Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   2   3   4   5   6   7   8   9   ...   23

5

fotolar  bu  maraqlı  ayrıntıların  ölçüləri  və  ornamental  biçimləri 

haqqında aydın təsəvvür yaradır. Mərkəzi səkkizbucaqlı salonu 

beş yandan dövrələyən incə sütunlu, şəbəkə məhəccərli və sivri 

sıratağlı  eyvan  Divanxana  köşkünə  saraylara  xas  təntənəli  və 

fəzalı görünüş verirdi. Qeyd edilməlidir ki, Hindistanda kürsülük 

üzərinə  qaldırılmış  saray  köşklərində  də  şəbəkə  məhəccərlər 

işlədilirdi. Bəzək sistemi altı və səkkizbucaqlılardan ibarət olan 

bu  məhəccərlər  Divanxanada  olduğu  kimi  sütunlar  arasında 

quraşdırılırdı.

Azərbaycanın  da  tərkibində  olduğu  Ön  Asiya  bölgəsinin 

saray  memarlığında  səkkizbucaqlı  salonu  olan  köşklər  zaman 

və  məkanca  geniş  yayılmışdır.  Bakıdakı  Şirvanşahlar  sarayı 

binasının özəyi XII yüzildə tikilmiş səkkizbucaqlı salondur. Təxti 

Süleymanda tikintisi XIII ərə düşən iki səkkiz bucaqlı köşk iri 

saray  kompleksinin  tərkibində  olmuşdur.  Məşhur  Həşt  Behişt 

sarayının  da  mərkəzi  salonu  səkkizbucaqlıdır.  Bu  gələnəyin 

Qacarlar dövrünəcən davam etməsinin ən parlaq örnəyi Tehranın 

Qacar  Qəsri  sarayındakı  yay  köşküdür.  Səkkizbucaqlı  planı, 

açıq dövrələmə eyvanı və salonunun prizmatik kürsülük üzərinə 

qaldırılması  baxımından  həmin  köşk  Bakı  Divanxana  köşkünə 

ən  yaxın  olan  abidədir.  Belə  böyük  bənzərlik  bölgədə  saray 

köşkü  gələnəcəklərinin  nə  qədər  davamlı  və  yaşarı  olduğunun 

göstəricisidir. Hindistanın Aqra şəhərində Divani-xas köşkünün 

yanında  olan  Şah  Bürc  köşkü  (XVII  əsr)  də  altıbucaqlı  planı, 

beşyanlı  sütunlu  eyvanı  və  mərkəzi  salonu  üzərində  ucalan 

günbəzi ilə Bakının Divanxana köşkünə çox bənzəyir. Şah Bürcdə 

Moğol imperatoru ali əyanlarla, oğulları ilə, eləcə də öz bioqrafı 

Qəzvini ilə gizli məsləhətləşmələr keçirirmiş.

Divanxana salonunda divarların alt bölümü yaxşı yonulmuş 

daş hörgü kütləsinə görə biraz batıq olub yarımyonulu daşlarla 

üzlənmişdir.  Bu  durum  həmin  səthlərin  vaxtilə  kaşı  bəzəyi 

ilə  örtüldüyünün  parlaq  göstəricisidir.  Çox  önəmli  funksiya 

daşıdığından  Divanxananın  bədii  memarlıq  həllində  qarşıya 

qoyulan tələb də saray kömpleksindəki başqa binalara görə daha 

yüksək olmuşdur.




6

Şübhə  yoxdur  ki,  Divanxana  köşkünün,  özəlliklə  onun 

salonunun  interyerləri  də  çox  təntənəli  bəzədilmişdi  və  onların 

tərtibatında  çoxrəngli  kaşı  mozaiki  önəmli  rol  oynamışdır. 

Şirvanşahlar  saray  ansabmlının  hər  baxımdan  zirvəsində  olan 

Divanxana düzgün olaraq orta əsr Azərbaycan memarlığının şah 

əsərlərindən biri sayılır. Bədr Şirvani şah imarətini  təsvir edərkən 

bu  sənət  möcüzəsini  yaradan  memarın  –  bənnanın  da  əməyini 

dəyərləndirməyi unutmamışdır. Şairə görə

Bənna bu binada qoyduğu hər kərpicin, daşın müqabilində 

Mükafatdan başqa hədsiz savab da qazanar.



7

Cəfər Qiyasi

AMEA-nın müxbir üzvü,

arxeologiya elmləri doktoru, professor

ŞAH TÜRBƏSİNİN MEDALYON 

KİTABƏLƏRİ 

Şirvanşahlar  sarayı  kompleksinin  tərkibində  olan  binaların 

memarlıq obrazının bədii ifadəliyində baştağlar önəmli rol oynayır. 

Şah  türbəsi  (1435-ci  il)  və  Divanxananın  (XV  əsr)  baştağları, 

eləcə də Ulu Rəcəb (Şərq) qapısı (1585) Şirvan bölgəsində həcm-

məkan  kompozisiyası  ümumi  prinsiplərə  dayanan  özəl  baştağ 

tipinin formalaşdığını göstərir. Düzbucaqlı çərçivəyə alınmış bu 

baştağların dərin tağçaları yuxarıda sivri və dilimli yarımgünbəzlə 

qapalıdır. Türbə və Divanxananın baştağlarının timpanları daşda 

böyük ustalıqla işlənmiş incə bitkisəl ornamentlərlə örtülmüşdür. 

Ulu Rəcəb qapısının üst bölümü biraz sadə işlənmişdir.

Hər  üç  baştağın  timpanında  iki  medalyon  simmetrik 

yerləşdirilmişdir.  Türbədəki  medalyonlar  damla  şəklində  – 

badamvarı  biçimdə  olduğu  halda  Divanxanada  səkkizbucaqlı, 

Ulu  Rəcəb  qapısında  isə  dairəvi  biçimlidir.  Səkkizbucaqlı 

medalyonlar həndəsi,  dairəvi  medalyonlar mərkəz simmetriyalı 

bitkisəl  ornamentlərlə  doldurulmuşdur.  Türbə  timpanındakı 

medalyonlarda,  onlardan  fərqli  olaraq  epiqrafik  ornamentlər 

yerləşdirilmişdir.

Şah  türbəsinin  baştağının  memarlıq  bəzəyində  epiqrafika  – 

inşaat kitabələri önəmli yer tutur. Giriş qapısının çərçivəsinin sivri 

ucu içində kufi xətti ilə altı «Əli» yazılmış altıbucaqlıya çevrilir. 

Onun yuxarısında iki sətirli iri düzbucaqlı kitabədə «… bu işıqlı 

türbəni  öz  anası  və  oğlu  üçün  tikməyi»  hicri  839-cu  –  miladi 

1435-ci ildə Şirvanşah I Xəlilullahın əmr etdiyi bildirilir. Nəsx 

elementli süls xətti ilə yazılmış bu kitabənin çox təntənəli ritmi 

var.  Baştağ  kompozisiyasını  yuxarıda  tamamlayan  dini  mətnli 



8

kitabə daha iri ölçülü və daha təntənəlidir. Biçiminə və işlənmə 

tərzinə görə kitabədən daha çox zərgərlik əsərinə – şəbəkəli iri 

sırğaya bənzəyən iki medalyon bu böyük kitabədən asılmış kimi 

görünür. Badamvarı biçimi olan bu kitabələrin hər ikisinin mətni 

eynidir. Ancaq  onlardan  güneydəki  çox  az  zədəyə  uğradığı  və 

yaxşı  qaldığı  halda,  quzeydəki  çox  ciddi  aşınıb  pozulmuşdur. 

O  biri  kitabələrlə  müqayisədə  ölçü  kiçikliyinə  baxmayaraq 

medalyonlar  türbə  baştağının  ən  gözəçarpan  ayrıntılarındandır. 

Bu qoşa medalyon böyük ölçü uyarlığı olan baştağın simmetrik 

quruluşunu  da  daha  qabarıq  gözə  çarpdırır.  Medalyonlar  XIX 

yüzildən başlayaraq mütəxəssislərin diqqətini çəkməkdədir. Hələ 

özünün  1835-1836-cı  illərin  yol  qeydlərində  rus  P.Zablotski 

bu  kitabə  –  naxışı  xatırlamış,  ancaq  yanlış  olaraq  onun  kufi 

xəttində  yazıldığını  bildirmişdir.  Halbuki  Şirvanşahlar  sarayı 

kompleksində yalnız Divanxana baştağının yan yelənlərində kufi 

xətli  yazısı  olan  altıbucaqlı  iki  medalyon  qoyulmuşdur.  Həmin 

yüzildə  Moskva  Lazarev  İnstitutunun  professoru  –  şərqşünas 

M.Attaya badamvarı medalyonla tanış olmuşdur. Şah türbəsinin 

ölçü cizgilərini 1893-cü ildə nəşr etdirmiş memarlıq akademiki 

A.M.Pavlinov  türbənin  baştağından  bəhs  edərkən  yazmışdır: 

«Tağçanın yanlarında da bütünlüklə oxuna bilinməyən yazılı iki 

medalyon var ki, Attaya onlarda yalnız «Əli» sözünü ayırd edə 

bilmişdir».

Şah  türbəsi  haqqındakı  bir  yazıda  memar  adının  kitabədə 

aşkar  edilməsinin  daha  absurd  şərhinə  tuş  gəlmişəm.  Həmin 

yazı  müəllifinin  sayaqlamasına  görə,  guya  bir  memar  qadın 

baştağın naxışlarını yerində öyrənərkən külək saçlarını dağıtmış 

və o, güzgüyə baxaraq saçlarını sahmana salmaq istəyəndə «gizli 

yazıların» əksini güzgüdə görərək memarın adını kəşf etmişdir. 

Yanlış  oxunuş  hətta  L.Bretanitski  kimi  böyük  araşdırıcını 

da  çaşdırmışdır.  Onun  aşağıdakı  fikrində  bu  aydın  görünür: 

«Bakıda XV əsrdə tikilmiş saray ansamblı binalarının heç birində 

memarların  adı  saxlanılmamışdır.  Yalnız  türbənin  inşaatçısının 

adı  baştağın  timpanındakı  kitabədə  qalmışdır  ki,  onu  da  səylə 

medalyonların  ornamental  yazı  hörməsində  maskalamışdır». 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə