SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə13/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   116

 
 
32 
XII  əsrdə  Nizami  Gəncəvi  «İsgəndərnamə»  adlı  əsərində  utopik 
cəmiyyətin  təsvirini  verirdi.  Bu  cəmiyyətin  bütün  sakinləri  arasında  bütün 
nemətlər  bərabər  bölünüb,  burada  xoşbəxt  insanlar  yaşayırlar.  S.Urməvi, 
N.Tusi,  M.Fizuli  və  bir  sıra  digər  mütəfəkkirlərin  əsərlərində  də  ədalətli 
cəmiyyət haqqında fikirlər inkişaf etdirilir.  
M.F.Axundov  «Kəmalüddövlə  məktubları»,  «Aldanmış  kəvakib»  adlı 
əsərlərində  ədalətli  cəmiyyətin,  ideal  dövlətin  qurulması  ilə  bağlı  fikirlərini 
əks etdirir. Bu əsərlərdə ədalətli cəmiyyət qurmağın əsas şərti dövlətin ədalətli 
və  mütəfəkkir  hökmdar  tərəfindən  idarə  edilməsi  kimi  müəyyənləşdirilir, 
müəllif despotik idarəçilik üsulunun dəyişdirilməsi tərəfdarı kimi çıxış edir və 
sosial bərabərliyi sosial tərəqqinin mənbəyi kimi qəbul edir.  
H.Zərdabi  tarixin  yüksələn  xətlə  inkişafını  qəbul  edirdi  və  elm,  sənaye, 
kənd  təsərrüfatının  inkişafını  tarixi  tərəqqinin  əsas  amilləri  kimi 
müəyyənləşdirirdi.  H.Zərdabi  “Gələcək  haqqında  bəd  xəbərlər” adlı  əsərində 
gələcək inkişafın əsaslarını təhlil edirdi. Azərbaycan maarifçiliyinin görkəmli 
nümayəndəsi olan H.Zərdabi yaşadığı dövrün ideya istiqamətinə uyğun olaraq
gələcək cəmiyyəti istismarın olmadığı, hüquq və azadlıqların təmin olunduğu 
cəmiyyət kimi təsvir edirdi. 
XIX  əsrin  70-90-cı  illərinin  görkəmli  mütəfəkkiri  C.Əfqani  Şərqdə 
konstitusiya  və  parlament  idarəçilik  üsulunun  tətbiq  edilməsi  fikrini  irəli 
sürürdü,  lakin  bu  zaman  islam  idarəçilik  qanunlarının  daha  təkmil  təhlillər 
əsasında, daha mükəmməl əsaslarda istifadə edilməsi təklifi ilə çıxış edirdi. 
  Ümumiyyətlə,  ədalətli  cəmiyyət  qurulması  ideyası  XIX  –  XX  əsrin 
görkəmli 
mütəfəkkirləri 
olan 
C.Məmmədquluzadə, 
Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu,  M.Rəsulzadə  və  bir  çox  başqalarının  yaradıcılığının  əsas  xəttini 
təşkil  edib.  C.Məmmədquluzadə  respublika  quruluşunun  tərəfdarı  kimi  çıxış 
edirdi. Ə.Hüseynzadə «Vəhdət və tərəqqi» partiyasını yaratmışdı və vahid türk 
dövlətinin  yaradılması  ideyası  ilə  çıxış  edirdi.  Ə.Ağaoğlu  Şərqdə  tənəzzülün 
əsaslarını  araşdırırdı  və  sosial  tərəqqinin  əsasında  elmi  inkişafın  durduğunu 
göstərirdi.  M.Rəsulzadə  «türkləşmə,  islamlaşma,  müasirləşmə»  şüarı  ilə 
Azərbaycan  cəmiyyətinin  gələcək  inkişaf  istiqamətini  müəyyənləşdirməyə 
çalışırdı  və  vahid  türk  birliyinin  yaradılması  tərəfdarı  kimi  çıxış  edirdi.  Bu 
dövr  mütəfəkkirlərinin  gələcək  haqqında  fikirləri  daha  çox  siyasi  çalarlara 
malik olsa da, bu ideyaları gələcək cəmiyyətin modeli kimi qəbul etmək olar.  
XX əsrdə Azərbaycanın fantast yazıçılarının yaratdıqları əsərlər gələcəyin 
mümkün,  yaxud  arzu  edilən  inkişaf  istiqamətlərinin  müəyyənləşdirilməsinə 
cəhd  kimi  qiymətləndirilə  bilər.  Bu  əsərələr  sırasında  E.Mahmudovun  
«Kainat  gəmisi»  (1957),  «Həyat  simfoniyası»  (1966),  «Yox  olmuş  səslər» 
(1964),  «Atlant  qızı»  (1987),  Anarın  «Kontakt»  (1976),  N.Abdullayevin 


 
 
33 
«İtirilmiş  dünya»  (1962),  «Balaca  kiberin  macəraları»  (1966),  «Gecələr 
uzanaydı» (1979), «Uzaq dünyanın çiçəyi» (1979), L.Quliyeva və Z.Quliyevin 
«Minlərlə  ulduz»  (1987),  «İntellekt»  (1989),  M.İbrahiməyov  «Uğurlu 
sonluqlu hadisə» (1983), «Gözəl bir gündə» (1980), «Stiv Braytın yox olması» 
(1991),  L.Həsənovanın  «Zamanların  müharibəsi»  (2002),  «Borc  götürülmüş 
zaman»  (2002),  «Elyütera  –  arzular  adası»  (2003),  O.Muxtarlının, 
A.Xakimovun «Avalona səyahət» (2009) və digərlərini qeyd etmək olar. 
Sovet  dövrü  Azərbaycan  elmində  gələcəyin  proqnozlu  inkişafı  problemi 
bilavasitə  sovet  ideologiyasının  təbliği  və  sovet  sosializminin,  yaxud  sovet 
dövrü 
utopik 
sosializmin 
gələcək 
inkişaf 
istiqamətlərinin 
müəyyənləşdirilməsilə  bağlı  idi.  Bu  dövrdə  H.Şirəliyevin  «Yeni  istehsal 
münasibətləri  məhsuldar  qüvvələrin  inkişafının  başlıca  amilidir»  (1960), 
Ə.Mürsəlov «Oktyabr və yeni insan» (1960), F.Köçərlinin «Sosializm və ailə» 
(1969),  Ə.Şakirzadənin  «Mədəniyyətin  inkişafında  ictimai  əsaslar»  (1969), 
«Sovet həyat tərzi» (1979), V.Paşayevin «ETİ və sosial inkişaf» (1974), «Elmi 
qabaqgörənlik»  (1986),  Z.Hacıyevin  «Elmi  texniki  tərəqqi  və  sosial 
dəyişikliklər»  (1976),  «Kəndin  sosial  inkişafı»  (1986),  «Elmi  texniki  tərəqqi 
və  sosial  dəyişikliklərin  dialektikası»  (1993),  N.Nəcəfovun  «Elmi  texniki 
tərəqqi şəraitində  əməyin  mənəvi  aspekti»  (1977),  A.Nəcəfov  «İnkişaf  etmiş 
sosializm  və  mədəniyyət»  (1978),  N.Məmmədovun  «Modelləşdirmə  və 
biliklərin  sintezi»  (1979),  «Ekoloji  problem  və  texniki  elmlər»  (1982), 
«Ekologiya  və  texnika»  (1998),  «Ekologiya  problemləri  və  bəzi  aktual 
aspektlər» (1989), «Mədəniyyət, ekologiya və təhsil» (1996), F Ramazanovun 
«Azərbaycanda  ekoloji  problemlərin  xüsusiyyətləri  və  onların  həlli  yolları» 
(1980),  Q.Hüseynovun  «Sivilizasiya  və  sivilizasiyasızlığın  dialektikası» 
(1987),  «Sivilizasiya  və  milli  müəyyənlik»  (1995),  «Müasir dünyanın  qlobal 
problemləri»  (1997),  M.Səttarovun  «Sosialist  ictimai  şüuru:  mahiyyəti, 
strukturunda  baş  verən  dəyişikliklər,  funksiyalarının  güclənməsi»  (1988), 
C.Məmmədovun  «Mənəvi  həyatın  beynəlmiləlləşməsi»  (1989),  və  s.  əsərlər 
çap olunmuşdu. Bu dövrün elmi və ədəbiyyatı bilavasitə sovet insanının işıqlı 
gələcəyinin qurulmasına yönəlmiş fəaliyyətin təsvirinə həsr olunmuşdur. 
Müasir  dövrdə  sosial  layihələşdirmə  və  sosial  proqnozlaşdırma 
istiqamətinə  Azərbaycanda  Z.R.Hüseynov  və  E.R.İbrahimovun  «Müasir 
informasiya 
texnologiyaları 
əsasında 
investisiya 
proseslərinin 
planlaşdırılması»,  O.Abdullayev  və  H.Budaqovun  «İctimai  iqtisadi 
formasiyaların strukturu və inkişafı» (1990), Ş.A.Qasımlının «Yeni təsərrüfat 
mexanizmi və insan amilinin fəallaşdırılması» (1991), Q.İ.Bayramovun “İnsan 
və  zaman.  İnsan  həyatının  dialektikası”(1992),  T.B.Allahyarovanın  «Ekoloji 
mədəniyyət  və  ictimai  tərəqqi»  (1993),  T.B.Allahyarovanın  «İnkişafın  təbii 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə