Mühazirə: Görkəmli Azərbaycan bəstəkarları



Yüklə 41,55 Kb.
səhifə1/2
tarix17.12.2023
ölçüsü41,55 Kb.
#149793
növüMühazirə
  1   2
Azərbaycan bəstəkarları


Mühazirə:
Görkəmli Azərbaycan bəstəkarları.
Plan:
1. Üzeyir Hacıbəyli
2. Müslüm Maqomayev:
3. Asəf Zeynallı
4. Qara Qarayev
5. Fikrət Əmirov
6. Cahangir Cahangirov
7. Soltan Hacıbəyov
8. Tofiq Quliyev
9. Cövdət Hacıyev
10. Süleyman Ələsgərov
11. Arif Məlikov
Üzeyir Hacıbəyov
(1885-1948)
Ü.Hacıbəyov Azərbaycan musiqi mədəniyyətinin inkişafı tarixində ictimai musiqi xadimi, alim, publisist, pedaqoq, görkəmli bəstəkar kimi xüsusi yer tutmuşdur. O, Azərbaycanda ilk dəfə olaraq professional bəstəkarlıq məktəbini təşkil etmiş və onun inkişafının əsasını qoymuşdur.
Ü.Hacıbəyov Az-da ilk dəfə olaraq həmçinin bir sıra müxtəlif musiqi janrlarının əsasını qoymuşdur: opera, musiqili komediya, simfonik və xalq çalğı alətləri orkestri üçün əsərlər, vokal və s. bəstəkarın yarğı teatr sənəti sahəsində təkamül etmişdir. İlk operaları muğam üzərində qurulduğu halda "Koroğlu” operasında xalq musiqisinin milli mənbələrindən istifadə edərək özünəməxsus orijinal musiqi üslubunu yaratmışdır.
Ü.Hacıbəyov əsl novator olaraq bir səsli xalq musiqisində harmonik va polifonik inkişafın gizli imkanlarını izləmiş və yar-da yüksək professional şəkildə istifadə etmişdir.
Hacıbəyov aşıq musiqisinin, muğamatın milli xüsusiyyətlərini klassik musiqi formalarına uyğunlaşdıraraq həmin janrı avropa və rus bəstəkarlarının musiqi ənənələrilə zənginləşdirmişdir. O, ecazkar, zəngin və çoxjanrlı yaradıcılığa malik olan sənətkar idi. Bir publisist kimi geniş fəaliyyət göstərirdi.
Ü.Hacıbəyovun yaradıcılıq yolu geniş, zəngin və çoxsahəlidir.
Ü.Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə 18/ IX Şuşa yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası Şirinbəyim xanım şairə (Natavanla dostluq etmişdir) musiqi sahəsində yüksək mövqe tutmuşlar və musiqiyə olan həvəsi anasından mənimsəmişdir. Ü.Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu. Muğamatı o, dayısı Ağalar bəy Əliverdibəyovdan öyrənmişdi.
1897-ci ildə Ü.H. Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirən Ü.H. 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Qori seminariyası ibtidai siniflər üçün müəllim hazırlayırdı.
1904-cü ildə o, seminariyanı ibtidai sinif müəllimi kimi bitirir.
1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir. İbtidadi sifinlərdə dərs deyərək şagirdlərdən ibarət xor kollektivi təşkil edir. Sonralar o, Bibi Heybətdə "Səadət" məktəbində azərbaycan və rus dillərindən, eləcə də nəğmə və hesab dərsi deyir.
1905-ci ildən Ü.Hacıbəyov "Filankas" ləqəbi ilə "Həqiqət", "İrşad", "Tərəqqi" qəzetlərində çıxışlar edir. Kiçik məqalə və felyetonlar vasitəsilə "Oradan- buradan” başlığı altında vacib məsələləri açıb göstərir. O deyirdi: "Millət bir bağ yeridir, qabil və istedadlı adamlar isə o bağın meyvəli ağacları va ətirli gülləri mazilasidir. Talantlı adamlar meyvədir, ictimai vəziyyət isə bağbandır, meyvanin yaxşı olması bağbandan asılıdır".
1907-ci ildə Ü.H. opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Az-da opera yazılmamışdır. Onun yaratdığı ilk "Leyli va Macnun" operasi Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş va çox böyük əhəmiyyət qazanmışdır. Bəstəkarın bu operası Azərbaycan opera incəsənəti tarixinin əsasını qoymuşdur. İlk tamaşa 1908-ci ildə (12/25-1), (1907-25/XII) olmuşdur.
Ü.H. "Leyli və Məcnun" operasından sonra ardıcıl olaraq bir sıra operalar yazmışdır. 1909-da (XI) xalq dastanı əsasında "Şeyx Sənan", 1911-da (12/XI) "Rüstəm və Söhrab", 1912(12/111) "Şah Abbas və Xurşudbanu", 1912(12/V) "Əsli və Kərəm", 1915-də "Harun va Leyla"
1911-ci ildə Ü.H. musiqi təhsili almaq məqsədilə Moskvaya gedir. Lakin maddi vəziyyəti çətin olduğundan təhsilini davam etdirə bilmir və Bakıya qayıdaraq operaları səhnəyə qoymaqla məşqul olur.
1913-cü ildə təhsilini davam etdirmək üçün bu dəfə Peterburqa gedir və konservatoriyaya daxil olur. Bu dövrdə "Arşın mal alan" musiqili komediyasını yazır.
1914-cü ildə Bakıya qayıdan Ü.H. mətbuatda bir sıra məqalələrlə çıxışlar edir. Onun "Boşboğazlar", "Məzəli işlərimiz", "Müsəlmançılıq", "O, heç", "Küyçülük" felyetonları tənqidi nöqteyi nəzərdən qiymətlidir.
1921-ci ildə Türk musiqi məktəbini təşkil edir. 1926-cı ildən etibarən ADK-nın tərkibinə daxil olur və onun xalq musiqi şöbəsi adlanır. 1926-dan Ü.H. əvvəl konservatoriyanın prorektoru, sonra isə ömrünün axırınadək rektoru vəzifəsində çalışır.
1931-ci ildə Ü.H. ilk notlu xalq çalğı alətləri orkestrinin təşkil olunmasında iştirak edir. 1936-da bəstəkar dövlət xoru yaradır.
Ü.H. M.Maqomayev ila birlikdə 1927-də bir sıra Az. Xalq mahnılarını işləmiş və nota salmışdır.
Ü.H. İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə xor və simfonik orkestr üçün kantata yazmışdır ki, bununla da o, Azərbaycanda ilk kantata janrının əsasını qoymuş oldu.
Ü.H.-un 1932-də yazdığı simfonik orkestr üçün təntənəli marş, xor və orkestr üçün təntənəli himn, f-no, skripka və violonçel üçün trio və s. əsərlər demək olar ki, "Koroğlu" operasının yaranmasına bir növ hazırlıq idi. "Koroğlu” operası üzərində Ü.H. 1932-1936-ci illər arasında işləmiş və ilk Azərbaycan klassik opera növünü yaratmışdır. İlk tamaşa 1937-ci ildə (30/IV) olmuşdur və son dərəcə müvəffəqiyyət qazanmışdır.
1938-ci ildə Moskvada keçirilən Az. ədəbiyyatı incəsənəti ongünlüyündə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. "Koroğlu" operasında ilk dəfə olaraq milli musiqi Avropa klassik opera ənənələrilə biləşərək vahid bir əsər yaranmışdır.
Musiqili komdeiya janrı sahəsində Ü.H. 1910-cu ildə "Ər və arvad", "O olmasın bu olsun", 1914-də "Arşın mal alan" musiqili komediyalarını yazmışdır.
1940-da Ü.H. Dövlət mükafatına layiq görülür. 1941-1945-də Böyük vətən müharibəsinə həsr olunmuş bir sıra əsərlər yazır. Onun "Vətən uğrunda" mahnı silsiləsinə "Şəfqət bacısı", "Ananın oğluna nəsihəti", "Yaralı döyüşçünün hekayəsi", "Yaxşı yol", "Döyüşçülər marşı" və s.daxildir. Bundan əlavə bəstəkar solist, xor va simfonik orkestr üçün "Vətən və cəbhə" kantatasını, Nizaminin sözlərinə (800 illiyinə) "Sənsiz", "Sevgili canan" romanslarını yazmışdır.
Bu dövrdə Ü.H. yar-da yaranan yeni bir janr da diqqəti cəlb edir. Bu instrumental janrda olan hərbi kişi rəqsi "Cəngi" idi. Qəhrəmani əhval ruhiyyə daşıyır və döyüşə çağırış kimi səslənir.
1945-də Ü.H. "Azərbaycan xalq musiqisinin əsasları" adlı böyük nəzəriyyə əsərini tamamlayır.
1946-da "Qələbə himni" yazır, 1918-ci ildə də ǝ.Cavadın sözlərinə
"Az.Döv.himnini" yazır.
1945-46-da "Firuza" operası üzərində işləməyə başlayır, lakin operani tamamlaya bilmir. 1948-ci ildə (23/XI) Bakıda vəfat edir.
Qiymətli musiqi xəzinəsi qoymuş Ü.H. yar-ğı azərbaycan musiqi mədəniyyəti tarixində böyük rol oynayır. Onun yar-nın əsasını demək olar ki, səhnə əsərləri təşkil edir.
Görkəmli bəstəkar, musiqi ictimai xadim, alim, gözəl publisist və pedaqoq Ü.H. Az-da professional bəstəkarlıq məktəbinin təməlini qoymuşdur.

Yüklə 41,55 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə