SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə10/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   116

 
 
24 
1974-cü  ildə  M.Mesaroviç  (ABŞ)  və  E.Pestelin  (Almaniya)  «Bəşəriyyət 
çıxış nöqtəsində» adlı əsəri nəşr olundu. Burada imitasiya və oyun alətlərindən 
istifadə  edilərək  modelləşdirmə  prosesi  bir  qədər  mürəkkəbləşdirilmişdi, 
tədqiqatın  normativ  aspekti  gücləndirilmişdi.  Müəlliflər  problemlərin  həll 
edilməsi  üçün  alternativ  normativ-proqnozlaşdırma  ssenarilərini  təqdim 
edirdilər.  Bu  ssenarilərdən  birində  inkişaf  etmiş  ölkələr  tərəfindən  inkişaf 
etməkdə  olan  ölkələrə  kömək  variantları  işlənmişdi.  Digər  ssenarilərdən  biri 
neft  istehsal  edən  və  istehlak  edən  ölkələr  arasında  münasibətlərin 
tənzimlənməsilə bağlı idi. Başqa bir ssenari dünya ərzaq probleminin həllinə 
dair idi. Mesaroviç-Pestel belə nəticəyə gəlirdilər ki, növbəti on illikdə inkişaf 
etməkdə olan ölkələrdə qlobal təhlükə gözlənilir, sonradan bu təhlükə inkişaf 
etmiş  ölkələri  də  əhatə  edəcək.  Forrester-Medouzanın  təklif  etdiyi  «sıfır 
inkişaf»  konsepsiyası  əvəzində  «üzvi  inkişaf»  xəttinə  keçid  daha  səmərəli 
görünür.  İnkişaf  etməkdə  olan  ölkələrə  kömək  edərək  inkişaf  sürətini 
bölüşdürmək və dünya ərzaq və neft probleminin həllini gücləndirməklə «üzvi 
inkişafa»  keçmək  mümkündür.  Müəlliflərin  fikirləri  bir  qədər  utopik 
göründüyündən tənqidə məruz qalmışdı.  
1976-cı  ildə  Roma  klubunun  üzvü  Y.Tinberqin  başçılığı  ilə  «Beynəlxalq 
iqtisadi nizamın yeniləşdirilməsi» və D.Qaborun «İsrafçılıq əsri hüdudlarında» 
adlı kitabları nəşr edildi. Birinci kitabda inkişaf etmiş və inkişaf etməkdə olan 
ölkələr  arasındakı  iqtisadi  əlaqələrin  yenidən  qurulması  məsələsi  qoyulurdu. 
Əks  təqdirdə  bu  ölkələr  arasında  əlaqələr  qırılacaq  və  inkişaf  etməkdə  olan 
ölkələrdə  iqtisadiyyat  çökəcək,  milyonlarla  insan  aclıqdan  məhv  olacaq  və 
beynəlxalq münasibətlər çətinləşəcək. Bunun qarşısının alınması üçün inkişaf 
etməkdə  olan  ölkələrə  maliyyə  və  ərzaq  yardımı  edilməli,  maddi  yardım 
etmək, kreditlər vasitəsilə bu ölkələrin sənayeləşdirilməsini sürətləndirmək və 
silahlanmanı dayandırmaq hesabına iqtisadiyyatı optimallaşdırmaq vacibdir. 
İkinci  kitab  dünya  mineral  ehtiyatlarının tükənməsi  və  yanacaq-enerji  və 
xammal balansının pozulması təhlükəsi problemlərinə həsr olunmuşdu. Bunun 
qarşısını almaq üçün enerji və maddi ehtiyatlar bərpa edilməli, qapalı istehsal 
tsiklləri  genişləndirilməlidir  və  s.  Roma  klubunun  proqnzları  artıq  daha 
konkret müddəti və konkret məsələləri əhatə edirdi.   
1977-1978-ci  illərdə  Roma  klubunun  nümayəndəsi  G.Laslonun  (ABŞ) 
rəhbərliyi  ilə  «Bəşəriyyətin  məqsədi»  adlı  kitab  nəşr  olundu.  Burada  əsas 
diqqət  normativ  proqnozlaşdırmaya  yönəlmişdi.  Kitabın  birinci  hissəsində 
yerli  tədqiqatçılar  cəlb  olunmaqla  dünyanın  səkkiz  regionu  üzrə  aparılan 
araşdırmalarda  iri  beynəlxalq  təşkilatlar  və  çoxsaylı  korporasiyaların 
məqsədləri öyrənilirdi. İkinci hissədə beynəlxalq təhlükəsizlik, ərzaq, enerji və 
mineral  ehtiyatları,  ümumi  qlobal  inkişaf  tədqiq  edilirdi.  Üçüncü  hissədə 


 
 
25 
«elmi  əsaslandırılmış  qlobal  məqsədlərə  nail  olmaq  üçün  ümumdünya 
həmrəyliyinin  qurulması  işində  inqilab  etmək  lazımdır»  şüarı  inkişaf 
etdirilirdi.    
Roma  klubunun  1979-cu  ildə  nəşr  olunmuş  «Təhsil  hüdudsuzdur»  adlı 
kitabı  xalq  təhsili  problemlərinə  həsr  olunmuşdu.  Burada  xalq  təhsil 
sistemində  islahatlar  aparılması,  təhsildə  bəşəriyyətin  müasir  problemlərinin 
nəzərə  alınması,  bu  problemlərin  ümumi  qlobal  xüsusiyyətlərinin  nəzərə 
alınması  və  daha  mütərəqqi  tədris  metodlarından  istifadə  edilməsi  təklif 
olunurdu.  
1980-cı  ildə  Roma  məktəbində  O.Ciarininin  rəhbərliyi  ilə  «Sərvət  və 
firavanlıq haqqında dialoq» adlı kitab nəşr olundu. Burada yeni siyasi iqtisad 
nəzəriyyəsinin  yaradılmasına  cəhd  edilirdi.  Müəllif  güman  edirdi  ki, 
iqtisadiyyatın  və  mədəniyyətin  inkişafı  nəticəsində  bəşəriyyət  həm  ictimai 
istehsal,  həm  də  bərpa  edilməmiş  təbii  ehtiyatlar  problemi  ilə  hesablaşmalı 
olur.  Buna  görə  də  iqtisadiyyatın  inkişafında  ekoloji  nəticələr  nəzərə 
alınmalıdır  və  siyasi  iqtisad  və  sosial  ekologiya  vahid  elmi  fənn  kimi 
öyrənilməlidir.  Bu  zaman  istehsalın  maliyyə  tərəfi  və  təbii  ehtiyatların 
istifadəsi diqqətdə saxlanılmalıdır.  
Sonrakı dövrdə Roma klubu hər il yeni tədqiqatlarla çıxış etməyə başladı. 
Bu  illər  ərzində  İ.Kay  (Yaponiya),  A.Erri  (Argentina),  Q.Linneman 
(Niderland), V.Leontyev (BMT), A.Qabyu (İsveçrə), P.Roberts (İngiltərə) və 
s. dəqiq işlənmiş modellərlə çıxış etmişdilər.   
1972-ci ildən etibarən Avstriyada (Lüksemburq) Beynəlxalq Tətbiqi sosial 
analiz  institutu  fəaliyyət  göstərir.  Burada  qlobal,  regional  və  problemli 
modelləşdirmə məsələlərilə bağlı tədqiqatlar aparılır.  
1992-ci ildə BMT-nin Rio-de-Janeyrodakı konfransda sabit qlobal inkişaf 
konsepsiyası  qəbul  edilmişdi.  1997-ci  ildə  Deniverdə  «böyük  səkkizliyin» 
görüşündə,  BMT-nin  Baş  Məclisinin  Xüsusi  iclasında  və  Kiotoda  iqlim 
dəyişməsilə bağlı Beynəlxalq konfransda ekoloji problemlər müzakirə edilmiş 
və  forum  iştirakçıları  tənzimlənən,  yaxud  sabit  qlobal  inkişafa  keçid 
proqramının  yerinə  yetirilməsindən  narazılıqlarını  bildirmişdilər.  Kiotoda 
əsasən    ABŞ  və  Avropa  ölkələrinin  təsərrüfat  fəaliyyəti  nəticəsində  60% 
karbon qazının atmosferə daxil olması nəticəsində parnik effekti təhlükəsinin 
yaranması  problemi  müzakirə  edilmişdi.  ABŞ-ın  atmosferi  çirkləndirməsi 
inkişaf  etməkdə  olan  ölkələrdə  Milli  sənayenin  inkişafına  mane  olduğundan 
bu dövlətlər arasında yaranan kəskin qarşıdurma vəziyyəti də konfransın əsas 
müzakirə məsələlərindən olub. 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə