Şəbnəm XEYRULLAYEVA
Kitabxana resursları və informasiya
axtarış sistemləri kafedrasının magistrantı
RESPUBLİKA PATENT FONDUNUN MÜASİR VƏZİFƏLƏRİ
Azərbaycan Respublikasının demokratik dövlət və hüquqi cəmiyyət
quruculuğu istiqamətində inamla irəlilədiyi bir dövrdə ictimai-siyasi, sosial-
iqtisadi və elmi-mədəni sahələrdə köklü islahatlar aparılır. Məlumdur ki,
ölkənin əsas inkişaf göstəriciləri onun elminin, texnikasının, iqtisadiyyatının
səviyyəsi ilə ölçülür. Bu səviyyənin yüksəldilməsi üçün isə kitabxanaların,
xüsusilə də elmi-texniki kitabxanaların qarşısında çox böyük məqsədlər və
vəzifələr durur.
Azərbaycanın ilk elmi-texniki kitabxanası 1930-cu ildə “Neftçi” klubu
kitabxanasının bazasında yaradılan AzNeftin Mərkəzi texniki kitabxanası
olmuşdur. 1957-ci ildə bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin
Dövlət Elm və Texniki Komitəsi nəzdində Respublika Elmi-Texnika
Kitabxanasına çevrilmişdir. Bu gün kitabxana Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində
fəaliyyət göstərir. Komitə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27
dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Dövlət Agentliyi statusunda yaradılmış,
Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı
ilə isə Dövlət Agentliyinin əsasında Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinə çevrilmişdir.
Bu gün Respublika Elmi-Texniki Kitabxanası respublikanın nazirlik,
idarə, şirkət və müəssisələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm
və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə
məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab
olunur. RETK respublikanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı,
ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif
şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici
ölkələrin jurnalları və s. özündə əks etdirən, elmi tədqiqat işi və metodik
fəaliyyətlə məşğul olan böyük müəssisədir. Təbii ki, bu kitabxananın fondu da
digər kitabxanaların fondundan xeyli dərəcədə fərqlənir. Kitabxananın
fondunda patentlər, sənaye məmulatı kataloqları, normativ-texniki sənədlər,
informasiya mərkəzlərinin buraxdığı texniki və informasiya vərəqələri,
istehsalat plakatları, elmi-texniki icmallar, xarici sənaye nümunələrinin
mikrofişdə və ultrafişdə pozitiv, neqativ və çoxrəngli fototekası, elmi-texniki
hesabatlar üzrə jurnallar və s. mühafizə edilir.
Kitabxananın fondu özlüyündə bir neçə yerə bölünüb. Əsas fonddan
başqa, Kitabxananın 1967-ci ildə yaradılmış Respublika Patent fondu, 1969-cu
ildə yaradılmış Respublika Normativ-texniki sənədlər fondu və Depozitar
fondu mövcuddur. Hazırda bu fondların hər biri ayrıca təşkil olunmuş
binalarda yerləşdirilmişdir.
Respublika Patent Fondu respublikanın yeganə fondudur ki, ölkə
daxilində və xaricdə nəşr olunan patent ədəbiyyatını özündə əks etdirir. Bu
fond 27 dildə dünyanın 35 ölkəsinin Beynəlxalq və Avropa patent idarələrinin
sənədləri ilə komplektləşdirilir. Fondun əsas tərkibini keçmiş SSRİ-nin patent
ədəbiyyatı təşkil edir. Hazırda fondda 11 milyona yaxın ədəbiyyat toplanıb.
Respublika Patent Fondunda 3 şöbə fəaliyyət göstərir:
1.Komplektləşdirmə şöbəsi
2.Mikrofilm işləmə şöbəsi
3.Xidmət və məlumat-biblioqrafiya şöbəsi
Hər bir şöbənin özünəməxsus iş prinsipi və vəzifə bölgüləri vardır.
Komplektləşdirmə şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:
-
Keçmiş SSRİ-nin dövlət qeydiyyatından keçmiş bütün müəlliflik
şəhadətnamələri və patentləri, patent bülletenləri (kəşflər, ixtiralar),
biblioqrafik bülletenlər (xarici ixtiralar), respublika və başqa ölkələrin patent
sənədlərinin komplektləşdirilməsi;
-
Yuxarıda adları qeyd olunan bütün patent materiallarının elmi və
kitabxana-biblioqrafik cəhətdən işlənməsi;
-
Fondun soraq-axtarış aparatının mərkəzləşdirilmiş və ixtisaslaşdırılmış
kataloq və kartotekalarının tərkibi və redaksiyası;
-
Ərazidə yerləşən idarə və müəssisələrin patent xidməti işçiləri və
kitabxanalar üçün məsləhət guşəsi kimi fəaliyyət göstərməsi.
İxtiralar, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər
tətbiqi xarakterli informasiyalardır. Onların hüquqi mühafizəsi üçün verilən
sənəd isə patent və şəhadətnamədir. Onlar ümumilikdə “patent informasiyası”
adlanır. Patent işinə dair elmi, hüquqi, tədris, metodiki və normativ sənədlər
ümumi halda “patent ədəbiyyatı” anlayışı ilə ifadə edilir.
Respublika Patent fondu Beynəlxalq İxtira Təsnifatının bütün mövzu
rubrikalarına görə çapdan çıxan müəllif şəhadətnamələri ilə (kağız daşıyıcıda,
mikrofilm və mikrofiş halında) komplektləşdirilmişdir. Ümumilikdə
Respublika Patent fondunun tərkibinə aşağıda göstərilən növlərdə patent
sənədləri daxildir:
-
Keçmiş SSRİ-nin patent sənədləri fondu (SSRİ Dövlət İxtiraçılıq
Komitəsinin rəsmi bülletenləri, SSRİ-nin müəllif şəhadətnamələri və
patentlərinə verilən ixtira təsvirləri);
-
Xarici ölkə sənədlərinin fondu (xarici patent idarələrinin rəsmi
bülletenlərinin surətləri və xarici ölkə patentlərinin ixtira təsvirləri mikrofilm
və mikrofiş və kağız daşıyıcılarda);
-
ÜİETMİ-nin rus dilində xarici ölkə ixtiraları haqqında biblioqrafik və
referativ məlumatları əks etdirən bülletenlər;
-
Sənaye nümunələri haqqında məlumat materialları (ayrı-ayrı ölkələrin
sənaye nümunələri fototekası, beynəlxalq təsnifata görə sənaye nümunələrinin
mövzu fototekası halında) patent-lisenziya, patent məlumatı, ixtiraçılığa aid
rəsmi və normativ sənədlər;
-
Keçmiş SSRİ və xarici ölkə sənədlərinə soraq-axtarış aparatı
materialları (ixtira sənədlərinin göstəricisi, nömrəli, sistemli adlı göstəricilər,
kataloq və kartotekalar);
-
İxtiraçılığa, patent hüququ və patent lisenziya məsələlərinə dair tədris,
metodiki və axtarış ədəbiyyatı;
-
İxtiraçılıq və patentşünaslığa dair nəşrlər;
-
Soraq, lüğət ədəbiyyatı;
Göründüyü kimi, Respublika Patent Fondu elə ilk baxışdan sənədlərinin
çeşid zənginliyi ilə diqqəti cəlb edir. Fondun komplektləşdirmə mənbələri də
eyni qədər öz müxtəlifliyi ilə seçilir. Bu mənbələr aşağıdakılardır:
-
İxtiralar və kəşflər komitəsi;
-
“Sənaye mülkiyyəti” bülleteni;
-
Sahə institutlarının nəşrləri;
-
Rusiya Federasiyasının “Патенты и лицензии”, “Интеллектуальный
собственность”, “Изобретатель” jurnalları;
-
Mətbuat mərkəzinin nəşrləri
-
Xarici ölkə bülletenləri
Respublika Patent Fondu həmçinin sənədlərinin forma müxtəlifliyi ilə də
seçilir. Əvvəldə qeyd etdiyimiz kimi, burada təkcə kağız formasında olan
sənədlər qorunmur. Xarici ölkələrin patent bülletenləri mikrofilm şəklində olur.
Belə ki, fondun əhəmiyyətli bir hissəsini təşkil edən 27 xarici ölkə materialları
lent şəklində öz əksini tapmışdır. Fonda daxil olan materiallar Mikrofilm
işləmə şöbəsinin əməkdaşları tərəfindən rulon şəklində işlənilir və dəmir
qutularda stelajlarda yerləşdirilir. Daha sonra isə informasiya istifadəçilərinin
istifadəsinə verilməsi təşkil olunur.
Fondun mütləq miqdarı və dolğunluğu fondun tərkibindəki sənədlərin
miqdarı ilə ölçülür. Bu məqsədlə patent sənədlərinin və patent ədəbiyyatının
hesabat forması xüsusi qaydada aparılır. Patent sənədlərinin fərdi hesabatı
nömrəli qeydiyyat kitabları hesab olunur. Hər bir ölkə üçün fərdi olaraq
nömrəli kitab açılır. Patent ədəbiyyatının fərdi hesabatı isə inventar kitabları
vasitəsilə aparılır.
Respublika Patent Fondunda Komplektləşdirmə və Mikrofilm işləmə
şöbələrinin ümumi işini təbliğ etmək vəzifəsi Xidmət və məlumat-biblioqrafiya
şöbəsinin öhdəsinə düşür. Əvvəldə də qeyd etdiyimiz kimi, həm Respublika
Elmi-Texniki Kitabxanasının, həm də onun tərkib hissəsi hesab olunan
Respublika Patent Fondunun informasiya istifadəçiləri kontingenti öz
intellektual və təhsil səviyyəsi ilə xüsusi olaraq seçilir. Belə informasiya
istifadəçilərinə xidmət etmək üçün kitabxana işçilərindən hərtərəfli biliyə və
elmi-texniki savada malik olmaları tələb olunur. Həmçinin, fondda təşkil
olunmuş geniş məzmunlu Soraq-axtarış aparatı da istifadəçilərin ixtiyarına
verilib.
İstənilən kitabxananın gördüyü işin nəticəsi təbii ki, göstərdiyi xidmətin
kəmiyyət və keyfiyyət göstəriciləri ilə ölçülür. Bu mənada Respublika Patent
Fondunun gördüyü işin bariz nümunəsi olan rəqəm göstəricilərinə müraciət
etmək maraqlı olardı. Bu məqsədlə Respublika Elmi-Texniki Kitabxanasının
2007-ci il hesabatından məlum olur ki, Respublika Patent Fondunda
informasiya istifadəçilərinin sayı 815 nəfər olmuş, 594 gəliş qeyd olunmuşdur.
İstifadəçilərə verilən ədəbiyyat sayı 342989 nüsxə olmuşdur. Fonda bir il
ərzində daxil olmuş ədəbiyyatı isə “Изобретатель, рационализатор”,
“Патенты и лицензии”, “Интеллектуалъный собственностъ” jurnalları,
“Sənaye mülkiyyəti” bülleteni, “Azərbaycan” qəzeti, Azərbaycan Respub-
likasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
tərəfindən təqdim olunmuş 300 nüsxə müxtəlif sənədlər təşkil edib.
Göstərilən faktlardan da aydın olur ki, Respublika Patent Fondu
müstəqilliyimizin ilk illərində - keçid dövründə yaşadığı çətinlikləri tədricən
geridə qoyaraq böyük perspektivlərə doğru addımlayır. Müstəqillik illərində
RETK və həmçinin, Respublika Patent Fondu öz fəaliyyətini informasiya
cəmiyyətinin tələblərinə uyğun qurmaq, oxucuların informasiyaya durmadan
artan tələbatını ödəmək məqsədilə avtomatlaşdırma, yeni kitabxana və
informasiya vasitələri ilə təmin etmə və kitabxana işinin kompüterləşdirilməsi
üçün əməli addımlar atılmağa başlamışdır.
ƏDƏBİYYAT
1.
Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik (3 hissədə.
h. 3). – Bakı: Bakı Universiteti nəşriyyatı, 2010. – 432s.
2.
Rüstəmov Ə.M. Patentlər və əmtəə nişanları:tərtibi, mühafizəsi,
axtarışı. – Bakı, 2004. – 443s.
3.
Rzayeva Z.T. Müstəqillik şəraitində Respublika Elmi-Texniki
Kitabxanasında informasiya axtarış sistemlərinin formalaşması//
Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnal. – 2010. - №2.
– s. 75-82
4.
Respublika Elmi-Texniki Kitabxanasının 1993-2008-ci il hesabatları
5.
Республиканский
патентный
фонд
РНТБ
Госплана
Азербайджанской ССР. – Баку: АзНИИНТИ, 1987. – 136s.
Ш.Дж. ХЕЙРУЛЛАЕВА
СОВРЕМЕННЫЕ ОБЯЗАННОСТИ
РЕСПУБЛИКАНСКОГО ПАТЕНТНОГО ФОНДА
РЕЗЮМЕ
В данной статье освещено современные обязанности Республикан-
ского Патентного фонда. Республиканский Патентный фонд предназ-
начен для удовлетворения информационных потребностей в патентной
документации предприятий, организаций республики, а также отдельных
читателей.
SH.J.KHEYRULLAYEVA
MODERN DUTİES OF REPUBLİCAN PATENT FUND
SUMMARY
This article is devoted modern duties of Republican Patent fund. The
republican Patent fund is intended for reception of the information of the patent
documentation of the enterprises, the republic organizations, and also separate
readers.
Dostları ilə paylaş: |