Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

32

Vəfa Quliyeva

tarix elmləri doktoru, professor                                 

ŞİRVANŞAHLAR SARAYI – AZƏRBAYCAN 

DÖVLƏTÇİLİYİNİN RƏMZİ

Şirvanşahlar  Sarayı  Kompleksi  minillik  tarixə  malik  olan 

Şirvanşahlar  dövləti  hökmdarlarının  son  iqamətgahı  olmuş, 

Azərbaycan  dövlətçiliyinin  qədim  köklərə  malik  olduğunun 

bariz  nümunəsidir.  Azərbaycanın  cənubunda  feodal  dövlətləri 

bir-birini  əvəz  etdiyi  halda,  onun  şimalında    min  il  ərzində 

Şirvanşahlar dövləti mövcud olmuş və müəyyən tarixi dövrlərdə 

onun sərhədləri Dərbənd daxil olmaqla Cənubi Dağıstanı da əhatə 

etmişdir. 

Şirvanşahlar  Sarayı  Kompleksi  İçərişəhərin  ən  hündür 

nöqtələrinin  birində,  bir  vaxtlar  əhalinin  ən  sıx  yaşadığı  yerdə 

inşa edilmişdir.

Kompleksə daxil olan abidələrin təyinatına dair mülahizələrimi 

diqqətinizə çatdırmaq istərdim.

Kompleksin şah əsəri Fərrux Yasarın xatirə türbəsidir. Türbə 

dördgüşəli qapalı həyətdə yerləşir. Türbənin həyətinə küçədən və 

yuxarı həyətdən gələn iki giriş var. Dördgüşəli həyət üç tərəfdən 

yerdən bir qədər yuxarı qaldırılmış sütunlu və çatmatağlı eyvanla 

əhatə olunur. Həyətin mərkəzində, sütunlar üçün olan yüksək özülün 

– stilobatın üzərində, eyni orderli açıq tağ sırası ilə əhatə olunmuş 

səkkizgüşəli rotonda durur. Rotondanın da iki giriş qapısı vardır. 

Əsas, qərb girişi zəngin nəqşli təmtəraqlı portalla seçilir. Portalın 

səthi  şərq  xalçalarının  ornamentlərini  xatırladan  ornamentlərlə, 

eləcə  də  dərinliyi  3-5  sm  olan  daş  üzərində  oyulmuş  naxışlarla 

bəzədilmişdir.  Portal  divar  oyuğunun  qabırğalı  yarımgümbəzi  7 

sıralı stalaktit kəmərə söykənib. Stalaktitlərin üzərində düz sahədə 

nəbati ornamentlər həkk edilmişdir.

İkimərtəbəli  yaşayış  binası  Kompleksin  daha  qədim 

tikilisidir. Bu asimmetrik formalı ikimərtəbəli binada mərtəbələr 




33

arasında əlaqə divar içində tikilmiş üç dar pilləkənlə saxlanılır. 

Sarayda vaxtilə 52 otaq olmuşdur. Onlardan 27-i birinci mərtəbədə, 

25-i isə ikinci mərtəbədə idi. Mağzalşəkilli dar pəncərələri olan 

aşağı  mərtəbə  nökər-naib,  təsərrüfat  işləri  və  anbarlar  üçün 

nəzərdə tutulmuşdur.

Dərviş türbəsi, Bayıl qəsrinin qalıqları, hal-hazırda mövcud 

olmayan Key Qubad məscidinin bünövrəsi və Şərq Portalı orta 



həyətdə yerləşirlər.

Şərq portalı kompleksin ən son tikilisidir. Murad darvazası 

adı ilə tanınan Şərq portalı Kompleksin bütün abidələrindən xeyli 

sonra XVI əsrdə Bakı Osmanlı türklərinin işğalı altında olarkən 

inşa edilmişdir. Portalın yuxarı hissəsi ərəbcə yazılmış kitabə ilə 

bəzədilmişdir:  “Bu  nəcib  imarəti  tikməyi  ən  adil  və  müəzzəm 

sultan  Murad  xanın  hakimiyyəti  zamanında  ulu  Rəcəb  baba 

Bakuyi h.994 (1585-86)-cü ildə əmr etmişdir”.

Orta həyətdə üzərində kitabə və təsvirlər olan 699 daş plitələr 

nümayiş etdirilir.  Onlar Saray Kompleksi tikililərinin qalıqları 

deyillər, lakin Şirvanşahlara aiddirlər. Bütün bu daş lövhələr Bakı 

körfəzinin dibindən tapılmışdır. Bu daşlar orta əsrin ən maraqlı 

memarlıq abidələrindən biri, uzun əsrlər boyu Bakı buxtasında su 

altında qalmış Bayıl qəsrinin qalıqlarıdır.

İbadət  həyəti  adlandırılan  aşağı  həyətdə  Şirvanşahların 

ailəvi türbəsi və Saray məscidi vardır. Saray hamamı və Ovdan 

Kompleksin  ən  aşağı  hissəsində  yerləşirlər.  Kompleksin  aşağı 

həyəti digərlərindən tağlı keçidi olan qapalı divarla ayrılır.

Şirvanşahların  türbəsi  düzbucaqlı,  üzəri  altıtinli  gümbəzlə 

örtülü binadır. Gümbəz xarici tərəfdən kəsmə, qabarıq çoxbucaqlı 

ulduzlarla bəzədilmışdir. Keçmişdə gümbəzin hamar səthlərindəki 

çökəkliklərə  (ulduz  şəkilli  yarıqlara)  mavi  rəngli  minalı  kaşı 

doldurulmuşdur.  Müasir  dövrdə  onlar  gümbəzin  üzərində 

saxlanılmamışdır,  lakin  arxeoloji  qazıntılar  zamanı  muzeyin 

ərazisindən tapılmışdır.



Saray  hamamı  kompleksin  ən  aşağı  hissəsində  yerləşir. 

Şərqin başqa hamamları kimi bu hamam da temperatur rejimini – 

qışda istiliyi, yayda isə sərinliyi saxlamaq üçün yarıyeraltı tikilib. 



34

Hamam  uzun  müddət  torpağın  altında  qalmış,  yalnız  1939-cu 

ildə  aşkar  edilmişdir  və  1961-ci  ildə  konservasiya  edilmişdir.

Saray  kompleksinin  təyinatına  dair  müxtəlif  fikirlər  söylənilir.

Lakin bunlar ciddi elmi dəlillərə əsaslanmır. Kompleksin saray 

və Şirvanşahların igamətgahı olduğunu bunun tarixən hücumlara 

məruz  qalması,  dağıdılması,  Şirvanşahların  ailəvi  türbəsinin 

burada  yerləşdirilməsi  sübuta  yetirir.  Azərbaycan  xalqının 

dövlətçilik ənənəsinin dərin köklərə malik olduğunu sübut edən 

möhtəşəm kompleks bu gün dövlət tərəfindən qorunur.




35

Kamil İbrahimov

tarix elmləri doktoru, professor

ŞİRVANŞAHLAR SARAYI ƏRAZİSİNDƏ APARILAN 

ARXEOLOJİ TƏDQİQATLAR TARİXİNDƏN

Qədim  Bakının  оrtа  əsr  mеmаrlığının  şаh  əsərlərindən  biri 

sayılan, dövlətçilik tariximizi bizə unutdurmayan, 500 il Şirvаn 

hакimlərinin iqаmətgаhı olmuş “Şirvаnşаhlаr sаrаy аnsаmblı”, öz 

üstünlüyünü hələ də sахlаmаqdаdır. 

Orta əsrlərdə Şаmахıdа bаş vеrən gərgin hаdisələr dövründə 

Bаkı şəhəri nisbətən sаkit şərаitdə inkişаf еdirdi. XII əsrdə Bаkıdа 

möhkəm qаlа divаrlаrının Şirvаnşаh III Mənüçöhrün (1120-1149) 

göstərişilə  təqribən  1138-39-cu  illərdə  inşа  оlunduğu  məlumdur. 

Şamaxı 1191-ci ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Şirvanşah 

Axsitan  Şirvanın  ikinci  paytaxtına  çevrilən  Bakını  özünün 

iqamətgahı etmişdi. Bu dövrdən başlayaraq şəhərin müdafiəsinin 

qayğısına  qalaraq  onu  düşməndən  layiqli  müdafiə  etmək  üçün 

güclü fortifikasiya sistemi yaratmışdı. Saray kompleksinin əsasının 

elə  bu  dövrdən  qoyulduğu  ehtimal  edilir.  Bunu  istər  XII  əsrin 

sonu – istərsə də XV əsrdə Bakıda və Abşeronda ucaldılmış və bu 

günümüzədək qalan möhtəşəm müdafiə tikililəri – bürclər, qəsrlər, 

qalalar və qala divarları sübüt edir.



Divanxana,  yuxarı  həyət  və  saray  binasında  arxeoloji 

qazıntılar.  Divаnхаnаnın  həyətindəкi  təsərrüfаt  quyulаrındаn 

birini  təmizləyərкən  şirli  qаbın  frаqmеntləri  tаpılmışdır.  А.Pа-

хоmоv yаzır: “аşаğıdа, qаrа, yumşаq tоrpаqdа nəinкi şirli, həm 

də  аdi,  əsаsən  аğ  gildən  hаzırlаnmış  sахsı  qаb  qırıntılаrı  аşкаr 

оlundu, tоplаnmış sахsı frаqmеntlərindən bəzi əşyаlаrı tаm bərpа 

еtməк  mümкün  оldu.  Оnlаrdаn  nаziк  divаrlı,  аyаqlı,  çох  incə 

fоrmаlı və çох zərif bişirilmiş gildən hаzırlаnmış sахsı vаzа; bir 

sırа кiçiк dаirəvi şirli, gözəl nахışlı bоşqаb; bəzi sаdə кüpələr və 

çırаqlаr хüsusilə diqqəti cəlb еdir”. I təbəqədən tаpılmış qablardan 

biri  ХIV-ХVI  əsrlərə,  о  birisi  isə  ХV  əsrə  аiddir.  Oкsidləşmiş 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə