ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

21 

 

tutardıq»



13

. Bolşevik çinovniklərinin xalqın həyat tərzinə, əxlaqi etnik baxışlarına 

zidd əməlləri quruluşun elə ilk  mərhələdə  çat  verməsinə,  xalq nifrətinin  hədəfinə 

çevrilməsinə səbəb olmuşdur. Üzdən iraq «füqarə hökuməti»nin fırıldaq əməlləri o 

həddə  çatmışdı  ki,  dövlət  mətbuat  orqanı  olan  «Nuxa  fəhləsi»  qəzeti  belə 

əməllərdən  bəhs  etmək  zərurəti  qarşısında  qalmışdı.  Həmin  qəzetdə  dərc  olunan 

yazılardan  birində  Göynük  kooperativinin  sədri  Əhməd  Səfəralının  Məhəmməd 

Quluzadə  adlı şəxsdən təhvil  aldığı 527 kq çəltiyi  saxtakarlıqla  azaldaraq 227 kq 

miqdarında  qeyd  etməsi,  7  manatlıq  şab  20  manata  satması,  iri  məmurların  təsiri 

altına  düşərək  onların  şəxsi  maraqlarına  xidmət  edən  bütün  tapşırıqlarını  yerinə 

yetirməyə hazır olması barədə məlumat verilir.

14

 



  Başqa bir yazıda isə qeyd olunur ki, rayonun məsul işçiləri hər gün birinin 

evində plov yedikləri halda fəhlələr 2 saat növbədə dayandıqdan sonra xəmir kimi 

çörək alıb yeyirlər.

15

 



  Sovet  hökumətinin  fərdi  kəndli  təsərrüfatlarına  qarşı  tətbiq  etdiyi  ağır 

vergi sistemi 20-ci illərin ortalarında həmin təsərrüfatları iflas həddinə çatdırmışdı. 

Qolçomaq  təsərrüfatı  adlandırılan  varlı  kəndli  təsərrüfatları  bütün  təsərrüfatların 

cəmi 3 faizini təşkil etdiyi halda kənd təsərrüfatından alınan vergilərin 50% onların 

üzərinə düşürdü. 

16

 



  Fərdiyyətçilərə  qarşı  yol  verilən  ədalətsizliklərin  AK(b)P  Zaqatala-Nuxa 

Dairə  komitəsi  tərəfindən  etiraf  olunması  törədilən  qanunsuzluqların  geniş 

miqyasından  xəbər  verir:  «Kənd  təsərrüfatı  vergisinin  bir  növü  əvəzinə  faktiki 

olaraq 12 və daha artıq müxtəlif növü toplanılırdı. Kəndlilərin yanlış olaraq seçki 

hüququndan  məhrum  edilməsi,  qısa  müddətli  borcların  vaxtından  əvvəl  məcburi 

yığılması,  ipək  sənayesi  üçün  tədarük  olunan  çiy  baramadan  şahad  toplanması 

zamanı əyinti hallarına yol verilmişdir»

17

 



  Bolşevik  rejiminin  fərdiyyətçilərə  mənfi  münasibəti  onlara  qarşı  tətbiq 

olunan  təcrid  etmə  siyasətində  də  öz  əksini  tapmışdır.  Həmin  siyasətin  təzahür 

formalarından biri kəndlilərin şəhərdə istehsal edilən sənaye və ərzaq məhsulları ilə 

olduqca məhdud miqdarda təmin edilməsi idi. Bu barədə kəndlilər şikayətlənərək 

deyirdilər: «Madam ki, fəhlə-kəndli ittifaqından söhbət gedir, onda ayrı-seçkilik nə 

üçündür? Nə  üçün  fəhlələr qənd, çay  və  digər ərzaq, sənaye  məhsulları ilə  təmin 

olunmaqda imtiyazlara malikdirlər?»

18



                                                           

13

 



Şəki arxivi. Əsas fond 13, saxlama vahidi 13 

14

 



«Nuxa fəhləsi» qəzeti, 2 noyabr 1930-cu il 

15

 



«Nuxa fəhləsi» qəzeti, 2 noyabr 1930-cu il 

 

16



 

Cəmil Həsənov, Ağ ləkələrin qara kölgəsi, səh. 103 

 

17

 Baş arxivlər idarəsi. f. 225, s. 1, iş 56, v. 38-47 



18

 Baş arxivlər idarəsi. f. 225, s. 1, iş 56, v. 38-47 




22 

 

   Ateizm  bolşevik  ideologiyasının  əsas  elementlərindən  biri  idi.  Məhz  bu 



səbəbdən də dinə aid nə varsa Sovet hakimiyyətinin patoloji nifrətinə hədəf olmuş, 

total zorakılığa məruz qalmışdır. 

  Bu barədə mərhum Əbdürrəhman Abdullayevin qeydləri diqqəti cəlb edir: 

«20-ci  illərin  sonunda  Şəkidə  məhəllə  məscidlərinin  mollaları  İstanbul,  Bağdad, 

Tehran,  Qahirə  darülfünunun  ilahiyyat  fakültələrini  bitirmiş  ruhanilər  Sovet 

hakimiyyətinin  düşməni  hesab  edildilər.  İnqilabdan  qabaq  Məkkə,  Kərbəla, 

Məşhəd  ziyarətlərinə  gedib  hacı,  məşədi,  kərbəlayı  ləqəbi  daşıyanlarda  da,  ərəb, 

fars dilini bilən, Quran oxuyan namaz qılan, oruc tutanlar da bu siyahıya salındılar. 

Məscidlər  bağlandı,  xalqın  məscidlərə  verdiyi  minlərlə  xalı-xalça  müsadirə 

edilərək kimlərəsə verildi. 

   Məscidlərin  minarələri  söküldü,  hündürlüyü  100  metrə,  eni  23  metrə 

qədər  olan  qocaman  (200-300  illik)  şabalıd  ağacları  kəsildi,  qədim 

qəbiristanlıqların ağacları qırıldı».

19

 



  Sovet  hakimiyyətinin  dinə  qarşı  zorakılığı  bütövlükdə  insanlığa  qarşı, 

insanın könül evinin ən dərin guşələrinə nüfuz edən ilahi nura qarşı, insanda ülvi, 

munis, qüdsi nə varsa hamısına qarşı yönəlmişdi. Bolşevik rejiminin dini dəyərlərə 

qarşı  tutduğu  asi  mövqe  üsyan  ərəfəsində  Şəkidə  mənəvi-psixoloji  vəziyyəti 

olduqca  gərginləşdirmişdi.  Kolxoz  fəalları,  «Mübariz  Allahsızlar  Cəmiyyəti»nin 

üzvləri  «düşmən  ünsürlərlə»  mübarizə  şüarı  altında  xalqın  mənəvi  həyatına  qarşı 

zorakılığı  gündəlik  davranış  normasına  çevirmişdilər.  İş  o  yerə  gəlib  çatmışdı  ki, 

onlar  ağzı  oruclu  adamları  küçədə  yaxalayaraq  oruclarını  pozur,  öyrədilmiş  kənd 

sovetlərinin sədrləri səmaya atəş açaraq guya ilahi varlığa meydan oxumağa qabil 

olduqlarını nümayiş etdirirdilər. 

  Törədilən rəzalətlər heç də təsadüfi olmayıb bolşevik ideologiyasının ifrat 

ateizm  prinsipindən  qaynaqlanırdı.  Həmin  ideologiyanın  yaradıcısı  V.İ.Lenin 

M.Qorkiyə yazdığı məktubda bildirirdi: 

  «Allah ideyasını indi Avropada da, Rusiyada da hər cür, hətta ən incə, ən 

xoş niyyət şəklində  müdafiə  etmək və  ya ona bəraət qazandırmaq, irticaya  bəraət 

qazandırmaq, deməkdir”.

20

 

Əsrlər boyu yaradılan möhtəşəm memarlıq abidələri, ecazkar bədii əsərlər, 



böyük  elmi  kəşflər  insan  qəlbinə  və  zəkasına  düşən  ilahi  işığın  nəticəsində 

mümkün  olmuşdur.  Allaha  inamı  irtica  ilə  eyniləşdirmək  mənəvi  şikəstliyin 

əlamətidir. Necə  olmuşdur  ki, insan adlanan  məxluq rəzalət  girdabının belə  dərin 

qatlarına enə bilmişdir. 

                                                           

19

 



«Kommunist» qəzeti, 15 avqust 1989-cu il

 

20



 

V.İ.Lenin. Ədəbiyyat haqqında. Bakı, "Yazıçı" nəşriyyatı, 1979, səh. 130 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə