SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT


İnzibati xəta protokolunun tərtib edilməsi barədə ərizə forması



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   15   16   17   18   19   20   21   22   23

 

66 


İnzibati xəta protokolunun tərtib edilməsi barədə ərizə forması 

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 



________________________________________________ 

                                          (ərizəçinin adı, soyadı və atasının adı) 

Azərərbaycan Respublikası Milli Məclisinə deputatlığa qeydə 

alınmış namizəd____________________________________ 

Ünvan:____________________________________________ 

Tel:_____ 

 

Ərizə 

Bildirirəm 

ki, 

namizədliyimi 



irəli 

sürdüyüm 

_________________________________dairəsindən 

Azərbaycan 

Respublikası  Milli  Məclisinə  deputatlığa  namizədliyi  irəli  sürülmüş 

____________________________________________  seçkiqabağı 

 təşviqatın   aparılmasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş 

qaydalarını  və  müddətini  pozmuşdur.  Belə  ki,  o,  seçkiqabağı 

təşviqata  seçki  gününə  25  gün  qalmış  başlamış  və  seçkiqabağı 

təşviqat  materiallarını  seçkiqbağı  təşviqatın  qadağan  edildiyi  

yerlərdən asmışdır. 

Sizə  müraciət  edərək  xahiş  edirəm  ki,  yol  verdiyi  qanun 

pozuntularına 

görə 


deputatlığa 

qeydə 


alınmış 

namizəd 


____________________________________________ 

barəsində  

inzibatə xəta protokolu tərtib edib məhkəməyə göndərməklə həm də 

Seçki Məcəlləsinə müvafiq olaraq tədbir görəsiniz. 

 

Ərziəçinin adı, soyadı və imzası: __________________________ 



Tarix:_______________ 

Əlavə edilir: 



(qanun pozuntusunu sübut edəcək sənədlər).

 

1. __________ 



2. __________ 

 


 

67 


İnzibati xəta protokolunun tərtib edilməsi barədə ərizə nümunəsi 

 

Binəqədi Rayon Polis İdarəsinə 

Bələdiyyə seçkilərində M.Ə.Rəsulzadə bələdiyyəsinə  namizədliyi 

qeydə alınmış Əhmədov Mehdi Nəbi oğlu  tərəfindən 

Ünvan: Bakı ş, M.Ə. Rəsulzadə qəsəbəsi, Həsənzadə küçəsi, ev 1  

  

Ərizə 



 “___”  ________  20_    ci  il  tarixə  təyin  edilmiş  Bələdiyyə 

seçkilərində  M.Ə.Rəsulzadə  bələdiyyəsinə  namizədliyim    qeydə 

alınmışdır.  Seçki  qanunvericiliyinə  uyğun  olaraq   təbliğat-təşviqat 

kampaniyası  çərçivəsində  təşviqat  materiallarım  Binəqədi  rayonu 

ərazisində MSK-nın müəyyən etdiyi lövhələrdə asılmışdır. 

Lakin  mənim  təşviqat  plakatlarım  və  digər  təşviqat  materiallarım 

namizədi  olduğum  dairədən  namizədliyi  qeydə  alınmış  Hüseynov 

Hacı  Mayıl  oğlunu  yaxın  adamları  və  qohumları  tərəfindən   qəsdən 

məhv  edilmiş,  bu  yolla  təşviqat  materiallarımın  yayılmasına  mane 

olunmuşdur. 

Bu  hadisədən  sonra  mən  şəxsən  hadisə  olan  yerdə  araşdırma 

aparmışam.  Şahidlərin dedikləri və  mənim həmin şəxslər barəsində 

şübhələrin inzibati xətanı törədənlərin şəxsiyyətini müəyyən etməyə 

imkan  yaratdı.  Tez  bir  zamanda  mən  həmin  hadisəni  törətmiş 

şəxslərin  ünvanlarını    öyrəndim  və  həmin  şəxslərin  namizəd 

Hüseynov  Hacı  Mayıl  oğlunun  təşviqatında  iştirak  edən  şəxslər 

olduğunu  müəyyən  etdim.  Mən  onlara  niyə  belə  hərəkət  etdiklərini 

soruşduqda, onlar mənə bunu təşviqatında iştirak etdikləri namizədin 

xeyrinə  qəsdən  törətdiklərini  və  heç  bir  məsuliyyətdən 

çəkinmədiklərini bildirdilər.   

Hesab  edirəm  ki,  bu    hərəkətlərlə    mənim  seçkiqabağı  təşviqat 

hüquqlarım pozulmuşdur. 




 

68 


Törədilən  əməl  İnzibati  Xətalar  Məcəlləsinin  müvafiq  maddəsi  ilə 

nəzərdə  tutulmuş  məsuliyyət  müəyyən  etdiyindən  hesab  edirəm  ki, 

namizəd  Hüseynov  Hacı  Mayıl  oğlunun  təşviqat  kampaniyasında 

iştirak  edən  həmin  şəxslər  barəsində  inzibati  icraata  başlanmasına 

əsas vardır. 

Yuxarıda göstərilənləri nəzərə alaraq  xahiş ediəm: 

  “__” ________ 20_   ci il tarixdə törədilmiş inzibati xəta barəsində 

müvafiq qərar qəbul edib işi məhkəməyə göndərəsiniz. 

  

 İmza:                           Əhmədov Mehdi Nəbi oğlu. 



 

  “__” ________ 20_   ci il. 

 

Əlavə edilir: 



1. Korlanmış təşviqat materialının şəkli 

2. Təşviqat materialının korlanmasına dair şahidlərin izahatları 

   

 

 



 

 

 



 

 

 



 

 

 




 

69 


 

 

 



 

 

 



 

 

V.  AZƏRBAYCAN RESPUBLİKASININ 



SEÇKİ QANUNVERİCİLİYİNDƏN  

 ÇIXARIŞLAR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

70 


1.  AZƏRBAYCAN RESPUBLİKASININ 

SEÇKİ MƏCƏLLƏSİNDƏN 

ÇIXARIŞ 

 

Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən 



(hərəkətsizlikdən) və qərardan şikayət edilməsi 

112.1.  Seçicilər,  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi 

partiyalar,  siyasi  partiyaların  blokları,  referendum  üzrə  təşviqat 

qrupları  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi 

partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  vəkil 

edilmiş  şəxsləri,  müşahidəçilər,  habelə  seçki  komissiyaları 

vətəndaşların  seçki  hüquqlarını  pozan  qərar  və  hərəkətlərdən 

(hərəkətsizlikdən)  həmin  qərarın  dərc  edildiyi  və  ya  alındığı, 

hərəkətin  (hərəkətsizliyin)  baş  verdiyi  gündən  və  ya  maraqlı  şəxsin 

bu  haqda  məlumat  aldığı  gündən  başlayaraq  3  gün  müddətində 

şikayət edə bilərlər. 

112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti 

müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.  

112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin 

edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən 

(hərəkətsizliyindən)  Mərkəzi  Seçki  Komissiyasına,  Mərkəzi  Seçki 

Komissiyasının  qərarından  və  ya  hərəkətindən  (hərəkətsizliyindən) 

isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya 

instansiyası məhkəməsin şikayət edə bilərlər.  

112.4.  Şikayətdə  göstərilmiş  qanun  pozuntusu  Azərbaycan 

Respublikasının  Cinayət  Məcəlləsinə  uyğun  olaraq  cinayət  hesab 

oluna  bilərsə,  müvafiq  seçki  komissiyası  şikayətdə  göstərilən 

çatışmazlıqların  və  qanun  pozuntularının  aradan  götürülməsinə  dair 

qərar  qəbul  etməklə  yanaşı  cinayət  işinin  başlanması  məqsədi  ilə 

müvafiq  prokurorluq  orqanına  müraciət  edir.  Hər  bir  şikayətə  dair 

Mərkəzi  Seçki  Komissiyası  əsaslandırılmış  qərar  qəbul  etməlidir. 

Şikayətin  araşdırılması  zamanı  cinayət  əməlinin  olması  ehtimal 

edilərsə,  bu  barədə  prokurorluq  orqanına  məlumat  verilir.  Müvafiq 

prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə