SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

                                            
316 
Gül bülbüli-şeydayə edər ərz cəmalın,  
Bir al ilə istər ki, onun könlünü alə. 
Güldür ərəqi-ruyi-Məhəmməd, gülü görcək  
Göndər sələvat Əhmədi-Muxtar ilə alə. 
Mafatə mükafat qılıb badi-baharı,  
Tədbir eləyir maziyu müstəqbəlü halə. 
Gülzarı zimistandan alıb verdi baharə,  
Yazdı xəti-reyhan ilə bir nəğz qəbalə. 
Xoşbəxt o kəslərdi ki, bu fəsldə hər gün,  
Gülşəndə ola həmnəfəsi camü piyalə. 
Xoşbəxt o kəslərdi ki, bu gərdişi-gərdun  
Eylər oların qismətini eyşə həvalə. 
Hərçənd mənim dostrəsim yoxdu bu kamə,  
Bir kani-səxa leyk gəlir fükrü xəyalə. 
Bir kani-kərəm, kəhfi-üməm, növgüli-iqbal,  
Möhsün bəyi-fərxəndəşiyəm, "damə cəlalə!"
*
 
Bir tazə cavandır ki, dəxi bəxti cavandır,  
Yetsin görüm ol Xızr təki dəhrdə salə. 
Xurşid cəlalın fələki-şöbədögərdan,  
Ey bari-xuda, verməsin aləmdə zəvalə! 
Abi-kərəmü lütfi-xuda, gərdi-məlali,  
Peyvəstə qıla daməni-eyşindən izalə. 
Ey bari-xuda, aləm-ara badi-həvadis,  
Dəhr olduqcan əsməsin ol tazə nihalə. 
  
                                                          
*
 
Cəlalı əbədi olsun! 


                                            
317 
Bəxşayiş ilə xəsm edər ol xəsm zəbanın,  
Ədalər ilə hacəti yox cəngü cidalə. 
Sahibkərəma, gərçi bu aləmdə fəqirəm,  
Əmma nə fəqiri ki, düşəm zilli-süalə. 
Təbinı ki, qənaət eləyir bir qədək ilə,  
Yoxdur həvəsim aləm ara ətləsü şalə. 
Gərçi geyərəm şal, əgər mümkünüm olsa,  
Əmma nə düşüm, olmasa gər, fikri-məhalə? 
Bəylər kimi hərçənd mənim şal donum yox,  
Nə şohrə bu gün nayibam, axır nə mahatə. 
Hər kəs ki, tuta bəy ətəyin, bəy olur axır,  
Şirin olur ağzı, dəyər hər kəs əli balə. 
Səd şükr ki, Seyyid tutub ol daməni-pakın,  
Ümmidi budur kim, gələ lütfünlə kəmalə. 
  


                                            
318 
HACI ƏBDÜLƏHƏD MÜTƏLLİBZADƏYƏ 
Qəsidə 
Gəlir novruz kim, güllər çəməndə aşikar olsun,  
Açılsın laləvü gül zinəti-fəsli-bahar olsun. 
Gəlir ol fəsl kim, nərgislər açsın çeşmi-şəhlasın,  
Zimistan badəsindən məst olanlar huşyar olsun. 
Götürsün başını torpaqdan ehya olub güllər,  
Çəkib sərvi-səhi qamət, qiyamət aşkar olsun. 
Gülüstan içrə etsin nəğmeyi-Palizban bülbül,  
Səhi sərv üzrə qümri ləhcəsi azadvar olsun, 
Xədəngi-jaləni pürtab qılsın Rüstəmi-nisan,  
Dü çeşmi-bəhmənü dey kur çün İsfəndiyar olsun. 
Gətirsin taciri-badi-səba bari-giranmayə,  
Mətai müşkü ənbər, səndəlü udi-qumar olsun. 
Edib səyyadi-qüdrət bir belə tədbiri-ziba kim,  
Qəzali-mehr gəlsin, bərreyi-gərduna yar olsun. 
Əcəb olmaz qəzalı şir aləmdə şikar etsə,  
Təəccüb bundadır kim, bərrəyə ahu şikar olsun. 
Otursun xosrovi-xurşid təxti-aci-Cəmşidə,  
Açıb gəncineyi-çudin cahanə zərnisar olsun. 
Ləbi-məşuqələr tək qönçə şəkkərxəndə qılmaqçün  
Bəsani-çeşmi-aşiq əbri-nisan əşkbar olsun. 
Çəməndə atəşi-sina əyan olsun güli-tərdən,  
Təcəllasında bülbül misli-Musa biqərar olsun. 
  


                                            
319 
Dəridə damən ilə qönçə çıxsın bəzmi-xəlvətdən,  
Züleyxa kimi bülbül öz işindən şərmsar olsun. 
Bu gün novruzdur, tök zülfüvü rüxsarüvə, saqi,  
Gərəkdir kim, bərabər müddəti-leylü nəhar olsun. 
Ayağı başın üçün etmə bir dəm badədən xali,  
Əlündə sağəri-səhbayi-xurşid-iştihar olsun. 
Gərəkdir xoş keçirmək bir belə mövsümdə övqatı,  
Mey olsun, şəkkər olsun, əldə cami-xoşgüvar olsun. 
Bu gün ol gündü kim, çəng oldu bişək düşməni- 
Heydər, Nə eybi var əgər çəngində mütrib, çəngü tar olsun. 
Bu gün ol gündü kim, mövla oturdu təxti-izzətdə- 
Ki, ta ədasının ruzi-sətidi şami-tar olsun. 
Əgərçi zadeyi-Süfyani-biiyman həsadətdən  
İradə qıldı kim, pərxaşü cəngü girüdar olsun. 
Deyil cayi-təəccüb hindədən bir böylə bədtinət,  
Gərəkdir ot kökü üstündə bitsin, paydar olsun. 
Gəlib Suqi-Ükazə mövsümi-həcdə quran xeymə,  
Gərək ol zaniyə nəslində böylə yadigar olsun. 
Siriştə tinəti olmuşdu çün kim, nari-duzəxdən,  
Gərəkdir nardə əlbəttə bir asari-nar olsun. 
Dirəxti-pürxəbisə sındı gərçi tarümar oldu,  
O nəslə indi lənət eyləyənlər tarümar olsun. 
Dirəxti-teyyibə şahi-Nəcəfdir, ali-əşrafi 
Çü əsü sabit oldu, rəfi qoy gərdunmədar olsun. 
Siracullah nurin istədi düşmən ola xamuş,  
Vəli hyqq istədi ol nur nuri-hər diyar olsun. 


                                            
320 
Mədinə, Kərbəla, mülki-Nəcəf, arzi-Xorasani  
O nur ilə xudavənd istədi kim, nurbar olsun. 
Diyari-Şirvani etdi bir nur ilə həm rövşən- 
Ki, müxlislər gözü rövşən, müxalif çeşmi-tar olsun. 
Əgər məndən sual etsən o nuri-paki-sübhani,  
Çəkib ol istiarətdən deyim qoy aşikar olsun. 
Odur nəsli-Vəli, nuri-cəli, Seyyid Əli Ağa  
Ki, əllamə gərəkdir xidmətində pişkar olsun. 
Fəximü məfxərü əfxəm, əlimü alimü ələm,  
Fahimü müdrikü əzəm, həlimi-bürdü bar olsun. 
Yeganə fazili-Şirvan, mahin sibti-şəhi-Mərdan.  
Ona hər kim olur üdvan yeri darül-bəvar olsun! 
Əlində xaməsi bədxahə olsun əjdəha, yarəb,  
Əsası düşməni-Mərhəb-xisalə Zülfüqar olsun! 
Dimaği-bədsəkah sünbülasa olsun aşüftə,  
Dili-həssadi, ya rəb, lalə kimi dağidar olsun. 
Nə qəm kim, bir əhəddən olmasa karından imdadı,  
Xudavənda, təki Hacı Əhəd aləmdə var olsun! 
O Əbdül Müttəlibzadə ki, yox manəndi dünyadə,  
Səxadə şəni-valadə şəhiri-ruzigar olsun! 
Tiçarət-pişə, xeyr-əndişə, nəxli-izzətə rişə,  
Hünər aslanına bişə həmişə bardar olsun! 
Qılır kuşiş ticarətçün, dili-xəlqi ziyarətçün,  
Bina qoymuş imarətçün, ilahi, üstüvar olsun! 
İlahi, sadiqi-haziq ola hər qövldə sadiq, Vilayi- 
Heydərə vasiq, mühübbi həştü çar olsun!... 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə