ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   2   3   4   5   6   7   8   9   ...   35

 

daşnaklara qarşı rəşadətlə vuruşan və Əsgəran ətrafında onları böyük məğlubiyyətə 



uğradan Bəhram bəy Nəbibəyov idi. 

  Kitabda  müqavimət  hərəkatının  üzvlərindən  biri  olan  Hüseyn  bəy  Əsəd 

oğlu ilə Göyçay rayon hərbi komissar vəzifəsinə yüksələn qardaşı Əlibala arasında 

gedən söhbət çox ibrətamizdir. Kommunist Əlibala Hüseyn bəyə Sovet hökumətinə 

qarşı  çıxmamağı,  silahı  yerə  qoymağı  təklif  edərkən  Hüseyn  bəyin  ona  verdiyi 

cavab qarşısında sarsılmamaq mümkün deyil: 

   -      Mayasında  allahsızlıq  olan  Lenin  bayrağı  altında  yalnız  satqınlar 

yaşaya bilər mən yox. 

   O  gün  üçün  bu  söz  elə  belə  deyilmiş  söz  kimi  də  görünə  bilərdi.  Amma 

biz  bu  gün  görürük  ki,  Hüseyn  bəy  nə  qədər  haqlı  imiş.  Biz  bu  gün  gördük  ki, 

həqiqətən mayasında allahsızlıq olan bayrağın altında yalnız satqınlar yaşaya bilib. 

Mən  Hüseyn  bəyin  bu  sözünü  həyəcansız  oxuya  bilmədim.  Ana  təbiəti  və  insan 

təbiətini  zorlayan  Sovet  rejiminə  qarşı  haqq  və  ədalət  bayrağı  qaldırmış  Hüseyn 

bəy kimi şəxsiyyətlərin bu gün xalqa tanıdılması bu günki nəslə nə qədər lazımdır. 

Çünki  xalq  yalnız  belə  əyilməz  şəxsiyyətlərin  sayəsində  özünü  dərk  edir  və  öz 

gücünə inanır. 

  Ölkənin  8  rayonunu  əhatə  edən  hərəkatın  mərkəzi  Baş  Göynük  kəndi  idi. 

Aprelin  12-dən  13-nə  keçən  gecə  üsyan  başlayır.  Şəki  əyalətinin  rayon  mərkəzi 

üsyançıların əlinə keçir. Sağ qalan kommunistlər poçt idarəsində gizlənir və oradan 

Bakıya  xəbər  göndərirlər.  2  gündən  sonra  Mir  Cəfər  Bağırovun  rəhbərliyi  ilə 

ruslardan ibarət zirehli avtomobillərlə silahlanmış ordu şəhəri mühasirəyə alır. Qan 

su yerinə axıdılır. Son ölüm-dirim döyüşündə üsyançıların bir qismi həlak olur, bir 

qismi isə dağlara çəkilir. O vaxtkı yerli kommunistlərdən biri xalqa müraciət edir: 

   -      Sizin  həmyerlilərinizdən  biri  cəlladların  əli  ilə  qətlə  yetirilərkən 

demişdir:  «Sovet  hökuməti  var  və  olacaqdır.  Leninin  göstərdiyi  parlaq  gələcək 

uğrunda mübarizə aparanların sırası daha da sıxlaşır». 

  Bu  yerdə  H.Manaflının  qələmi  publisistikaya  keçir.  «Görəsən  hansı 

gələcəkdən  bəhs  olunurdu?  1937-ci  il,  1930-cu  il  üçün  gələcək  idi.  Bəlkə  həmin 

gələcəkdən söhbət gedirdi?... 1937-ci ildə hər səhər dan yerindən boylanan günəşin 

al-qırmızı şəfəqləri gecə ikən güllələnmiş soydaşlarımızın yerdə göllənmiş qanında 

bərq  vururdu.  Doğrudanmı  kimsə  belə  gələcək  üçün  qan  tökməyi  özünə  rəva 

bilərdi?» 

  Burada  müəllif  kommunist  rəhbərin  vəd  etdiyi  1937-ci  ilin  dəhşətli 

«gələcəyi»ni  çox  böyük  ustalıqla  poeziya  səviyyəsində  mənalandırmaqla  70  il 

xalqa  «gələcək  deyə-deyə  yalan  vədlər  verib  aldadan  rəzil  rejimin  əsil  simasını 

açmışdır. Müəllif demişkən bəlkə də həmin kommunist rəhbər «Gələcək» deyərkən 

bu rejimin xalqın başına gətirəcəyi dəhşətli faciələrdən xəbər verirdi?! 

  Beləliklə,  «Gələcəklə  bağlı  yazılmış  bu  parça  əsil  poeziya  və 

ümumiləşdirmə nümunəsidir. Kitabda belə məzmunlu parçalar istənilən qədərdir. 



 

  Arada-bərədə eşidirik: «Bizim xalq zülmə baş əyən müti xalq olduğundan 



Sovet imperiyasının zorakılığına 70 il dözüb susdu». 

  Amma yaxın tariximizi yaxşı bilən, onu Sovet təbliğat kitablarından deyil, 

həyatdan öyrənənlər belə düşünmür. 1920-ci illərdə Gəncə və Şamaxı, 1930-cu ildə 

Şəki,  Zaqatala  üsyanları,  1940-cı  illərdə  üstü  açılan  tələbə  təşkilatları,  50-ci 

illərdən  sonra  yaranmağa  başlayan  dissident  ədəbiyyatını  inkar  etmək 

mümkündürmü?...  1988-ci  ildəki  Meydan  hərəkatında  öz  başlanğıcını  həmin 

üsyanlardan,  tələbə  təşkilatlarından,  və  dissident  ədəbiyyatından  götürdüyünü 

unutmamalıyıq. 

  Mən  bir  vətəndaş  və  qələm  sahibi  kimi,  Şəki  üsyanının  yaranma 

səbəblərini,  gedişatını,  hazırlıq  və  başlanma  məqamlarını,  öndə  gedən 

qəhrəmanlarını  böyük  zəhmət  və  səbirlə  üzə  çıxaran  Həbibulla  Manaflıya  dərin 

minnətdarlığımı  bildirir,  bir  arzumu  da  çatdırmaq  istəyirəm.  Əlimizdəki  kitab 

üsyanın  başlanması  və  dağılması  tarixini  əhatə  edir.  Amma  üsyanın 

yatırılmasından  sonra  da  davam  edib  partizan  hərəkatına  çevrilməsi  Şəki  əhlinə 

yaxşı  məlumdur.  Ona  görə  də  arzu  edərdim  ki,  üsyanın  birinci  mərhələsi  ilə 

bərabər  sonuncu  qaçağın  qırxıncı  illərdə  öldürüldüyünü  nəzərə  alaraq  hərəkatın 

ikinci  mərhələsi  olan  partizan  (qaçaqçılıq)  hərəkatı  haqqında  yazılmasını  da 

unutmayaq. Bu işi davam etdirmək, vətənimizin istiqlalı uğrunda canlarını qurban 

verib  əsl  şəhidlik  mərtəbəsinə  yüksələn  üsyan  qəhrəmanlarının  hər  biri  haqqında 

ayrıca  kitab  yazıb  onların  cəsarət  və  şücaətini  xalqa  çatdırmaqla  biz  ona  özünü 

tanıtmış  olarıq.  Şəkinin  özündə  və  kəndlərində  qaçaqçılıq  hərəkatının  şahidlərini 

bu  gün  tapmaq  mümkündür.  4  il  əvvəl  dünyasını  dəyişmiş  qışlaqlı  Sadəddin 

Yunusov xəyanətin murdar əli ilə qaçaq Kor Xudunun necə öldürülməsinin şahidi 

olduğunu mənə danışmışdı: 

  Uzun  illər  dağda-daşda  tək  başına  dolaşan  Qaçaq  Xudu  bir  qismət  isti 

xörək və çay içmək arzusu ilə gecə yarısı dost bildiyi bir yaxın adamının qapısını 

döyür.  Ev  sahibi  onu  gülər  üzlə  qarşılayıb  evə  dəvət  edir.  O,  əvvəlcə  çimir.  Alt 

paltarlarında oturub xörək yediyi zaman eşikdə hənirti eşidir. Eşiyə boylanıb silahlı 

adamların onu güddüyünü görür. Heç demə evin sahibi Xudunun onlarda olduğunu 

milisə xəbər veribmiş. 

  Ev  mühasirəyə  alınır.  “Təslim  ol”  xəbərdarlığına  əhəmiyyət  verməyən 

Xudu silaha sarılır. Atışma başlanır. Qaçaq Xudu milislərdən bir neçəsini öldürüb 

evin  yuxarı  mərtəbəsinə  qalxan  pilləkənlə  özünü  çardağa  atır.  Uzun  müddət 

içəridən  səs  gəlmədiyini  görən  milislər  onun  öldüyünü  güman  etsələr  də  evə 

girməyə  qorxurlar.  Milislərdən  2-si  qürrələnib  çardağa  qalxır.  Xudu  onları  vurur. 

Yenidən  atışma  başlanır.  Bütün  kənd  atışma  səsinə  oyanıb  evin  ətrafına  toplaşır. 

Onu  vurmağın  mümkün  olmadığını  görən  milislər  evi  yandırırlar.  Xudu  tüstüdə 

boğulur.  Çölə  çıxmaq  istədiyi  zaman  evin  yanmış  tiri  onun  boynunun  kökünə 

düşür,  o  yıxılır.  Amma  heç  kəs  ona  yaxınlaşmağa  cürət  etmir.  Heç  demə  o 

qaranlıqda sürünə-sürünə evin arxa tərəfinə keçibmiş. Milislər isə yanan evə güllə 




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə