SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə8/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   116

 
 
20 
 
1.3
 
ANTİFUTUROLOJİ İSTİQAMƏT 
 
Futurologiya aşağıdakı mənaları daşıyır:  
1) «Gələcəyin fəlsəfəsi» kimi keçmiş və indiki dövr sosial istiqamətlərə qarşı 
duran  futurologiyanı  XX  əsr  alman  filosofu  K.Manngeym  «ideologiya»  və 
«utopiyaya»  bölürdü.  Futurologiya  anlayışını  ilk  dəfə  1943-cü  ildə  alman 
sosioloqu O.Flextgeym «Tarix və futurologiya» adlı əsərində təqdim etmişdi. 
Bu əsərdə müəllif «gələcəyin obyektiv fəlsəfəsi»nin yaradılması ideyasını irəli 
sürürdü. 
2)    «Gələcək  haqqında  elm»,  «gələcəyin  tarixi»  adlandırılan  futurologiyanın 
tədqiqat predmeti mövcud təzahürlərin, ilk növbədə sosial təzahürlərin inkişaf 
perspektivləridir.  Futurologiya  anlayışı  XX  əsrin  60-cı  illərində  Qərbdə 
başlanmış proqnozlar axını əsasında belə bir məzmun daşımağa başladı. 1960-
cı illərin futurologiyasında həm texnokrat optimistlər, həm realistlər, həm də 
pessimistlər mövcud idi. Lakin 60-cı illərin ortalarında «gələcəyin tarixi» ilə 
«keçmişin tarixinin» uyğun şəkildə öyrənilməsi cəhdləri nəticəsində artıq 70-
ci illərdə futurologiya öz mənasını dəyişdi. Keçmişlə gələcəyin analoji tədqiqi 
düzgün deyildi. Tarix müqayisə edilən, xüsusi tarixi maraq doğuran hadisələri 
müşahidə  deyil,  özünəməxsus  elmi  vasitələrlə  öyrənir.  Gələcək  təzahürlərin 
elmi  tədqiqi  bilavasitə  müşahidə  ilə  bağlıdır.  «Gələcək  haqqında»  elmin 
predmeti olmadığı üçün futurologiya termini nüfuzdan düşmüşdü. 
3)  Futurologiya  «fənlərarası  tədqiqat»,  «metaelm»  kimi  60-cı  illərdə  Qərbdə 
geniş  yayılmışdı.  Lakin  bu  anlayışın  qeyri-müəyyənliyi  70-ci  illərdə  onun 
proqnostika,  futuristika,  «gələcəyin  tədqiqi»  və  s.  anlayışlar  tərəfində 
sıxışdırılmağa  başlandı.  Müasir  dövrdə  bu  termin  kompleks  sosial 
proqnozlaşdırma  və  sosial  proqnostika  anlayışlarının  sinonimi  kimi  Qərbdə 
geniş yayılıb.    
4) Futurologiya proqnostika və sosial proqnozlaşdırmanın sinonimi kimi nadir 
hallarda istifadə edilir.   
5) XX əsrin ikinci yarısında futurologiya dar mənada elmi kommunizmə əks 
qoyulmuş «postindustrial cəmiyyət»lə bağlı elmi termin kimi istifadə edilirdi. 
6) Futurologya geniş mənada insan cəmiyyətinin inkişafı ilə bağlı olan bütün 
müasir elmi və publisistik nəşrləri əhatə edirdi.      
XX  əsrin  60-cı  illərindən  başlayaraq  industrializm  və  postindustrializm 
nəzəriyyələri  tənqid  olunmağa  başlandı.  Xüsusilə  reformizm,  yaxud 
konvergensionizm 
və 
apokalipsis 
nəzəriyyələr 
bu 
sıradandır. 
Konvergensionizm  nəzəriyyəsinin  tərəfdarları  elmi-texniki  inqilab  şəraitində 
kapitalizmin  olduğu  kimi  saxlanacağına  şübhə  ilə  yanaşırdılar  və  sosial-


 
 
21 
reformist xüsusiyyətli cərəyanlara istinad edərək, kapitalizmin islahatlar yolu 
ilə  dəyişdirilməsi  tərəfdarı  kimi  çıxış  edirdilər.  Bu  cərəyanın  görkəmli 
nümayəndələrindən  olan  F.Bade  «2000-ci  ilə  doğru  yarışma»  əsərilə  çıxış 
etmişdi.  Lakin  «dünya  sosializm  sisteminin»  böhranı  bu  nəzəriyyənin 
tənəzzülünə səbəb oldu. 
Apokalipsis nəzəriyyənin nümayəndələri ekzistensializm, teyardizm yaxud 
neopozitivizm fəlsəfəsinə istinad edirdilər və elmi-texni inqilabın nəticələrinin 
bəşəriyyətin  gələcək  inkişafında  istifadə  edilmə  imkanlarına  şübhə  ilə 
yanaşırdılar  və  müasir  qərb  sivilizasiyasının  süqütuna  dair  fikirlərlə  çıxış 
edirdilər.  Bu  istiqamətin  ən  görkəmli  nümayəndələrindən  olan  K.Yaspers 
«Atom bombası və bəşəriyyətin gələcəyi» adlı əsərilə çıxış etmişdi.    
XX  əsrin  70-ci  illərinədək  Kann  və  Venerin  «2000-ci  il»  əsəri 
futuroloqların  diqqət  mərkəzində  idi.  60-cı  illərdə  başlanan  siyasi  böhran 
zəncirvari  şəkildə  sosial,  siyasi  və  ideoloji  dəyişikliklərə  və  antifuturoloji 
fikirlərin  genişlənməsinə  şərait  yaratdı.  İlk  antifuturoloji  dalğa  təbii  mühitin 
çirklənməsi  ilə  əlaqədar  olaraq  dünya  ictimaiyyətinin  həyəcanı  əsasında 
genişləndi.  Bu  dövrdə  ekoloji  böhranla  bağlı  minlərlə  kitab  nəşr  olundu  və 
təbiətin  qorunması  ilə  bağlı  istifadə  olundu.  1971-ci  ildə  R.Folk  «Bizim 
planetimiz təhlükədədir» adlı əsərində ekoloji təhlükə ilə bağlı həyəcan təbili 
çalırdı. Aydın oldu ki, postindustrial cəmiyyət ideal cəmiyyət olmayacaq. 
Antifuturoloji  dalğanın  ikinci  inkişaf  mərhələsi  XX  əsrin  70-ci  illərində 
başlandı.  Bu  dövrdə  təbiətin  çirkləndirilməsi  səbəbləri  və  günahkarları 
axtarılmağa  başlandı.  Energetika  sənayesinin  inkişafı,  neft,  qaz  və  kömür 
ehtiyatlarının  yandırılması,  milyonlarla  hektar  meşələrin  qırılması;  kənd 
təsərrüfatı  sahələrinin  tutulması,  suyun,  havanın  zəhərlənməsi,  nəqliyyat, 
urbanizasiya  prosesinin  sürətlənməsi  və  s.  ekoloji  böhranın  əsas  səbəbi  kimi 
göstərilirdi.  Problemlə  əlaqədar  olaraq,  «texnologiyanın  qiymətləndirilməsi» 
kampaniyası  yaradılmışdı.  Bu  dövrdə  amerika  futuroloqları  M.Serton  və 
B.Batrokun «Dinamik mühitdə texnologiyanın qiymətləndirilməsi» kitabı nəşr 
edilmişdi.  70-ci  illərin  ortalarında  birinci  və  ikinci  antifuturoloji  istiqamət 
birləşmişdi.  Qərbdə  bu  dövrün  əsas  şüarı  «futurologiyasız  müasir 
texnologiya»  idi.  Antifuturalist  istiqamətin  üçüncü  mərhələsi  ikinci  mərhələ 
ilə təxminən eyni vaxtda başlanmışdı. Bu istiqamət sürətli siahlanma, kütləvi 
məhvetmə  ilə  bağlı  atom,  kimyəvi,  bakterioloji  silahların  inkişaf  etdirilməsi, 
təbii  mühitin  çirkləndirilməsi,  demoqrafik  və  informasiya  partlayışı  və  çox 
sayda  böhranlara  səbəb  olan  elmi-texniki  tərəqqiyə  qarşı    çıxırdı.  Bu 
istiqamətin  tərəfdarları  alimləri  elmdən  yanlış  istifadə  etməkdə 
günahlandırırdılar və «elmi ləğv etmək» şüarı ilə çıxış edirdilər.  C.Plattanın 
«İnsana doğru addım» əsərində bu fikirlər inkişaf etdirilirdi.   


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə