bil yasa 



batıblar.

Həsən bəy:

– Əlbəttə, güc birlikdədir. İndi Bakı kəndliləri onlarla bağlı 

hər şeyi özləri müzakirə edib birgə fəaliyyət göstərirlər. 

* * *

 Həsən bəyin səhhətində yaranmış narahatlığa görə müayinə 



etmək  məqsədiylə  Bakıya  dəvət  olunmuş  doktor  şənbə  günü 

gəldi. O, xəstənin sonrakı ömrünün əsas şərti olaraq bütün gərgin 

və stresli iş-gücdən ayrılaraq sakit bir şəraitdə dincəlməyi, təbiət 

qoynuna çəkilərək qalan ömrünü rahat yaşamağını tövsiyə etdi.

Bir müddət evdəkilər onu doktorun ciddi tövsiyələrinə əməl 

etməyə məcbur edə bildilərsə də, səhhəti yavaş-yavaş düzəldikcə 

Həsən bəy yenə də fəal yaradıcılığa başladı. 

İyun ayının 6-da “Həyat” qəzetinin açılışı münasibətilə ziyafət 

keçirilirdi. Ziyafətdə Quberniya qazısının sədri, Bakı milyonçuları, 

tacirlər, yerli və Tiflisdən gəlmiş ziyalılar iştirak edirdi. Ziyalılar 

Hacı Zeynalabdin bəyə qəzetə göstərdiyi maliyyə dəstəyinə görə 

təşəkkür etdilər.

Mərasimdə  Hacı,  Həsən  bəyə  yaxınlaşaraq  onu  salamladı, 

sevincək bir xoş xəbər verdi:

–  Həsən bəy, bilirsənmi, “Həyat”ın dövlət senzoru kim oldu? 

–  Yox.


–  Hər ikimizin dostu. Quberniya idarəsinin katibi Ataman bə -

173


 Zemstvo – 1864-1919-cu illərdə Rusiyada yerli idarəetmələrin seçki orqanı


Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə