Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   15   16   17   18   19   20   21   22   23

73

Yasir Hacıyev 

Bakı Humanitar Kollecin müəllimi

ŞİRVANŞAHLAR  SARAYI – HƏQİQƏTLƏR 

VƏ ƏFSANƏLƏR MƏKANI

Şirvanşahlar sarayı Azərbaycanın və Yaxın Şərqin unikal me-

marlıq abidələrindəndir. Saray kompleksinin tikilməsi haqqında 

müəyyən məlumatların qalması. Sarayın məhz Bakı anfiteatrının 

zirvəsində  tikilməsinin  səbəbləri  barədə  I  Xəlilüllahın  Şirvan-

şahlar dövlətinin mərkəzi şəhərinin Bakını elan etməsi və yeni 

sığınacağın tikintisinin başlanması. Kompleksin vahid memarlıq 

ideyasından kənarda qalması və onun səbəbləri.

Şirvanşahlar sarayının Divanxanası - onun memarlıq baxı mın-

dan  maraqlı  olması.  Divanxananın  təyinatının  müammalı  olması. 

Divanxana ilə bağlı qeyri - müəyyən fikir və mülahizələrin bu gün 

də öz tam təsdiqini tapmaması. Kitabələr və memar Məhəm məd Əli.

Sarayın  əsas  binası,  binanın  iki  mərtəbədən  ibarət  olması. 

Birinci və ikinci mərtəbələrin quruluşu. 

Sarayın sərdabə - türbələr hissəsi. Türbələrin Şirvanşahların 

ailə üzvlərinə aid olmasını təsdiq edən materialların mövcudluğu. 

Şah  məscidi,  onun  forması  və  memarlıq  üslubu  haqqında 

fikirlər. məscid minarəsinin tikintisi. Seyid Yəhya Bakuvi türbəsi. 

S.Y.Bakuvi bir elm xadimidir. Onun “xəlvəti” təriqətinə mənsub 

olduğu bildirilir. Bir sıra əsərlərinin olması məlumdur. 

Keyqubad  məscidi  və  onun  qalıqları  haqqında  olan  məlu-

matlar. Saray hamamı, onun quruluşu. Hamamın iki böyük binadan 

-  26  otaqdan  ibarət  olması  öz  təsdiqini  tapmışdır.  Hamamın 

qızdırma  sistemi.  Səyyahların  kompleks  və  hamam  haqqındakı 

fikirləri.  Kompleksin  Şərq  portalı.  Saray  ansamblının  sonuncu 

hissəsidir. “Murad qapısının tikilməsinin tarixi.

Şirvanşahlar sarayının müxtəlif dövrlərdə, farslar, Səfəvilər, 

türklər və ruslar tərəfindən işğalı və qarət olunması.

Şirvanşahlar  kompleksinin  yerində  A.Nevski  kilsəsinin 

tikilməsi ideyasının boşa çıxması.

Saray ansamblının sovet dövründə istifadəsi. 1964 - cü ildən 

muzey – qoruq elan edilməsi və dövlətin mühafizəsinə götürülməsi.




74

Həcər Alxasova 

“İçərişəhər” tarixi muzeyi, 

baş mütəxəssis

ƏSRLƏRƏ DAYANAN  TARİX, ŞİRVAN 

ŞAHLARININ ƏZƏMƏTLİ MƏKANI – 

ŞİRVANŞAHLAR SARAYI

Bakı  şəhəri  təşəkkül  tapdığı  ilk  dövrlərdə  möhtəşəm  tarixi 

tikililərə malik olmuşdur. Bu tipli tikililər hər bir xalqın tarixinin, 

dövlətçiliyinin  nə qədər qədim və dərin köklərə malik olmasının 

nişanəsidir. 

Bakının  ən  qədim,  əvvəllər  bütövlükdə  qala  divarları  ilə 

əhatə  olunmuş  hissəsi-    İçərişəhərdir.  Hər  bir    azərbaycanlının 

təsəvvüründə  İçərişəhər  dedikdə  onun  möhtəşəm,    şah  əsəri 

olan    “Şirvanşahlar  sarayı  kompleksi”  və  şəhərin  rəmzi  hesab 

edilən, sirli-sehirli Qız qalası, qala divarları canlanır. Onlar, canlı 

tarixdi hansı ki, keçmişimizlə əlaqəni saxlamaq üçün  ayrılmazlıq 

körpüsü rolunu oynayır. 

Şirvan  ərazisində  VIII-XVI  əsrlərdə  Azərbaycanın  ən 

mühüm dövlət qurumlarından biri – paytaxtı Şamaxı şəhərində 

yerləşən  Şirvanşahlar  dövləti  mövcud  olmuşdur.  Orta  əsrlərin 

Şərq tarixində bu, ən uzun müddət mövcud olmuş dövlət idi.  IX 

əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi 

hakimiyyətdən  uzaqlaşmaq  meyllərinin  qüvvətlənməsi  Xilafətə 

tabe  ölkələrdə  bir  sıra  müstəqil  dövlətlərin  yaranmasına  səbəb 

oldu.  Belə dövlətlərdən biri  də  Şirvanşahlar dövləti idi.

Tarixən 

məlumdur  ki,  XV  əsrdə Azərbaycan  ərazisində  böyük  qüdrətə 

malik  olan  Dərbəndi-şirvanşahlar,  Qaraqoyunlu  və  Ağqoyunlu 

kimi  üç  sülalə  hökmranlıq  etmiş,  XVI  əsrdən  isə  Səfəvilərin 

hakimiyyəti başlanmışdı. Şirvanşah I İbrahimin hakimiyyətindən 

başlayaraq  bütün  XV  əsr  boyu  Şirvan  ―öz  iqtisadi  və  siyasi 

çiçəklənmə dövrünü keçirməkdə idi.

Bu  dövlətin  ərazisi  şərqdə  Dərbənddən  Kür  çayı  mənsəbinə 

qədər  Xəzər  dənizi  sahilərindəki  ərazilərdən  başlayaraq,  Şirvan 

tarixi  vilayəti  ilə  yanaşı,  qərbdə  bəzən  Gəncə  şəhərinə  qədər 




75

uzanmış,  ayrı-ayrı  vaxtlarda  Şəki  və  Qarabağı,  o  cümlədən 

Beyləqanı da əhatə etmişdir. Paytaxtı Şamaxı olmuşdur.Məzyədi 

nümayəndəsi Heysam ibn Xalidin rəhbərliyilə 861-ci ildə Şirvan  

müstəqillik  qazanır,  Şirvanşahlar  dövləti  yaradılır  və  Heysam 

Şirvanşah  tütulu  qazanır. 

Məzyədilər  ilk  müsəlman  Şirvanşahlar 

sülaləsi idi.

Şamaxını bərk dağıdan  zəlzələdən çoxlu adam, o, cümlədən 

Şirvanşahın  ailəsi,  onun  arvadı  İsmət  əd-Din,  oğlu  və  vəliəhdi 

Mənuçöhr,  qızı  -  Əmir  Əmiran  Ömərin  arvadı  və  digər  qızları 

həlak oldu. Bu fəlakət nəticəsində Axsitandan sonra Şirvanı onun, 

ehtimal ki, əyalət hakimləri olan qardaşları idarə etməyə başladılar. 

Ehtimal ki, Şirvanın paytaxtı Şamaxı dağıldıqdan sonra şirvanşah öz 

iqamətgahını Xəzər dənizində rahat liman, yaxşı möhkəmləndirilmiş, 

iki cərgə qala divarları ilə dövrələnmiş şəhər müdafiə istehkamları 

sırasında  Qız  qalası  olan  Bakıya  köçürmüşdü.  Şamaxıda  zəlzələ 

vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan, şirvanşahın 

özü  təqribən  1196/7-ci  ildə  öldükdə  varisi  qalmadığı  üçün  taxta 

onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu şirvanşahın 

hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa 

bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki 

dəfinə  tapılmışdır:  Bir  hissəsi  Ermitajda  saxlanılan  birinci  dəfinə 

XII-XIII  əsrlərə  aid  346  sikkədən  və  8  bilərzikdən,  yarıdan  çox 

hissəsi Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılan133 ikinci 

dəfinə isə 100 sikkədən ibarətdir.

Şirvan  şahlarının    Şirvanşah  1  Xəlilullahın  dövründə 

(1417-62)  Bakıda  mühüm  tikinti  işləri  aparıldı. 

Şirvanşahlar 

sarayı


  kompleksi  də  bu  dövrdə  tikilmişdir.  Bakıda  ticarət, 

sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15-ci 

əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da 

genişləndi və diplomatik əlaqələr yaradıldı Xəlilüllah İsgəndərlə 

müharibəni  qurtarıb  1435/6-cı  ildə  Şirvana  qayıtdıqdan  sonra 

Bakıda  dinc  quruculuq  işlərinə  başladı.  Xəlilüllah  sarayın  baş 

binası  (onun  əsası,  ehtimal  ki,  İbrahim  tərəfindən  qoyulmuş, 

tikintisini  Xəlilüllah  başa  çatdırmışdır)  türbə,  minarəli  məscid 

Seyid  Yəhya  Bakuvi  türbəsi  ilə  yanaşı,    1436/7-ci  ildə  saray 

hamamına  bitişən  ovdan  tikdirmişdir. 

Qeyd  edək  ki,  15-ci 

əsrin  əvvəllərindən  Şirvanşahlar  dövlətinin  təqribən  100  il 




76

davam edən müstəqillik və inkişaf dövrü başlanır. 50 ilə yaxın 

hökmdarlıq  etmiş  Şirvanşah  1-ci  Xəlilullah  möhkəm  idarəçilik 

qanunlarına  əsaslanan  güclü  dövlət  aparatı,  inzibati-amirlik  və 

vergi  sistemi  yaratmağa  müvəffəq  olur.  Şah  ölkəsinin  abadlığı 

və  çiçəklənməsi  üçün  qalalar,  qəsrlər,  qala  divarları,  saraylar, 

karvansaralar,  körpülər  tikdirir.  Qüdrətli  Xəlilullah  ən  mühüm 

qərarlarını  da  məhz  bu  sarayda  verirdi.  Ömrünün  ən  xoşbəxt 

anları  da  elə  bu  sarayla  bağlıdır.  İkimərtəbəli  saray  binası 

kompleksin ən qədim tikilisidir. Birinci mərtəbədə 27 otaq, ikinci 

mərtəbədə  25  otaq  yerləşir.  Bina  öz  lakonik  forması,  daşların 

düzülüşündəki  işıq  oynaqlığı,  portalının  möhtəşəmliyi,  birinci 

və  ikinci  mərtəbənin  pəncərə  və  mazğallarındakı  şəbəkə  ilə 

diqqəti cəlb edir. Bu möhtəşəm sarayın divarları Şirvanşahların 

şanlı  tarixini  günümüzə  qədər  gətirib  çıxarıb.  Sarayın  1-ci 

mərtəbəsinə  yalnız  gözləmə  zalı  adlanan  girişin  sağ  tərəfindən 

aşağıya  doğru  pilləkənlərlə  düşmək  olur.  27  otaqlı  bu  mərtəbə 

şahın qulluqçuları və kənizlərin yaşaması üçün istifadə olunub. 

şah isə öz ailə üzvlərilə birlikdə ikinci mərtəbədə yaşayib. Əvvəllər 

sarayın  bu  hissəsində  25  otaq  olsa  da,  indi  onların  sayı  cəmi 

16-dır. Çünki 10 fevral 1828-ci il Türkmənçay müqaviləsindən 

sonra bütün saray kompleksi rus hərbi qərargahına verildiyindən 

burada  hərbi  sursatların  saxlanması  üçün  bir  sıra  təmir  işləri 

aparılır, divarların araları götürülür və cəmi 16 otaq qalır. Sarayın 

gözləmə zalı adlanan və sarayın girişində yerləşən 8 guşəli zal isə 

ilkin görünüşünü olduğu kimi saxlayıb. Zalın divarları arasında 

olan  bir  çox  yarıqlar  diqqətdən  yayınmır.  Bu  yarıqlar  vaxtilə 

birinci  mərtəbə  ilə  ikinci  mərtəbə  arasında  olan  əlaqəni  təmin 

edib. Dəftərxananın daş şəbəkələrlə bəzədilmiş pəncərələri Bakı 

buxtasının  gözəl  mənzərəsinə  açılır.  Sarayın  digər  hissələrində 

şahın taxt-tac salonu, ziyafət salonu və yaşayış otaqları yerləşir.     

799-cu ildən 1538-ci ilədək Şirvanşahlar paytaxtı Şamaxıda 

yerləşən  müstəqil  dövlət  kimi  mövcud  olmuşdur.  XVI  əsrdə 

Şirvan  Səfəvilər  dövlətinin  tərkibinə  daxil  edilmiş  və  XVIII 

əsrdə  bir  xanlıq  kimi  fəaliyyət  göstərmişdir.  Nəhayət,  1813-cü 

ildə  Şirvan  ərazisi  Gülüstan  müqaviləsinin  nəticəsində  Rusiya 

İmperiyasının tərkibinə daxil edilmişdir.



77

Nərmin Alıyeva

Elmi-Mədəni Mərkəz 

tarix üzrə elmi işçi 

ŞİRVANŞAHLAR SARAYI:  

MƏDƏNİ İRSİMİZİN

BEYNƏLXALQ ƏHƏMİYYƏTLİ NÜMUNƏSİ

Abidələr  tarixin  daş  yaddaşıdır.  Hər  bir  daş  abidə  mənsub 

olduğu  xalqın  tarixinin  əvəzolunmaz  salnaməsidir.  Daş 

yaddaşımızı nə dərəcədə qoruya, gələcək nəsillərə ötürə biliriksə, 

bir  o  qədər  tariximizin  zənginliyinə  və  dəqiqliyinə  zəmanət 

veririk.  Çünki  bu  abidələr  bizə  keçmişdən  çox  şey  deyir,  sirli 

qalmış  hadisələri  açmağa  kömək  edir.  Tarixi  irsimizə  sahib 

çıxmaq və onu təhlükələrdən qorumaq bir Azərbaycan vətəndaşı 

kimi mənəvi haqqımız və vətəndaşlıq borcumuzdur.

Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 

ölkəmizin  mədəni  dəyərlərinin  qorunması  və  mədəni  həyatın 

inkişafı  üçün  ölkə  daxilində  mühüm  tədbirlər  görülmüş  və  bu 

sahədə  bir  çox  beynəlxalq  qurumlarla  əməkdaşlıq  edilməyə 

başlanılmışdır.  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

tərəfindən mədəniyyət sahəsində bu günə qədər bir sıra mühüm 

qanunvericilik  aktları  qəbul  edilmişdir.  Bunlara  aşağıdakıları 

misal göstərmək olar:

–  “Azərbaycan  Respublikasının  Müəllif  Hüquqları  üzrə 

Agentliyi haqqında” 10 sentyabr 1993-cü il tarixli qanun;

– “Müəllif hüquqları və qarışıq hüquqlar haqqında” 5 iyun 

1996-cı il tarixli qanun;

– “Mədəniyyət haqqında” 6 fevral 1998-ci il tarixli qanun;

– “Tarixi və mədəni abidələrin qorunması haqqında” 10 aprel 

1998-ci il tarixli qanun;

– “Turizm haqqında” 4 iyul 1999-cu il tarixli qanun;

–  “Şəhərsalmanın  əsasları  haqqında”  11  iyun  1999-cu  il 

tarixli qanun;



78

– “Muzeylər haqqında” 24 mart 2000-ci il tarixli qanun və s. [4]

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasında 

mədəniyyət məsələlərinin, xüsusilə də, tarixi və mədəni abidələrin 

qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları 

deyil,  həm  də  beynəlxalq  sənədlər  təşkil  edir.  Bu  sənədlərdən 

“Hərbi  münaqişələr  zamanı  mədəni  abidələrin  qorunması 

haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni 

irsinin  qorunması  haqqında”  1970-ci  il  Paris  Konvensiyası, 

“Mədəni  dəyərlərin  qeyri-qanuni  yolla  gətirilməsinin,  aparıl-

masının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi 

və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il 

Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən 

çıxarılmış  mədəni  dəyərlər  haqqında”  1995-ci  il  Konvensiyası, 

“Arxeoloji  irsin  qorunması  haqqında”  1992-ci  il  Avropa 

Konvensiyasını və digərlərini göstərmək olar.

Hazırda  Azərbaycanın  mədəni  və  təbii  irsinin  qorunması 

məsələsi  YUNESKO  ilə  əməkdaşlığın  əsas  istiqamətlərindən 

biridir.  Məlum  olduğu  kimi,  BMT-nin  ixtisaslaşmış  təşkilatı 

olan YUNESKO dünyada təhsil, elm və mədəniyyət məsələləri 

sahəsindəki  əməkdaşlığın  ən  böyük  forumudur.Azərbaycan 

Respublikası 1992-ci il iyulun 3-də bu təşkilata daxil olmuş və 

bu  təşkilat  ilə  əməkdaşlığının  inkişafı  üçün  böyük  əmək  sərf 

etmişdir. 

Beləliklə,  milli  mədəni  və  təbii  irsimiz  bizim  tariximizdir. 

Buna  görə  də  dünya  mədəniyyətinə  əvəzsiz  töhfələr  vermiş 

Azərbaycan xalqının mədəni və təbii irsinin qorunub saxlanılması 

və beynəlxalq aləmdə lazımınca təqdim edilməsi son dərəcə önəmli 

əhəmiyyət  kəsb  edən  bir  məsələdir.  Bu  mənada,  Şirvanşahlar 

sarayının və keçmişimizlə bağlı olan digər tarixi abidələrimizin 

qorunması və gələcək nəsillərə layiqli səviyyədə çatdırılması hər 

zaman dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissələrindən 

olmuşdur və bu iş indi də davam etdirilməkdədir.



79

Kitabın içindəkilər

 

Cəfər Qiyasi – Divanxana – şirvanşahların saray köşkü ........... 3



Cəfər Qiyasi – Şah türbəsinin medalyon kitabələri  .................. 7

Şahin Fərzəliyev – Bir əsrin üç şirvanşahı haqqında

bəzi qeydlər ............................................................................... 10



Tarix Dostiyev – İslam dövrü mülki monumental memarlığı

Azərbaycanın arxeoloji irsində  ................................................ 13



İdris Əliyev – Некоторые документы по истории 

охраны памятников баку ........................................................ 16



Əli Rəcəbli – Abbasi canişinləri dönəmində şirvanda sikkə 

zərbi tarixindən... ...................................................................... 18



Mehmet Rıhtım – Seyid Yəhya  Şirvaninin xanəgahı 

və türbəsi.... ............................................................................... 25



Nərgiz Quliyeva – Şirvan feodal dövlətinin tarixi 

iqamətgahı olmuş şirvanşahlar sarayına dair ............................ 29



Vəfa Quliyeva – Şirvanşahlar sarayı – 

Azərbaycan dövlətçiliyinin rəmzi ............................................. 32



Kamil İbrahimov – Şirvanşahlar sarayı ərazisində aparılan 

arxeoloji tədqiqatlar tarixindən ................................................. 35



Rayihə Əmənzadə – Конструктивные особенности строений 

дворца ширваншахов .............................................................. 38



Qafar Cəbiyev – Orta əsr Şıxməzid xanəgahı ......................... 41

Xeyirbəy Qasımov – Şirvanda memarlığın inkişafina dair 

(XV-XV əsrlər) .......................................................................... 43

Aytən Səlimova, Sabir Orucov – Ханский сад  в нардаране 46

Məmmədhüseyn Hüseynov – Şirvanşahlar sarayı memarlığında 

kodlaşmış elementlər və “quyu” kultu ...................................... 49



Samir Məmmədov – Azərbaycan Şirvanşahlar dövlətində hərb 

sənətinin bəzi̇ xüsusiyyətləri (IX-XI əsrlər) .............................. 53



Dilavər Əzimli – Şirvan ərazilərində dini həyat tarixinə dair .. 56

Fəxrəddin Miralay – Şirvanşahlar  sarayı  kompleksinin  

memarlığında  humanizm  elementləri ..................................... 59



Rahibə Əliyeva – Şirvanşahlar  sarayında bərpa və 

konservasiya  işləri .................................................................... 61




80

Qənirə Pirquliyeva – Şirvanşahların bakı sarayı – 

külliyyat,  yoxsa xanəgah? ........................................................ 63



Rəna Rzayeva – Şirvanşahların bayraqlarına dair 

araşdırmalar ............................................................................... 65



Sevil Məmmədova – Şirvanşahların sarayları – orta əsrlərin 

tarixi reallıqları və onları təsdiqləyən mənbələr ....................... 67



Səadət Ələkbərova – Şirvanşahlar sarayı: saray varidatının 

izi ilə... ....................................................................................... 70



Yasir Hacıyev – Şirvanşahlar  sarayı – həqiqətlər və 

əfsanələr məkanı ....................................................................... 73



Həcər Alxasova – Əsrlərə dayanan  tarix, şirvan 

şahlarının əzəmətli məkanı – şirvanşahlar sarayı ...................... 74



Nərmin Alıyeva – Şirvanşahlar sarayı: Mədəni 

irsimizin beynəlxalq əhəmiyyətli nümunəsi

 .................................... 77

«Elm və təhsil» nəşriyyatının  direktoru:



professor Nadir MƏMMƏDLİ

Dizayn:  Zahid Məmmədov

Texniki redaktor:  Tünzalə Tağıyeva

Çapa imzalanmış 02.10.2015

Şərti çap vərəqi 5 Sifariş № 302

Kağız formatı 60x84 1/16. Tiraj 100

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya

müəssisəsində səhifələnib çap olunmuşdur.

E-mail: nurlan1959@gmail.com

Tel: 497-16-32; 050-311-41-89



Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə