SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə11/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

 
 
26 
 
YOXLAMA SUALLAR 
1.Futurologiyanın mahiyyətini izah edin. 
2.Antifuturalistlər nəyə qarşı çıxış edirdilər? 
3.A.Tofler gələcəyin inkişaf istiqamətlərini necə görürdü? 
4.A.Toflerin fikirləri nə üçün mühakiməyə məruz qalmışdı? 
 
REFERAT MÖVZULARI 
1.Qlobal problemlər konsepsiyası (C.Bernal, N.Viner, R.Yunq, A.Peççei) 
2. Keçmiş sovet və yerli elmi ədəbiyyatda gələcəyin tədqiqi xüsusiyyətləri  
3. Proqnostika proqnozlaşdırma nəzəriyyəsi və təcrübəsi məcmusu kimi 
4. A.Toflerin gələcək haqqında ideyaları 
5.Roma klubunun gələcək haqqında tədqiqatları 
6.»Antifuturoloji» meylin iqtisadi, siyasi və sosial əsasları  
7.»Ekoloji dalğa» və onun nəticələri 
8.»Texnoloji dalğanın» əmələ gəlməsi səbəbələri və əsas ideyaları 
 
ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2. Бестужев-Лада И.В. Альтернативная цивилизация. М., 1998. 
3. Виноградов В.Н. Гончарук С.И. Законы общества и научное предвидение. М., 
1999. 
4.Впереди  XXI  век:  перспективы,  прогнозы,  футурологи.  Антология 
современной  классической  прогностики  1952-1999.  Редактор-составитель  И.В. 
Бестужев-Лада. М.: Academia, 2000. 
5.Добров  Г.М.  Прогнозирование  науки  и  техники.  3-е  изд.  М.:  Изд-во  РАН, 
1998. 
6. Костин А.И. Экополитология и глобалистика. М.: Аспект Пресс, 2005. 
7.Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000. 
8.Никитина А.Г. Предвидение как человеческая способность. М., Эврика, 1975. 
9.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 
1982. 
10.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика 1984. 
11.Храленко  Н.И.  Философско-методологические  проблемы  прогнозирования. 
Л., 1980. 
12.Ярская В.М. Научное предвидение: Вопросы методологии. Саратов. 1989. 
 
 
 
 
 


 
 
27 
1.4
 
GƏLƏCƏYƏ    FUTUROSİNERGETİK    YANAŞMA  (L.V. 
Leskovun tədqiqatları əsasında
)
 
 
Roma  klubu  gələcəklə  bağlı  tədqiqatlara  başladığı  vaxtdan  etibarən 
dünyada  iqtisadi,  ekoloji,  demoqrafik  və  digər  qlobal  problemlərin  əhatəli 
araşdırılması  və  sosial  proqnozlaşdırmanın  istiqamətləndirilməsinə  yönəlmiş 
nəzəriyyələrin yaranması prosesi sürətləndi.  
XX  əsrdə  özünütəşkilatlandıran  sistemlərin  dəyişməsi    və  inkişafı 
xüsusiyyətlərinin  təhlilinə  yönəlmiş  sosiosinergetik  yanaşma,  sosial 
proqnozlaşdırmanın  sinergetik,  yaxud  futurosinergetik  metodları  geniş  vüsət 
aldı.  Sosial  proqnozlaşdırmanın  ənənəvi  metodları  klassik  rasionallığa 
əsaslandığından  birölçülülük,  xəttilik,  alternativsizlik  kimi  bir  sıra 
çatışmazlıqlara malikdir. Sosiosinergetika qeyri-sabitlik fəlsəfəsi kimi klassik 
metodologiyadan fərqli olaraq, tarixi proseslərin modelinin qurulması zamanı 
təsadüfilik  (stoxastik),  qeyri-müəyyənlik,  qeyri-xəttilik,  çoxvariantlılıq 
xüsusiyyətlərinin  nəzərə  alınmasına  yönəlir.  Lakin  sosial  sistemlərin  yüksək 
mürəkkəbliyi,  onların  dinamik  xüsusiyyətlərilə  bağlı  amillərin  çoxluğu, 
kompleksliyi  və  çoxpilləliyi  sosiosinergetik  metodların  istifadə  edilməsində 
çətinliklər  yaradır.  Bununla  yanaşı  sosiosinergetika  bifurkasiya  (haçalanma) 
mərhələlərini  və  təkamüllə  bağlı  fəlakətləri  analiz  edən  metodların  işlənib 
hazırlanmasında 
geri 
qalır. 
L.V.Leskov 
«Rusiyanın 
sinergetik 
modelləşdirilməsi» (1997) adlı tədqiqatında sistemin davranış xüsusiyyətlərilə 
bağlı əsas dəyişənlərin təyin edilməsini və nəzərə alınmasını sosial və sosial 
ekoloji  sistemlərin  modelləşdirilməsi  amilləri  kimi  müəyyənləşdirir.  Müəllif 
müasir  sivilizasiyanın  proqnoz  modelinin  qurulması  üçün  ilk  növbədə  ən 
ümumi xüsusiyyətlərin nəzərə alınmasını vurğulayır.  
P.Kennedi, G.Laslo, A.Zinovyev, B.Rauşenbax, V. Qorşkov, V. Qolubev, 
V.Klimenko    müasir  sivilizasiyanın  ciddi  təhlükə  qarşısında  olması  fikri  ilə 
çıxış  edərək,  problemin  uyğun  həlli  yollarının  tapılmasına  çalışırlar. 
L.V.Leskov  sosial  poqnozlaşdırmanın  sinergetik  modelinin  qurulması 
istiqamətində  bilavasitə  texnogen  fəaliyyətin  nəticəsi  olaraq  əmələ  gələn 
qlobal  ekoloji  böhranı,  texnosfera  və  ətraf  mühit  arasında  yaranan 
ziddiyyətləri ən ümumi dəyişənlər kimi  müəyyənləşdirir. L.V.Leskov  müasir 
tarixi insikşaf mərhələsini kapitalizmin mahiyyətcə fərqli təkamül dövrü kimi 
müəyyənləşdirir  və  qeyd  edir  ki,  bu  dövrdə  imkanlar  genişlənir,  funksiya-
kapital  mülkiyyət-kapitaldan  fərqlənir,  menecerlər  və  texnokratlar  kapitalist 
cəmiyyətinin  elit  təbəqəsinə  çevrilirlər,  ümumi  biliklərə  əsaslanan  ümumi 
idarəçilik  forması  yaranır.  L.V.Leskov  XXI  əsrin  dünya  sivilizasiyaları 
sistemində  Qərb,  Çin,  İslam,  Hind,  Latın  Amerikası,  Afrika,  Pravoslav  və 


 
 
28 
Yaponiya  sivilizasiyalarını  fərqləndirir.  L.V.Leskov  mükəmməl  informasiya 
cəmiyyəti haqqında ideyaları növbəti sosial utopiya kimi qiymətləndirir, çünki 
ümumi informasiyalaşma yeni problemlər yaradır. A.A.Zinovyevə  görə, süni 
əql insan ağlını sürətləndirməklə, yanaşı kəmağıllığı da inkişaf etdirir. Həddən 
artıq informasiya insanlar arasındakı ünsiyyətin məhv olmasına, inkişaf etmiş 
ölkələrin  daimi  nəzarət  altına  alınmasına  gətirir.  İnkişafdan  geri  qalmış 
ölkələrdə  əhalinin  sayının  artması  və  burada  sənaye  proqramlarının 
reallaşdırılması  mövcud  problemləri  dərinləşdirir.  Futurosinergetika 
nəzəriyyəsinin  tərəfdarları  gələcəkdə  sosial-siyasi  və  ekoloji  böhranların 
qaçılmaz  olduğunu,  sosial  mədəni  vəhdətin  itirilməsi  imkanları  haqqında 
məlumat  verirlər  və  əmindirlər  ki,  böhranın  qarşısının  alınması  üçün  radikal 
sistemli  dəyişikliklər  zərurdir.  Yeni  tarixi  subyekt  elmi-texniki  inqilabın 
növbəti  mərhələsində  yeniləşə  bilər.  Y.V.Yakoves  və  S.Y.Qlazyevə  görə, 
tsiklik  dinamikanın  və  sosiogenetikanın  qanunauyğunluqları  XXI  əsrdə 
bəşəriyyətin altıncı, «postinformasiya», yaxud texnoloji cəmiyyətə keçidindən 
xəbər  verir.  Bu  keçid  daha  inqilabi  xüsusiyyətlərə  malik  olub, 
dünyagörüşündə  əsaslı  dəyişikliklərlə  müşayiət  olunacaq  və  dünya 
sivilizasiyasının  təkamülü  prosesi  V.Vernadskinin  noosfera  konsepsiyasına 
uyğun  olacaq.  Sistemli  böhran  vəziyyəti  bəşəriyyəti  bifurkasiyalı  (haçalı) 
inkişaf  qarşısında  qoyub  və  onun  gələcək  inkişafı  çoxvariantlı  xüsusiyyət 
daşıyır.  Sivilizasiyanın  modelləşdirilməsi  prosesi  təkamül  ssenarilərinin 
qurulmasını  tələb  edir.  L.V.Leskov  Qərb  sivilizasiyasının  alternativ  inkişaf 
ssenari  modellərini  və  modellərin  qurulması  ilə  bağlı  əsas  amilləri 
müəyyənləşdirməyə çalışır: 
1.  Müasir  vəziyyətin  saxlanması  ssenarisi  (Kennediyə  görə,  Qərb 
transmilli  korporasiyalar  hesabına  Ümumi  Milli  Məhsul  üzərində  nəzarəti 
təmin edə və öz ehtiyatlarının bir qismini sərf etməklə regionlarda yaranan bu 
və  ya  digər  qeyri-sabitliyin  qarşısını  ala  bilər  və  bu  əsasda  müasir  ictimai 
birlikləri enyi səviyyəli məsuliyyətə cəlb edərək, qlobal problemləri həll edə 
bilər). 
2. Dünyəvi totalitar sistem ssenarisi (Bu ssenari Qərbin dünya üzərində 
ümumi  nəzarətinin  təmin  olunmasına  yönəlmiş  ideologiya  ilə  bağlı  olub, 
«qızıl milyard» strategiyası və modernizmin təhlilinə yönəlir. Bu məqsədə nail 
olmaq  üçün  ümumplanetar  informasiya  magistralının  yaradılması  əsas  şərt 
kimi  qəbul  edilir.  Gözlənilən  ekoloji  böhranın  qarşısını  almaq  üçün  dünya 
əhalisi 10 dəfə azaldılmalı, yaxud təbii istehlak ehtiyatları 10 dəfə artırılmalı, 
ətraf mühitə texnogen təsirin qarşısı alınmalıdır).  
3. Yeni orta əsrlər ssenarisi (Bu ssenari orta əsrlərdəki maliyyə böhranı, 
Mərkəzin gücsüzlüyü və ölkənin tənəzzülü, əhalinin yoxsullaşması, elmin və 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə