Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

29

Nərgiz Quliyeva 

         tarix elmləri doktoru, professor  

ŞİRVAN FEODAL DÖVLƏTİNİN TARİXİ 

İQAMƏTGAHI OLMUŞ ŞİRVANŞAHLAR 

SARAYINA DAİR

VI yüzilin əvvəllərində alban Arşaqilər sülaləsinin Sasanilər 

tərəfindən ləğvi qədim Şirvan torpağında, Şabrançay və Gilgilçay 

hövzələri ərazisində «Şirvanşah» titullu hakimlərin idarə etdiyi 

yeni qurumun təşəkkülü üçün zəmin yaratdı.

Orta əsr ərəb müəllifləri «Şah» titulu almış hakimlər arasında 

Şirvanşahın (Şiryanşahın) da adını çəkmişlər.

Min  il  ərzində  (VI-XVI  əsrlər)  qədim  Şirvanşahlar 

sülaləsinin  hakimiyyət  sürdüyü  Şirvan  vilayətinə  bərəkətli 

məhsuldar düzənliklər, gözəl otlaqları, çəmənlik və meşələri olan 

ovalıqlar daxil idi. Burada heyvan bəsləyir, taxıl becərirdilər. Kənd 

təsərrüfatı inkişaf etmişdi. Meyvə bağları var idi. Kür çayının və 

dənizin  yaxınlığı  əhalini  qiymətli  balıq  növləri  ilə  təmin  edirdi. 

Şirvan torpağı neftlə, duzla, müxtəlif faydalı qazıntılarla – qiymətli 

metallarla, minerallarla, gillə zəngin idi.

XII əsrin sonları və XIII əsrin əvvəlləri feodal Bakı şəhərinin 

çiçəklənmə  dövrü  idi.  Şirvanşahlar  şəhərini  bir  sıra  qurğularla 

bəzədilər  və  möhkəmləndirdilər.  XII  əsrin  birinci  yarısında 

şəhərin qala divarları  ucaldıldı və bir sıra istehkam işləri görüldü. 

Şəhərin müdafiə qurğuları sisteminə Qız Qalası da daxil idi.

Bu  dövrdə  Şirvanın  varlı  şəhərlərindən  biri  və  Xəzər 

dənizində  mühüm  liman  olmaq  etibarı  ilə  Bakının  əhəmiyyəti 

daha da artır. Bu dövrün qaynaqları Bakını alınmaz qala və Şərqin 

böyük şəhərlərindən biri kimi təsvir edirlər.

Xaqaninin  Şirvanşah  Axsitan  ibn  Mənuçöhrü  mədh  edən 

məlum  qəsidəsində  (XII  əsr)  şair  Bakı  haqqında  alınmaz  qala 

və  Şərqin  böyük  şəhəri  kimi  danışır,  onu  Bəstamla  –  Şərqdə 

Xorasanda güclü istehkamları olan şəhərlə müqayisə edir. Bəllidir 

ki, XII əsrdə Bakı qala hasarları ilə əhatəyə alınmışdı.



30

Dəmirçilik,  dulusçuluq,  toxuculuq,  sikkə  zərb  edilməsi  və 

s. kimi sənətlər get-gedə inkişaf tapmışdır. Bu zəmində mühüm 

bir  proses  –  sənətkarlığın  ayrı-ayrı  sahələri  üzrə  istehsalın 

ixtisaslaşdırılması baş verir.

XI-XV əsrlərə aid arxeoloji və numizmatika tapıntılar, Bakı 

ərazisində və digər bölgələrdə aşkar edilən, Bakıda zərb edilmiş 

sikkələrdən  ibarət  çoxlu  sayda  dəfinələr,  zəmanəmizə  qədər 

gəlib çatmış bir sıra memarlıq abidələri, saxsı qalıqları – bütün 

bunlar  şəhər  həyatının  intensivliyindən,    sənətkarlığın  inkişaf 

etmiş olmasından, ticarət münasibətlərindən, o çağlar ipək ticarət 

predmetləri idi, onlar  cənubdan Bakı, şimaldan isə Bilgə vasitəsi 

ilə dəniz yolu ilə və eləcə də quru yolla ayrı-ayrı ölkələrə daşınırdı.

XII əsrdə Şirvanın varlı şəhərlərindən biri, Xəzər dənizində 

mühüm liman və ticarət  mərkəzi olmaqla, Bakının önəm daşıması 

Xaqaninin (XII əsr) Şirvanşah Mənuçöhrün oğlu  Axsitanı mədh 

edən məşhur qəsidəsində qeyd edilir. 

Bakı duasını unutmaz bir an

Olub sayəsində Bəstam, Xavəran.

Bakı öz qüdrəti nəticəsində

Bac istərn Xəzər, Rey və Zirehgərandan.

(Burada Xavəran dedikdə – Xorasan, Zirehgəran dedikdə – 

indiki Dağıstanın Kubaçı diyarı nəzərdə tutulur).

Qədim  şəhərin  siması  təkrarsız  gözəlliyə  malikdir.  Bu 

gözəlliyi  ona  bəxş  edən  təkcə  orta    əsrlərin  Qız  qalası,  saray 

ansamblı və qədim məscidlərə kimi ayrı-ayrı görkəmli memarlıq 

abidələri deyil, həm də yerin relyefindən uğurla istifadə edilməklə 

tikilmiş, geniş buxtanın sahili boyunca yerləşmiş dar küçəli və 

döngəli qədim evlər kompleksi, bazarlar və meydanlardır. Şəhərin 

mərkəzi  XVI  əsrə  qədər  Şirvanşahın  və  feodal  əsilzadələrin 

yaşadıqları təpənin zirvəsində  yerləşirdi.

Şəhər  orada  yaşayan  əhali  təbəqəsinin  adını  daşıyan  bir 

sıra  məhəllələrə  bölünürdü və hər məhəllənin öz məscidi vardı. 

Məsələn, bizim günlərə qədər orada yaşamış tirələrin adını daşıyan 

köhnə adlar qalmışdır: Yeddilər, Gilək və ya Doqquzlar. Bundan 



31

başqa Hamamçılar, yaxud Həkkaklar və s. Şahgəldi məhəlləsinin 

adı da maraq doğurur.

A.A.Bakıxanov  öz  əsərində  mənşəcə  Şirvandan  olan,  elmi 

əsərlər yazmış görkəmli orta əsr alimlərinin adlarını sadalayır və 

onların arasında Məhəmməd Əli Bakuvi adı ilə tanınan şeyx Əbu 

Abdulla Əli ibn Məhəmməd Bakuvinin (Bakı sakini) adını çəkir.

Bakuvi (948-1050) Bakıda ilahiyyatçı ailəsində anadan olmuşdur. 

Atası  onun  ilk  müəllimi  olmuşdur.  Bakuvi  zahirilərin  ardıcılı 

olmuş,  sonralar  batinilərə  qoşulmuşdur.  Ahıl  yaşlarında  Bakını 

tərk etmiş, dağda bir mağarada məskən salmış və tərkidünya həyatı  

yaşamışdır. O, şair və  filosof-panteist idi. Bakuvi çoxlu səyahətlər 

etmiş,  İran,  Orta  Asiya,  Ərəbistan  və  deyəsən,  Hindistanda 

olmuşdur. Səyahətdən qayıdanbaş Nişapurda və Şirazda yaşamışdır. 

Bakuvi öz şeirlərini «Badakuhi» (dağda yaşayan qoca) təxəllüsü 

ilə yazmışdır. Onun əsərləri hədislər külliyyatından, sufilərin həyatı 

haqqında  külliyyatdan,  «Əxbar  əl-arifin»,  «Əxbar  əl-qafilin», 

şeirlər və hikmətli sözlər külliyyatından ibarətdir. O, şiə idi, lakin 

onu  mömin  müsəlman  saymaq  olmazdı.  Onun  dünyagörüşü  od 

kultunun təsiri altında idi və Günəşə sitayiş edirdi. Bakuvi  şərqin 

bir çox ölkələrində məşhurlaşmışdı.

Azərbaycan xalqının çox peşəkar xanəndələri və musiqiçiləri 

muğam əsərlərini ifa edirdilər.

Azərbaycan,  İran  və  Hindistanın  musiqi  mədəniyyəti  bu 

ölkələr arasında həm qədim çağlarda, həm də orta əsrlər dövründə 

mövcud  olmuş  və  bu  gün  də  davam  edən  çoxəsrlik  təmaslarla 

şərtlənən bir çox ümumi  cizgilərə malikdir.

Azərbaycanın  rəqs  sənəti  çoxəsrlik  ənənələrə  malikdir  və 

söyləmək  olar  ki,  bizim  zəmanəyədək  –  qədim  çağlardan  XX 

əsrin əvvəllərinə qədər öz ilkin tərzində gəlib çatmışdır.

XII  əsrdən  etibarın  Bakının  şəhər  mədəniyyətinin  yüksəlişi 

feodal cəmiyyətinin bütün əvvəlki tarixi ilə hazırlanmışdır. XII əsr 

və XIII əsrin 20-ci illərinə qədərki dövr – Bakının çiçəklənməsinin 

ilk  dövrü  olmuşdur.  Bakı  Azərbaycan  ərazisində  iri  feodal 

qurumlarından  biri  olan  Şirvanşahlar  Dövlətinin  paytaxtına 

çevrildiyi XV əsr şəhər mədəniyyətinin çiçəklənmə dövrüdür. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə