Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış



Yüklə 166,43 Kb.
səhifə1/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
  1   2   3   4   5   6   7

Yol hərəkəti qaydaları

Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait

Müəllif: Ərəstun Məcidov 
Buraxılış: Bakı - 2001 
Dili: Azərbaycan  
Təsviri: Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait
Sponsor: BP şirkəti.



Mündəricat

Haqqında

Giriş

Yol hərəkəti qaydalarını bilmək və onlara riayət etmək hamı üçün vacibdir

Yol hərəkəti qaydalarının yaranma tarixi

Piyadaların küçə və yollarda davranma qaydaları. Küçə və yolları keçərkən təhlükəsizlik tədbirləri

Ümumi istifadədə olan nəqliyyatdan istifadə etmək qaydaları

Velosiped sürmə qaydaları

Sürücülərin, svetoforun və nizamlayıcının verdiyi xəbərdarlıq işarələri

Yol nişanları və yolların nişanlanması

Dövlət Yol polisinin vəzifələri

Yol-nəqliyyat hadisəsi barədə ümumi anlayış

Yol hərəkəti qayda pozuntuları

Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozuntuları



Haqqında





      Bu vəsaitdə Yol hərəkəti qaydalarının yaranma tarixi, "Yol hərəkəti haqqında" 28.07.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun bir sıra müddəaları verilmiş, piyadaların xüsusilə uşaqların küçə və yollarda davranış qaydaları şərh edilir, ictimai nəqliyyat vasitələrindən istifadə qaydaları, küçələrdə hərəkəti nizamlayan texniki vasitələr, nizamlayıcı polis nəfərinin işarələri və s. haqqında məlumat verilir.
Vəsait məktəblərdə yol hərəkəti qaydalarının tədrisi üzrə müəllimlər üçün nəzərdə tutulur.

      «Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası «İbtidai məktəb və məktəbəqədər tərbiyə» bölməsinin 04 may 2001-ci il tarixli 05 saylı protokolu ilə təsdiq edilmişdir»


Giriş





          Məktəbyaşlı uşaqların, yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydaların bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir.

          Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların  davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər.

          İntizamlı piyada olmaq üçün hər şeydən əvvəl uşaqlarda təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan uşaq küçədə istədiyi kimi hərəkət edir. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə  nəticələnəcəyini təsəvvür edə bilmir. O belə zənn edir ki,  çox cəld hərəkət edə bilər, hətta son anda belə hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər.

          Yaxud ona elə gəlir ki, sürücü nəqliyyatı istədiyi anda dayandıra və ya onun yanından keçə bilər. Bu baxımdan uşağa küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır.



          Azərbaycan Respublikası Təhsil Nazirliyi məktəblilərin yol hərəkəti qaydalarının öyrənmələrinə, onların küçə və yollarda intizamlı olmalarına ciddi əhəmiyyət verərək məktəblərdə müvafiq proqram üzrə yol hərəkəti qaydalarının öyrənilməsinə dair məşğələlərin keçirilməsini qərara almışdır. Bu məşğələlərin  keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarını öyrətmək və bu qaydalara əməl etmək vərdişini aşılamaqdan ibarətdir.

Yol hərəkəti qaydalarını bilmək və onlara riayət etmək hamı üçün vacibdir





          Son illər respublikamızda avtomobil parkının inkişafı nəticəsində yollarda və küçələrdə hərəkətin intensivliyinin artması avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinin təmin edilməsi mühüm dövlət problemi kimi ön plana çəkilməsini tələb edir.
          İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada  avtomobil nəqliyyatından istifadə edilməsin. Əhalinin şəxsi istifadə üçün lazım olan minik avtomobillərinə ehtiyacı daim artır. Belə bir şəraitdə təhlükəsizliyi təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təkcə sürücülərin deyil, bütün yol hərəkəti iştirakçılarının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (3 iyul 1998-ci il tarixdə qəbul edilmişdir) bilmələri və riayət etmələri tələb olunur. Çox zaman yalnız sürücülərin təqsiri üzündən deyil, həmçinin piyadaların, xüsusilə uşaqların yol hərəkəti qaydalarını bilməmələri, yaxud onlara əməl etməmələri səbəbindən bədbəxt hadisələr baş verir.
          Uşaqların qəzalar nəticəsində bədən xəsarəti almaları barədə xəbərdar olunması yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və  bütün ictimaiyyətin diqqət mərkəzində  olmalıdır. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O, elə zənn edir ki, çox cəld hərəkət edə bilər, hətta son anda belə  hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər. Yaxud da, ona elə gəlir ki, sürücü  nəqliyyatı istədiyi anda dayandıra və yandan sürə bilər.
          Hadisələrin təhlili göstərir ki, uşaqların küçədə nəqliyyatdan xəsarət almaları onların davranışından asılıdır.  Odur ki, məktəblərdə və məktəbdənkənar pedoqoji tədbirlərin müntəzəm həyata keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. İntizamlı piyada olmaq üçün uşaqlarda ən əvvəl təhlükə haqqında təsəvvür  yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan  uşaq küçədə istədiyi kimi hərəkət edir. Uşağa  küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır. Bunu, istər valideynlər, istərsə  də tərbiyəçilər, müəllimlər və hamı yaxşı bilməlidir.
          Odur ki, bizim məktəblərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələrinə, onların küçədə intizamlı olmalarına ciddi əhəmiyyət verilməli, yol hərəkəti qaydalarına dair məşğələlər  keçirilməlidir. Həmin məşğələlərin  dərsdənkənar vaxtlarda yuxarı sinif  şagirdləri ilə keçirilməsi daha məqsədəuyğundur. Bununla  əlaqədar şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və  anlayışlar izah olunmalıdır. Eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri və intizamı, yol ayrıclarının keçilməsi  qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydalarının da şagirdlərə öyrədilməsi vacibdir.

Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə