ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

41 

 

  Siyasi  idarənin  Şəki  şöbəsinin  rəisi  Qasımov  kollektivləşmə  ilə  əlaqədar 



təhkim olunduğu Baş Göynük kəndində, həmin məsələyə həsr olunmuş yığıncaqda 

kolxoz quruluşunun üstün cəhətlərindən bəhs edirdi. Torpaqların, əkin alətlərinin, 

mal-qaranın  və  digər  əmlakın  birləşdirilməsi  nəticəsində  əldə  olunacaq  məhsul 

bolluğu,  güzəranın  xeyli  yaxşılaşacağı,  hamının  bərabər  olacağı  barədə  fikirlər 

onun  çıxışının  məğzini  təşkil  edirdi.  Çıxış  ərzində  Göynüklülər  yerdən  dəfələrlə 

«inanmırıq,  inanmırıq»  -    deyə  söz  atırdılar.  Bu  replikaların  cavabında  Qasımov 

onları hədələyərək: «inanmayanları həbs edəcəyik” - deyir. Kəndlilər isə cavabında 

«bax, buna inanırq, bu sizin əlinizdən gələr»  - deyə onu daha da qəzəbləndirirlər. 

Onların  ev  avadanlığı,  yorğan-döşək  də  birləşdiriləcəkmi?-  sualına  Qasımovun 

verdiyi hətərən-pətərən cavab çaşqınlığın daha da artmasına səbəb olur. 

  Bu  yığıncaqdan  sonra  Qasımovun  hədə-qorxusundan  ehtiyat  edən  Yunus 

və Kərim qaçaq düşdülər. 

  XX əsrin 20-ci illərində Azərbaycan - türkün bu qədim arealı bolşevizmin 

repressiyası  ilə  üz-üzə  qaldıqda  tarixin  bütün  qorxunc  dövrlərində  olduğu  kimi 

yenə  də  Türkiyənin  timsalında  özünün  xilaskarını  görürdü.  Xalq  siyasi  reallığı 

nəzərə almadan sadəlövh bir ümidlə Türkiyəyə baxırdı. Üsyana hazırlaşan qüvvələr 

də can atdıqları məqsədlərə çatmaq üçün Türkiyə faktoruna ciddi önəm verirdilər. 

  Bu  amilə  rəsmi  dairələr  də  diqqət  yetirmiş  və  Türkiyə  faktorunu  Şəki 

üsyanı  ilə  bağlı  tərtib  etdikləri  müxtəlif  xarakterli  sənədlərin  predmetinə 

çevirmişdilər. Üsyan yatırıldıqdan sonra həbs edilən şəxslərin Türkiyə ilə əlaqədar 

verdikləri ifadələr bolşevik müstəntiqlərin diqqət mərkəzində olmuşdur. 

  Dairə  partiya  komitəsinin  məlumatındakı  bəzi  məqamlara  diqqət  yetirək 

«...Zaqatala-Nuxa 

dairəsinə 

gəlmiş 

aeroplanlar 



xəbərdarlıq 

vərəqələri 

atmadıqlarından  üsyançılara  imkan  vermişdir  ki,  əhali  arasında  bu  aeroplanların 

Türkiyəyə məxsus olması haqqında təbliğat aparsınlar. 

  Xalq  komissarı  Qorçayevanın  Azərbaycanın  mahallarındakı  vəziyyətdən 

bəhs edən 445 saylı məktubunda belə bir epizod var: «Üsyançılar SSRl-nin bir sıra 

şəhərlərini  Türkiyə  və  İran  tərəfindən  alındığı  bu  ölkələrlə  müharibə  başlandığı 

barədə fitnəkar xarakterli məlumatlar yayırlar»

36



  Xalqı  üsyana  təhrik  edən  qüvvələr  sovet  hökumətinin  tezliklə  yıxılacağı 



barədə  şayiələr  yayır,  əhaliyə  ərzaq  paylayır  və  həmin  ərzağın  aeroplanlarla 

Türkiyədən gətirildiyini bildirirdilər. 

37

 

  Həbs  edilmiş  üsyançı  Abdurrahman  Nağıbəyovun  1930-cu  il  mayın  4-də 



verdiyi  ifadə:  «Təxminən  1929-cu  il  mart  və  ya  aprel  ayında  Qaşqaçay  kəndinin 

sakini Həmid Molla Kərim oğlu (dəmirçi) mənimlə söhbətində bildirdi ki, şayiələr 

gəzir, tezliklə türklər Azərbaycana gələcəklər və hakimiyyəti öz əllərinə alacaqlar. 

                                                           

36

 Baş Arxivlər idarəsi. f. I, s. 231, iş 53, v. 121 



37

 

Baş Arxivlər idarəsi. f. 255, iş 56, v. 38-47 



 


42 

 

Əhali  arasında  buna  hazırlıq  görülür.  Mənim  «bu  şayiələrin  mənbəyi  kimdir» 



sualıma Həmid cavab verdi ki, o kəndləri gəzib Sovet hakimiyyətini devirmək və 

türklərlə görüş üçün hazırlıq işi aparan bir şəxs ilə söhbət aparmışdır. Bu şəxsin nə 

familiyasını, nə də adını Həmid söyləmədi, lakin o dedi ki, bu adam Zaqatala-Nuxa 

mahalının  bir sıra  kəndlərində  olmuş, sonra  isə  Dağıstana  getmişdir. 1929-cu ilin 

may ayında, Qax kəndində mən təsadüfən Balacayev Sadıx bəylə görüşdüm, o da 

mənə  türklərin  gəlməsi  və  Azərbaycanı  ələ  keçirəcəkləri  haqqında  şayiələrin 

gəzməsi haqqında danışdı. Bu şayiələrin haradan əmələ gəlməsi barədə Balacayev 

mənə heç nə demədi. Mən də öz növbəmdə bu şayiələrin olmasını təsdiq etdim və 

onu  da  qeyd  etdim  ki,  bu  haqda  Həmiddən  eşitmişəm.  1930-cu  ildə,  təxminən 

fevral ayında mən Qax kəndində yenidən Balacayevlə görüşdüm, o yenə də mənə 

türklərin  gəlməsi  barədə  şayiələrin  gəzdiyini  bildirirdi.  Mən  ona  dedim  ki,  bu 

şayiələrin  haqqında  çoxdan  danışırlar,  lakin  hələlik  heç  nə  yoxdur.  Sadıx  bəy 

çiynimə əlini vuraraq dedi: «Görərik». Bununla da, Sadıx bəylə söhbətimiz bitdi və 

bu günə kimi mən onunla görüşmədim. 

  Mart  ayının  sonunda  mənimlə  görüşən  Həmid  yenə  də  türklərin  tezliklə 

gəlməsi  haqqında  şayiələrin  yenidən  yayılması  barədə  söhbət  açdı.  Mən  buna 

biganəliklə  yanaşdım,  çünki  türklərin  gəlməsinə  ümidimi  itirmişdim.  Bu  haqda 

Həmidə heç bir söz demədim»

38



  Nümunə  kimi  gətirdiyimiz  məhdud  saylı  faktlar  bir  daha  sübut  edir  ki, 



1930-cu  ildə  Azərbaycan  xalqı  mənəvi  və  fiziki  köləliyə  etiraz  edərkən  yenə  də 

gözünü ümidlə Türkiyəyə dikmişdi. Fikrimizi daha  dəqiq ifadə  etsək, Türkiyənin 

gələcəyi  konkret  işlərdən  asılı  olmayaraq  həmin  etirazın  əsasında  duran  cəsarat 

milli ruhdan qida alırdı. 

                                                           

38

 



Cəlal Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 108-109

 

 




43 

 

 



III FƏSİL  

 

ÜSYANIN BAŞLANMASI, GEDİŞİ VƏ NƏTİCƏSİ 

 

  Müqavimət  hərəkatı  məmləkətimizin  milli  istiqlalına  son  qoyan  28  aprel 



təcavüzünün  10-cu  ildönümü  günü  başlanmalı  idi.  Lakin  Qala  adlanan  Şəki 

həbsxanasına  və  Zaqatalada  kooperativlərə  edilən  hücumlar  hərəkatın  vaxtından 

əvvəl  başlanmasına  səbəb  oldu.  Kortəbiiliyə  yol  verməmək  üçün  edilən  cəhdlər 

istənilən nəticəni vermədi. Mustafa bəy Əlicanbəyov üsyançıları razılıq verilməyən 

fərdi  hərəkətlərdən  çəkindirmək  məqsədilə  Əli  adlı  əməkdaşını  Zaqatalaya 

göndərir. Lakin artıq gec idi. 

  Çox  güman  ki,  üsyançıların  Qalaya  vaxtından  əvvəl  baş  verən  hücumu 

Molla  Mustafanın  sürgün  ərəfəsində  orada  həbsdə  saxlanılan  əmiləri  Molla 

Sadəddinlə  Molla  Məhəmmədi  xilas  etmək  məqsədi  daşımışdır.  Ancaq  Qala  ələ 

keçiriləndə  məlum  oldu  ki,  üsyançılar  gecikmişlər.  Dustaqlar  bir  neçə  gün  əvvəl 

sürgün edilmişdilər... 

  Azərbaycanın  8  rayonunu  əhatə  edən  üsyan  hərəkatının  mərkəzi  Şəkinin 

Baş Göynük  kəndi idi.  Bolşevizmə  asi çıxan qüvvələr bura  toplaşaraq 1930-cu il 

aprelin 12-dən 13-nə keçən gecə dərhal çıxış etmək haqqında qərar qəbul etdilər. 

  Haşiyə: Göynük qədim türk tayfalarından birinin adı olmuşdur. Anadoluda 

və Cənubi Qafqazda ta qədimdən eyni adlı yaşayış məntəqələrinin mövcud olması 

bu ərazilərin türk arealı olduğunu bir daha təsdiqləyir. 

  Göynüklülərin  tarixi  yaddaşında  çarizmin  müstəmləkə  zülmünə  qarşı 

yüksələn 1807-ci il üsyanı ilə bağlı faktlar və adlar qalmışdı. Həmin il aprel ayının 

28-də başlanan üsyana sultan Murad başçılıq edirdi. Cəfərqulu xan, İlisu sultanı və 

mayor Qrekovun birləşmiş qüvvələri ilə  üsyançılar arasında  həlledici döyüş Bürc 

dərəsində  baş  verdi.  Toplarla  silahlanmış  çar  qoşunu  üsyançıları  məğlub  etdi. 

Sultan  Murad  üsyandan  sonra  həbs  olunsa  da  həbsxanadan  qaçıb  Car  Balakən 

ərazisində mübarizəni davam etdirmişdir.

39

 

Dövlət  Siyasi  İdarəsinin  müvəkkili  Qasımov  Zaqatala  rayonunda  əhalidə 



olan  qeyri-qanuni  silahları  müsadirə  edib  geri  qayıdarkən  üsyançılar  tərəfindən 

yaxalanır  və  Göynük  kəndinə  gətirilərək  öldürülür.  Komsomol  təşkilatında  kənd 

özəyinin katibi Züleyxa və digər kolxoz fəalları da qətlə yetirilirlər. Göynükdə baş 

verən  hadisələr  haqqında  rayon  partiya  komitəsinin  birinci  katibi  Riza  Babayevə 

məlumat verən rabitə işçisi də məhv edilir.  

  Molla  Mustafa  camaat  qarşısında  çıxış  edərək  bildirir  ki,  artıq  Sovet 

hökuməti  mövcud  deyil.  Bu  hökumət  indi  nə  Petroqradda,  nə  Moskvada,  nə  də 

Bakıda fəaliyyət göstərmir. Namuslu və nüfuzlu insanların torpaqlarını və qiymətli 

                                                           

39

 Cavadova. Şimal-Qərbi Azərbaycan. Bakı, 1999 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə