ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

28 

 

həmçinin  siyasi  idarənin  günahsız  fəhlələri,  kəndliləri  həbs  etməsindən,  iqtisadi 



dağıntılardan bəhs olunur. 

   1930-cu  il  fevralın  20-də  bir  nəfər  işsizin  əlində  «oxu  və  sonra  ötür» 

sözləri yazılmış xalqa ünvanlanan müraciət tutulub. Müraciətdə deyilir ki, SSRİ-də 

din  təqib  olunur.  Məscidlər,  kilsələr  Sovet  hakimiyyəti  orqanları  tərəfindən  ləğv 

olunur. Sovet hökumətindən tələb olunmalıdır ki, aldığı ibadət yerlərini və qiymətli 

əşyaları geri qaytarsın. 

23

 

  Üsyana  hazırlıq  işinin  bütün  çətinliklərini  çiyinlərində  daşıyan  şəxslərin 



səyi  hesabına  Zaqatala-Nuxa  bölgəsinin  bir  çox  yaşayış  məntəqələrində  35 

nəfərdən ibarət kiçik silahlı dəstələr yaradılmışdı. Onların ümumi sayı 150 nəfərə 

çatmışdı.  Üsyanın başlanacağı təqdirdə  silahlı qüvvəni 600 nəfərə  qədər artırmaq 

ehtimalı da nəzərə alınmışdı. 

   1930-cu  ilin  mart  ayında  Molla  Mustafanın  yaxın  silahdaşı,  Göynük 

kəndinin  sakini  Yunus  Tiflisə  gedərək  yarı-gizli  şəkildə  yaşayan  Şəkinin  keçmiş 

bəyi Mustafa bəy Əlicanbəyovla görüşür.  

   Üsyana  hazırlaşanların  məqsədi  onun  vasitəsi  ilə  müsavatçılarla  əlaqə 

yaratmaq, eyni zamanda Mustafa bəy Əlicanbəyovu üsyana rəhbərlik üçün Şəkiyə 

dəvət etmək idi. Mustafa bəyin sonrakı fəaliyyəti sübut edir ki, üsyanda yaxından 

iştirak etmək üçün edilən təklifi qəbul etmiş və bu məqsədlə 1930-cu ilin aprelin 2-

də  Bakıya  gəlmişdir.  O,  Bakıda  olarkən  hərəkatın  perspektivindən  bəhs  edərək 

bildirmişdi ki, əgər üsyanın başlanğıc mərhələsində müvəffəqiyyət əldə olunarsa və 

üsyançıların  müqaviməti heç  olmasa  bir ay davam edərsə, Qarabağ  mahalında  da 

üsyanın başlanması zəruridir. Çünki bolşevik rejiminin törətdiyi fəsadlar orada da 

əhalinin  narazılığını  son  həddə  çatdırmışdı.  Onun  mülahizələrinə  görə  ümumi 

üsyan  Şəkidən  başlanmalı  idi.  M.Əlicanbəyovu  bu  qənaətə  gəlməyə  sövq  edən 

başlıca  səbəb  burada  kolxoz  quruculuğu  zamanı  əhaliyə  qarşı  yönəlmiş 

qanunsuzluq və zorakılıq hallarına görə müqavimətin sürətlə artması idi. Torpaqla 

bağlı  ümidi  puç  olmuş  kəndlilər,  Sovet  hakimiyyətinə  qarşı  asi  düşərək  dağlara 

qalxan qaçaqlar müqavimətin əsasını təşkil edirdilər. Elə rəsmi dövlət qulluğunda 

olan  şəxslərin  də  bir  çoxu  xalqın  maddi  və  mənəvi  həyatına  qarşı  yönələn 

zorakılıqlardan narazı idilər. Bolşevik rejiminin siyasi və sosial bazasının məhdud 

olması  bu  qənaəti  daha  da  möhkəmləndirirdi.  On  minlərlə  əhalinin  yaşadığı  Şəki 

rayonunda cəmi 800 nəfər kommunist var idi. Burada hərbi hissə də yox idi. Hətta 

milis işçiləri də antibolşevik əhval-ruhiyyə ilə köklənmişdilər. 

  Üsyançıların demək olar ki, bütün dövlət idarələrində öz adamları var idi. 

Onlar  hakimiyyət  orqanlarının  fəaliyyəti  haqqında  üsyana  hazırlaşan  qüvvələrə 

müntəzəm  məlumatlar  verirdilər.  M.Əlicanbəyovun  bildirdiyinə  görə  Şəki  hərbi 

                                                           

23

 

Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 62, v. 140



 

 



29 

 

komissarlığında  5  nəfər  əməkdaşdan  3  nəfəri,  milisdə  və  digər  təşkilatlarda 



çalışanların yarıya qədəri onların adamları olmuşdur. 

24

 



  Beləliklə,  1930-cu  ilin  yazında  Şəkidə  üsyanın  başlanması  üçün  ilkin 

şərtlər  tam  yetişmişdi.  Hərəkat  kənddən  başlandı.  Çünki  kütləvi  kollektivləşmə 

kəndlini torpağa sahiblik hüququndan məhrum edilməsinə gətirib çıxarırdı. Torpaq 

isə  kəndlinin  həyatının  təminatı  üçün  başlıca  şərtdir.  O,  torpaq  uğrunda  üsyana 

qalxmaqla  ailəsi  və  öz  həyatı  uğrunda  ölüm-dirim  mücadiləsinə  başlamış  olurdu. 

Bütövlükdə üsyanın hərəkətverici qüvvəsi yüz illərin sınağından çıxmış əxlaqi-etik 

baxışları,   dini   məfkurəni,   iqtisadi   münasibətləri   və   istiqlaliyyət düşüncəsini 

təmsil edən zümrə idi. 

  AK(b)P  Zaqatala-Nuxa  dairə  komitəsinin  sədri  Əmiraslanov  və 

informasiya şöbəsinin rəhbəri Ayrapetovun AK(b)P MK-ya 10-20 aprel 1930-cu il 

tarixdə  baş  vermiş  hadisələr  haqqında  “məxfidir”  qrifi  ilə  verdikləri  məlumat  da 

yuxarıda  yazılarından təsdiq edir: «Hadisələrin məzmunu və istiqaməti sübut edir 

ki,  din  xadimlərinin,  qolçomaqların  və  banditlərin  başçılıq  etdiyi  üsyan  siyasi 

xarakter kəsb edir. Üsyana uzun müddət hazırlıq işi görülüb. 

  Hərəkat  Azərbaycan  SSR-nin  digər  dairələri  ilə  əlaqəlidir  və 

müsavatçıların, ittihadçıların rəhbərliyi altında sovetləşmənin 10 illiyi ilə əlaqədar 

başlanacaq ümum Azərbaycan üsyanının tərkib hissəsidir. 

  Qeyd  etməyi  vacib  hesab  edirik  ki,  xan-bəy,  qolçomaq-bandit  ünsürlər 

quruculuğumuzun  çətinliklərindən,  kəndlilərin  ayrı-ayrı  narazılıq  hallarından 

istifadə  edərək Sovet  hakimiyyətinə  qarşı çıxmışlar. İslam  uğrunda  şüarı  ilə çıxış 

edərək  fitnəkarlıqla  öz  ətraflarına  xeyli  zəhmətkeş  kəndliləri  cəlb  edə  bilmişlər. 

Uzun müddətli hazırlıqdan güdülən başlıca məqsəd kəndlilərin əhval-ruhiyyəsində 

dəyişiklik  etmək  və  beləliklə  üsyan  üçün  əlverişli  mühit  yaratmaq  olmuşdur. 

Üsyana  hazırlıq  son  3  ayda  daha  intensiv  xarakter  kəsb  etmişdir.  Bu  isə  kənddə 

kapitalist elementlərə qolçomaqlara, din xadimlərinə sosializmin geniş hücumu ilə 

əlaqədar  idi.  Bunu  kolxozçu  kəndlilərin  öldürülməsi,  təhqir  edilməsi,  kənd 

aktivlərinin qorxudulması kimi halların artması da təsdiq edir. 

  Sovet  hökumətinin  tezliklə  yıxılacağı,  kəndlilərə  şəkər  və  digər  ərzaq 

məhsulları  verilərkən  bunların  aeroplanlarla  Türkiyədən  gətirildiyi  haqqında 

şayiələr yayılmışdı. Onlar özlərini dini dəyərlərin himayəçisi kimi təqdim edərək, 

«islam uğrunda» şüarı ilə çıxış edərək aşağıdakı tələbləri irəli sürmüşlər: 

 

1. Din əleyhinə təbliğata son qoyulsun. 



2. Məscidlərə sərbəst getmək azadlığı verilsin. 

3. Məktəblərdə şəriət dərsləri tədris olunsun. 

                                                           

24

 



Cəlal Qasımov. Yaddaşın bərpası. Bakı, «Mütərcim» nəşriyyatı, 1999, səh. 105-108 (müəllif MTN-

in arxivindəki sənədlərə istinad etmişdir) 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə