Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   2   3   4   5   6   7   8   9   ...   23

20

babası, Yəzidilər sülaləsinin banisi Yəzid bin Məzyəd daha böyük 

ərazinin  – Azərbaycan  və  iqamətgahı  Bərdə  olan  “Ərminiyyə” 

vilayətlərinin – canişini olmuşdur. Odur ki, o , eyni zamanda bu 

ərazidə  təşəkkül  tapan  Şirvan  dövlətinin  də  müəssisidir  desək, 

yəgin ki, yanılmarıq. Bu dövlətin tərkibinə Aran, Şirvan, Ləyzan, 

əl-Bab  (Dərbənd),  Tabasaran  daxil  idi.  Sonradan  görəcəyimiz 

kimi,  Yəzidilər  Şirvan  dövlətinin  ərazi  bütövlüyü  uğrunda 

daima  müharibə  aparmışlar.“Tarixi  əl-Bab”a  əsasən  Ləyzanşah 

Yəzid  bin  Xəlidin  ölümündən  sonra  nəvəsi 

.

Əbu  Tahir  Yəzid 



bin Məhəmməd bin Yəzid bin Xəlid bin Yəzid bin Məzyəd əş-

Şeybani  (917-948)  xəzərlər  və  ruslarla  savaşlarda  zəifləyən 

şirvanşah Əli bin Heysəmə qarşı üsyan edərək, onu öldürür və 

917-ci ildə Şirvanı işğal edir. 918-ci ildə o, əl-Yəzidiyyə şəhərini 

bərpa  edir  və  Ləyzanı  oğlu  Məhəmmədə  verir.  V.Minorskinin 

təbirincə  desək,  xoşbəxtlik  Heysəmin  evindən  qardaşı  Yəzidin 

evinə köçür. 944-cü ildə əl-Bab əmiri Əhməd bin Əbd-əl-Məlik 

əl-Həşimiyə qarşı qalxan şəhər əhli Əbu –Tahiri Dərbəndə  dəvət 

edir və  oğlu Əhmədi əl-Baba hakim seçir. Yəzidin ölümündən 

sonra (948) şirvanşah elan olunan oğlu IV Məhəmməd bir  oğlu 

Əhmədi  Ləyzana,  digər  oğlu  Heysəmi  Tabasarana  təyin  edir. 

Lakin nə Yəzidin yuxarıda adları çəkilən sələfləri II  Məhəmməd 



bin  Xəlid,  Heysəm  bin  Xəlid,,  III  Məhəmməd  bin  Heysəm, 

Heysəm  bin  Məhəmməd  (?  -  948),  Əli  bin  Heysəmin,    nə 

özünün, nə də onun yaxın xələfləri IV Məhəmməd bin Yəzid (948 



- 956), Əhməd bin Məhəmmədin (956 - 981) sikkələri məlumdur. 

Beləliklə, numizmatik artefaktlara əsasən, son dəfə, 217 = 832/3-

cü ildə Aran gümüş dirhəmləri üzərində “imzasını” qoyan yəzidi 

canişini Xəlid bin Yəzid bin Məzyəd əş-Şeybanidən sonra keçən 

aşağı-yuxarı  140  ilə  yaxın  bir  zaman  kəsiyində  irsi  mülkiyyət 

və  hakimiyyət  sahibi  olan  Şirvanşahların    numizmatikada  izi 

qalmamışdır (belə sikkələrin olub da, lakin bizə gəlib çatmaması 

ehtimalı, təbii ki, istisna olunmur). 

Yəzidilərin  sikkə  reqaliyasının  istismarı  tarixində  müşa-

hidə  olunan  bu  “sikkəsizlik”  dönəmini  numizmatik  fenomen 

kimi  səciyyələndirmək  düzgün  olmazdı.  Xilafətdə  əmtəə-



21

pul  münasibətlərinin  vüsət  tapdığı  bir  zamanda  hər  hansı  bir 

vila yətin  dövriyyə  vasitələrindən  məhrum  olması  ağlabatan 

deyil.  Azərbaycan  şəhərlərində  xəlifələrin  sikkə  zərbi  müntə-

zəm  olaraq  davam  edirdi.  Şirvan  dövlətində  sözü  gedən  “sik-

kəsizlik”  dönəminin,  daha  dəqiq  desək,  şirvanşahların  öz 

sikkə  hüququndan  istifadə  etmədiklərinin  səbəbi,  ilk  növbədə, 

yuxarıda  qeyd  olunduğu  kimi,  xəlifə  əl-Mütəsimin  dönəmində 

canişinlik  institutunun  öncə  məhdudlaşdırılması,  sonra  isə 

ləğvi ilə bağlı olmuşdur. 218 = 833/4-cü ildən etibarən Mədinət 

Aran,  “Ərminiyə”,  Bərdə,  Ərz  əl-Xəzər  zərbxanalarında  sikkə 

emissiyaları öncə xəlifə və vəliəhdlərinin adlarından, son yəzidi 

canişini  Xəlid  bin  Yəzid  və  əl-Məmuni  ləqəbi  ilə  tanınan  son 

abbasi canişini əl-Həsən bin Əli əl-Bədqisidən (220 = 835) sonra 

isə yalnız xəlifələrin adlarından(əks tərəfi köhnə ştempellərlə zərb 

olunmuş Xuzeymə bin Xazimin 223 = 837/8-ci il Bəlx əl-Bəyzə 

dirhəmi kimi sikkələr istisna olunmaqla) kəsilirdi. 

Şirvanşahlar  dövlətində  “sikkəsizlik”  dönəminin  digər  bir 

səbəbini Quzey Azərbaycanın (Aran, Şirvan, əl-Bab) IX yüzilin 

2-ci yarısında, xəlifə Mütəvəkkilin qətlindən sonra xəlifə Müntəsir 

(861-862),  Müstəin  (862-866),  Mütəz  (866-869),  Müqtədinin 

(869-870)  qısa  müddətli  hakimiyyətləri  dönəmində  Xilafətin 

siyasi-hərbi  və  inzibati  durumunun  zəifləməsi  nəticəsində  baş 

qaldıran bir sıra feodal dövlətlər (Samanilər, Tahirilər, Tulunilər 

və  s.)  kimi  Xilafətdə  çox  önəmli  hərbi  rol  oynayan  və  Güney 

Azərbaycanda tam sikkə və xütbə hüququna malik dövlət quran 

ilk  türk  əsilli  Usruşana  (Mərkəzi  Asiya)  əmirləri  Sacilərin 

nüfuz dairəsinə düşməsi ilə də izah etmək  olar. Azərbaycan və 

“Ərminiyə”  hakimləri  olan  Sacilərin  qızıl  və  gümüş  sikkələri 

hər iki vilayətin mərkəzi şəhər-zərbxanalarında - Marağa, Dəbil, 

Bərdədə,  eləcə  də  vilayət  zərbxanalarında  -  “Azərbaycan”, 

“Aran”,  “Ərminiyə”də  zərb  edilirdi.  Qeyd  olunduğu  kimi, 

bu  zərbxanalarda  eyni  zamanda  xəlifə  sikkəsi  də  kəsilirdi.

Bu  siyasi-inzibati  və  iqtisadi  durum  son  saci  əmiri  Deysəm 

bin  İbrəhimdən  sonra  Güney  Azərbaycanda  hakimiyyətə  tam 

yiyələnən  Deyləmi  Salarilərinin  (Müsafirilərin)  dönəmində  də 




22

davam etməkdə idi. Salarilərin vassalı olaraq, Şirvanşahlar onlara 

xərac, bac da verirdilər. Lakin numizmatik faktlar göstərir ki, X 

yüzilin  II  yarısında  son  Salarilərin  ordugahındakı  keşməkeşlər 

və  Azərbaycanda  ağalıq  uğrunda  ardı-arası  kəsilməyən  salari-

şəddadi mücadilələri Şəddadilərlə qohumluq əlaqələrində bulunan 

Yəzidilərə, deyəsən, öz suverenliyini bərpa etmək və bu məqsədlə 

öncə özəl sikkə hüququnu həyata keçirmək imkanı yaratmışdı. Ötə 

yandan, onu da qeyd edək ki, bu imkanı şərtləndirən amillərdən 

biri  də  X  yüzilin  sonlarında  bütün  Ön  və  Mərkəzi  Asiyanı 

çulğalayan  məlum  “gümüş  böhranı”nın  başlanması  olmuşdur. 

Məsələ  ondadir  ki,  gümüş  qıtlığı  nəticəsində  dövriyyəyə 

buraxılan aşağı əyarlı (billon) dirhəmlər dinamik inkişafda olan 

müsəlman  dövlətlərinin  dövriyyə  vasitələrinə  ehtiyacını  artıq 

ödəmirdi.  Məlum  olduğu  kimi,  bu  şəraitdə  qızılın  fəaliyyəti, 

sikkə metalı olaraq, xeyli fəallaşmış, billon sikkələrin dövriyyəsi 

isə  məhdudlaşmışdı.  Odur  ki,  öncəki  nüfuzunu  itirmiş    dirhəm 

əvəzində  aşağı  əyarlı  billon  sikkələrin  daxili  ehtiyacı  ödəmək 

üçün vilayət hakimləri tərəfindən zərbi məqbul və zəruri sayıla 

bilərdi. Bu şəraitdə öz sikkə hüququnu icra edən Şirvanşahlardan 

biri,  Xəlid  bin Yəzid  əş-Şeybanidən  (820  -  844)  sonra  sikkəsi 

gəlib çatan yəzidi şirvanşah Əhməd bin Məhəmmədin (956 - 981) 

oğlu və xələfi V Məhəmməd bin Əhməd əş-Şeybanidir

Son vaxtlar MATM-nə V Məhəmməd bin Əhmədin gümüş 

dirhəmi  təqdim  olunmuş  və  satın  alınmışdır.  Bu  nadir  sikkə 

Şirvanşahlar dövlətinin siyasi tarixinin, daha dəqiq desək, Xəlid 

bin Yəziddən sonra Şirvan sikkə zərbində əsr yarımlıq bir zaman 

kəsiyində  davam  edən  “sikkəsizlik”  dönəminin  yeni  səhifəsini 

işıqlandırır a  rast gəlirik.

III Mənuçehr və gürcü şahzadəsi Tamaranın dörd oğlundan 

(Əhsitan, Şahanşah, Əfridun, Fərruxzad) ilk öncə Şirvan taxtına 

sahib olan I Əhsitan (1160-1196) qonşularla qohumluq əlaqələri 

yaradaraq (o, Dərbənd məliki Müzəffər bin Məhəmmədin (1126 

– 1160) qızı və gürcü çarı III Georginin (1156-1184) bacısı ilə 

evlənmişdi),  yan-yörəsini  möhkəmlətmiş,  Quzeydən  ruslar 

və    qipçaqların,  Günbatan  tərəfdən  gürcülərin  müdaxiləsinin 

qarşısını almışdı. Ötə yandan, Səlcuqilərə xərac verməklə ölkənin 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə