SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə116/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   116

 
 
281 
 
 
BÖLMƏ II. LAYİHƏNİN REALLAŞDIRILMASI 
Addım № 13. Layihə təkliflərinin tərtib edilməsi 
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 

Sosial  vəziyyət  nəzərə  alınmaqla 
tərtib 
edilən 
planın 
yenidən 
müzakirəsi 
Planın  reallaşdırılmasının 
son islahı  

Layihə  haqqında  qısa  xülasənin 
tərtib edilməsi 
Layihə  haqqında  xülasə 
mətni 

Müxtəlif  təşkilatlarla  layihənin 
birgə  reallaşdırılması  haqqında 
təkliflərin tərtib edilməsi  
Birgə  fəaliyyət  haqqında 
təkliflər variantı  

Birgə  fəaliyyət  haqqında  müqavilə 
mətninin hazırlanması  
Müqavilə variantları 
 
Addım № 14. İşgüzar ortaqların axtarışı 
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 

Layihənin reallaşdırılmasına kömək 
edə 
biləcək 
təşkilatların 
və 
şəxslərin 
siyahısının 
müəyyənləşdirilməsi 
Təşkilat 
və 
şəxslərin 
siyahısı  

Ehtimal  edilən  işgüzar  ortaqlar 
haqqında 
informasiyanın 
toplanması 
İşgüzar  ortaqlar  haqqında 
məlumat 

Danışıqların 
ünvanının, 
telefonunun  və  nəzərdə  tutulan 
vaxtının təyin edilməsi  
Ətraflı məlumat 
 
Addım № 15. Rəsmi danışıqların aparılması 
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Layihənin  reallaşdırılmasında  hər  bir 
ortağın 
işgüzar 
iştirakının 
müəyyənləşdirilməsi  
Müqavilə  mətni  (şifahi 
müqavilə)  
2. 
Əməkdaşlıq 
haqqında 
müqavilə 
imzalanması 
İmzalanmış 
müqavilə 
mətni 
 
Addım № 16. Zəruri ehtiyatların əldə edilməsi 
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Layihənin reallaşdırılması üçün  Zəruri ehtiyatların planda qeyd 


 
 
282 
zəruri  olan  ehtiyatın  vaxtında 
əldə edilməsi  
olunmuş  həcmdə  və  vaxtda 
əldə edilməsi 
 
Addım № 17. Planlı tədbirlərin həyata keçirilməsi  
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Layihənin  reallaşdırılması  ilə 
bağlı 
planda 
göstərilən 
tədbirlərin həyata keçirilməsi 
Planın bütün bəndlərinin dəqiq 
və tam yerinə yetirilməsi 
 
Addım  №  18. Planın  yerinə  yetirilməsinin  qiymətləndirilməsi və  nəzarət 
edilməsi  
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Keçirilən  tədbirlərin  kəmiyyət 
və 
keyfiyyət 
qiymətləndirilməsinin  həyata 
keçirilməsi  
Layihənin 
reallaşdırılması 
gedişi 
haqqında 
obyektiv 
təsəvvür 
 
Addım № 19. Layihənin reallaşdırılması gedişinin islah edilməsi  
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 

Plan 
tədbirlərin 
qiymətləndirilməsi  və  nəzarət 
edilməsinin  nəticələri  əsasında 
planın dəyişdirilməsi 
Planın  yeni  (islah  edilmiş) 
variantı  
 
BÖLMƏ III. LAYİHƏ ÜZƏRİNDƏ İŞİN NƏTİCƏLƏRİ  
 
Addım № 20. Layihə üzərində işin nəticələrinin analizi  
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
Qoyulan  məqsədlərin  təhlil 
edilməsi  
Analitik materiallar  
 
2. 
Nəticələrin 
qoyulan 
məqsədlə uyğunlaşdırılması 
Layihə  üzərində  iş  haqqında 
hesabat 
 
Addım № 21. İşin nəticələri haqqında ictimaiyyətə məlumat vermək  
№ 
Əsas vəzifələr 
Gözlənilən nəticələr 
1. 
KİV  və  dövlət  orqanları 
vasitəsilə 
sosial 
layihə 
haqqında məlumat vermək  
Yerli birliyin üzvlərinin təşkilatın 
işi haqqında təsəvvürləri  
 


 
 
283 
Əksər  hallarda  layihələşdirmə  kollektiv  fəaliyyət,  yaxud  xüsusi  (müddəti 
əvvəlcədən müəyyənləşdirilmiş) idarəetmə forması kimi çıxış edir. Bu zaman 
komanda  üzvlərinin  peşəkarlıq  səviyyəsinə  görə  vəzifələri  müəyyənləşdirilir 
və  nəticələrin  ümumiləşdirilməsi  və  qərar  qəbulu  prosesində  hər  bir  üzvün 
fikri  nəzərə  alınır.    Komanda  ilə  qərar  qəbul  etmə  zərurəti  aşağıdakılarla 
bağlıdır: 
- Problemin yaradıcı həlli zərurəti yarandıqda; 
-  Bütün  komanda  məsələnin  həlli  ilə  bağlı  göstəricilər  haqqında  məlumatlı 
olduqda;  
- Qərarın bütün komanda ilə birgə qəbul edilməsi zərurəti yarandıqda;  
- Qərarın bütün komanda üzvləri tərəfində dərk edilməsi zərurəti yarandıqda;  
-  Problem  mürəkkəb  olduqda  və  onun  həlli  üçün  hərtərəfli  biliklər  lazım 
olduqda; 
-  Menecer  komanda  üzvlərinin  özlərini  demokratik  proseslərin  tərkib  hissəsi 
kimi hiss etmələrini və onların inamını qazanmaq istədikdə;  
- Qərar qəbulunda komanda riskə gedərsə;  
- Komanda üzvlərinin bir-birini daha yaxşı tanımaq ehtiyacı yarandıqda;  
- Qərar qəbulu üçün yalnız komanda məsuliyyət daşıdıqda;  
-  Menecer  öz  ideya  və  planları  haqqında  komandanın  rəyini  öyrənmək 
istədikdə; 
- Komandanın müzakirə üçün vaxtı olduqda; 
- Komanda üzvləri üçün komandanın tərkib hissəsi olmaq xoş olduqda. 
 Təcrübi 
nümunə  kimi  təqdim  edilən  «Məktəblilərin  sosial 
layihələşdirilməsi»  mövzusunda  layihə  nümunəsi  sosial  layihələşdirmə 
prosesinə dair qeyd edilən standart fəaliyyət formasını əks etdirir.  
Məktəblilərin sosial layihələşdirilməsi 
I. Sosial layihələşdirmənin məqsədi: 
- məktəblilərin diqqətinin lokal birliyin sosial problemlərinə yönəldilməsi
-  problemlərin  şagirdlərin  öz  qüvvəsilə  aradan  qaldırılması  məqsədilə  yuxarı 
sinif şagirdlərinin real praktiki fəaliyyətə cəlb edilməsi. 
II. Sosial layihələşdirmənin əsas vəzifələri: 
-  əldə  edilən  məlumat  əsasında  məktəblilərin  ümumi  mədəni  səviyyəsinin 
yüksəldilməsi;  
- birlik daxilində «ağıllı sosial davranış» bacarıqlarının formalaşdırılması;   
- komandada işləmək bacarıqlarının möhkəmləndirilməsi; 
-  əhəmiyyətli  sosial  biliklər  və  bacarıqların  təkmilləşdirilməsi  (gələcək 
fəaliyyətin planlaşdırılması, zəruri ehtiyatların hesablanması, nəticələrin təhlili 
və s.). 


 
 
284 
Əsas  vəzifə  yerli  birlikdə  sosial  vəziyyətin  real  təkmilləşdirilməsilə 
bağlıdır.  Məktəblilərin  şəxsi  qüvvəsi  əsasında  hazırlanan  və  reallaşdırılan 
sosial  layihə  təşəbbüskarlıq  xüsusiyyətinə  malikdir.  Məktəblilər  sosial 
layihənin təşəbbüskarları kimi –  
1.Lokal birliyin sosial problemlərindən birini müəyyənləşdirirlər; 
2.Həmin  problemin  həll  edilməsilə  bağlı  məqsəd  və  vəzifələrini  təyin 
edirlər; 
3.Layihənin  reallaşdırılması  üçün  ilkin  planı  və  zəruri  materialları 
hazırlayırlar. 
4.Şagirdlər şəxsən layihəni işləyib hazırlayırlar; 
5.Ekspertiza  aparılması,  yaxud  layihənin  dəstəklənməsi  məqsədilə 
problemlə maraqlı təşkilatlara müraciət edirlər; 
6. Layihəni şagirdlər şəxsən reallaşdırırlar. 
III. Layihəyə qoyulan əsas tələblər 
1.Məhdudiyyət  (zaman,  məqsəd  və  vəzifələr,  nəticələr  və  s.  ilə  bağlı)  –  
nəticəsi 
dəqiq 
müəyyənləşdirilmiş 
mərhələlər 
əsasında 
layihənin 
reallaşdırılması  gedişinə  nəzarətlə  bağlıdır.  Layihənin  məhdudluğu 
aşağıdakılarla bağlıdır: 
- reallaşdırma mərhələləri və müddəti; 
- dəqiq və ölçülə bilən məsələlər; 
- konkret və ölçülə bilən nəticələr; 
- işin yerinə yetirilməsi planı və cədvəli; 
-layihənin reallaşdırılması üçün  zəruri  olan  ehtiyatların  konkret  kəmiyyəti  və 
keyfiyyəti. 
2.Tamlıq – layihənin ümumi mahiyyəti məlumdur və onun hər bir hissəsi 
ümumi fikrə və nəzərdə tutulan nəticəyə uyğundur. 
3.Ardıcıllıq və əlaqəlilik – bir-birinə uyğun olan və bir-birini əsaslandıran 
hissələrin məntiqi quruluşuna əsaslanır. Məqsəd və vəzifələr qoyulan problem 
əsasında müəyyənləşir. Büdcə ehtiyatların təsvirinə əsaslanır və plana uyğun 
qurulur.  
4.Obyektivlik  və  əsaslandırma  –  layihənin  ideyası  və  problemin  həlli 
istiqamətlərinin  seçilməsi  təsadüfi  olmayıb,  müəlliflərin  vəziyyətin  dərk 
edilməsi  və  ona  təsir  etmə  imkanlarının  qiymətləndirilməsilə  bağlı 
fəaliyyətinin nəticəsidir.  
5.  Müəllifin  və  işçi  heyətin  səriştəliliyi  –  müəlliflərin  problemə  uyğun 
məlumatlara, məsələnin həlli ilə bağlı vasitə və imkanlara malik olması, işçi 
heyətin  layihənin  reallaşdırılması  texnologiyaları,  forma  və  metodlarına 
yiyələnməsi əsasında müəyyənləşir. 


 
 
285 
6. Həyat qabiliyyəti – layihənin inkişaf perspektivlərinin, digər şəraitlərdə 
reallaşdırma imkanlarının müəyyənləşdirilməsinə yönəlir.  
IV. Sosial layihələrin işlənib hazırlanması texnologiyaları: 
1.Cari  zamanda  lokal  birlik  daxilində  sosial  vəziyyətlə  bağlı  ictimai  rəyin 
öyrənilməsi; 
2.Lokal birlikdə aktual olan sosial problemin müəyyənləşdirilməsi; 
3.Sosial problemin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; 
4.Layihə qrupunun real imkanlarının öyrənilməsi; 
5.İş planının hazırlanması; 
6.Planın reallaşdırılması cədvəlinin qurulması; 
7.Layihə qrupunda vəzifə bölgüsünün müəyyənləşdirilməsi; 
8.Maliyyələşdirmə ehtiyatlarının və mənbələrinin müəyyənləşdirilməsi; 
9.Layihənin büdcəsinin tərtib edilməsi; 
10.Layihə üzərində işin səmərəlilik səviyyəinin qiymətləndirilməsi sisteminin 
işlənib hazırlanması; 
11.Layihə qrupunun üzvlərinin zəruri bilik və bacarıqlarla təlimləndirilməsi; 
12.Lokal birlikdə ictimai rəyin formalaşdırılması.  
13. Hazırlanmış layihələrə dair işgüzar təkliflərin tərtib edilməsi; 
14.Layihənin reallaşdırılması üçün partnyorun axtarılması; 
15.Real partnyorlarla rəsmi danışıqların aparılması; 
16.Zəruri ehtiyatların əldə edilməsi; 
17.Plan tədbirlərin keçirilməsi
18.Planın yerinə yetirilməsinə nəzarət və qiymətləndirmə; 
19.Layihənin reallaşdırılmasında korrektələr; 
20.Layihə üzrə işin nəticələrinin analizi; 
21.Layihənin nəticələri haqqında icimaiyyətin məlumatlandırılması. 
1  –  12-ci  mərhələlər  sosial  layihənin  bilavasitə  şagirdlərin  qüvvəsilə 
hazırlanması və reallaşdırılmasına yönəlir.   
13  –  19-cu  mərhələlər  hazırlanmış  layihənin  təşəbbüskar  şagird 
qruplarının qüvvəsilə reallaşdırılmasını nəzərdə tutur.  
20  –  21-ci  mərhələlər  sosial  layihənin  nəticələri  üzərində  görülən  işi  əks 
etdirir. 
V. Gözlənilən nəticələr 
1.Yuxarı  sinif  şagirdlərinin  sosial  fəallığının  yüksəlməsi,  onların  lokal 
birliyin sosial vəziyyətinin təkmilləşdirilməsində şəxsi iştiraka hazırlığı; 
2.Yerli  idarəetmə  orqanlarının  şagirdlərin  dəlillərini  dinləməyə  və  sosial 
vəziyyətin təkmilləşdirilməsilə bağlı təkliflərini qəbul etməyə hazırlığı; 
3.Yuxarı  sinif  şagirdlərinin  lokal  birlikdə  sosial  vəziyyətin 
dəyişdirilməsinə real köməkləri; 


 
 
286 
4.Şagirdlərin  şüurunda  müsbət  dəyişiklik,  şagirdlərin  ümumi  mədəni 
səviyyəsinin yüksəlməsi; 
5.Layihə qrupunun üzvlərinin sosial əhəmiyyətli fəaliyyətlə bağlı kollektiv 
işləmək bacarıqlarının inkişafı;    
6.İctimai 
rəyin 
dəyişməsi, 
lokal 
birlikdə 
sosial 
vəziyyətin 
təkmilləşdirilməsi məqsədilə sakinlərin praktik fəaliyyətə cəlb edilməsi. 
VI. Səciyyəvi səhvlər:  
-  yuxar  sinif  şagirdlərinin  sosial  layihənin  hazırlanması  və  reallaşdırılması 
texnologiyaları, iş haqqında məlumatsızlığı; 
-  yuxarı  sinif  şagirdlərinin  öz  qüvvələrini  və  layihə  qrupunun  imkanlarını 
həddindən artıq qiymətləndirməsi; 
- şagirdlərin layihənin reallaşdırılması ilə bağlı fəayliyyəti davam etdirmədən 
«əsas»  ideyanı  elan  etməsi,  yəni  təcrübi  nəticələrin  vaxtından  əvvəl  təyin 
edilməsi;   
-  təqdim  olunan  sosial  layihənin  maddi  texniki  və  real  maliyyə  mənbələrinin 
olmaması. 
 
Bu layihənin təxmini qrafik modeli aşağıdakı kimi qurula bilər. 
Burada:  
            - şagirdlərin sosial fəallığının mövcud vəziyyəti 
   
-
 
şagirdlərin sosial fəallığının 
 
arzu edilən vəziyyəti 
 
             - proqnozlaşdırılan proqramın sosial sahəsi 
 
   
  inkişaf səviyyəsi  
                                  
                                       
                                                 
                                                                                                               
                                                                                                            
                                                                                                  
məqsəddən 
uzaqlaşma 
 səviyyəsi        
 
özünü reallaşşdırma   imkanları
 
 
                                                                              
 
 
geriləmə səviyyəsi 
 
 
 
 
 


 
 
287 
MÜASİR
 
DÖVRDƏ
 
AZƏRBAYCANDA
 
QHT
  
FORUMUNUN 
LAYİHƏ  TƏKLİFİ  FORMASI 
  
1. LAYİHƏNİN ADI 
Layihənin adını aydın və dəqiq yazın.  
2. PROBLEMİN TƏSVİRİ 
Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. 
Problemin Azərbaycan cəmiyyəti üçün aktual olduğunu əsaslandırın  
(məlumatın həcmi 1 səhifədən (A-4) çox olmamalıdır). 
3. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 
Layihənin məqsədini və qarşıya qoyduğu vəzifələri göstərin.  
4. LAYİHƏDƏN FAYDALANANLAR  
Layihənin ünvanlandığı əhali qrupu haqqında məlumat verin. 
5. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ  
Layihə üzrə nəzərdə tutulan işlərin harada həyata keçiriləcəyini qeyd edin. 
6. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR 
Layihə çərçivəsində göstərilən məsələnin  həlli üçün hansı işlər görəcəyinizi 
ardıcıllıqla qeyd edin və hər bir fəaliyyətin qısa şərhini verin.  
7. LAYİHƏNİN İCRA MÜDDƏTİ və İCRA PLANI 
Layihənin əhatə etdiyi müddəti qeyd edin. 
Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə 
olunmalıdır. 
8. GÖZLƏNİLƏN NƏTİCƏLƏR 
Layihənin icrasından  əldə olunacaq  konkret nəticələri qeyd edin. Layihə 
təsvir edilən problemin həllinə necə təsir edəcək? 
9. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI 
Layihənin icrası və  nəticələri  haqqında ictimaiyyətin məlumatlandırılması və  
informasiya əldə etmək yollarını  göstərin. Layihənin icrası başa çatdıqdan 
sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri 
qeyd edin.   
10. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI 
Layihənin qiymətləndirmə meyarlarını və hesabatlılıq formalarını qeyd edin.   
 11. BÜDCƏ 
Büdcə Şuranın təsdiq etdiyi təlimata uyğun tərtib olunmalı və layihəyə əlavə 
edilməlidir.  
 
 
 
 


 
 
288 
YOXLAMA SUALLAR 
1.Fərdi layihəyə qoyulan əsas tələblər hansılardır?  
2.Fərdi  layihə  reallaşdırılarkən  tədqiq  olunan  problemli  vəziyyətlə  bağlı  mərhələli 
fəaliyyət hansı ardıcıllıqla yerinə yetirilməlidir? 
3. Layihənin məqsəd və vəzifələri hansı əsaslarda müəyyənləşdirilir? 
4.İşin nəticələri haqqında ictimaiyyətə məlumat vermək  
5.Layihə üzərində işin nəticələrinin analizi necə aparılır?  
6.Planlı tədbirlərin həyata keçirilməsi prosesi nəyi nəzərdə tutur? 
7.Komanda ilə qərar qəbul etmə zərurəti nə ilə bağlıdır? 
 
REFERAT MÖVZULARI 
 
1. Fərdi layihənin hazırlanması 
2. Layihə üzərində işin nəticələri 
3. Layihənin reallaşdırılması xüsusiyyətləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
289 
Р Е З Ю М Е 
 
Современное  человечество  переживает  следующий  этап  перехода  к 
новым  социальным  отношениям.  В  отдельных  странах  локальный 
переход,  смешивается  с  общемировым  переходом    к  глобальной 
демократии.  Новые  глобальные  отношения  создают  новые  социальные, 
экологические,  экономические,  политические,  социокультурные  и  т.д. 
проблемы,  которые  развивают  чувство  футурофобии  у  людей. 
Современный  этап  исторического  развития  отличается  скоростью 
социальных  изменений  и  требует  найти  средства  выживания 
человечества.  Мировое  сообщество  ищет  новые  пути  выхода  из 
сложившейся ситуации на научных основах, прогнозирует, планирует и 
проектирует свое будущее.  
Прогнозирование  и  проектирование  имеет  глубокие  корни:  еще  в 
первобытном  обществе  люди  старались  направлять  ближайшее  время, 
когда  осуществляли  религиозные  обряды;  все  мировые  религии  носят 
идею  о  будущем;  в  античном  мире  формировались  утопические  идеи  о 
лучшем,  справедливом  обществе;  в  средних  веках  и  на  Востоке  и  на 
Западе развивались идеи об утопическом обществе и т.д.  
ХХ век отличается новым подходом к изучению, прогнозированию и 
проектированию  социального  развития.  Отличаются  глобалистический, 
алтернативистический,  антифутурологический,  футуросинергетический 
и т.д. подходы в изучении, прогнозировании и моделировании будущего. 
В  ХХ1-ом  веке  информационные  технологии  расширяют  возможности 
более  точного  прогнозирования  и  проектирования  будущего  развития 
человечества во всех сферах жизни.                    
Актуализируется  преподавание  и  подготовка  кадров  по  дисциплине 
социального  прогнозирования  и  проектирования,  в  которой  системно 
излагаются  методологические  основы,  методы,  технологии,  типы 
прогнозов  и  социального  прогнозирования,  природа  и  сущность, 
теоретические 
основы 
и 
формы, 
технологические 
методы 
проектирования, основы и стадии подготовки индивидуальных проектов 
и т.д.     
 
 
 
 
 
 
 
 


 
 
290 
SUMMARY 
 
The  modern  humankind  endures  the  next  stage  of  transition  to  the  new 
social  relations.  The  local  transition  in  the  countries  mixes  up  with  the 
universal transition to the global democracy. New global relations create new 
social,  ecological,  economic,  political,  sociocultural  etc.  problems  which 
develop  feeling  of  future  phobia  at  people.  The  modern  stage  of  historical 
development  differs  with  the  speed  of  social  changes  and  demands  to  find 
means of survival of humankind. The world community is in searche for the 
new  solutions  to  the  current  situation  by  application  of  the  scientific 
knowledge, predictions, planing and projecting the future.  
Forecasting and projection has deep historical roots: in a primitive society 
people  tried  to  direct  the  near  future  when  performed  of  religious  rituals;  all 
world  religions  carry  idea  about  the  future;  in  antiquity  there  were  formed 
utopian ideas about the better, fair society; in the Middle Ages both in the East 
and in the West ideas about an utopian society etc. had been developed. 
The XX century differs by the new approach to studying, forecasting and 
projection of social development. In studying, forecasting and future modeling 
differ globalistics, alternativistics, antifuturological, futuresynergetics and etc. 
approaches.  In  ХХI  century  an  information  technology  expands  the 
possibilities  of  the  more  exact  forecasting  and  projection  of  the  future 
development of the humankind in all spheres of life.                    
Teaching and professional training on discipline of social forecasting and 
projection  have  became  requirement  of  the  modern  day.  This  book  presents 
methodological  bases,  methods,  technologies,  types  of  forecasts  and  social 
forecasting,  the  nature  and  essence  of  projections,  its  theoretical  bases  and 
forms, technological methods, as well as the basis and stages of preparation of 
individual projects and etc
.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
291 
 
 
 
 
 
 
 
 
Kitabın  üz  qabığındakı  rəsm  müasir  dövrün  görkəmli  rəssamı  Chiris 
Draperə məxsusdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mətbəə müdiri:                              Əvəz İdrisoğlu 
Dizayner:                                        Vəfa Nağıyeva 
Texniki redaktor:                          Şahin Abbasov 
 
 
 
 
 
  Ramin Abbasov 
Korrektor:                                    Şahin Salmanov 
 
Çapa imzalanıb  12.06.2009-cu il 
Sayı  500. Həcmi 18,25 çap vərəqi. 
Format  60x84 1/16. Əla növ kağız. 
 
AzTU-nun mətbəəsi. H.Cavid pr.25. 
Tel.(+012)4539-14-52 
E-mail: aztumetbee@yahoo.com
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə