ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

23 

 

  Deməli  1930-cu  ildə  Şəkidə  baş  vermiş  üsyan  yalnız  iqtisadi  və  siyasi 



hüquqsuzluğa  qarşı  deyil,  həm  də  əsasında  allahsızlıq  dayanan  mənəviyyatsızlığa 

qarşı yüksələn etiraz hərəkatı idi. 




24 

 

 



 

II FƏSİL 

 

BÖHRANIN YETİŞMƏSİ, 

ÜSYANIN İDEOLOJİ-SİYASİ VƏ 

TEXNİK-TƏŞKİLATİ ƏSASLARININ 

HAZIRLANMASI. 

 

   1930-cu il Şəki üsyanının başında Baş Şabalıd kəndinin sakini, savadlı, iti 



zəkaya və poetik ilhama malik olan Molla Mustafa Şeyxzadə dururdu. Onun babası 

Şeyx  Əhməd  saflığı,  dini  dəyərlərə  sonsuz  məhəbbəti,  hörmət  və  ehtiramı  ilə  el-

obanın  gözündə  övliya  səviyyəsinə  yüksəlmişdi.  Xalq  tərəfindən  Şeyx  Əhmədin 

qəbri  üzərində  ucaldılmış  məqbərə  yerli  əhalinin  bu  insana  olan  ehtiramının 

təzahürü idi. Az sonra həmin qəbir-məqbərə Qafqaz miqyaslı ziyarətgaha çevrildi. 

  Üsyan  yatırıldıqdan  sonra  Molla  Mustafanın  həyatının  sonrakı  mərhələsi 

müəmmalar dumanı içində əriyib yoxa çıxır. Məhz onun tərcümeyi-halının həmin 

mərhələsinə  xas  olan  məchulluq  müxtəlif  səpkili  şayiələrin  yayılmasına,  əsassız 

güman və fərziyyələrin meydana gəlməsinə səbəb olmuşdur. 

  Əbdürrəhman  Abdullayevin  yazdığına  görə  Molla  Mustafa  üsyan 

yatırıldıqdan sonra bir müddət gizli şəkildə Tiflis yaxınlığındakı Soğanlıq kəndində 

yaşamışdır.  O  tam  təsadüf  nəticəsində  ələ  keçmişdir.  Xalq  Daxili  İşlər 

Komissarlığının  Balakən  rayon  şöbəsinin  rəisi  Tacəddin  Koltayev  bir  nəfər 

qaraçını at oğurlayarkən yaxalamış. Oğru bağışlanacağı təqdirdə  Sovet dövlətinin 

qəddar  düşmənlərindən  birinin  gizləndiyi  yeri  nişan  verəcəyini  bildirmişdir. 

Beləliklə,  oğru  ilə  enkevedeçinin  sövdələşməsi  nəticəsində  Molla  Mustafa  həbs 

olunmuş  və  qapalı  məhkəmə  vasitəsi  ilə  10  il  müddətinə  azadlıqdan  məhrum 

edilərək sürgünə göndərilmişdir.

21

 

  Molla  Mustafa  Şeyxzadə  haqqında  müxtəlif  xarakterli  söz-söhbətin  baş 



alıb  getməsinə  rəvac  verən  ən  mühüm  amil  Mir  Cəfər  Bağırovun  məhkəməsində 

Padarov  Hacı  Məmməd  İbrahim  oğlunun  verdiyi  ifadə  olmuşdur.  O,  Azərbaycan 

SSR  Baş  Siyasi  idarəsində,  NKVD-də  və  DTN-də  1931-ci  ildən  1954-cü  ilədək 

işləmiş,  müvəkkildən  Azərbaycan  SSR  Təhlükəsizlik  nazirinin  müavini  

vəzifəsinədək  yüksəlmişdir. 

Padarov  məhkəmədə  bunları  söyləmişdir:  «Mənə  məlum  olan  cinayət 

faktlarına diqqət yetirməyi zəruri sayıram. 1930-cu ildə Zaqatala-Nuxa zonasının 8 

rayonunda silahlı əksinqilabi üsyan baş verdi. Həmin üsyanın təşkilatçısı və başçısı 

ruhani  ailəsindən  çıxmış  nuxalı  molla  Şeyxzadə  idi.  Üsyan  yatırılandan  sonra 

                                                           

21

 

«Kommunist» qəzeti. 15 avqust 1988-ci il 



 


25 

 

üsyanın  iştirakçılarına  qarşı  hərbi  çekist  əməliyyatı  aparıldı.  Fövqəladə  üçlüyün 



başçısı Sumbatov idi. Həmin vaxt yüzlərlə adam həbs edildi, güllələndi və sürgünə 

göndərildi.  Lakin  mənə  məlum  olmayan  səbəbdən  üsyanın  təşkilatçısı  Şeyxzadə 

həbs olunmadı. 

   1932-ci  ilin  fevralında  Azərbaycan  BSİ-nin  Balakən  rayonu  üzrə 

müvəkkili işlədiyim zaman öyrəndim ki, Şeyxzadə Tiflisdədir, Türkiyəyə keçməyə 

hazırlaşır. Mən Tiflisə getdim. O vaxtlar məlum idi ki, Şeyxzadənin ingilis və türk 

kəşfiyyatı ilə əlaqəsi var, üsyanı da onların tapşırığı ilə təşkil edib.  Şeyxzadə çox 

təhlükəli  siyasi  cinayətkar  idi  və  törətdiyi  cinayətlər  üçün  güllələnməli  idi.  Mən 

Şeyxzadəni  Bakıya  gətirəndən  sonra  BSİ-yə  təhvil  verdim  və  burada  Sumbatova 

məlumat verdim. Şeyxzadənin işini BSİ-nin müstəntiqi Zeynal Əliyevə tapşırdılar. 

Mən elə güman edirdim ki, Şeyxzadə güllələnib. Ancaq 1937-ci ildə öyrəndim ki, 

Şeyxzadə sağ-salamatdır, qohum-əqrəbası ilə məktublaşır. Mən heyrətə gəldim ki, 

üsyanın  sıravi  iştirakçıları  (onların  arasında  elələri  var  idi  ki,  Şeyxzadə  başlarını 

aldadıb üsyana qoşmuşdu) Sumbatovun əmri ilə güllələnib, üsyanın başçısı, casus 

hələ sağ qalıb. Mən bu barədə Sumbatovla danışdım. O da özünü elə göstərirdi ki, 

guya  Şeyxzadənin  belə  yüngül  cəza  ilə  yaxasını  qurtarması  onu  da  hiddətləndirir 

və söz verdi ki, Şeyxzadənin işinə yenidən baxmaq üçün tədbir görəcək. 

  Əslində isə Sumbatov bu söhbəti gözdən pərdə salmaq üçün edirdi, çünki 

Şeyxzadə  hal-hazırda  sağ  salamatdır.  Onun  harada  yaşadığı  mənə  məlum  deyil, 

ancaq onu bilirəm ki, Nuxada yaşayan ailəsi ondan məktub alır.

22

 

   Əvvəla  unutmaq  olmaz  ki,  bu  ifadə  Sovet  xüsusi  xidmət  orqanlarının 



demək  olar  ki,  bütün  pillələrində  fəaliyyət  göstərmiş  insana  məxsusdur.  Onun 

insanları  qeyri-qanuni  həbs  etməsi  və  istintaq  təcridxanasında  M.C.Bağırovun 

«Şüuru  varlıq  deyil,  döymək  təyin  edir»  tövsiyəsinə  uyğun  olaraq  vəhşicəsinə 

döyməsi faktları elə həmin məhkəmədə aşkarlandı. Çoxlarının taleyini alt-üst etmiş 

bu  amansız  çekistin  özünə  qarşı  irəli  sürülən  ittihamdan  yayınmaq  və  Sovet 

kommunist  sisteminə  sədaqətini  nümayiş  etdirmək  üçün  guya  Yemelyanova  və 

onun timsalında M.C. Bağırova əks mövqedə durduğunu sübut etmək istəyi nəzərə 

alınmalıdır. 

  İkincisi,  Padarov  xidmət  etdiyi  sistemin  xislətinə  sadiq  qalaraq  Molla 

Mustafanı türk və ingilis kəşfiyyatına xidmət etməkdə, əhalini məhz onların təhriki 

ilə  üsyana  qaldırmaqda  günahlandırması  baş  verən  prosesləri  təhrif  etmək 

niyyətindən xəbər verir. 

  Əslində isə qeyd olunduğu kimi xalqı üsyana qaldırmağa sövq edən başlıca 

səbəb bolşevizmin yaratdığı dözülməz sosial-iqtisadi və mənəvi-psixoloji vəziyyət 

olmuşdur. 

                                                           

22

 

Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, «Yazıçı» nəşriyyatı, 1991, səh 5253 



 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə