Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

49

Məmmədhüseyn Hüseynov 

                                                             Azərbaycan Dövlət 

Rəssamlıq Akademiyasının dosenti,  xalçaçı rəssam

ŞİRVANŞAHLAR SARAYI MEMARLIĞINDA 

KODLAŞMIŞ

ELEMENTLƏR VƏ “QUYU” KULTU

Əsrlərin  keşmə  -  keşli  sınaqlarından  keçmiş  qədim 

Azərbaycan xalqının çoxlu sayda memarlıq abidələri vardır. Bu 

abidələr sırasında sayılıb seçilən və Türk – İslam memarlığının 

sirlərini  özündə  ehtiva  edən  “Şirvan  Şahlar  sarayı”  kompleksi 

xüsusi bir önəm daşıyır.

“Şirvan  Şahlar  sarayı”  adı  ilə  tanınan  daş  memarlıq 

abidəsinin  tikilmə  tarixinin  (XII  -  XV  əsrlər)etimologiyası  bu 

vaxta  qədər  yaxşı  öyrənilsə  də  onun  semantik  ruhunu  qoruyan 

və komplektarlıq xüsusiyyətləri ilə yanaşı bir çox elementlərinin 

öyrənilməsi yeni sualların meydana çıxmasına səbəb yaradır. Bu 

kompleksin ifadəli və kodlu görkəmi forma baxımından ciddiliyə 

səbəb  olmuş  amilləri  ilə  həm  daxili  həm  də  xarici  baxılma 

məfhumunu səciyyələndirir.

IX əsrin 60 – cı illərində Xilafətdə  başlanan yeni iğtişaşlardan 

istifadə edən Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi 

(şahı)  elan  etdi  və  mərkəzi  hökümətlə  əlaqəni  kəsdi.  Beləliklə 

Şirvanın istiqlaliyyəti bərpa edildi.

Bu dövlətin paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən 

etibarən  Yəzidiyyə  (Şamaxı)  şəhəri  olmuşdur.Müxtəlif  tarixi 

şəraitlərdə Şirvan dövləti özünün varlığını qorumaq üçün cürbə 

-  cür  sülalələrin  (Məzyədilər,  Şəddadilər,  Sacilər,  Salarilər, 

Rəvvadilər, Kəsranilər və.s) əlinə keçir, həmçinin bir – birini əvəz 

edən imperiyaların vassalına çevrilirdi.

1192-ci ildə Şirvanda yeni zəlzələ fəlakətinin üz verməsi onun  

dövlət mərkəzi olan Şamaxıda misli görünməmiş dağıntılar yaratdı. 

Bu dağıntılar nəticəsində İslam mədəniyyətinin gözəl mirasları ilə 



50

bərabər qədim Oğuz abidələri də yerlə yeksan oldu. Şirvan Şahının 

da  iqamətgahının  Bakıya  köçməsini  tarixçilər  bu  hadisə  ilə  izah 

edirlər.Burada bəhs etdiyimiz məsələ mədəniyyət və inancla bağlı 

olsa da, tarixi məqamları vərəqləmək çox mətləblərin həqiqətə uyğun 

olmasına luzum yaradan vasitə olduğu üçündür. Çünki, Qədim  türk 

– mədəniyyətinin Oğuz inancları sistemlərində  özünə müvafiqliyi 

ən  adi  üsullarla  saxlaması,  hətta  türk  mənşəli  olmayan  müxtəlif 

sülalələrin bu mədəniyyətin içərisində əriməsi çox şeylərdən xəbər 

verir. Və bu fikirləri söyləməklə qeyd etmək istəyirəm ki, 1192 – ci 

ildə baş vermiş zəlzələ zamanı inanclar üzərində qurulmuş “Kimak” 

abidələrinin  (pirlərin)  xarakteri  və  gizlinləri  sonrakı  dövrlərdə  də 

Şirvanın  digər  yerlərində  ucaldılan  tiklilərdə  qorunmağda  davam 

etdi.  Elə  Şamaxı  adının  da  etimoloji  olaraq,  formalaşmasını 

“Kimak”  tayfalarının  adı  ilə  bağlı  zənn  edirəm.  Çünki,  “Kimak” 

tayfalarının adları Oğuz boyundan olan bayandurlarla bağlı olaraq, 

tarixin səhifələrində yer alması çox maraq doğurur.

Son zamanlar bəzi tədqiqatçılar bu məsələyə toxunaraq maraqlı 

faktlar da əldə etmişlər. Məsələn; İ Tağıyevin yazdığı “Şirvanşahlar 

sarayı,  yaxud  Seyid  Yəhya  Bakuvinin  Xanəgahı”  adlı  kitabının 

səhifələrində Şirvan Şahlar sarayının mövcud olduğu yerdə daha 

qədimdən müxtəlif dərinliklərdə olan “quyu”lar barəsində maraqlı 

və  həqiqətə  uyğun  fikirlər  qeyd  olunmuşdur.  Müəllif  kitabında 

qeyd edir ki, burada; “ tikililər olmasa da quyular mövcud idi. XV 

əsr  coğrafiyaçısı  Əbdürrəşid  Bakuvinin  məlumatını  yada  salaq. 

Şəhərin  təsvirində  o,  Bakı  şəhərinin  qurumuş  quyulardan  ibarət 

daşlı təpələr üzərində dayandığını yazır. Əsər 1403 – cü ildə, yəni 

bizim xanəgahın tikilməsindən öncə yazılmışdır. Yadımızdadır ki, 

Xanəgahın birinci mərtəbəsində yerləşən 25 otağın az qala yarısında 

biz  quyuların  mövcudluğunu  görürük.  Bəzi  otaqlarda  hətta  iki 

quyu  var.  Əgər  biz  quyuların  bu  otaqlarda  yerləşməsinə  diqqət 

yetirsək, otaqlardan düzgün istifadə etməyə mane olan quyuların 

qaydasız yerləşdiyini görürük. Onların yerləşmələrinə görə, başa  

düşmək olar ki, onlar “sarayın” inşasından əvvəl mövcud olmuşlar 

və biz belə quyuları hələ “divanxana”nın həyətində və həmçinin, 

yeraltı pir “Süd quyusunu” görürük. Belə çıxır ki, bütün bu tikililər 




51

elə  qoyulmuşlar  ki,  bu  quyular  və  yer  altı  pir  doldurulmasın  və 

dağıdılmasın.

Qeyd olunan fikirlər həqiqətə uyğundur lakin, onların arasında 

pir  sayılan  “Süd  quyusu”  digər  quyulardan  fərqli  olaraq  “quyu” 

kultunun  əsl  nümunəsi  kimi  ortaya  çıxır.  Yenə  həmin  kitab 

Ç.Leviatov  adlı  tədqiqatçının  bu  barədə  qeyd  etdiyi  fikirlərdən 

məlumat  verir:  “Yeri  gəlmişkən  qeyd  edək  ki,  inqilabaqədərki 

dövrdə müsəlman əhalisi arasında belə inam var idi ki, təsvir olunan 

gümbəzşəkilli  otaq  və  ya  divanxananın  həyətində  yerləşən  quru 

quyulardan biri südünü itirmiş zahi qadınlara süd qaytarmağa qadir 

olan möcüzəli qüvvəyə malikdir. Bu quyu “süd quyusu” adlanır. 

Beləliklə,  qeydlərdən  görünür  ki,  Şirvan  türklərinin  rəmzi 

xüsusiyyətlərində bəzi kultların hətta İslami dövrdə də yaşaması 

davam etmişdir.

Quyu  kultu  türklərin  inanc  sistemində  nədir  və  nə  kimi 

rəmzlər daşıyır və nə qədər əhəmiyyətlidir?.

Bu  kult  digər  xalqlarda  da  vardır  lakin,  türklərin  inanc 

rəmzləri  sırasında  daha  fərqli  özəllikləri  ilə  fərqlənir.  Hətta  bu 

özəlliklər türklərin etnoqrafik sənət növlərində də yaşamaqdadır. 

Çünki,    “quyu”  bir  neçə  xüsusiyyəti  ilə  Dekorativ  Tətbiqi 

sənət növlərimizdə yer alır və müxtəlif memarlıq inciləri hesab 

etdiyimiz pirlərin və sarayların tikilməsinin ana ünvanına çevrilir.

Qeyd  olunan  elementlər  bəzi  xalçaların  kompozisiya 

quruluşunda bəzən əsas, bəzən isə bağlayıcı element kimi istifadə 

olunur.  Onların  arasında  ən  məşhurları  “Bakı  göl”  və  “quyu 

haşiyə”adlı  elementlərdir  ki,  bizlərə  qədim  türklərin  “quyu” 

kultuna bağlılığlarını əks etdirir. Eyni zamanda çox  maraqlıdır 

ki, altı bucaqlı göl elementinin istər, “Bakı” istərsə də Bakı ətrafı 

kəndlərə məxsus Novxanı, Görədil və digər xalçaçılıq ocaqlarında 

toxuması  heç  də  təsadüfdən  deyildir.  Çünki,  altı  bucaqlı  “göl” 

elementləri özünəməxsus formada həll edilərək bir az uzadılmış 

olur ki, bu da təbiətdəki göldən fərqli olaraq, “quyu” timsalında 

öz əksini tapır.

L.  Kərimov  xalqdan  topladığı  məlumatlara  əsaslanaraq 

“quyu” elementlərinin digər adlarını da qeyd etmişdir. Məsələn; 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə