SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə15/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   116

 
 
36 
4. Nizami Cəncəvinin ideal cəmiyyəti nə ilə fərqlənirdi? 
5.  Orta  əsrlər  Azərbaycan  mütəfəkkirləri  gələcək  inkişafın  istiqamətlərini  necə 
müəyyənləşdirirdilər? 
6.Yeni  dövrdə  inkişaf  etdirilən  ədalətli  cəmiyyət  ideyası  orta  əsr  mütəfəkkirlərinin 
ədalətli cəmiyyət haqqında ideyalarından nə ilə fərqlənirdi?  
7.Müasir  dövrdə  Azərbaycanda  gələcəyin  proqnozlaşdırılması  və  layihəlşdirilməsi 
istiqamətində hansı tədqiqatlar aparılır? 
 
REFERAT MÖVZULARI 
1.Azərbaycanda gələcək haqqında ilkin ideyalar 
2.Zərdüştlük dinində sosial inkişafın əsasları 
3. «Dədə Qorqud» dastanlarında cəmiyyətin inkişaf əsasları 
4. Nizami Cəncəvinin ideal cəmiyyəti  
5. Orta əsrlər Azərbaycan mütəfəkkirlərinin əsərlərində gələcək inkişafın istiqamətləri 
6.XIX – XX əsrlər Azərbaycan mütəfəkkirlərinin ədalətli cəmiyyət haqqında ideyaları  
7.Müasir  dövrdə  Azərbaycanda  gələcəyin  proqnozlaşdırılması  və  layihəlşdirilməsi 
istiqaməti 
 
ƏDƏBİYYAT: 
1.Abasov Ə.S. Müasir dövrün sosio-mədəni problemləri. B., Səda, 2006. 
2.Abbasov  Ə.F.,  Əsgərov  İ.S.  Keçid  dövrü  və  yeni  iqtisadi  təfəkkür  /sosial-fəlsəfi 
təhlil/. Bakı, Nafta-Press, 2001. 
3.Qasımlı  Ş.A.  Yeni  təsərrüfat  mexanizmi  və  insan  amilinin  fəallaşdırılması.  B., 
Az.Dİİ nəşr., 1991. 
4.Əliyev  Q.C. “Müasir siyasi modernləşmə konsepsiyaları”, Siyasətin fəlsəfəsi,    B-
1998. 
5.Mustafayev A.X. Milli və mənəvi dəyərlərin formalaşmasında və inkişafında dövlət-
ədəbi  dilinin  rolu/AMEA-nın  FSHTİ  «Etika  və  estetikanın  aktual  problemləri».B., 
«Müəllim», 2002. 
6. Rüstəmov İ.Ə. «Həsən bəy Zərdabi», Bakı, 1969. 
7.Rüstəmov  İ.Ə.  «Azərbaycanda  təbii-elmi  biliyin  inkişafının  fəlsəfi  problemləri», 
Bakı, «Diplomat» nəşr., 2001. 
8.Рустамов  Ю.И.  «История  социально-политических  и  правовых  учений».  Б., 
Издательство Университета «Азербайджан», 2007.  
9.Şükürov  A.M.  «Müstəqil  dövrün  fəlsəfəsi  və  filosofları»,  B.,  «Səda»  nəşriyyatı, 
2007. 
 
 
 
 
 


 
 
37 
Mövzu 
2. 
TEXNOLOJİ 
PROQNOZLAŞDIRMANIN 
METODOLOGİYASI (PROQNOZLARIN FORMA VƏ TİPLƏRİ) 
 
Gələcəyi görməyə, qabaqlamağa, proqnozlaşdırmağa və s. çalışırlar. Eyni 
zamanda  gələcəyi  planlaşdırmaq,  proqramlaşdırmaq  və  layihələşdirmək  olar. 
Çox  zaman  bu  anlayışları  sinonimlər  kimi  qəbul  edirlər,  lakin  bu  anlayışlar 
sinonim  deyil.  Proqnozlaşdırma  ilə  bağlı  anlayışlar  kitabının  hazırlanması 
1975-ci ilə aiddir. Əsas anlayışlar kimi öncəgörmə və proqnozlaşdırma qəbul 
edilir. 
Öncəgörmə  elmi  və  qeyri-elmi  olana  bölünür.  Elmi  öncəgörmə  təbiətin, 
cəmiyyətin  və  təfəkkürün  inkişaf  qanunauyğunluqlarına  əsaslanan  biliklərə 
görə formalaşır. Qeyri-elmi, yaxud intuitiv öncəgörmə hissiyyata və gündəlik 
təcrübəyə  əsaslanır.  Dini  öncəgörmə  isə  gələcəyin  fövqəltəbii  qüvvələr 
tərəfindən  formalaşdığını  qəbul  edir,  yaxud  mövhumatçılığa  qapılır.  Bəzən 
öncəgörmə həm gələcək, həm indi, həm də keçmiş haqqında informasiyaya da 
aid  edilir.  Məsələn  faydalı  qazıntı  yataqlarının  qiymətləndirilməsilə  bağlı 
prezentist  öncəgörmə,  qədim  abidələrin  bərpası  ilə  bağlı  rekonstruktiv 
öncəgörmə, indidən keçmişə yönəlmiş reversiv öncəgörmə, keçmişdən indiyə 
yönəlmiş  imitasion  öncəgörmə  fərqləndirilir.  Öncəgörmə  iki  konkretləşmə 
formasından ibarətdir: 1)qabaqcadan xəbərvermə ilə bağlı – deskriptiv, yaxud 
təsviri,  2)  idarəetmə  ilə  bağlı    -  preskriptiv,  yaxud  təlimatlı.  Qabaqcadan 
xəbərvermə  gələcəklə  bağlı  problemin  həll  edilməsi  üçün  mümkün,  yaxud 
arzu  edilən  perspektivin  təsviri  ilə  bağlıdır.  Əvvəlcədən  təlimatlandırma 
gələcəyə  aid  informasiyanın  şəxsiyyətin  və  cəmiyyətin  məqsədəuyğun 
fəaliyyəti  üçün  istifadə  edilməsilə  bağlıdır.  Qabaqcadan  xəbərvermə 
qabaqcadan  duyma,  proqnozlaşdırma  ilə  çulğaşır.  Qabaqcadan  duyma 
gələcək  haqqında  intuisiya,  şüuraltı  səviyyədə  olan  informasiyadır. 
Qabaqcadan  duyma  həyat  təcrübəsinə  əsaslanan  məlumatlar  toplusudur. 
Proqnozlaşdırma isə xüsusi elmi tədqiqatdır və onun əsas predmeti gələcək 
inkişaf  perspektividir.    Qabaqcadan  təlimləndirmə  cari  idarəetmə 
məsələlərinin  ehtimallaşdırılması,  planlaşdırılması,  proqramlaşdırılması, 
layihələşdirilməsi  formalarından  ibarətdir.  Ehtimallaşdırma  fəaliyyətin  ideal 
ehtimali  nəticəsinin  təmin  edilməsinə  yönəlir.  Planlaşdırma  -  qoyulan 
məqsədə  nail  olmaq  üçün  mümkün  vasitələr  əsasında  insanın  gələcək 
məqsədyönlü 
fəaliyyətinin 
proyeksiyalaşdırılmasıdır 
(cizgilərinin 
qurulmasıdır). Proqramlaşdırma'>Proqramlaşdırma – əsas müddəaların qurulması və planların 
reallaşdırılması prosesində ardıcıllıqla istifadə edilməsidir. Layihələşdirmə – 
gələcəyin  konkret  təsvirinin,  gələcəklə  bağlı  konktret  proqramların 
yaradılmasıdır.  İdarəetmə  bu  dörd  anlayışı  özündə  birləşdirir.  Lakin  bu 


 
 
38 
anlayışlara  aid  olan  ümumi  element  –  qərardır.  Lakin  idarəetmədə  qərar 
mütləq  planlaşdırma,  proqramlaşdırma,  layihələşdirmə  xüsusiyyəti  daşımır. 
Bu  anlayışlar  həm  də  proqnozların,  məqsədlərin,  planların,  proqramların, 
layihələrin,  təşkilati  qərarların  hazırlanması  prosesi  kimi  müəyyənləşdirilə 
bilər.  Bu nöqteyi-nəzərdən proqnoz – perspektivlər, mümkün vəziyyətlər və 
alternativ  yollar  haqqında  elmi  əsaslandırılmış  ehtimali  mühakimədir.  
Məqsəd – ehtimali nəticələrə dair qərardır. Plan – müəyyən işlərin müəyyən 
vaxtda  və  müəyyən  vasitələrlə  yerinə  yetirilməsilə  bağlı  nizamlı,  ardıcıl 
fəaliyyət  haqqında  qərardır.  Plan  –  tədbirlər  sisteminin  nizamlanması, 
ardıcıllığı,  tədbirlərin  yerinə  yetirilmə  vaxtı  və  vasitələrini  nəzərdə  tutur. 
Proqram – tədbirlər toplusuna aid olan qərar kimi elmi-texniki, sosial, sosial-
iqtisadi və digər problemlərin həllinə yönəlir. Proqram plandan əvvəlki qərar
həmçinin planın müəyyən aspekti ilə bağlı ola bilər. Layihə – müəyyənləşmiş 
tədbirlə bağlı qərardır və proqramın bu və ya digər aspektinin reallaşdırılması 
üçün  vacibdir.  Qərar  –  məqsədə  nail  olmaq  üçün  güman  edilən  ideal 
fəaliyyətdir.  
Dini  öncəgörmə  vəhy,  qabaqcadan  xəbərvermə,  fala  baxma,  sehrbazlıq, 
cadu,  dua  və  s.  formalara  malikdir.  Qabaqcadan  xəbərvermə  və  qabaqcadan 
təlmatlandırma  bir-birilə  sıx  bağlıdır.  Təlimatlandırmada  iradi  başlanğıc 
üstünlük  təşkil  edir,  buna  görə  də  onun  elmi  əsaslandırılması  vacibdir,  yəni 
təsvir  (analiz),  izah  (diaqnoz)  və  qabaqcadan  xəbərvermə  (proqnoz)  hər  bir 
elmin  üç  əsas  funksiyasını  təşkil  edir.  Proqnozlaşdırma  gələcəyin  bəzi 
hissələrini  duymaqdan  ibarət  deyil,  proqnoz  verən  gələcək  təzahürlərin 
dialektik səbəbiyyətinə əsaslanır, zərurətin təsadüfdən doğduğunu nəzərə alır, 
gələcək  təzahürləri  öyrənərkən  ehtimali  yanaşmaya  istinad  edir.  Məhz  belə 
yanaşmada  proqnoz  daha  səmərəli  istifadə  edilə  bilər.  Pronoz  plandan  əvvəl 
olmalı,  hadisələrin  gedişini,  planların  nəticələrini  qiymətləndirməli, 
planlaşıdırılması  və  qərarlaşdırılması  mümkün  olmayan  bütün  təzahürləri 
əhatə etməlidir. Proqnoz hər hansı bir zaman kəsiyini əhatə edə bilər. Pronoz 
və plan gələcək haqqında informasiyanın istifadəsinə görə fərqlənir. Mümkün 
və  arzu  edilənin  ehtimali  təsivri  proqnoza  aiddir.  Mümkün  və  arzu  edilənlə 
bağlı  tədbirlərə  dair  qərarların  qəbul  edilməsi  plana  aiddir.  Proqnoz  və  plan 
bir-birindən  asılı  olmayaraq  hazırlana  bilər.  Planın  səmərəli  olması  üçün 
əvvəlcədən  proqnoz  olmalı  və  planlı  fəaliyyət  gedişində  proqnozlaşdırma 
davam etməlidir.  
 
 
 
Gələcəyin proqnozlaşdırılması 
üçün  bir  sıra  qanunauyğunluqlara  əsaslanmaq  lazımdır:  statik,  tsiklik 
dinamik,  sosiogenetik.  Statika  proqnozlaşdırılan  sosial  obyektin  strukturunu, 
onun  daxili  və  xarici qarşılıqlı əlaqələrini  aşkar  etməyə  və  sosial  sistemlərin 
gələcək  dinamikasında  vacib  tarazlığın  saxlanmasına  kömək  edir.  Tsiklik 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə