ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   2   3   4   5   6   7   8   9   ...   35

15 

 

  Şəkiyə  rəhbər  işə  göndərilən  şəxs  isə  Şaumyanın  yaxın  adamı  Ter-



Qriqoryan  idi.  Onun  qısa  müddətli  hakimiyyəti  dövründə  qəzada  milli  zəmində 

toqquşmalar nəticəsində Şəkinin 20 kəndi viran edildi. 

  Qəzada əhalinin müsibətlərinə son qoymaq üçün qərara alındı ki, Gəncədə 

yerləşən milli hökumətə  müraciət edilsin. Ora  yollanan nümayəndə  heyətinə Şəki 

şəhər  bələdiyyəsinin  rəis  müavini  Mahmud  bəy  Fərzəlibəyov  rəhbərlik  edirdi. 

Lakin onlar Kiş çayı sahilində, bəndin yaxınlığında basqına məruz qaldılar.  

Mahmud  bəy  Fərzəlibəyov  və  Məşədi  Cabbar  Dadanovdan  başqa 

nümayəndə heyətinin üzvləri qətlə yetirildi.

7

 

  20-30-cu  illərdə  Sovet  hökumətinin  Şəkidə  törətdiyi  bütün  cinayət 



xarakterli əməllərdə əli olan  “ispolkom” Ələşrəf 1927-ci ildə Şəkidə çap etdirdiyi 

«Şəki  keçmişdə  və  indi»  kitabçasında  bu  hadisəni  başqa  variantda  təqdim  edir. 

Onun  yazdığına  görə  erməni  qoşununun  Gürcüstan  vasitəsilə  Şəkiyə  gələcəyi 

barədə şayiələr yayılır. Guya bu qüvvəni qarşılamaq üçün Haşım bəy Əmircanovun 

rəhbərliyi ilə nümayəndə heyəti göndərilir. Əvvəlcə nümayəndə heyətinə rəhbərlik 

üçün  Ədilxan  nəzərdə  tutulsa  da  sonra  Haşım  bəylə  əvəz  olunur.  Şəki  şəhər 

bələdiyyəsinin rəis müavini Mahmud bəy Fərzəlibəyov, Meşədi Cabbar Dadanov, 

erməni millətinin nümayəndələri Muxak Bayaxçı oğlu, Şaşa Məlik Allahverdov və 

iki nəfər  mühafiz  həmin heyətin tərkibində  idi.  Yuxarıda  deyildiyi kimi Mahmud 

Fərzəlibəyov  və  Məşədi  Cabbar  Dadanovdan  başqa  onların  hamısı  Kiş  çayı 

sahilində, bəndin yaxınlığında qətlə yetirildilər. 

  Tarixən  milli  təəssübkeşlik  əhval-ruhiyyəsi  ilə  köklənən  şəkililər 

istiqlaliyyət  dövründə  ümummilli  problemlərin  həllində  də  yaxından  iştirak 

edirdilər.  Daşnak  təcavüzünün  qarşısını  almaq  üçün  Şəkidən  Zəngəzura  400 

nəfərdən ibarət süvari hissə göndərilmişdir. Eyni zamanda Zəngəzurun dağıdılmış 

kəndlərindən qaçqın düşmüş 5000 adam qəzada yerləşdirilmişdi. 

8

 

1919-cu  il  may  ayının  28-də  Şəki  Bayram  ovqatında  idi.  İstiqlaliyyətin 



birinci  ildönümü  qeyd  olunurdu.  Küçələrə  qələbəlik,  insanların  simasına  sevinc 

ifadəsi,  qəlblərinə  isə  müstəqilliyin  ilk  ilinin  gətirdiyi  fərəhli  yekunlardan  irəli 

gələn milli qürur hissi hakim kəsilmişdi. 

  Həmin  gün şəhərin  müxtəlif yerlərində  yarmarkalar təşkil edilmişdi. Xalq 

üçlüyünün  ifasında  səslənən  muğamlar,  mahnılar  qara  zurnanın  hay-harayına 

qovuşaraq  qəribə  bir  ahəngdarlıq  yaratmışdı.  Xan  sarayını  əhatə  edən  qala 

divarlarının  önündə  müsavatçı  çavuş  Əhmədağa  Yusifbəyovun  qəbul  etdiyi  hərbi 

rəsmi-keçid  bayram  şənliklərinə  xüsusi  təntənə  gətirdi.  Cümhuriyyətin  nazirlər 

kabinetinin  sədri  Nəsib  bəy  Yusifbəyovun  xalqa  ünvanlanan  nikbin  məzmunlu 

müraciəti oxunduqdan sonra camaatın əhval-ruhiyyəsi daha da yüksəldi. 

                                                           

7

 Əfəndiyev. Şəki Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti illərində. Şəki, 2003, səh. 6 



8

 

V.Çıraqzadə. İstiqlal yollarında. Azərnəşr, Bakı, 1992, səh. 58 



 


16 

 

  Bəli,  müstəmləkə  əsarəti  adlı  hərarətli  vəziyyətdən  xilas  olmuş  xalq  ürək 



dolusu sevinir, həyatın bütün sahələrini əhatə edən geniş quruculuq işləri aparırdı. 

   Həm  də  dövlət  quruculuğu  daşnak  təcavüzünün  gətirdiyi  çətinliklər,  öz 

varlığını  işğallardan  kənarda  təsəvvür  etməyən  «şimal  ayısının  təhdidləri  və 

nəhayət  daxili  satqınların  fitnə-fəsadları  şəraitində  gedirdi.  Bolşevik  mərəzinə 

yoluxmuş məhdud bir zümrə adamları kommunistlərin sıralarına cəlb etmək üçün 

ərzaq paylamağa qədər müxtəlif vasitələrə əl atırdılar. Partiyaya daxil olan hər bir 

Şəkili 3 kq mampası konfeti və 2 qutu çayla mükafatlandırılırdı. 

   Şəkidə  milli  hakimiyyətin  nüfuzdan  salınmasına  xidmət  edən  təbliğatın, 

fəhlələri  tətillərə  sövq  edən  çağırışların  və  digər  təxribat  xarakterli  əməllərin 

törədilməsində  Abid  Əfəndiyev,  Məmmədəmin  Şəkinski  və  Mustafa  Quliyev 

aparıcı  rol  oynayırdılar.  Bu  bolşeviklər  siyasi  xarakterli  aksiyaların 

hazırlanmasında  və  həyata  keçirilməsində  xüsusi  səriştəyə  malik  olan  peşəkarlar 

idi. 

  Məsələ  burasındadır  ki,  Abid  Əfəndiyev  və  Məmmədəmin  Şəkinski  Orta 



Asiyada,  Mustafa  Quliyev  isə  Kiyevdə  bir  müddət  bolşevik  təbliğatının  təşkili 

prosesində  iştirak  etmişdilər.  Hətta,  M.  Şəkinski  «Hümmət»  bolşevik  təşkilatının 

Aşqabad komitəsinin məsul katibi kimi fəaliyyət göstərmişdi. Onlar «Hümmət»in 

qərarına əsasən inqilabi iş aparmaq üçün Azərbaycana gəlmişdilər. 

  Ukraynadan  Azərbaycana  dəvət  edilmiş,  Bakıda,  Lənkəranda  daha  sonra 

Şəkidə  milli  hökumətə  qarşı  mübarizə  aparmış  M.Quliyev  Azərbaycanda  sovet 

hökuməti  qurulduqdan  sonra  maarif  komissarı  vəzifəsinədək  yüksəlmişdir.  Lakin 

milli hökumətə qarşı bolşevizmin təntənəsi naminə mübarizə aparan bu bolşevik də 

digərləri kimi kütləvi repressiyanın şahə qalxdığı dövrdə xalq düşməni kimi «ifşa» 

olundu. 


O,  Azərbaycan  SSR  Xalq  Daxili  işlər  Komissarlığının  təqdimatına  əsasən 

1937-ci  il  iyulun  5-də  Odessa  şəhərində  həbs  edilərək  Bakıya  göndərildi. 

M.Quliyevə qarşı irəli sürülən ittihamnamədə bildirilirdi ki, 1924-cü ildən bolşevik 

partiyasının  baş  xəttinə  qarşı  çıxışlara  başlamış,  1926-cı  ildə  Xalq  Maarif 

Komissarı  işləyərkən  millətçi  ittihad  təşkilatına  rəhbərlik  etmiş  və  şəxsən  həmin 

təşkilatın Şəkidəki özəyini yaratmışdır. Daha sonra qeyd olunurdu ki, o, Moskvada 

yaşayarkən  Ə.Qarayevlə  əlaqəyə  girərək  onun  rəhbərliyi  altında  əksinqilabı 

fəaliyyətini  davam  etdirmişdir.  Qazaxıstanda  yaşadığı  dövrdə  də  eyni  məzmunlu 

siyasi  fəaliyyət  göstərmişdir.  M.Quliyevin  əsas  məqsədi  silahlı  yolla  SSRİ-dən 

ayırmaq olmuşdur. Əlbəttə bütün bunlar cəfəngiyatdan başqa bir şey deyildi. Milli 

hökumətə qarşı güzəştsiz mübarizə aparan bir şəxs belə niyyətlərdən çox-çox uzaq 

olmuşdur. O, sadəcə olaraq, nədənsə M.C.Bağırovun qəzəbinə tuş gəlmişdir.  

  Mustafa Quliyev 1938-ci il iyul ayının 3-də SSRİ Ali Məhkəməsinin Hərbi 

kollegiyasının qərarı ilə güllələndi. 

  Azərbaycanda  Sovet  hökuməti  qurulduqdan  sonra  əvvəllər  müxtəlif 

vasitələrlə kommunist bolşeviklər partiyasının sıralarına cəlb edilmiş adamların bir 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə