Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   2   3   4   5   6   7   8   9   ...   23

13

                  

   Tarix Dostiyev

 

 

 

 

tarix elmləri doktoru, professor

 

İSLAM DÖVRÜ MÜLKİ MONUMENTAL MEMARLIĞI



 AZƏRBAYCANIN ARXEOLOJİ İRSİNDƏ 

Birgə yaşayış tərzinin hakim olduğu şəhərlər qədim dövrlərdən 

istehsal,  mədəniyyət  və  intellektual  potensalın  cəmləşdiyi, 

cəmiyyətin  sosial-iqtisadi,  siyasi  və  mədəni  inkişafında  böyük 

rol oynayan və onun tərəqqisinə təkan verən mərkəzlər idi. Orta 

əsrlərdə  Azərbaycanda  urbanizasiya  prosesi  yüksək  səviyyəyə 

çatmış,  bu  isə  şəhərsalma  fəaliyyətinin  genişlənməsində  öz 

təcəssümünü tapmışdır. 

Orta  əsr  Azərbaycan  şəhərlərinin  simasını  müsəlman  Şərq 

memarlığı üçün səciyyəvi olan ictimai və dini binalar – məscidlər, 

minarələr,  mədrəsələr,  köşk-qəsrlər,  saray  kompleksləri, 

karvansaralar,  örtülü  bazarlar,  ictimai  hamamlar  və  s. 

müəyyənləşdirirdi. İslamın yayılması ilə Azərbaycan şəhərlərinin 

tikintilərinin  tipologiyası  yeni  tip  binalarla  zənginləşirdi. 

Azərbaycan şəhərlərində də, Şərqin digər müsəlman ölkələrində 

olduğu kimi, monumental tikililərin yeni tipləri: məhəllə və Came 

məscidləri,  minarələr,  mədrəsələr  və  digər  ictimai-dini  binalar 

ucaldılırdı. Mülki və dini binaların tikintisində çatma tağlar, tağ-

tavanlar,  günbəzlər,  çatma  tağlı  portallar,  şəbəkəli  pəncərələr, 

stalaktit karnizlər kimi konstruktiv elementlərdən geniş istifadə 

olunurdu .

Hazırkı məruzədə orta əsr Azərbaycan şəhərlərinin ərazisində 

aparılan  arxeoloji  qazıntılar  nəticəsində  üzə  çıxarılmış,  erkən 

və  klassik  islam  dönəmlərinə  aid  olunan  mülki  monumental 

memarlıq abidələrini səciyyələndirməyə cəhd edəcəyik.

Arxeoloji  qazıntılar  geniş  miqyasda  aparılmadığından 

VIII-X əsrlərin tikililəri, eləcə də sonrakı dövrlərin tikililəri əksər 

hallarda  komplekslər  şəklində  deyil,  tək-tək  üzə  çıxarılmışdır. 

Bununla  belə  arxeoloji  qazıntıların  miqyasının  məhdudluğuna 



14

baxmayaraq  üzə  çıxarılmış  tikinti  qalıqları  erkən  islam  dövrü 

memarlığının tədqiqi üçün çox qiymətli faktik materiallar olmaqla, 

Azərbaycan şəhərlərində inşaat texnikası və memarlığının yüksək 

səviyyəsindən xəbər verir.

Şirvanın  mülki  memarlığının  maraqlı  nümunələrindən  biri 

arxeoloji  qazıntılar  zamanı  Şamaxının  VI  qazıntı  sahəsində 

üzə  çıxarılıb. Arxeoloji  tədqiqatlar  nəticəsində  ictimai  təyinatlı 

həmin binanın bir salonu və üç otağı tədqiq olunub. Lakin divar 

qalıqlarının  qazıntı  sahəsində  şimal  və  cənuba  doğru  uzanması 

kompleksin geniş sahəli, çoxotaqlı olduğunu təsdiqləməyə imkan 

vermişdir . Bina səliqə yonulmuş daşlardan əhəngli məhlulla inşa 

olunmuşdu.  Nisbətən  yaxşı  mühafizə  olunmuş  qərb  divarında 

75x50x30 sm ölçüdə taxça düzəldilmişdi.

Arran  memarlıq  məktəbinin  mülki  monumental  binalarının 

səciyyəvi  xüsusiyyətlərinin  müəyyənləşdirilməsində  Bərdə, 

Gəncə,  Şəmkir,  Beyləqan  və  Dəbildə  aparılmış  arxeoloji 

qazıntıların materiallarının əhəmiyyəti olduqca böyükdür. Arran 

memarlıq  məktəbinin  səciyyəvi  xüsusiyyətlərindən  biri  qarışıq 

hörgü üslubundan - bişmiş kərpic, çaydaşı və yerli ağ daşın xüsusi 

qayda üzrə hörgüdə işlədilməsidir. Memarlıq tariximizdə «Gəncə 

hörgüsü»  adı  ilə  məlum  olan  hörgünün  xüsusiyyəti  çaydaşı  ilə 

bişmiş  kərpicin  divar  səthində  naxış  yaradan  qayda  əsasında 

birlikdə işlədilməsidir. Arran memarlıq məktəbinin digər səciyyəvi 

xüsusiyyəti tikililərdə hörgünün çoxrəngli olmasındadır. Məsələn, 

Şəmkir şəhərinin içqalasında bişmiş kərpiclə yerli ağdaş və göy 

rəngli  çaydaşı  hörgüdə  xüsusi  zolaqlar  şəklində  tətbiq  edilərək 

açıq  və  tünd,  soyuq  və  isti  rənglərin  növbələşməsindən  alınan 

bədii effekt yaradır, hörgüyə xüsusi bir görkəm verir.

Şəmkir şəhər yerində IV qazıntı sahəsində üzə çıxarılmış, qəsr 

divarı ilə möhkəmləndirilmiş

 

IX-X əsrlərdə fəaliyyət göstərmiş 



və  XI  əsrin  əvvəllərində  yangın  nəticəsində  sıradan  çıxmış 

 

monumental  binanın  arxeoloji  qazıntısı  xüsusi  maraq  doğurur. 



Ümumi  sahəsi  2000  kv.m.-dən  artıq  olan  binanın  dördbucaq 

biçimli,  sütunlu  həyəti  ətrafında  10  artıq  otaq  yerləşirmiş. 

Otaqların qapısı həyətə açılırmış. Otaqlardan beşi artıq arxeoloji 



15

qazıntılarla öyrənilib. Binanın divarlarında hörgünün alt cərgələri 

çaydaşından, üst cərgələr isə çiy kərpicdən hörülüb. Daş hörgüdən 

çiy kərpic hörgüyə keçiddə ağac qurşaqlar olubdur. Kompleksin 

diqqətlə öyrənilməsi binanın dam örtüyünün tağtavanlı olduğunu 

müəyyənləşdirməyə əsas verir.

Şamaxı, Bakı, Dərbənd, Qəbələ, Gəncə, Şəmkir, Beyləqan, 

Dəbil,  Xaraba-Gilan  və  başqa  şəhərlərdə  aparılan  qazıntılar 

şəhristanda,  xüsusilə  XI-XII  əsrlərdə  tikintilərin  çoxluğundan, 

onların  sıx  yerləşməsindən  xəbər  verir.  Arxeoloji  qazıntılarla 

Dərbənddə, Şamaxıda, Bakıda, Şabranda üzə çıxarılmış ictimai-

dini  binaların,  yaşayış  evlərinin,  istehkam  tikililərinin  qalıqları 

Şirvan memarlığı üçün səciyyəvi olan xüsusiyyətləri özündə əks 

etdirir.


Son illər Şamaxı şəhərində inşaat işləri zamanı üzə çıxarılmış 

monumental  bina  qalıqlarının  Şirvanşahların    saray  tipli 

binalarından birinin qalıqları olduğu ehtimal edilir.

Ümumiyyətlə, arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış 

tikili  qalıqları  və  salamat  qalmış  memarlıq  abidələrinin  tədqiqi 

orta  əsr  tikililərinin  bir  çox  səciyyəvi  ünsürlərini,  onların 

xüsusiyyətlərini  müəyyənləşdirməyə  imkan  verir.  İnşaatçılar 

müxtəlif  tip  tikililəri  ucaldarkən  ərazinin  xüsusiyyətlərini  və 

inşa  olunacaq  binanın  xarakterini  nəzərə  almaqla  öz  işlərini 

qururdular.  Tikilinin  bünövrəsinin  möhkəmliyinə  xüsusi  diqqət 

yetirilirdi. Təbii şəraitin imkan verdiyi ərazilərdə qayalıqlardan 

səmərəli istifadə olunurdu. Bunu Bakıda, İçərişəhərdə aşkarlanan 

tikinti qalıqları əyani nümayiş etdirir. Qayalıq olmayan ərazilərdə 

tikililərin  bünövrəsi  üçün  xəndək  qazılır,  qaya  daşlarından  və 

ya  çaydaşılarından  adi  palçıqla  və  ya  əhəngli  məhlulla  özül 

qoyulurdu.  Kürsülük  çox  vaxt  bünövrə  ilə  vahid  konstruksiya 

təşkil  edirdi.  Bir,  iki,  bəzən  hətta  üç  pilləli  stilobata  təsadüf 

olunur. Kürsülük divarların dayanaqlığını artırır, xüsusilə binanın 

antiseysmik imkanlarını gücləndirirdi. Kürsülüyün iri daşlardan 

hörülməsinə üstünlük verirdilər.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə