ŞƏKİ Üsyanlari



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix14.04.2018
ölçüsü0,79 Mb.
#38232
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

30 

 

4. Dini tədris üçün mədrəsələr açılsın. 



5. Həbs edilmiş din xadimləri azad edilsin. 

6. Latın əlifbası qurana və şəriətə zidd olduğuna görə ləğv edilsin.  

 

Hətta  latın  əlifbası  onlar  tərəfində  qanundan  kənar  elan  edilmiş,  həmin 



əlifba ilə yazılan kitablar yandırılmışdır. 

  Sovet hökumətinin düşmənləri quruluşumuzun tərəfdarlarını öldürməkdən 

belə çəkinmirdilər. Yeddi nəfər müəllim həlak olmuşdur...

25

 



  Mənəvi-psixoloji  və  sosial-iqtisadi  sıxıntılar  içində  yaşayan  xalqın  yaxın 

keçmiş haqqında xatirələri hələ öz hərarətini itirməmişdi. İstiqlaliyyət dövrünə xas 

olan  azad  əkinçiliyə  və  sənətkarlığa  əsaslanan  iqtisadi  münasibətlərin  məhv 

edilməsindən,  dini  məfkurənin  amansız  təqiblərə  məruz  qalmasından  irəli  gələn 

sonsuz  qəzəb,  Azərbaycanın  demək  olar  ki,  bütün  bölgələrində  müqavimət 

hərəkatına təkan verən obyektiv səbəblər idi. 

   Sovet  hakimiyyəti  orqanlarının  30-cu  ildə  Azərbaycanın  ayrı-ayrı 

bölgələrində baş verən hadisələrə münasibətini ifadə edən daha bir arxiv sənədinin 

ümumi məzmunu deyilənləri bir daha təsdiq edir. 

  «Azərbaycan  ərazisində  antisovet  elementlərin  bir  qisminin  aradan 

götürülməsi  digər  belə  ünsürlər  içərisində  çaxnaşma  yaratdı.  Onların  bir  hissəsi 

banditlərlə (qaçaqlara) birləşdi. Bir qismi gizli yaşayış şəraitinə keçdi. Əhəmiyyətli 

hissəsi  isə  yoxsullar,  ortabab  və  fəhlələr  arasında  aparılan  həbslərin  qeyri-qanuni 

olması,  Sovet  hökumətinə  qarşı  dərhal  çıxış  etməyin  zəruriliyi  barədə  təbliğata 

başladılar. Təbliğatçılar xalq içərisində bu məzmunda söhbətlər aparırdılar»: SSRİ 

daxilində  üsyanlar  başlandıqdan  sonra  Sovet  hökuməti  özünü  inamsız  hiss  edir. 

Lakin  rəhbər  şəxslər  nəyin  bahasına  olursa  olsun,  öz  mənsəblərini  qoruyub 

saxlamağa çalışırlar. Lakin bütün cəhdlərə baxmayaraq hakimiyyət tezliklə süquta 

uğrayacaqdır.  Sizin  vəzifəniz  taxılı,  digər  vergiləri  verməmək  və  kolxoza  üzv 

olmaqdan imtina etməkdən ibarətdir. 

  Bakı  dairəsində  Lenin-Suraxanı  rayonunun  Əmircan  kəndində  Qulam  Əli 

(keçmiş  dəllal-ticarətçi),  Məşədi  Fərrux  Nur  Məmməd  oğlu  (Müsavatçı  oğlu), 

Kərbəlayı  Səlim  (icraçı),  Atabala  (keçmiş  tacir),  Məşədi  Məmməd  və  Kərbəlayı 

Məmmədovdan  ibarət  qrup  yaranmışdı.  Onlar  kəndin  mollası  Axund  Molla 

Hənifənin  həbsinin  qeyri-qanuni  olduğunu  bildirərək  həmkəndlilərinə  məsləhət 

veriblər  ki,  mollanın  azad  edilməsi  üçün  Mərkəzi  Komitə  qarşısında  vəsatət 

qaldırsınlar. 

  Bu kənddə Məşədi Əziz Hüseyn oğlu və Ağa Nəbi Əhməddən ibarət ikinci 

qrup  da  fəaliyyət  göstərir.  Bu  iki  qrup  bircə  hərəkət  edir.  Onların  fəaliyyəti 

nəticəsində  1930-cu  il  fevralın  9-da  həmin  kəndin  30  nəfər  sakini  məscidə 

                                                           

25

 



Baş Arxivlər idarəsi. f. 255, s. 1, iş 56, v. 3844 

 



31 

 

toplaşaraq  namazdan  sonra  öz  aralarında  üç  nəfəri  Axund  Molla  Hənifənin  azad 



edilməsini xahiş etmək üçün Bakıya göndəriblər. 

   Bakının  Bülbülə  kəndində  Hacı  Sahib  (qolçomaq),  Cumaqulu  Nəsrulla 

oğlu İslamov, Hacı İsgəndər Qafar oğlu, Əli İman, Hacı Əli bəydən ibarət antisovet 

qrup fəaliyyət göstərir. 

   Bu  qrup  1930-cu  il  fevralın  9-da  axşam  saat  8-də  kəndlilərlə  birlikdə 

məscidə  toplaşaraq  kənddə  dini  işləri  gücləndirmək  və  Molla  Axundun  azad 

olunması üçün, kollektiv ərizə yazmaq üçün qərar qəbul etmişlər. 

  Binə kəndində Fəcəli Əşrəf oğlu və Abdurəhim Talıb oğlundan ibarət daha 

bir  antisovet  qrup  formalaşmışdı.  Onlar  aparılan  həbslərin  düzgün  olmadığı 

haqqında təbliğat aparırdılar. 

  Qarabağda  Şeparta  adlanan  yerdə  40  nəfər  həbs  olunmaqdan  qorxaraq 

gizlənmişdilər.  Belə  antisovet  qruplar  Salyan,  Lənkəran  mahallarında  da 

yaranmışdı. 

  Zəngilan  və  Qubadlı  dairə  milis  rəisləri  Sultanov  və  Hacıyev  24  nəfərlik 

silahlı qüvvə ilə gizlənmişlər. 

  Qarabağ  mahalı  Xanlıq  və  Əfəndilər  kəndlərində  din  xadimləri  həbs 

edilərkən qadınlar etiraz əlaməti olaraq dustaqları 1,5 km müşayiət etmişlər. 

  Zaqatala-Nuxa  mahalın  Balakən  rayonunda  kəndlilər  kolxoza  daxil 

olmaqdan  imtina  etmiş,  görkəmli  din  xadimlərinin  həbs  edilmə  səbəbləri  ilə 

maraqlanmış  və  onların  dərhal  azad  olunmalarını  tələb  etmişlər.  Kəndlilər  həbs 

olunan din xadimlərini yaxşı insanlar kimi xarakterizə edərək, heç bir günah sahibi 

olmadıqlarını  bildirmişlər.  Onlar  bir  səslə  qışqırırdılar:  «Biz  kolxoz  istəmirik, 

lazım deyil, bizim mollanı azad edin». Bu etiraz hərəkatında iştirak edən qadınlar 

saçlarını yolurdular. 

  Antisovet ünsürlərinin həbsi zamanı silahlı müqavimət göstərilməsi halları 

da mövcud olmuşdur. 

  Naxçıvanda Kərbəlayı İsmayıl, Gəncədə quldur Yaqub məhz belə hərəkət 

etmişlər».

26

   


   Sənədin  məzmunu  sübut  edir  ki,  dövlət  səviyyəsində  qanunsuzluq  və 

özbaşınalıq  baş  alıb  getmişdir.  Həbslər  dalğası  şahə  qalxaraq  qarşısına  çıxanları 

süpürüb siyasi idarənin zindanlarına tökürdü. Haqsızlığa qarşı cüzi etiraz antisovet 

əməl adlanan siyasi ittihamla üzləşirdi. 

   Kəndin ağsaqqal  mollasının azad edilməsini tələb etmək  antisovet əməli, 

həbs  edilən  əzizlərinin  arxasınca  qadınların  pay-piyada  getməsi  doğmalarının 

həbsinə görə saç yolmaqla öz kədərlərini ifadə etməsi antisovet əməl! 

   Siyasi  rəngin  ən  qatı  çaları  olan  antisovet  əməl  ittihamı  minlərlə,  on 

minlərlə insanı fəlakətin ağuşuna sürükləyirdi. 

                                                           

26

 

Baş Arxivlər idarəsi. f. 12, s. 4, iş 62, v. 134137,140 



 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə