Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   2   3   4   5   6   7   8   9   10   ...   23

23

əmin-amanlığına  və  özünün  bağımsızlığına,  Şirvan  dövlətinin 

sosial-iqtisadi  durumunun  və  mədəni  həyatının  çiçəklənməsinə 

təminat  almağa  nail  olmuşdu.  Bu  siyasət  onun  sikkələrində  də 

özünü  büruzə  verir.  Şahlığının  ilk  çağlarında  sikkələr  üzərində 

xəlifə Müstəncidin (1161-1170) adı ilə yanaşı İraq səlcuq sultanı 

Arslan  şahın  (1161-1177),  daha  sonra  xəlifə  əl-Müstədi  (1170-

1180)  və  soltan Toğrulun  (1176-1194),  nəhayət  xəlifə  ən-Nasir 

(1180-1225)  və  soltan  III  Toğrulun  (1176-1994)  adları  həkk 

edilirdisə, artıq şahlıq dönəminin 2-ci yarısında, XII yüzilin 80-

cı illərində, simvolik islami anlam daşıyan xəlifə ən-Nasirin adı 

nəzərə  alınmazsa,  I  Əxsitan  müstəqil  hakim  olaraq,  “şirvanşah 

və  əzəmətli  məlik”  titulları  ilə  öz  sikkələrini  zərb  edirdi.  I 

Əhsitanın  sikkə  zərbi  hələ  X  yüzilin  sonlarında  şirvanşah  V 

Məhəmməd bin Əhmədin dönəmində başlanan gümüş böhranının 

ikinci mərhələsinə, billon sikkələrin gümüş suyuna tutulması ilə 

xarakterikdir.  I Əhsitanın sikkə zərbi hələ X yüzilin sonlarında 

şirvanşah  V  Məhəmməd  bin  Əhmədin  dönəmində  başlanan 

gümüş  böhranının  ikinci  mərhələsinə

,

  billon  sikkələrin  gümüş 



suyuna tutulması ilə xarakterikdir. 

Şamaxı zəlzələsində ailəsini itirən və 1196/7-ci ildə dünyasını 

dəyişən I Əhsitandan sonra Şirvan taxtına qardaşı Şahanşah bin III 

Mənuçehr sahib oldu. Şahanşah, deyəsən, gümüş suyuna tutulmuş 

sikkə  kəsən  sonuncu  şirvanşah  olmuşdur.

 

I  Fəriburzun  oğlu 



Mənuçehrin  adından  xəlifə  əl-Mustəzhir-billahın  (1094-1118)  və 

səlcuq soltanı Məhəmmədin (1105-1117) adları ilə kəsilmiş aşağı 

əyarlı  gümüş  sikkələrdən  göründüyü  kimi,  atasının  ölümündən 

sonra Şirvan taxt-tacına II Mənuçehr (1096-1106) sahib olmuşdur.

 “Tarix əl-Bab”-a əsasən, I Fəriburzu Şirvanşahlar taxtında  

oğlu  Əfridun  (1106-1120)  əvəz  etmişdir.  Əfridunun  isə  sikkə 

kəsib-kəsmədiyi  bəlli  deyil:  belə  sikkələr  aşkarlanmamışdır. 

Lakin oğlu III Mənuçehrin çoxsaylı sikkələrində onun adı  ﺍﻔﺭﻴﺪﻮﻦ     

ﺑﻦ   ﻤﻨﻮﭽﻬﺭ     = “Əfridunun oğlu Mənuçehr” kimi həkk olunmuşdur

Şirvanşah Fərrux Yəsarın hakimiyyətə gəlişi Şirvan dövlətinin 

sikkə işində vacib dəyişikliklərlə əlamətdar oldu. Uzun fasilədən 

sonra Şirvanın ənənəvi suveren zərbi bərpa olundu, sikkə istehsalı 

isə  birinci  paytaxt  Şamaxı  zərbxanasında  mərkəzləşdirildi.



24

Şirvanşah I Fərrux Yəsardan sonra, Şirvan taxtına sahib olan son 

şirvanşahlar  haqqında  bilgi  verən  Münəccimbaşıya  əsasən,    I 

Fərrux Yəsarın böyük oğlu Bəhram bəy  şirvanşah elan olunmuş 

və  bir  illik  hakimiyyətdən  sonra  907  =  1501/2-ci  ildə  öz  əcəli 

ilə ölmüşdür. Onun bizə məlum olan yeganə gümüş təngəsi şəxsi 

kolleksiyada  saxlanılır.  930  =  1524-cü  ildə  II  Şeyx  İbrəhimin 

ölümündən  sonra  şah  elan  olunan  və  hələ  atasının  dönəmində 

səfəvi  I    İsmayılın  qızı  Pərixanla  evlənən  şahın  böyük  oğlu  II 

Xəlilullah ilə Səfəvi sarayı arasında yaranmış sıcak əlaqələr elə 

həmin il şahın qaytanası I İsmayılın ölümündən sonra taxta çıxan 

oğlu  I  Təhmasibin  dönəmində  soyuq  münasibətlə  əvəzləndi. 

Şirvanşahın  Səfəvilərə  qarşı  konfrantasiyada  bulunan  Gilanın 

Biye-Pəs vilayətinin hakimi Əmirə Dübacə sığınacaq verməsi ilə 

bu münasibət neqativ xarakter daşıyaraq, nəticə etibarilə Şirvan 

dövlətinin gələcək süqutunda məşum rol oynadı.

II  Xəlilullahdan  sonra  şah  elan  olunan    II  Fərrux  Yəsarın 

15  yaşlı    oğlu  Şahruxun    hakimiyyət illəri  (1535-1539)    daxili 

çətinliklər  və  ixtişaşlarla,  əhalinin    ağır  sosial  durumu  və  xalq 

hərəkati ilə səciyyəvidir. Bu durum Pərixan xanımın açıq və  gizli  

antişirvan  fəaliyyəti  nəticəsində  daha  da  ağırlaşdı  və  qardaşı, 

səfəvi  şahı  I  Təhmasibin  (1524-1576)  Şirvan  dövləti  haqqında 

ekspansiv  niyyətini  daha  da  reallaşdırdı.  I  Təhmasibin  qardaşı 

Əlqas Mirzənin başcılıq etdiyi səfəvi qoşununun uzun  müddət 

(9  aya  qədər)  Bigord  qalasında  mühasirədə  saxladığı  və  bütün 

məhrumiyyətlərə  rəğmən,  qəhrəmancasına    müdafiə  olunan 

şirvanşah Şahrux  və şirvanlılar I Təhmasibin riyakar vədlərinə 

inanaraq, təslim oldular və qətliama məruz qaldılar. Əsir aparılan 

şirvanşah  Şahrux  bir  qədər  sonra  I  Təhmasibin  əmri  ilə  edam 

edildi və minillik Şirvan dövlətinin ulduzu söndü. 

Beləliklə,  yüzillər  ərzində  daxili  keşməkeşlər  və  çoxsaylı 

xarici  hərbi  müdaxilələrlə    üzləşən,  daha  güclü  dövlətlərin 

basqısına məruz qalaraq, zaman-zaman bağımsızlığından məhrum 

olan Şirvanşahlar bütün çətinliklərə rəğmən permanent dövlətçilik 

ənənələrini  dəvam  etdirmiş,  XVI  yüzilin  ikinci  yarısında  yeni 

və  qüdrətli Azərbaycan  Səfəvilər  imperiyasının  tərkibinə  daxil 

edildikdən sonra süqut etmişdir.



25

Mehmet Rıhtım

     Qafqaz Universitetinin professoru,

Qafqaz Elmi-tədqiqat İnstitunun direktoru

SEYİD YƏHYA  ŞİRVANİNİN XANƏGAHI VƏ 

TÜRBƏSİ

Təsəvvüf müsəlman dünyasında meydana çıxmış ən önəm-

li fikri-fəlsəfi və mədəni müəssisələrdən biridir. XII əsrdən eti-

barən təriqətlər adı altında təşkilatlanan sufi qrupları müsəlman 

aləmində  geniş  yayılmışlar.  Sufiliyin  təşəkkül  tapdığı  mühüm 

tarixi mərkəzlərdən biri də Azərbaycan coğrafiyası olmuşdur. Bu-

rada  doğulan  və  yayılan  Sührəverdiyyə,  Səfəviyyə,  Xəlvətiyyə 

təriqətləri və Əxilik, Hürufilik kimi cərəyanlar təsəvvüf tarixinin 

ən önəmli məktəblərindən olmuşdur. 

Sufi təliminin öyrədildiyi və fəaliyyət mərkəzi оlаrаq qəbul 

edilən  məkanlar  böyüklük  və  fəaliyyət  sahələrinə  görə  dərgаh, 

zаviyə, təkkə, xangah (хаnəgаh), ribаt, аsitаnə kimi аdlаrla anılır. 

Şeyx  ətrafında  dərvişlərin  toplandığı  balaca  tikililərə  təkyə, 

tənha  yerlərdəki  kiçik  otaqdan  ibarət  inziva  yerlərinə  zaviyə, 

mərkəzi böyük məkanlara da xangah, dərgah, asitanə deyilmişdir. 

“Хаnəgаh”  (хаngаh)  ümumiyyətlə  bir  təriqətə  aid  təkkələrin 

bаğlı  оlduğu  mərkəz  təkkəyə  deyilir.  Şeyхin  аiləsi  ilə  birlikdə 

qаldığı  evi,  ümumiyyətlə,  təkkəyə  bitişik  оlurdu.  Əvvəllər  bir 

otaqdan ibarət olan təkkələr zаmаn keçdikcə həcm və memаrlıq 

bахımındаn inkişаf edərək çoxlu binalar ilə genişləndi. Mükəm-

məl  quruluşlu  хаnəgаhlardа  səmахаnа,  хəlvətхаnа,  hücrələr-

dərviş оtаqlаrı, anbar-mətbəх, qəhvəхаnа оcаğı, hаmаm, məscid, 

ахur,  şeyх  türbələri  və  s.  olur.  Xanəgahlar,  adətən,  şəhərlərdə 

olurdu. Bununla yanaşı, kəndlərin yaxınlığında və yaxud tənha 

yerlərdə də tikildiyi görülür. Pir Hüseyin xanəgahı kimi yaşayış 

məskənlərindən uzaqda, ətrafı hasarla çevrili xanəgahlar, əvvəllər 

daha çox sərhədlərdə inzibati işlər üçün tikilmiş olduğundan ribat 

tipli xanəgah adlanır.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə