SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə12/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   116

 
 
29 
təhsilin zəifləməsi, cəhalətin genişlənməsi, şəhərlərdə və yollarda quldurluq və 
s.  hadisələrlə  bağlı  həyat  tərzinin  müasir  dövrdə  baş  verən  proseslərlə 
oxşarlığını əks etdirir. Əgər ikinci ssenari yüksək texnologiyalara əsaslanaraq 
qlobal totalitarizm ideyasının inkişafına yönəlirsə, üçüncü ssenari elmi-texniki 
tərəqqini rədd etməyi təklif edir). 
4.  Dünya  birliyinin  parçalanması  ssenarisi  (Bu  ssenari  dünyanın 
çoxsaylı güc mərkəzlərinə parçalanmasının təhlilinə yönəlir). 
5. Ekoloji böhran ssenarisi (Beşinci ssenari qlobal ekoloji böhran, qlobal 
tənəzzülün tədqiqi ilə bağlıdır. Özünütəşkilatlandıran sistemlər nəzəriyyəsinə 
görə, böhran prosesi sürətlə inkişaf edir və qarşısının alınması üçün tədbirlər 
görülməyə başladıqda artıq gec olacaq). 
6.  Noosferaya  keçid  ssenarisi  (Noosferaya  keçid  mürəkkəb,  çoxsahəli 
proses olub, insan varlığının bütün aspektlərini – dünyagörüşü, elmi, texnoloji
mədəni,  təhsil,  etik,  sosial siyasi,  dini  və  s.  əhatə  edir.  Noosfera  nəzəriyyəsi 
istehlak və fərdiyyətçilik fəlsəfəsindən uzaqdır və yalnız qlobal, ümumbəşəri 
səviyyədə noosferaya keçid mümkündür). 
Bu  ssenari  modellərin  qurulmasında  istifadə  ediləcək  əsas  amillər  dünya 
bazarına  nəzarət,  Ümumi  Milli  Məhsulun  səviyyəsi,  inkişaf  etmiş  ölkələrin 
texnoloji  strukturunun  yeniləşdirilməsi,  «qızıl  milyard»  strategiyası,  üçüncü 
dünya  ölkələrinin  zəif  inkişaf  sürəti  və  bu  ölkələrdəki  demoqrafik  partlayış, 
texnoloji  ləngimə,  Qərbin  sosial  mədəni  vəhdətini  itirməsi,  dünya  güc 
mərkəzləri  arasında  ziddiyyətlərin  kəskinləşməsi,  sabitləşmə  imkanlarının 
tükənməsi, regionlarda çoxsaylı hərbi münaqişələr, terrorizm, planetin ekoloji 
vəziyyətinin  kəskinləşməsi,  fundamental  elmin,  yüksək  texnologiyaların, 
təhsilin müdafiəsi, dünya vəhdətinin möhkəmlənməsi kimi müəyyənləşdirilir. 
L.V.Leskov  əmindir  ki,  müasir  bəşəriyyət  hələki  mənfi  meylləri  nəzarətdə 
saxlamaq  imkanına  malik  deyil.  Sinergetik  proqnozlaşdırma  nöqteyi-
nəzərindən bütün qeyd edilən ssenarilər birxətli olsa da, eyni ehtimallı deyil. 
Real  həyatda  bu  ssenarilər  bir-birilə  əlaqəli  şəkildə  çıxış  edir  və  mümkün 
inkişafın  müəyyənləşdirilməsinə  yönəlir.  Sistemin  davranışı  səbəb-nəticə 
əlaqəlidir  və  gələcəyi  yaxın  keçmişlə  bağlıdır.  Bu  zaman  təsadüfi,  ikinci 
dərəcəli amillər əsas rol oynayır. Sistem müstəqil tənzimlənmə xüsusiyyətini 
itirdiyindən,  əhəmiyyətsiz  amillərin  miqyası  genişlənir.  Məqsədyönlü 
fəaliyyət  proqramı  əsasında  sistemin  müəyyənləşdirilmiş  ssenari  əsasında 
inkişafına  nail  olmaq  olar.  Bu  zaman  sistemin  fəaliyyəti  sabitləşməyə  və 
sistem tədricən attraktor (cazibə nöqtəsi) xüsusiyyəti qazanmağa başlayır. Bu 
xüsusiyyət təsadüfi sapmanın qarşısını alır və sistem əvvəlki fəaliyyət şəraitini 
bərpa  edir.  Bu  vəziyyətdə  keçmiş  deyil,  gələcək  sistemin  dinamikasını 
müəyyənləşdirir.  


 
 
30 
Sistemin sinergetik modelləşdirilməsi üçün riyazi «coker modeli» metodu 
istifadə edilir. Bu metod əsasında sistemin bu və ya digər ssenariyə keçidinə 
şərait  yaradan  parametrlərin  (enerji  istehlakı, iqlim,  ekoloji, coğrafi, iqtisadi, 
texnologiyalar, texniki yeniliklər, əhali artımı, siyasi mədəni səviyyə və sosial 
siyasi 
dəyişikliklərə 
hazırlıq 
səviyyəsi 
və 
s. 
göstəricilər) 
müəyyənləşdirilməsinə şərait yaranır.   
 
YOXLAMA SUALLAR 
1.Sosiosinergetik yanaşmanın üstün və çatışmayan tərəfləri hansılardır? 
2. Müasir vəziyyətin saxlanması ssenarisi gələcəyin inkişafını necə təsvir edir?  
3. Dünyəvi totalitar sistem ssenarisi bəşəriyyətin gələcək inkişafını hansı amillərlə 
bağlıyır?  
4. Yeni orta əsrlər ssenarisi nəyi nəzərdə tutur?  
5. Dünya birliyinin parçalanması ssenarisi hansı göstəricilər əsasında qurulur? 
6. Ekoloji böhran ssenarisinin mahiyyətini izah edin. 
7. Noosferaya keçid ssenarisi hansı amili sosial inkişafın əsas mənbəyi hesab edir?   
8. «Coker modeli» metodunun istifadəsi xüsusiyyətlərini izah edin. 
REFERAT MÖVZULARI 
1.Futurosinergetika gələcəyin proqnozlaşdırılması istiqaməti kimi 
2. Gələcəyə sosiosinergetik yanaşma 
3. Gələcəyin futurosinergetik ssenariləri 
ƏDƏBİYYAT: 
1. Арнольд В.И. Теория катастроф. М., 1990.  
2.Бердяев Н.А. Новое средневековье. М., 1990.  
3.Зубаков В.А. XXI век: сценарии будущего // Зеленый мир. 1996. № 9. 
4.Кеннеди П. Вступая в XXI век. М., 1997. 
5..Ласло Э. Век бифуркации // Путь. 1995. № 7. 
6.  Лесков  Л.  В.  Синергетическое  моделирование  будущего  России  //  Теория 
предвидения и будущее. М., 1997.  
7..Лесков Л.В. Космическое будущее человечества. М., 1996. 
8..Логинов В.Т. Новое средневековье // Новая планета. М., 1996. С. 134. 
9. Панарин А.С. Новый синтез // Новая планета. М., 1996.  
10. Фукуяма Ф. Конец истории? // Вопросы философии. 1991. № 1. 
11 Яковец Ю.В. История цивилизаций. М., 1997.  
12. Экологические проблемы / Под ред. В.И. Данилова-Данильяна. М., 1997.  
13. Hantingion S. The Flash of Civilizations and the Remaking of World Order. New 
York,  1996.  
 
 
 
 
 


 
 
31 
1.5
 
AZƏRBAYCANDA  GƏLƏCƏK  HAQQINDA  FİKİRLƏRİN 
İNKİŞAF İSTİQAMƏTLƏRİ 
 
Qədim  Azərbaycanda  insanların  gələcək  haqqında  fikirləri  dövrümüzə 
qədər  gəlib  çatmış  miflər,  əfsanələrdə  öz  əksini  tapmışdır.  Bu  miflər  və 
əfsanələrdə  dünyanın  yaranışı,  insanın  həyatı,  keçmiş  və  gələcək  zaman, 
insanların daha uğurlu gələcəklə bağlı arzuları, daha yaxşı həyat və bu həyata 
qovuşmaq  üçün  onların  rastlaşa  biləcəkləri  çətinliklər  təsvir  edilir. 
Bütpərəstlik dövründə müxtəlif heyvan, bitki, əmək alətləri, coğrafi məkanlar 
(dağlar,  göllər,  çaylar  və  s.),  təbiət  qüvvələri  və  s.  ilahiləşdirən  insanlar 
müəyyən  mərasimlər  keçirməklə,  qurbanlar  verməklə  arzu  edilən  vəziyyətə 
nail olacaqlarını düşünürdülər.  
Cəmiyyətin  inkişafı  ilə  bağlı  dünyagörüşündə  baş  verən  dəyişikliklər 
insanların  gələcək  haqqında  təsəvvürləri,  mövcud  problemli  vəziyyətin  həlli 
ilə  bağlı  fikirləri  yeni  istiqamət  alır.  E.ə.VII  –  VI  əsrlərdə  Azərbaycanda 
Zərdüştlük dini geniş yayıldı. Zərdüştlüyün müqəddəs kitabı olan «Avesta»da 
dünyanın  yaranışı  və  inkişafı  haqqında  təsəvvürlər  maraq  doğurur.  Burada 
dünyanın  12  minillik  inkişaf  tarixi  və  bu  inkişaf  dövründə  keçdiyi  dörd 
mərhələ  təsvir  olunur.  Birinci  mərhələdə  ideyal  dünya,  əşyalar  haqqında 
ideyalar  yaranır;  İkinci  mərhələdə  kainat,  səma  cismləri,  canlı  və  cansız 
təbiət yaranır; Üçüncü mərhələ Zərdüşt peyğəmbərin dünyaya gəldiyi zaman 
mərhələsidir; Dördüncü mərhələ isə, Zərdüştün ölümündən sonrakı dövrdür. 
«Avesta»da  göstərilir  ki,  hər  bir  mərhələdə  dünyanı  xilas  etmək  üçün 
peyğəmbərlər gəlir. Burada sonuncu peyğəmbərin gəlişi və bütün bəşəriyyəti 
şərdən xilas edəcəyi, dünyada ədalət quracağı haqqında məlumat verilir.  
Erkən orta əsrlərdə Azərbaycanda geniş yayılmış Maniçilik və Məzdəkilik 
məzhəblərinin ideya mənbəyi zərdüştlük idi. Bu dini cərəyanlarda da xeyir və 
şərin  daimi  mübarizəsi  və  sonda  xeyirin  qələbə  çalacağı  ideyası  öz  əksini 
tapmışdır.  
Orta əsrlərdə yaranmış «Dədə Qorqud» Azərbaycan xalqının qəhrəmanlıq 
dastanı  olsa  da,  burada  insanların  keçmiş  və  gələcək  haqqında  təsəvvürləri, 
ədalətli cəmiyyət haqqında ideyaları öz əksini tapmışdır.  
Bu dövr Şərqin ictimai fikri yer üzündə xeyir və şər qüvvələrin mübarizəsi 
və  sonda  xeyir  qüvvələrin  qələbə  çalacağı  ilə  bağlı  ideyalar  əsasında 
formalaşırdı.  Demək  olar  ki,  bütün  ictimai  cərəyanların  mənbəyində  duran 
əsas  ideyalar  dünyanın  əbədi  mövcudluğu,  xeyir  və  şər  qüvvələrin  əbədi 
mübarizəsi  və  xeyirin  qələbəsi  ilə  bağlı  idi.  IX  əsrdə  yayılmış  Xürrəmilər 
hərəkatının  tərəfdarları  bütün  insanların  azad  yaşayacağı,  ədalətli,  sosial 
bərabərliyə əsaslanan cəmiyyətin qurulacağına inanırdılar.               


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə