Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   2   3   4   5   6   7   8   9   ...   23

16

İdris Əliyev

tarix üzrə fəlsəfə doktoru, professor

НЕКОТОРЫЕ ДОКУМЕНТЫ ПО ИСТОРИИ 

ОХРАНЫ ПАМЯТНИКОВ БАКУ

С  начала  образования  независимой  Азербайджанской  

демократической  республики  в  1918  году    представители 

национальной  интеллигенции  подняла  вопрос  о  значении  

исторических  памятников,  необходимости  их  изучения  и 

сохранения. В этом направлении были сделаны первые шаги, 

но в апреле 1918 года новая власть установила новый порядок 

в республики. На первых порах  руководители от Азревкома, 

нуждаясь  в  профессиональных  кадрах  и  специалистах, 

привлекали  их  к  работе,  прислушивались  к  мнению,  если 

это не противоречило тогдашней большевистской идеологии 

или  личности    должностного  комиссара.  Значительная 

часть  старой  интеллигенции,  лояльно  относящиеся  к 

новой  власти  или  просто  обманутые  красивыми  лозунгами 

большевиков,  воспользовалась  случаем  принести  пользу 

отечеству,  и  вовлекалась  в  различные  структуры  власти  и 

новообразованные  организации.  Среди  них  были  и  те,  кто 

в начале независимости стояли  у истоков создания музеев, 

занимались решением  охраны памятников. Наиболее яркими 

представителями  этой интеллигенции  были Джамалбеков,  

Агаев  и  другие,  ими  и  был  образован  музей    «Истиглал» 

независимой  АДР.  Позже  они  будут  отстранены,  их  место 

займут другие, деятельность которых не менее существенна 

в  деле  охраны,  изучения    и  популяризации  памятников 

древности Азербайджана.

   28 апреля 1920 года власть Азревкома издала декрет 

об  образовании  Народного  комиссариата  просвещения. 

Возглавил Народный комиссариат просвещения (сокращенно 

Наркомпрос)    Д.Буниатзаде,  который  служил  на  этой 



17

должности  по  май  1922  года.  С  тех  пор  все  проблемы, 

связанные  с  охраной  памятников,  музейное  дело,  театр, 

образование и другое, что имело связь с культурой, находилось 

в ведении Наркомата просвещения.

   24 мая 1920 года при отделе Внешкольного Образования  

создается «Особый» Подотдел охраны памятников старины. 

С  момента  своего  создания  эта    структура  приступает 

к  активной  деятельности.  29  мая  1920  года  только,  что 

образованный  Подотдел  обращается  с  докладной  запиской 

в  Наркомат  просвещения.  Ниже  представленный  документ,  

хотя  и  написан  более  80  лет  назад  и  сегодня  является 

актуальным. 



18

 

 

Əli Rəcəbli

tarix elmləri doktoru, professor 

ABBASİ CANİŞİNLƏRİ DÖNƏMİNDƏ ŞİRVANDA 

SİKKƏ ZƏRBİ TARİXİNDƏN

       

Şirvanşahlar  dövlətinin  xronoloji,  siyasi,  özəlliklə,  xarici-

diplomatik əlaqələri tarixinin çözələnməsində tədqiqatçılar yazılı 

qaynaqların, dəqiq  fakt və dəlillərin nəzərə çarpacaq dərəcədə 

azlığı ilə qarşılaşırlar, desək, yəgin ki yanılmarıq. Nə yaxşı ki, 

Səfəvi  ekspansiyasından  sonra  taxt  və  tacından,  xəzinə,  mal-

dövlət,  rəsmi  dövlət  dəftərxanası  və  arxivindən  məhrum  olan 

minillik Şirvanşahlar dövlətinin 800 illik permanent dövlətçilik 

ənənəsini müşayiət edən zəngin numizmatik irsi qalmışdır.

Zaman-zaman  Şirvan  hakimləri  fərqli  adlarla,  Sasanilər 

dönəmində (V-VII yüzillər) “Şirvanşahlar”, Ərəb Xilafətində (VIII 

- XI yüzillərdə) “Yəzidilər”, XI - XIV yüzillərdə - “Kəsranilər”, 

daha sonra -XIV - XVI yüzillərdə- “Dərbəndilər” kimi tanınsalar 

da  prof. V.Minorskinin “Tarix əl-Bab” əsərinə istinadən yürütdüyü 

real  və  lakonik  mühakiməsinə  əsasən  Şirvanşahlar  dövlətinə 

eyni bir sülalənin - Xilafət tərəfindən Azərbaycan, “Ərminiyyə” 

vilayətlərinə, o sıradan, Şirvan və Arana göndərilən canişinlərdən 

biri  -  ərəb  Rabiə  qəbilə  başçısı  Yəzid  bin  Məzyəd  əş-Şeybani  

və  onun  nəslinin-  Yəzidilərin    davamlı  olaraq  başçılıq  etdiyi 

artıq  məqbul  sayılmaqdadır.  “Tarix  əl-Bab”-a  əsasən  Yəzidilər 

sülaləsinin müəssisi Yəzid bin Məzyəd bin Zəidə bin Abdullah 

bin Zəidə bin Matar bin Şurayk bin Salt, bin Kayb, bin Humam, 

bin Murra, bin Daykb bin Şeyban əş-Şeybanidir (prof.V.Minorski 

bu sülaləni Mesopotamiyada hakim olan Məzyədilər sülaləsindən 

fərqləndirmək məqsədilə “Yəzidilər” sülaləsi adlandırır).

Yəzidi  şirvanşahların  AMEA  MATM  NF-da  saxlanılan 

numizmatik irsi, bu sülalənin dövlətçilik tarixində bir-iki fasiləni 

nəzərə almasaq, onun sikkə zərbini VIII-XVI yüzillər kəsiyində 

permanent olaraq davam etdiyini deməyə əsas verir.   Yəzid bin 



19

Məzyədin adına hələ 169 = 785/6-cı ildə Haruniyyədə kəsilmiş 

dirhəm üzərində rast gəlinir. Azərbaycan və “Ərminiyə” canişini 

olaraq, 183 = 799/800-cü ildə “Ərminiyyə” canişini Əli bin İsanı 

əvəz edən Yəzid bin Məzyəd adını Aran və “Ərminiyədə” xəlifə 

Harun ər-Rəşidin adından zərb olunan dirhəmlər üzərində həkk 

edir.

Yəzid bin Məzyədin sikkə zərbi 183-185 = 800/1-ci illərin 



Aran və “Ərminiyə” dirhəmləri ilə tamamlanır. Lakin 184-cü il 

Aran  dirhəmlərində Yəzidin  oğlu  Əsəd  bin Yəzidin  və  qardaşı 

Əhməd bin Məzyədin adlarına rast gəlinməsi göstərir ki, o, hələ 

sağlığında  “Ərminiyə”  vilayətinə  sıra  ilə  oğlu  və  qardaşını  öz 

müavinləri mislində vali təyin etmişdir.   

Yəzid  bin  Məzyədin  ölümündən  və  Əhməd  bin  Məzyədin 

qısa  müddətli  canişinliyindən  sonra  Əsəd  bin  Yəzid  yenidən 

“Ərminiyə”  canişini  olaraq,  185-186  =  801/2-ci  illərdə  Aran 

və  “Ərminiyə”də  mis  fels  və  gümüş  dirhəmlər  zərb  edir,  lakin 

186  -  187  =  802  -  803-cü  illərin Aran  və  “Ərminiyə”  fels  və 

dirhəmlərində artıq Əsədin qardaşı Məhəmməd bin Yəzidin adın 

Xəlidin dörd oğlu olmuşdur: Məhəmməd, Əli, Yəzid və Heysəm. 

Xəlifə  Vasiq  Cəzirə  valisi  olan  Məhəmmədə  atasının  ölümü 

münasibətilə baş sağlığı verərək, ona atasının yerini tutmağı əmr 

edir və Tiflis əmiri İshaq bin İsmayıl ilə müharibəyə göndərir. 

Xəlifə  Vasiqin  ölümündən  sonra  hakimiyyətə  gələn  xəlifə 

əl-Mütəvəkkil (847 - 861) Məhəmməd bin Xəlidi öncə əl-Babın, 

242 = 856-cı ildə Azərbaycan, “Ərminiyə” və Aranın hakimi təyin 

etmişdir. 245 = 859-cu ildə Məhəmməd Cənzə (Gəncə) şəhərinin 

əsasını qoymuşdur. 

Xəlifə  əl-Mütəvəkkilin  qətli  ilə  bağlı  Xilafətdə  baş  verən 

qarışıqlıqlardan  istifadə  edən  Xəlidin  digər  oğlu  Heysəm  bin 

Xəlid  Şirvanda,  qardaşı Yəzid  bin  Xəlid  isə  Ləyzanda  özlərini 

“Şirvanşah”  və  “Ləyzanşah”  elan  edirlər.  Bununla  bağlı  qeyd 

edək  ki,  “Şirvanşah”  titulu  ilə  tanınan  Şirvanşahlar  dövlətinin 

yaranması,  tarixi  baxımdan,  mövcüd  ənənəyə  uyğun  olaraq, 

şirvanşah Heysəm bin Xəlid bin Yəzid bin Məzyəd əş Şeybaninin 

adı  ilə  bağlıdır.  Bununla  belə,  şəcərə  baxımından  Heysəmin 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə