SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə2/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   116

 
 

Mövzu  17.  Sosial  layihələşdirmənin  avtomatlaşdırılması  və  riyazi 
modelləşdirilməsi--------------------------------------------------------------------204 
Mövzu 18. Sosial proseslərin layihələşdirilməsi-------------------------------215 
18.1 Sosial layihələşdirmə və sosial yeniliklər---------------------------------215  
18.2 Sosial mədəni layihələşdirmə-----------------------------------------------224 
18.3 Sosial münasibətlər və sosial davranışın layihələşdirilməsi-----------238 
18.4 Normativ – hüquqi  layihələşdirmənin əsasları-------------------------251 
18.5 Miqrasiya davranışın layihələşdirilməsi prinsipləri--------------------255 
18.6 Seçici  davranışının layihələşdirilməsi------------------------------------261 
18.7 Sosial təhsil: təhsil prosesinin layihələşdirilməsi------------------------265 
18.8 Həyat tərzi sosial layihələşdirmənin obyekti kimi----------------------271 
Mövzu 19. Fərdi layihənin hazırlanması---------------------------------------276 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 

REDAKTORDAN 
 
Bəşəriyyət yarandığı gündən dəyişikliklər və yeniləşmə kimi fundamental 
inkişaf  meylləri  onu  müşayiət  etmişdir.  XX  əsrin  son  on  illikləri  dünyanın, 
bəşəriyyətin  iqtisadi,  siyasi,  mədəni  inkişafına  prinsipcə  yeni  xüsusiyyətlər 
gətirmişdir.  Müasir  bəşəriyyəti  səciyyələndirən  əsas  xüsusiyyət  onun  köklü 
transformasiyalar  mərhələsini  yaşaması,  bütün  sahələrdə  fasiləsiz 
dəyişikliklərin  təsirinə  məruz  qalmasıdır.  Cəmiyyət  və  insan  demək  olar  ki, 
hər gün «yenilik – qeyri-müəyyənlik - seçim» şəraitində mövcuddur, fasiləsiz 
transformasiyalar prosesi hər birimizi müşayiət edir. Səbəb isə mövcud inkişaf 
modellərinin  labüd  dəyişikliyə  uğramasıdır.  Bu  inkişafın  müxtəlif 
məqamlarının  tədqiqi,  real  proseslərin  dinamikasının,  sosial  potensialın 
müəyyən  edilməsi  tələbatı  və  s.  proqnozlaşdırmanın  bir  elm  kimi  inkişafını 
zəruri  edir.  Müasir  bəşəriyyətin  təzadlı  inkişafı,  gələcək  qarşısında  təhlükə 
hissi  proqnozlaşdırma  fenomenini  aktuallaşdırır,  bütün  sahələrdə  inkişafın 
elmi  əsaslandırılmış  proqnozlar  əsasında  məqsədəuyğun  yönəldilməsini, 
gələcəyin  istiqamətləndirilməsi  sahəsində  proqnoz  və  layihəli  tədqiqatların 
genişləndirilməsini və uyğun ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. 
Bu baxımdan, «Sosial proqnozlaşdırma və layihələşdirmə» kursunun tədrisi və 
bu sahədə kadrların hazırlanması günün vacib tələbi kimi xüsusi aktuallıq kəsb 
edir.  
S.D.Məmmədovanın 
«Sosial 
proqnozlaşdırma» 
və 
«Sosial 
layihələşdirmə»  başlıqlı  iki  hissədən  ibarət  olan  və  proqnozlaşdırmanın 
əmələgəlmə  və  inkişaf  şəraiti,  proqnozlaşdırma  ilə  bağlı  müasir  tədqiqatlar, 
texnoloji  proqnozlaşdırmanın  metodologiyası,  proqnozların  forma  və  tipləri, 
sosial  proqnozlaşdırmanın  obyekti,  prinsipləri  və  s.,  o  cümlədən  sosial 
layihələşdirmənin  metodoloji  əsasları,  sosial  layihələşdirmənin  təbiəti, 
mahiyyəti,  sosial  layihələşdirmənin  strategiyası  və  alətlər  kompleksi, 
formaları, texnoloji metodları, avtomatlaşdırılması və riyazi modelləşdirilməsi 
xüsusiyyətləri  və  s.  özündə  əks  etdirən  «Sosial  proqnozlaşdırma  və 
layihələşdirmə» mövzusunda təqdim etdiyi dərs vəsaiti bu baxımdan aktuallıq 
kəsb  edir.  Dərs  vəsaitində  diqqətəlayiq  tərəflərdən  biri  də  Azərbaycanda 
gələcək  haqqında  fikirlərin    formalaşması  tarixinin,  müasir  qloballaşma 
şəraitində  Azərbaycanda  sosial,  siyasi,  iqtisadi  inkişaf  istiqamətlərinin  təhlili 
ilə bağlıdır.  
 
fəlsəfə elmləri doktoru, professor   İzzət Rüstəmov 
 
 


 
 

SOSİAL PROQNOZLAŞDIRMA 
 
Mövzu 1. SOSİAL PROQNOZLAŞDIRMANIN TARİXİ ƏSASLARI 
 
1.1 SOSİAL PROQNOZLAŞDIRMANIN ƏMƏLƏGƏLMƏ VƏ 
İNKİŞAF ŞƏRAİTİ  
 
İnsanlar  fərqli  zaman  və  fərqli  məkan  haqqında  düşünməyə  başladıqdan 
sonra gələcək haqqında dini, utopik və fəlsəfi-tarixi istiqamətlər inkişaf etdi.    
Arxeoloji  və  etnoqrafik  mənbələr  göstərir  ki,  ibtidai  şüur  uzun  müddətli 
inkişaf  mərhələsindən  sonra  keçmiş  və  gələcək  haqqına  düşünməyə 
başlamışdı. İbtidai dövrdə yalnız indiki zaman mövcud idi, keçmiş və gələcək 
indiki zamana çox yaxın vaxt müddəti kimi qəbul edilirdi, yəni uzaq gələcək 
haqqında  düşünmək  bacarığı  inkişaf  etməmişdi.  Gələcək  haqqında  məlumat 
vermək və gələcəyə təsir etmək üçün cadugərlərə müraciət olunurdu.     
İnsanlar uzun müddət indiki və gələcək zamanı eyniləşdirirdilər, yəni hər 
hansı  gələcək  heç  bir  dəyişikliklər  gözlənilməyən  sonsuz  davamlı  indiki 
zaman  idi.  Gələcək  haqqında  ilkin  mifoloji  təsəvvürlərdə  sadə  təbiət 
hadisələrilə  bağlı  fantastik  məlumatlar  verilirdi.  Dünya  haqqında  mifik 
modellərdə  tarixi  prosesin  dövrü  inkişaf  xətti  izlənilir:  doğuluş  (törəmə)  – 
inkişaf (artım) – tənəzzül (azalma) – ölüm (yox olma).  
Misir  miflərində  «ilkin  zaman»  dünyanın  yaradılışı  ilə  başlayır.  Əvvəlcə 
allah  Xepri  dünyaya  gəldi,  «ilkin  materiyadan  özünü  yaratdı»,  sonra  isə 
dünyada  olanları  yaratdı.  Misir  miflərində  inkişaf  və  tənəzzül  allahların 
fəaliyyətinin  nəticəsi  kimi  izah  olunurdu.  «Ölkə  tənəzzül  dövründə  idi. 
Allahlar bu ölkədən üz döndərmişdilər». 
Şumerlər isə tarixi – firavanlıq və sülh mərhələsi olan ibtidai icma dövrünə 
və  tənəzzül  və  aşınma  mərhələsi  olan  mövcud  inkişaf  mərhələlərinə 
bölürdülər.  Şumerlər  bütün  təbiət  və  sosial  dəyişiklikləri  ayrı-ayrı  allahların 
fəaliyyətlərilə əlaqələndirirdilər.  
Hind miflərində bəşəriyyətin yaradılışının dörd mərhələsi fərqləndirilirdi: 
Qızıl  dövrü  (Kritayuqa),  Gümüş  dövrü  (Tretayuqa),  Miss  dövrü 
(Dvaparayuqa),  Dəmir  dövrü  (Kaliyuqa).  Hər  bir  dövr  inkişaf  və  tənəzzül 
mərhələlərinə bölünür. 
Çin  miflərində  də  tarixi  inkişaf  prosesinin  dövrü  (tsiklik)  inkişaf  xətti 
izlənilir. Varlıq  yaranma –  inkişaf  –  tərəqqi  – tənəzzül  –  böhran  –  məhv 
olma  mərhələlərini  yaşayır.  Bu  miflərədə  göstərilir  ki,  inkişaf  və  xaos 
müvəqqəti  vəziyyət  kimi  daimi  mövcud  ola  bilməz,  onlar  daim  bir-birinə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə