Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   2   3   4   5   6   7   8   9   ...   23

9

L.Bretanitsikinin  Ə.Salamzadə  ilə  birlikdə  yazdıqları  orta  əsr 

memarlarına həsr olunmuş bir məqalədə isə «Bakıda Şirvanşahlar 

sarayı ansamblındakı türbədə memarın adını gizli şəkildə yazması 

halına» təsadüf edildiyi vurğulanmışdır. Gerçəkdə Azərbaycanın 

heç bir memarlıq abidəsində memar və ya ustanın adı örtbasdır 

edilməmişdir. Şah türbəsinin kitabə medalyonunda da gizlədilmiş 

bir şey yoxdur. Onun ən böyük sirri oxunuşunun çətin olmasıdır. 

Bu kitabədə bir mətn dörd dəfə (hər medalyonda iki dəfə olmaqla) 

təkrar olunur. Hansı memar o qədər də iri olmayan bir binada öz 

adını dörd dəfə yazmağa cəsarət edərdi. Buna orta əsr memarının 

yüksək əxlaqı da yol verməzdi.




10

Şahin  Fərzəliyev

tarix üzrə elmlər doktoru, professor

BİR ƏSRİN ÜÇ ŞİRVANŞAHI HAQQINDA 

BƏZİ QEYDLƏR

Ölkəmizin  tarixi  ərazisində  yaranmış  dövlətlərin  biri  də 

təxminən min il yaşamış Şirvanşahlar dövlətidir. Məlum olduğu 

kimi,  dövlət  sinifli  cəmiyyətdə  əsas  siyasi  hakimiyyət  alətidir. 

Dövlət  yaranarkən  onun  funksiyaları  da  müəyyənləşir.  Orta 

əsrlərdə dövlətin idarəçilik forması mütləq monarxiya olmuşdur.

Demək, XV əsr. Bu əsrdə Azərbaycanda yaranmış üç dövlət. 

Tariximizlə  əlaqədar  XV  əsrin  əhatə  etdiyi  dövr  Azərbaycanda 

üç  feodal  dövlətin  –  Qaraqoyunlu,  Ağqoyunlu  və  Şirvanşahlar 

dövlətlərinin  fəaliyyətdə  olmaları  ilə  səciyyələnir.  Mövzu  ilə 

əlaqədar bir sıra ölkə tədqiqatçıları tərəfindən fikir və mülahizələr 

söylənilmiş,  həmçinin  məqalələr  yazılmışdırsa  da,  bunun  hələ 

kifayət olmadığı zənnindəyəm. Əlamətdardır ki, göstərilən dövrdə 

Azərbaycanın ümumi vəziyyətinə müxtəsər nəzər salsaq, görürük 

ki, ölkədə o zaman iki böyük dövlət (biri digərni əvəz etməklə) 

–  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətləri  yaranmış  və  süquta 

uğramış,  Şirvanşahlar  dövləti  isə  əvvəlki  əsrlərdə  olduğu  kimi 

öz  müstəqilliyini  (müəyyən  vassal  asılılığı  olsa  belə)  qoruyub 

saxlamağa  cəhd  etmiş  və  buna  nail  olmuşdur.  Şirvanşahlar 

dövlətinin  ərazi  və  əhali  cəhətdən  əvvəlki  iki  dövlətdən  kiçik 

olmasına baxmayaraq bu kiçik dövlət öz müdrik padşahlarının ağıllı 

və  uzaqgörən  siyasəti  sayəsində  varlıq  və  yoxluq  təhlükəsindən 

“sağ-salamat” çıxmağı bacardı və hələ yarım əsrədək də müxtəlif 

təzyiqlərə sinə gərdi. Şirvan artıq 9 əsrdən çox idi ki, şirvanşahlar 

tərəfindən  idarə  olunur  və  özünəxas  müstəqil  siyasət  yeridirdi. 

Dərbənd şirvanşahlarının uğurla həyata keçirdikləri daxili və xarici 

siyasət  nəticəsində  Şirvanda  qonşu  Azərbaycan  dövlətlərindən 

fərqli olaraq sülalə daxili mübarizələr yox idi.




11

Qeyd etmək lazımdır ki, XV əsr Azərbaycanının bu üç döv-

ləti  məzmun  və  mahiyyət  etibarilə  bir  olmuşlarsa  da  ,  onların 

arasında  formaca  bəzi  sahələrdə  müəyyən  fərqlər  var  idi,  yəni 

cənubdakı  Qaraqoyunlu  və Ağqoyunlu  dövlətləri  ilə  şimaldakı 

Şirvanşahların dövlət quruluşları arasında mövcud olan müxtəliflik 

nəzəri cəlb edən xüsusiyyətlərdəndir. Şirvanın dövlət aparatında 

oturaq feodal əyanlar böyük nüfuza malik idilərsə, Qaraqoyunlu 

və Ağqoyunlu dövlətlərində köçəri və yarımköçəri hərbçi əyanlar 

mühüm rol oynayırdılar. 

İndi  məqaləmizin  məzmununa  uyğun  olaraq  üç  şirvanşah 

haqqında müxtəsər məlumat vermək istərdik.

1. 

İbrahim,  yaxud  Əmir  İbrahim  Dərbəndi,  ya  da  Şeyx 



İbrahim.

Azərbaycanın  şimalındakı  Şirvanşahlar  dövləti  üzərində  də 

ciddi  təhlükə  görünməyə  başladı.  Belə  bir  şəraitdə,  dövrünün 

görkəmli dövlət xadimi olan I İbrahim qüvvələr nisbətini düzgün 

qiymətləndirdi  və  Sultan  Əhmədin  əksinə  olaraq  Osmanlıların 

deyil,  Teymurilərin  tərəfini  tutdu.  Əmir  Teymurun  vəfatından 

sonra (1405) Azərbaycanda hakim olan Qara Yusif Qaraqoyunlu 

ilə Şirvanşah I İbrahimin münasibəti ilk vaxtlarda o qədər də yaxşı 

olmamışdır, lakin sonradan onların arasında ikitərəfli razılaşma 

yaranmış, Şirvanşah Şirvanı yenə də müstəqil idarə etmişsə də, 

Qaraqoyunlu  hökmdarından  asılı  vəziyyətdə  olmuşdur. Amma, 

Teymurdan  sonra  Xorasan  taxt-tacına  sahiblənən  oğlu  Şahrux 

bütüb azərbaycanı öz əlinə almaq istəyir və bu məqsədini həyata 

keçirməyə hazırlaşırdı.

2. I Xəlilullah, Sultan Xəlil, Əmir Xəlilullah.

1417- ci ildə vəfat edən I İbrahimdən sonra taxta əyləşən oğlu 

Əmir Xəlilullah da atası kimi Teymurilərlə dostluq münasibətini 

qoruyub saxlayırdı. O, 1421-1422 coildə hətta Şahruxla qohum 

da oldu. [Şirvanşah I Xəlilullah Əmir Teymurun oğlu Əbubəkr 

Mirzənin qızını almışdır. “Mətləüs- sə deyn” əsərinin məlumatına 

görə  həmin  Teymuri  şahzadəsi  Qara  Yusiflə  olan  döyüşdə 

öldürüldükdən sonra onun xanədanından bir neçə kəniz, o cümlədən 

kiçik qızı əsir götürülmüşdü. Qeyd olunmalıdır ki, ümumiyyətlə 



12

bütün Şirvan şahları, o cümlədən I Xəlilullah da, əgər bugünki 

istilahla desək daim böyük hökmdarla “balanslaşdırılmış siyasət” 

yürüdür, onların heç birini özünə düşmən etmək istəmirdi, çünki 

kiçik bir dövlətin hökmdarı öz hakimiyyətini qoruyub saxlamaq 

naminə, şübhəsiz ki, məhz belə davranışa malik olmalı idi. Əgər 

başqa cür olsaydı, kiçik bir ərazinin kiçik bir dövləti uzun əsrlər 

boyu hakimiyyətdə bərqərar ola bilməzdi.

3.Şirvanşah Fərrux Yəsar İbn Xəlilullah.

Fərrux Yəsar hakimiyyətinin ilk illərində diplomatik müna-

sibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. O da 

atası kimi “qüdrətli türk sultanı”II Məhəmməd Fateh ilə ittifaqda 

olmağa  çalışırdı.  S.Aşurbəyli  yazır:  “Mənbələrin  məlumatına 

görə  1465-  ci  ildə  Şirvanşah  Fərrux  Yəsarın  elçisi  Həsən  bəy 

Moskvaya gəlmişdir. 1466- cı ildə çar III İvan buna cavab olaraq 

Vasili Papinin başçılığı altında Şirvan şahına qiymətli hədiyyələrlə 

birlikdə həmin ölkəyə bir səfarət heyəti göndərmişdi. Səfarətin 

məqsədi,  ticarətlə  yanaşı,  Moskva  dövləti  ilə  Şirvan  arasında 

Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi.XV əsr Şərq dövlətlərində 

hökmdarlar  adətən  öz  siyasi  fəaliyyətləri  barədə  bir-  birlərinə 

məlumat  verir,  bir  növ  hesabat  təqdim  edir,  biri  digərini  öz 

fəthləri  ilə  qorxudur,  təkəbbür  nümayiş  edirirdilər.  Onlar  belə 

hərəkət etməklə bəzən də işlədikləri günahları müəyyən mənada 

pərdələmək və özlərinə bəraət qazandırmaq məqsədi güdürdülər.

Beləliklə, qeyd etmək olar ki, bütün XV əsr boyu Şirvanşahlar 

öz  qüdrətli  qonşuları  ilə  müntəzəm  dostluq  münasibətləri 

yaratmağa çalışmış, tərəflər bir-birlərinə elçi heyətləri yollamış, 

qarşılıqlı diplomatik təmaslar davam etmişdir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə