SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə9/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   116

 
 
22 
Bu  təzyiqlər  nəticəsində  futurologiyanın  siması  dəyişməyə  başladı. 
Futuroloji  əsərlərdə  artıq  gələcək  ideal  olan  kimi  təsvir  edilmirdi,  gələcək 
inkişafla bağlı mümkün ekoloji böhranlar, texnoloji təsir və s. nəzərə alınmağa 
başlandı.  Atrıq  bu  istiqamətin  görkəmli  nümayəndəsi  olan  Q.Kannın 
əsərlərində də gələcəyə yeni yanaşma öz əksini tapırdı. D.Bell postindustrial 
cəmiyyət nəzəriyyəsinə yeni əlavə və düzəlişlər etmişdi. D.Bellin 1973-cü ildə 
nəşr 
olunmuş 
«Postindustrial 
cəmiyyətin 
yaxınaşması: 
sosial 
proqnozlaşdırmaya ekskurs» əsərində yeniliklər öz əksini tapmışdı: kapitalizm 
və  sosializm  arasındakı  prinsipial  fərqlər  nəzərə  alınırdı,  hər  adambaşına 
düşən  Ümümi  Milli  Məhsulun  inhisarı  inkar  edilirdi,  bəşəriyyət  qarşısında 
duran  təhlükələrin  ciddiliyi  etiraf  edilirdi.  D.Bell  1976  ildə  nəşr  edilmiş 
kitabında  belə  bir  nəticəyə  gəlirdi  ki,  «sonda  kapitalizm  özü-özünü  məhv 
edəcək». Bell sosial prosesləri səmərələşdirmək üçün dinə müraciət edirdi.  
A.Toffler  1970-ci  ildə  «Futuroşok»  adlı  əsərində  elmi-texniki  inqilabın 
bəşəriyyəti  tənəzzülə  apardığını  göstərirdi.  Həyatın  sürəti  artır,  paltar,  ev 
şəraiti,  avadanlığı,  insanın  mühiti  əvvəlki  dəyərini  itirərək  dəyişir.  İnsanın 
nüfuzu  onu  əhatə  edən  əşyaları  dəyişmə  imkanlarına  görə  müəyyənləşir, 
istifadə edilən əşyalar hökmranlğa başlayır. Ata evinin mahiyyəti itir, ailə və 
nigah,  dostluq  institutları  dağılır,  cinayətkarlıq,  narkomaniya,  kütləvi 
mənəviyyatsızlıq  genişlənir.  Sürətlə  yaranıb  dağılan  komitələr,  mərkəzlər, 
komissiyalar,  institutlar,  korparasiyalar  formalaşır  və  iqtisadiyyat,  siyasət  və 
mədəniyyətin  inkişafına  təsir  edir.  Sabit  idarəçilik  təşkilatları  əvəzində 
problemli  idarəçilik  təşkilatları  yaranır.  Mövcud  bürokratik  və  pulokratik 
idarəçilik  əvəzində  cari  vəziyyət  üçün  nəzərdə  tutulan  «adxokratiya»  və  «ad 
(reklam) xok komitələri» yaranır və onları prezident və direktorlar deyil, «bir 
saatlık  xəlifələr»  idarə  edirlər.  KİV  –  mətbuat,  radio,  televiziya  insanların 
kütləvi  kütləşdirilməsi,  manipulyasiyası  vasitələrinə  çevrilir.  İncəsənət 
dəyişkən  dəb  vasitəsinə  çevrilir.  Elm  insanların  kütləşdirilməsinin  və 
manipulyasiyasının elmi əsaslarını işləməyə başlayır, homo sapiens kibernetik 
orqanizmə  çevrilməyə  başlayır.  Belə  bir  şəraitdə  insan  gələcəklə  toqquşaraq 
futuroşok  vəziyyətinə  düşür.  Tofflerin  qeyd  etdiyi  kimi,  bütün  bunlar  hələ 
başlanğıcdır.  Gələcək  mənfi  nəticələrin  qarşısını  almaq  üçün  –  1)  gələcəyi 
tədqiq  etmək,  proqnozlaşdırma  -  məqsədli  ehtimallaşdırma  –  planlaşdırma  – 
proqramlaşdırma  –  layihələşdirmə  -  idarəetmə  vahid  sistemdə  inteqrasiya 
edilməlidir;  2)  məktəblərdə,  universitetlərdə,  KİV  ilə,  insanları    elmi-texniki 
inqilabın  nəticələrilə  tanış  edərək,  onların  gələcəyə  uyğunlaşmasını 
asanlaşdırmaq  lazımdır;  3)  gələcək  üçün  süni  meydan  hazırlamaq  məqsədilə 
sosial eksperimentləri genişləndirmək lazımdır.  
Tofflerin bu fikirləri uzun müddət mühakimə olunmuşdu. 


 
 
23 
1971-ci  ildə  Roma  klubu  məktəbinin  tərəfdarlarından  olan  C.Forresterin 
«Dünya  dinamikası»  əsəri  nəşr  olundu.  Roma  klubu  1968-ci  ildə  italyan 
sənayeçisi A.Peççeinin təşəbbüsü ilə yaradılmışdı. Peççei 150 nəfərədək alim, 
biznesmen  və  ictimai  xadimi  dəfət edərək,  ekoloji  və  texnoloji  dəyişiklikləri 
təhlil etməyi təklif etdi. Klub üzvləri bir çox ölkələrin paytaxtlarını gəzərək, 
ölkələri  və  alimləri  bu  işin  ciddiliyinə  inandırmağa  çalışırdılar  və  mövcud 
problemlə bağlı sosial tədqiqatlar aparmağa cəlb edirdilər. 1970-ci ildə klubun 
iclasında  Forrester  sosial  sistemlərin  modelləşdirilməsi  haqqında  məruzə 
etmişdi. D.Medouz və bir neçə alim isə kompüterdən istifadə etməklə «qlobal 
modelləşdirilməyə»  dair  layihə  sifarişi  qəbul  etdilər.  Forresterin  «Dünya 
dinamikası»  və  Medouzanın  «İnkişafın  hüdudları»  adlı  əsərləri  əsl  futuroloji 
bomba oldu.                  
Forrester-Medouzanın 
tədqiqatlarında 
əsas 
diqqət 
dünyəvi 
məskunlaşmaya,  istehsal  sənayesinin  inkişafına  və  ərzaq  istehsalına,  mineral 
ehtiyatlarının  azalmasına  və  təbii  mühitin  çirklənməsinə  yönəlmişdi. 
Kompüter vasitəsilə modelləşdirmə göstərdi ki, əhalinin mövcud artım sürəti 
və istehsal sənayesinin yüksəlişi nəticəsində XXI əsrin ilk on illiyində mineral 
ehtiyatları  tükənəcək,  təbii  mühitin  çirklənməsinin  qarşısını  almaq  mümkün 
olmayacaq. Bu təhlükədən xilas olmaq, «qlobal tarazlıq» yaratmaq üçün əhali 
artımının  və  istehsal  sənayesinin  inkişafının  qarşısı  alınmalıdır.  Forrester 
«həyat  keyfiyyəti»  fikri  ilə  çıxış  edirdi.  İşdə  və  məişətdə  stress  vəziyyətləri, 
sağlamlığın  müdafiəsi  həyat  keyfiyyətinin  əsas  göstəriciləri  kimi 
müəyyənləşdirilirdi.  Müasir  şəraitdə  həyat  keyfiyyəti  ilə  sənaye  inkişafının 
qarşılıqlı əlaqəsi olduğu göstərilir və belə nəticə təqdim edilirdi: sənaye sürətli 
inkişaf  etdikdə  həyat  səviyyəsi  yüksək  olur,  mineral  ehtiyatları  daha  tez 
tükənir, təbii mühit daha tez çirklənir, əhali sıxlığı artır, insanların sağlamlıq 
təhlükəsi  artır,  stress  vəziyyətlər  çoxalır,  yəni  həyat  keyfiyyəti  azalır. 
Forresterin bu fikirləri 70-ci illərdə böyük müzakirələrə səbəb oldu. Müzakirə 
doğuran  əsas  məsələ  Forrester  və  Medouzanın  həyat  keyfiyyətləri  və  qlobal 
təhlükə 
haqqında 
fikirlərinin 
kompüter 
hesablamaları 
əsasında 
müəyyənləşdirilməsi  idi.  Müəlliflər  ayrı-ayrı  ölkələrin  fərqli  inkişaf 
istiqamətlərini  nəzərə  almamaqda,  kompüter  proqramlaşdırılmasının  60-cı 
illərin  inkişaf  meyyləri  əsasında  qurulmasında  və  əhatəli  olmamasında, 
mümkün  qərarların  qəbulu  prosesinin,  normativ  proqnozlaşdırmanın  nəzərə 
alınmamasında  və  s.  mühakimə  edirdilər.    Forrester  və  Medouza  müəyyən 
çatışmazlıqları  etiraf  etsələr  də,  öz  həmkarlarını  da  mənfi  münasibətdə 
günahlandırırdılar. XX əsrin 70-ci illərindən etibarən proqnozalr axını qlobal 
modellər axını ilə əvəz oundu. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə